Mövz Komputer qrafikasının əsasları • Kompüter qrafikasının inkişaf tarixi və tətbiq sahələri



Yüklə 25,53 Kb.
səhifə2/5
tarix31.12.2021
ölçüsü25,53 Kb.
#81497
1   2   3   4   5
Kom. qraf. əsasları-1

Vektor redaktorları


Vektor redaktorlarını rastr redaktorlarından fərqləndirən xüsusiyyət, qrafik verilənlərin təsvir olunma üsuludur. Bu qrafika ilə işi həyata keçirən proqram vasitələri ilk növbədə illüstrasiyaların emalı üçün deyil, onların yaradılması üçün nəzərdə tutulmuşdur. Belə vasitələr reklam agentliklərində, dizayner bürolarında, redaksiya və nəşriyyatda geniş istifadə olunur.

Şriftlərin və ən sadə həndəsi elementlərin tətbiqinə əsaslanan tərtibat işləri vektor qrafikası vasitələrindən istifadə etməklə xeyli asanlaşır. Vektor qrafikası vasitələrindən istifadə etməklə indiki zamanda istifadəçilər yüksək bədii keyfiyyətlərə malik əsərlər yarada bilirlər, lakin ümumilikdə belə əsərlər istisna təşkil edirlər, çünki yüksək səviyyəli əsərlərin vektor qrafikasının köməyi ilə hazırlanması olduqca mürəkkəb prosesdir.

Rastr qrafikasında təsvirin əsas elementi nöqtə olduğu halda, vektor qrafikasında bu rolu xətt oynayır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, rastr qrafikasında da xətlərdən istifadə edilir. Amma belə xətlər ümumilikdə nöqtələrin kombinasiyası kimi nəzərdən keçirilir. Rastr qrafikasında xəttin hər bir nöqtəsi üçün yaddaşın bir və ya bir neçə xanası ayrılır. Xətti əmələ gətirən nöqtələrin rənglərinin sayı artdıqca yaddaşda onlar üçün ayrılan xanaların sayı da mütənasib olaraq bir o qədər artmış olur. Beləliklə, rastr xətti uzandıqca, yaddaşda daha çox sahə tələb olunur. Bundan fərqli olaraq vektor qrafikasında xətt üçün tələb olunan yaddaş sahəsi xəttin uzunluğundan asılı olmur. Xətt üzərində hansı əməliyyatın aparılmasından asılı olmayaraq xətt üçün ayrılmış yaddaş sahəsi deyil, yalnız yaddaş sahəsində saxlanılmış parametrlər dəyişmiş olur. Bu zaman yaddaş sahəsindəki xanaların sayı dəyişməz qalır.

Qeyd etdik ki, vektor qrafikasının əsas elementi xətdir. Deməli, vektor qrafikası ilə əldə edilmiş vektor illüstrasiyasında olan istənilən təsvir xətlərdən ibarətdir. Yəni sadə obyektlər birləşərək mürəkkəb obyektləri, illüstrasiyanı əmələ gətirirlər. Buna misal olaraq sadə obyekt kimi dörd xəttin birləşərək mürəkkəb obyekt olan dördbucaqlını əmələ gətirməsini göstərmək mümkündür. Digər misalı kub fiquruna aid etmək olar. Kub bir qədər mürəkkəb obyektdir. Onu ya on iki əlaqələndirilmiş xətt kimi, ya da altı əlaqələndirilmiş dördbucaqlı kimi nəzərdən keçirmək olar. Belə yanaşmaya görə vektor qrafikasını bəzən obyektyönümlü qrafika da adlandırırlar.

Vektor redaktorlarında hər bir xətt üçüncü tərtibli riyazi əyri kimi təsvir edilir və buna görə də nöqtələr kombinasiyası kimi yox, riyazi düstur şəklində təsvir edilir. Vektor qrafikasında istənilən obyekti ekrana çıxarmazdan əvvəl kompyuterin yaddaşında olan proqram ekran nöqtələrinin koordinatlarını obyektin təsviri üçün hesablayır. Obyektin printerdə çapı zamanı da analoji hesablamalar həyata keçirilir. Bu səbəbdən də vektor qrafikasına bəzən hesablanan qrafika da deyirlər.

Digər obyektlər kimi, xətlərin də öz xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərə aşağıdakıları aid etmək olar:


  • xəttin forması (düz, əyri);

  • xəttin qalınlığı;

  • xəttin rəngi;

  • xəttin qrafik təsviri (bütöv, qırıq xətlər).

Qapalı xətlərin əmələ gətirdiyi daxili sahə rənglənmə sahəsinə malik olur. Daxili sahəni rənglə, naxışla doldurmaq mümkündür.

Sadə xətt (xətt əgər qapalı deyilsə) iki təpə nöqtəsinə malik olur və onlara da düyün deyirlər. Xəttin təpələrinin necə görünməsi düyünlərin xassələrindən asılı olur.

Vektor qrafikasında miqyaslaşdırma (obyektin böyüdülməsi və ya kiçildilməsi) məsələləri asanlıqla həll olunur. Məsələn, əgər xətt üçün 0,15 qalınlıq müəyyənləşdirilsə, şəkli kifayət qədər böyütsək belə, bu parametr dəyişməyəcəkdir. Və yaxud çertyojun böyük və ya kiçik ölçülü kağızda çap edilməsindən asılı olmayaraq çertyoju əmələ gətirən xətlərin qalınlığı eyni qalacaqdır.

Vektor qrafikasının bu xüsusiyyətlərinə əsaslanaraq ondan kartoqrafiyada, avtomatlaşdırılmış layihələndirmənin konstruktor sistemlərində və memarlıq işlərinin layihələndirilməsinin avtomatlaşdırılması sistemlərində geniş istifadə edirlər. Vektor təsvirlərinin yaradılması və emalı üçün istifadə olunan əsas proqram vasitələrinə qrafik redaktorlar (məs., Adobe İllustrator, Freehand, Corel Draw) və vektorizatorlar – rastr təsvirlərini vektor qrafikinə çevirən xüsusi paketlər (məs., Adobe Stream Line, Corel Trace) aiddirlər.




Yüklə 25,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə