Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   8   9   10   11   12   13   14   15   ...   57


 
- perspektiv maliyyə planı; 
- idarəetmənin dövlət və yerli  səviyyələrində tərtib olunan  icmal( toplu) maliyyə 
planı. 
     Perspektiv  maliyyə  planı-  Azərbaycan  Respublikasının,  Naxçıvan  Muxtar 
Respublikasının  ,  bələdiyyələrin    sosial-  iqtisadi  inkişafın  orta  və  təcili 
proqnozuna  əsaslanan,  büdcə,  büdcə  layihəsi  ilə    birlikdə  formalaşdırılan    və 
özündə büdcə gəlirlərinin  səfərbər edilməsi üzrə imkanları, dövlət və bələdiyyə 
borc 
götürmənin 
cəlb 
edilməsini 
və 
büdcənin 
əsas 
xərclərinin 
maliyyələşdirilməsini əks etdirən sənəddir. 
Perspektiv maliyyə planı aşağıdakı məqsədlər üçün tərtib olunur: 
- sosial- iqtisadi inkişafın və maliyyə siyasətinin istiqamətlərini təmin etmək
-  planlaşdırılmış    tədbirlərin  həyata  keçirilməsi  üçün  zəruri  olan  maliyyə  
vəsaitləri həcminin proqnozlaşdırılması; 
- islahatların, proqramların  maliyyə nəticələrinin  proqnozlaşdırılması; 
- maliyyə siyasəti sahəsində  müxətlif tədbirlərin həyata keçirilməsi  imkanlarının 
aşkar edilməsi; 
-uzunmüddətli  neqativ    meyllərin  qarşısının  alınması    və  vaxtında  müvafiq 
tədbirlərin  həyata keçirilməsi. 
Perspektiv maliyyə  planı üç ilə işlənir , onlardan
-
 
birinci il – büdcə tərtib edilən il
-
 
sonrakı iki il – plan dövrüdür. Bu zaman bəyan edilən iqtisadi siyasətin real 
nəticələri işlənir. 
     Icmal(  toplu)  maliyyə  balansı  –  konkret  dövr  üçün  ölkədə  maliyyə 
vəsaitlərinin  yaranma mənbələri  və istifadəsi  istiqamətləri barədə  məlumatları 
özündə  əks  etdirən    maliyyə  sənədidir.  Icmal  maliyyə  balansı  müvafiq  ərazidə 
yerləşən  büdcələri və məqsədli büdcədənkənar fondları əhatə edir. 
Büdcə proqnozlaşdırılması 
     Büdcə 
proqnozlaşdırılması  “Büdcə  sistemi  haqqında”  Azərbaycan 
Respublikası  Qanununun  11-  ci  maddəsinin  “Dövlət  büdcəsi  layihəsinin  tərtibi 
prosesi  və  büdcə  təqvimi”  maddəsinə  əsasən  həyata  keçirilir.  Büdcə 
KitabYurdu.az 
37



 
proqnozlaşdırılması    Respublikanın  iqtisadi-  sosial    inkişaf  proqramı    və 
icmal(toplu)maliyyə  planlaşdırılması ilə sıx əlaqədardır. 
     Təsərrüfat  fəaliyyətinin    müvəffəqiyyətlə  həyata  keçirilməsi    üçün  onun 
idarəetmə üsullarının  daim təkmilləşdirilməsi gərəkdir. Bununla əlaqədar olaraq 
perspektiv  planlaşdırmanın    rolu  artır,  deməli  elmi  proqnozlaşdırmanın  zərurəti 
meydana  çıxır.  Natural  göstəricilərin    parametrlərinin  proqnozlaşdırılması  
maliyyə  ehyatlarının  proqnozu  ilə  müşayət  olunmalıdır.  Belə  ki,  bu  ehtiyatların 
artım    perspektivinin  uçotu  olmadan    təsərrüfatının  inkişafının  keyfiyyət 
baxımından  proqnozlaşdırılması mümkün deyil. 
     Üzunmüddətli  icmal  maliyyə  planlaşdırılmasından    fərqli  olaraq  büdcə 
proqnozlaşdırılması  ünvanlı olur və  büdcə ili üçün , yəni bir ildən çox olmayan 
dövr üçün  hazırlanır. Icmal maliyyə balansı göstəricilərinin  əsas hissəsini büdcə 
göstəriciləri    təşkil  etdiyi  üçün  perspektiv    icmal  maliyyə  balansının    tərtibi 
zamanı əsas büdcə  göstəricilərini proqnoz  hesablamaları aparılmalıdır. 
     Büdcənin  inkişaf  proqnozu  dedikdə  ,  onun  gəlir  və  xərclərinin  inkişaf 
yollarının  ehtimal qiymətləri kompleksi nəzərdə tutulur. 
     Büdcə  proqnozlaşdırılmasının    məqsədi  mövcud  konkret    sosial-  iqtisadi 
şəraitdə    və  perspektiv  qiymətləndirmə  əsasında    büdcənin  inkişafının  optimal  
yollarını  işləmək  əsaslandırmaq    və  onun  möhkəmləndirilməsi  üçün    təkliflər 
verməkdən  ibarətdir.  Belə  proqnozlaşdırmanın  nəticələrinin  müasir  uçotu, 
dövlətin  maliyyə  siyasətində  daha  səmərəli    tədbirlərin  qəbul  edilməsinin  
mühüm şərtidir. 
     Büdcə  göstəricilərinin  proqnozlaşdırılmasının    hesablanmasında  illik  büdcə  
göstəricilərinin  hesablanması  ilə  yanaşı,  metodoloji  yanaşmanın  da  böyük 
əhəmiyyəti  vardır.  Büdcələrin  illik  və  rüblük    göstəriciləri  iqtisadi  və  maliyyə  
parametrlərinin birbaşa  hesablamaları bazasında müəyyən edilir. 
     Dövlət  büdcəsinin  gəlirlərinin  proqnozlaşdırlması    qaydası  müəyyən 
edilmişdir.  Vergilərin  proqnozlaşdırılması  zamanı    ilk  növbədə  məlumat  bazası 
əldə  edilir.  Bu  məlumat  bazası  Azərbaycan  Respublikası    İqtisadi  İnkişaf 
Nazirliyindən,  Statistika  Komitəsindən,  Vergilər  Nazirliyindən,  Gömrük 
Komitəsindən, ayrı- ayrı təşkilatlardan əldə edilir. Bu bazaya əsaslanaraq  hər bir 
KitabYurdu.az 
38



 
tədiyyə  növü  üzrə  potensial  vergi  məbləği  və  əvvəlki  illərin  yığım  əmsalı    da 
tətbiq etməklə proqnoz müəyyən edilir. 
    Vergilər üzrə mədaxillərin  proqnozlaşdırılması zamanı  onların xüsusiyyətləri 
nəzərə alınır.  
    Mənfəət  vergisinin  proqnozunun    hazırlanması  zamanı  ötən  illərin  faktiki 
daxilolmaları,  rayon  və    şəhər  ərazisində  fəaliyyət  göstərən    müəssisə  və 
təşkilatların    maliyyə  təsərrüfat-  fəaliyyətinin    göstəriciləri  barədə  məlumatlar 
əldə  edilməlidir.  Bu  tədiyyə  növünün  proqnozu  müəyyən    edilərkən  rayon  və 
şəhər  ərazisində    fəaliyyət  göstərən  müəssisə  və  təşkilatların    balans 
məlumatlarından    istifadə  edilir.  Balans  mənfəəti  məhsulun  satışından  (  işlərin, 
xidmətlərin)  əldə  edilən  gəlirlərlə  məhsulların  (  işlərin,  xidmətlərin)  tam  maya 
dəyəri arasındakı  fərq kimi müəyyən edilir. Bu zaman satışdan kənar sahələrdən  
əldə  edilən  mənfəət  də  nəzərə  alınmalıdır.Balans  mənfəəti  müəyyən  edildikdən 
sonra  mövcud qanunvericilikdə müəyyən edilmiş  güzəşt məbləği və çıxılmalar 
edildikdən sonra mənfəət vergisinin proqnoz  məbləği hesablanır. 
     Vasitəli vergilərə - ƏDV, aksizlər, görük rüsumları aiddir. ƏDV proqnozunda  
ilk növbədə ÜDM – un daxili istehlakı , mal və xidmətlər əlavə dəyər  vergisinə 
cəlb  olunan    və  olunmayan  qruplara  bölünməklə,  güzəştlər  nəzərə  alınmaqla  
ƏDV  –  i  üzrə  proqnoz  hazırlanır,  istehsal  xərclərinə  aid  edilmiş    məsrəflərin 
məbləği, bu məsrəflər üzrə ödənişlər  ƏDV- nin məbləği müəyyən edilir. Bundan 
sonra  satılmış  malların  ,  işlərin  və  xidmətlərin    dəyəri( o  cümlədən  əlavə  dəyər  
vergisinə  cəlb  olunan    və  olunmayan  satış)  və  bunlar  üzrə  alınmış  ƏDV  –  nin 
məbləği  müəyyən  edilməklə    büdcəyə  ödəmələri  olan  ƏDV-  nin  məbləği 
müəyyən edilir. 
 
Büdcə layihəsinin tərtibi üçün vacib olan məlumatlar. 
     Büdcə  proqnozlaşdırılmasının  növbəti  mərhələsi  -    büdcə  layihəsinin  tərtibi 
prosesidir. Büdcə layihəsinin tərtibinin əsas  vəzifəsi dvölət hakimiyyəti  orqanı 
və  yerli  özünüidarəetmənin    iqtisadi  və  sosial  proqnozlaşdırılmasında    nəzərdə 
tutulan  tədbirlərin  maliyyə  təminatının    həyata  keçirilməsi  məqsədilə    büdcədə 
mərkəzləşdirilmiş  pul vəsaitlərinin həcminin  müəyyən edilməsidir. 
KitabYurdu.az 
39


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə