Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]



Yüklə 2,38 Mb.
səhifə1/8
tarix29.03.2022
ölçüsü2,38 Mb.
#84834
  1   2   3   4   5   6   7   8
HFT60 MOVZU 07 hhh


Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22].

Zəlzələnin yaranması barədə məlumat. Zəlzələnin növləri. Zəlzələnin xəbərdarlığı barədə seysmik xidmət. Zəlzələnin təhlükəli fəsadları. Zəlzələnin yaratdığı fövqəladə halların nəticələrinin ara­­dan qaldırılması ilə əlaqə­dar işlər. Zəlzələlər zamanı əhalinin mühafizəsi və insanların hə­rəkətləri.


Zəlzələnin yaranması barədə məlumat. Zəlzələ ən təhlü­kə­li geoloji hadisədir və özünün gözlənil­məzliyi ilə dəhşət­lidir. Zəlzələ  ən çox dağıdıcı qüvvəyə malik, ağılasığmaz dərəcədə idarə olunmaz təbii fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrə­mələri, yer qatının və yaxud mantiyanın üst qa­­tı­nın sürüşməsi və parçalanması nəticəsində böyük məsafə­lərə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır (şəkil 9.6). Bu dalğalar bütün yer kürə­sinə yayılır və seysmoloqlar tərə­findən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur. Zəlzələ dağ süxur­ları qatlarında geniş yayılmış yarıqların (nəhəng çatların) kə­nar­ları­nın qarşılıqlı surətdə yerdəyişməsi nəticəsində baş verir. Belə ki, yerin dərin­liklərində daima ener­jinin yığılmasının mü­rəkkəb prosesləri baş verir və bu enerjinin azad olunması seys­mik təkanları yaradır. Yarıqlar süxurların mexa­niki gərgin­lik­lərin toplanması sayəsində yaranır. Belə gər­ginliklər isə plane­timizin dərin­liklərindən isti­liyin ayrılması, yer qabığı tavala­rı­nın tərpənməsi (yerdəyiş­məsi), kosmik və di­­gər amillərin tə­siri nəticəsində yaranır.

Zəlzələnin növləri. Müasir elm zəlzələləri bu növlərə ayırır: -tektonik zəlzələlər (şəkil 9.7); -tava­lar­arası zəlzələlər (şəkil 9.8); -denudasiya zəlzələləri (şəkil 9.9); vulkanik zəlzələlər (şəkil 9.10). Ən güclü təhlükəli zəlzələlərə tektonik və tavalararası zəl­zələlər aiddir. Tavaların sər­hədlərində üç hadisə baş verə bilər: onlar aralana, bir-birinə yaxınlaşa və ya biri digərinə nisbətən sürüşə bilər.






Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə