Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

13 
 
I  .  Növbəti  büdcə  ili  üzrə    dövlət  büdcəsi  haqqında  qanun  layihəsinin    birinci 
oxunuşda Milli Məclis  Azərbaycan Respublikasının  sosial- iqtisadi inkişafının 
konsepsiyası  və  proqnozunu,  büdcələrarası  qarşılıqlı    münasibətlərin  əsas 
prinsiplərini,    dövlət  büdcəsi  kəsirinin  ödənilməsi  üçün    xarici  maliyyələşdirmə 
mənbələrini araşdırır. Eyni zamanda  dövlət büdcəsinin göstəriciləri, o cümlədən 
büdcə  gəlirlərinin  bölmələr,  qruplar  və  yarımqruplar    üzrə  təsnifatı,  dövlət 
büdcəsinin  gəlirlərinin    və  rüsumlarının    büdcə  subyektləri  arasında 
bölgüsü,dövlət  büdcəsi  kəsirinin  ölçüsü  və  növbəti  il  üçün    dövlət  büdcəsi 
xərclərindəki xüsusi çəkisi, büdcə kəsirinin  örtülməsi mənbələri və ümumilikdə 
dövlət büdcəsinin xərclərinin ümumi həcmi təhlil edir. 
     Azərbaycan  Respublikasının  Milli  Məclisinin  Daxili  Nizamnaməsinin  16-  cı  
maddəsinə  əsasən    qanun    layihələrinin  birinci  oxunuşu    zamanı  qəbul 
edilməsinin  zəruriliyi,  yuxarıda  qeyd  olunan  əsas  müddəaları  müzakirə  edilir,  
qanun layihəsinin  ümumi konsepsiyasına qiymət verilir. 
     Iqtisadi  siyasət  daimi  komissiyasında    layihəyə  baxılarkən    onların  arasında  
fikir ayrılığı əmələ gəlmişsə, layihə ilə razı olmayan daimi  konsepsiyanın rəyini  
həmin komissiyanın nümayəndəsi oxuyur.  
     Qanun  layihəsinə    birinci  oxunuşda  baxılması    nəticəsində  Milli  Məclis  
aşağıdakı qərarlardan  birini qəbul edir: 
1)  layihə  birinci  oxunuşda  qəbul  edilsin  və  söylənmiş  təkliflər  və  iradlar  nəzərə 
alınmaqla  onun üzərində iş davam etdirilsin ( bu qərar protokol qaydasında qəbul 
edilir); 
2) layihə qəbul edilməsin
3) layihə qəbul edilsin. 
     Milli  Məclis    birinci  oxunuşda  qəbul    edilmiş    qanun  layihəsinin  dərc 
olunması  və ümumxalq müzakirəsinə çıxarılması haqqında qərar qəbul edə bilər. 
     Birinci  oxunuşda  qəbul  edilmiş    qanun  layihəsinnə  dair  təklifləri    və  iradları 
aparıcı  daimi  komissiya    öyrənir  və  ümumiləşirdirir.Aparıcı  daimi  komitə  
layihəyə  təklif  olunan  dəyişikliklərin  Azərbaycan  Respublikası  Konstitusiyasına  
uyğun olub -olmamasını müəyyənləşdirmək üçün müstəqil ekspertiza  təyin edə 
bilər.  Layihəyə  təklif  edilən  dəyişiliklərin  Azərbaycan  Respublikası  
KitabYurdu.az 
46


14 
 
Konstitusiyasına    zidd  olması  müəyyənləşdirdikdə  aparıcı  daimi  komitə  bu 
barədə dəyişikliyin müəllifinə xəbər verir. 
     Layihənin  ayrı-  ayrı  maddələri  üzrə  qruplaşdırılmış  dəyişikliklərə  aparıcı 
daimi  komitənin  iclasında  baxılır  və  daimi  komitə    dəyişiliklərə  razı  olduqda 
onları  layihənin  mətninə  daxil  edir.  Yenidən  işlənmiş  qanun  layihəsi  ikinci  
oxunuşda baxılmaq məqsədli Milli Məclisin sədrinə göndərilir. 
     Milli Məclisdə ikinci oxunuşda baxılmasına 5 gün qalmış qanun layihəsi onun 
təşəbbüsçüsünə göndərilir. 
     Azərbaycan 
Respublikası  Prezidentinin,Azərbaycan  Respublikası  Ali 
Məclisinin    və  Naxçıvan  Muxtar  Respublikası  Milli  Məclisinin    qanunvericilik 
təşəbbüsü  qaydasında Milli Məclisin  müzakirəsinə verdikləri  qanun layihələri  
təqdim  olunmuş    şəkildə  müzakirəyə    çıxarılmalı  və  səsə  qoyulmalıdır.  Belə 
qanun layihələrində dəyişikliklər  yalnız həmin orqanların  razılığı ilə edilə bilər. 
II.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  daxili  nizamnaməsinin    18-  ci 
maddəsinə əsasən  qanun layihəsinin ikinci oxunuşda  müzakirəsi aparıcı  daimi 
komitənin  nümayəndəsinin    məruzəsi  ilə  başlanır.  Məruzəçi  daimi  komitədə  
layihəyə baxılmasının  nəticələri haqqında məlumat verir. 
     Layihənin ikinci oxunuşda müzakirəsi bir qayda olaraq, təşəbbüsçünün çıxışı 
ilə başlanır. 
     Ikinci  oxunuşda    dövlət  büdcəsi  xərclərinin    ümumi  məbləği  çərçivəsində 
dövlət  büdcəsinin  funksional  təsnifatı  üzrə  xərclərin  bölgüsü,    Azərbaycan 
Respublikası  subyektlərinə    maliyyə  yardımının  həcmi(  dotasiya),  cari  xərclər 
büdcəsi , dövlət məqsədli proqramların maliyyələşdirilməsi  xərcləri, Azərbaycan 
Respublikasının  dövlət  xarici    borclanması  proqramı,  Azərbaycan 
Respublikasının  xarici  dövlətlərə    dövlət  kreditinin  verilməsi,  gəlirlərin  və 
xərclərin rüblər üzrə bölgüsü, dövlət büdcəsinin kəsiri və  bir sıra digər məsələlər 
müzakirə edilir. 
     Ikinci oxunuşda müzakirə edilən  qanun layihəsinin əsas kimi  qəbul edilməsi 
barədə  protokol    qaydasında  qərar  qəbul  edilir.  Bu  cür  qərar  qəbul  edilməzsə, 
qanun layihəsi  qəbul edilməmiş sayılır. 
KitabYurdu.az 
47


15 
 
     Qanun  layihəsi  əsas  kimi    qəbul  edildikdən  sonra    Milli  Məclisin  iclasına  
sədrlik  edən  deputatlardan    qanun  layihəsində  edilmiş dəyişikliklərə    etirazların 
olub- olmamasını öyrənir. Bu cür etirazlar olduqda  onları qısaca əsaslandırmaq  
üçün hər deputata  3 dəqiqəlik vaxt verilir. Məruzəçi həmin etirazlara  cavab verir 
və qanun layihəsi  maddə- maddə müzakirə edilir. Bundan sonra qanun layihəsi  
ikinci  oxunuşda  qəbul  edilir.  Iş  başa  çatdıqdan  sonra    daimi  komitə  üçüncü 
oxunuş üçün  hazırlanmış qanun layihəsini  Milli Məclisin sədrinə göndərir. Milli 
Məclisin  sədri    qanun  layihəsinə  baxılmasını  üçün  Milli  Məclisin  iclasının 
gündəliyinə salır. 
III.  Azərbaycan  Respublikası  Milli  Məclisinin    daxili  Nizamnaməsinin  19-  cu 
maddəsinə  əsasən  qanun  layihəsinin    üçüncü  oxunuşu    zamanı  qanun  layihəsi  
bütövlükdə  səsə  qoyulur.  Qanun  layihəsinin  üçüncü  oxunuşu    zamanı  onun 
mətnində  dəyişikliklər edilə bilməz. 
     Müstəsna  hallarda  Milli  Məclisin  iclasında    iştirak  edən  deputatların  
əksəriyyətinin tələbi ilə  üçüncü oxunuşda olan qanun  layihəsi  ikinci oxunuşa 
qaytarıla bilər.  
     Azərbaycan  Respublikası  Konstitusiyasının  96-  cı    maddəsinin  IV  və  V 
hissələrində  nəzərə tutulmuş hallar istisna olmaqla, bütün başqa hallarda  Milli 
Məclisə  təqdim  edilmiş  layihələrə  6  ay  müddətində  baxılır,  müzakirə  edilir  və 
onlar barəsində qərar qəbul edilir. 
     Növbəti büdcə  ili  üzrə  dövlət  büdcəsi haqqında    qanun  layihəsi    Azərbaycan 
Respublikası  Milli  Məclisində  cari  ilin  dekabr  ayının    20-  dən  gec  olmayaraq 
təsdiq edilir. 
     Növbəti büdcə ili üzrə  dövlət büdcəsi haqqında  qanunla aşağıdakı əsas 
göstəricilər  təsdiq  olunur: 
-
 
gəlirlərin ümumi məbləği; 
-
 
vergilərin dərəcələri
-
 
mədaxil mənbələri üzrə gəlirlərin məbləği
-
 
mənbələr üzrə qrantlar və transfertlər
-
 
ayrı- ayrı gəlirlərin büdcələr arasında bölgüsü  və ayırma normaları; 
KitabYurdu.az 
48


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə