Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə9/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Nitqin rabitəliyi. Nitq prosesində əgər sözlər yerindədirsə, cümlələr düzgün qurulmuşsa, mövzu rabitəli, əlaqəli şəkildə şərh olunursa, deməli, informasiya verən ifadə etdiyi fikri yaxşı bilir, onun mahiyyətini hərtəfəli fərk edir. Belə vaxt hadisənin, faktın izah olunma ardıcıllığı məntiqə əsaslanır. Ümumiyyətlə, ardıcıllıqla şərh olunan material yaxşı anlaşılır, mənimsənilir. Bunun üçün materialın əsas və ikinci dərəcəli məsələləri bir-birindən ustalıqla ayrılmalı, ikinci dərəcəlilərin üzərində çox durmayıb əsas məsələnin izahına keçmək vacibdir. Natiq əsas məsələnin üzərində xüsusi dayanmaqla onun mahiyyətini öz sözləri, düşüncəsi və üslubu ilə rabitəli ifadə etməlidir.

Nitqin orijinallığı. Özünəməxsusluğu ilə seçilən bir sıra məziyyətləri ilə fərqlənən nitq orijinal sayılır. Təbii ki, belə nitq bir konfransda, iclasda, toplantıda yalnız bir və ya iki nəfərdə alına bilər. Nitqin orijinallığı özünü nədə göstərir?

  1. Şifahi nitqdə başqalarından seçilən fərdi, bəzi hallarda tələffüz tərzində. Natiq cümlələrdəki ayrı-ayrı sözləri, məqamından ayrı-ayrı hecaları, məntiqi vurğunu çox aydın diksiya ilə tələffüz edir, söz və qrammatik formalarda orfoepik normaları tam gözləyir, ucadan, lakin aramla, tələsmədən danışır, intonasiya çalarlarından, sözlərin avazlanmasından məzmuna uyğun bacarıqla bəhrələnir.

  2. Mövzu ilə əlaqədar sitatlardan, poetik-üslubi ifadələrdən, aforizmlərdən, atalar sözləri, zərb-məsəllərdən bacarıqla istifadə olunmasında. Natiq fikirlərini aydın, ifadəli və maraqlı çatdırmaq üçün az işlədilən, lakin münasib formalardan yararlanmaqla nitqini orijinal qurur. Bu zaman mühazirə, məruzə və ya çıxışda mözvunun aktuallığı nəzərə tez çarpır, mövzunun məzmunu bütün təfərrüatı ilə izaha cəlb olunur, axırda da nəticə çıxarılmaqla deyilənləri yekunlaşdırılır.

Əlbəttə, mövzunun aktuallığını ön plana çəkməmişdən natiq öz dediklərinə diqqəti cılb etmək məqsədilə bir atalar sözünü, məşhur bir şairdən bir beyt və ya bir misra şeir deyə bilər, yaxud mözvu ilə bağlı bir görkəmli tarixi şəxsiyyətdən, dövlət xadimindən bir sitat gətirməklə fikrini əsaslandıra bilər.

Bədii təsvir vasitələri də nitqin orijinallığını təmin etməyə yönəldilə bilər. Əlbəttə, bu hal natiqin savad və bacarığından, aldığı ixtisasdan, bədii sözün sirlərinə bələdliyindən asılıdır. Bədii əsərləri müntəzəm mütaliə edən, şair, yazıçı və ya söz ustalarının dilində səslənən aforizm və hikmətli sözləri öyrənib yaxşı mənimsəmiş şəxslər obrazlığa xidmət edən bədii təsvir vasitələrinə (ritorik suallara, məcazi mənada işlədilən metafora, metonimiya, sinekdoxa, anafora, epifora və s. kimi təsirli və obrazlı ifadələrə) geniş yer verməklə öz nitqini bədii, daha yararlı və münasib edən orijinal üsullarla gözəlləşdirə bilir.



Nitqin məntiqliyi. Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslandığı üşün məntiqi nitq adlanır. Məntiqə əsaslanaraq mülahizə və mühakimələrini düzgün və konkret ifadə edən natiqin nitqi kommunikativ keyfiyyət kimi dəqiq olur, yəni məzmun insan təfəggürünün məhsulu kimi meydana gəlir. Məntiqilik şifahi xalq ədəbiyyatı nümunələrində - əfsanə, nağıl, qaravəlli və təmisllərdə şüurlu olaraq pozulur, söz və ifadələrin semantikası bilərəkdən şişirdilir, ya da kiçildilir. Məsələn: Yeddi gün, yeddi gecə yol getdi; oroğlu yeddi qazan plovu yedi; Qırx gün, qırx gecə yatdı; Dərələrdən sel kimi, təpələrdən yel kimi keçdi; Göydən üç alma düşdü; Uçan xalçaya mindi; Sehrli papğı geyib görünməz oldu; Yeddi başlı əjdahanın canını aldı; Zümrüd quşunun qanadına minib qaranlıq dünyadan çıxdı və s. Məntiqilik nitqin ən mühüm keyfiyyətidir. Elmi informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur.

Nitqin ahəngdarlığı. Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlıq gözlənilməklə materialın alçaq tondan başlayaraq uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlb etmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur.


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə