Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

16 
 
-
 
funksional  və  iqtisadi  təsnifata  uyğun  olaraq  paraqraflar  səviyyəsində  
xərclərin məbləği; 
-
 
Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və  yerli  büdcələrə    verilən 
dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği; 
-
 
Digər büdcə ssudalarının ümumi məbləği və istiqamətləri; 
-
 
Daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər
-
 
Dövlətin üçüncü tərəf qarşısında  öhdəliklərinin yuxarı həddi; 
-
 
Sair beynəlxalq öhdəliklərin məbləği
-
 
Ehtiyat fondunun məbləği; 
-
 
Azərbaycan  Respublikasının  daxili  və  xarici  borclanmasının    həddi(  il 
ərzində  götürülə  biləcək  dövlət  borcunun  və  cəlbediləcək  dövlət  istiqrazlarının 
məbləği); 
-
 
Xərclərin maliyyələşdirilmə ardıcıllığı; 
-
 
Dövlət büdcəsini müdafiə olunan  xərc maddələri
-
 
Təsdiq olunması zəruri hesab edilən  digər göstəricilər. 
     Növbəti büdcə ili üzrə dövlət büdcəsi  təsdiq olunduqdan sonra  müvafiq icra 
hakimiyyəti  orqanı    təşkilatlar  üzrə    büdcə  təsnifatı  əsasında    xərclərin 
bölgüsünün aparır və təsdiq edir. 
 
Yerli( bələdiyyə) büdcələrin tərtibi, müzakirəsi və təsdiq edilməsi. 
     Yerli  büdcələr  bələdiyyə  qurumlarının  (  inzibati  rayonların,  şəhərlərin, 
qəsəbələrin,  kəndlərin)  büdcəsidir.  Bələdiyyə  qurumlarının  büdcəsi  onların  pul 
vəsaitlərinin    əmələ  gəlməsi  və  istifadə  edilməsi  formasıdır.  Bu  konkret 
bələdiyyənin real məqsədlərini və onların  qarşısında duran vəzifələri əks etdirən 
ciddi maliyyə sənədidir. 
     Yerli  büdcələrin  formalaşması,  təsdiqi  və  icrası    yerli  özünüidarəetmə 
orqanları tərəfindən  həyata keçirilir. 
     Yerli  büdcənin  tərtibi  və  icarı  büdcə  sistemini  qanunvericiliklə    müəyyən 
edilmiş  ümumi prinsipləri  və büdcə təsnifatına uyğun olaraq həyata keçirilir. 
     Yerli  büdcələrin  layihəsi    bələdiyyə  ərazisində  fəaliyyət  göstərən  bələdiyyə 
müəssisələrinin  və  digər  hüquqi  şəxslərin,  habelə  fiziki  şəxslərin  təsərrüfat  
KitabYurdu.az 
49


17 
 
fəaliyyətinin  qiymətləndirilməsi,  sosial  iqtisadi  proqnozlar  və  məqsədli 
proqramlar əsasında  formalaşır. Dövlət büdcəsindən dotasiya  nəzərdə tutulmuş 
bələdiyyələr  yerli  büdcə  layihəsini  müvafiq  sənədlər  və  məlumatlarla    birlikdə 
may  ayının  1-  dək    müvafiq  icra  hakimiyyəti  orqanına  (  Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyinə) təqdim etməlidir. 
     Yerli  büdcələrin    yerinə  yetirilməsinə  bələdiyyələr  nəzarət  edir.  Yerli 
büdcələrin  yerinə  yetirilməsinə  xidmət  göstərmək    və  işi  səmərəli  təşkil  etmək 
üçün  bələdiyyələr dövlət xəzinədarlığının  ərazi( rayon) orqanları ilə müqavilələr 
bağlaya,  yaxud  da  yerli  büdcənin  vəsaitləri  hesabına    bələdiyyə  xəzinədarlığı 
yarada bilər. 
     Beləliklə,  yerli  büdcələrin    formalaşmasını,  təsdiqini  və  istifadə  olunmasını, 
yerli büdcələrin  icrasına nəzarəti  bələdiyyələr müstəqil həyata  keçirir.  
     Yerli büdcələrin müstəqilliyi  öz mədaxil mənbələrinin və bələdiyyənin  yerli 
büdcə vəsaitinə  sərəncam vermək  barədə müstəsna  hüququnun olması ilə təmin 
edilir. 
     Qanunvericilikdə  nəzərdə  tutulmuş    hallar  istisna  olmaqla    qanunvericilik  və 
icra  hakimiyyəti  orqanlarının    bələdiyyələrin  büdcə  fəaliyyətinə    müdaxiləsinə 
yol  verilmir.    Bələdiyyələr  maliyyə  ilinin  sonuna    yerli  büdcədə  əmələ  gəlmiş  
sərbəst vəsait qalıqlarına müstəqil sərəncam verirlər. 
     Yerli  sosial-  iqtisadi    inkişaf  proqramlarını  yerli  büdcənin  vəsaiti  hesabına 
maliyyələşdirmək    mümkün  olmadıqda,  dövlət  büdcəsindən  dotasiya  və 
subvensiya  ayrılır.  Qanunvericilik  və  icra  hakimiyyəti  orqanları    bələdiyyələrə 
əlavə  səlahiyyətlər  həvalə  etdikdə,  onlar  bu  səlahiyyətlərin  həyata  keçirilməsi 
üçün zəruri  maliyyə vəsaiti ilə təmin olunur. Icra hakimiyyəti orqanlarının  qəbul 
etdikləri  qərarlar  nəticəsində  yerli  büdcələrin  gəlirlərinin    azalması  və  ya 
xərclərinin  artması  baş  verdikdə,  uyğun  azalma  və  ya  artma    məbləğləri  bu 
qərarları  qəbul edən orqanlar tərəfindən kompensasiya olunur. 
 
 
KitabYurdu.az 
50


Mövzu 5: Büdcə təsnifatı və onun əhəmiyyəti. 
Plan 
1. Büdcə təsnifatının mahiyyəti. 
2. Büdcə təsnifatının tərkib elementləri. 
3. Azərbaycan Respublikası dövlət büdcəsi  gəlirlərinin təsnifatı. 
4. Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatı. 
5.  Azərbaycan  Respublikası  dövlət  büdcəsi  xərclərinin    funksional 
təsnifatı. 
6.  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin    daxili  və  xarici  
maliyyələşdirmə mənbələrinin təsnifatı. 
7.  Azərbaycan  Respublikası  dövlət  daxili  və  xarici  borcunun    növləri 
üzrə maliyyələşdirmənin  təsnifatı. 
8.  Azərbaycan  Respublikası  dövlət  büdcəsi  xərclərinin  təşkilatlar  üzrə 
təsnifatı. 
 
Ədəbiyyat 
 
 1. Azərbaycan Respublikası regionların 2009- 2013 – cü illərdə sosial-
iqtisadi inkişafı dövlət proqramı. 
2.  “Büdcə  sistemi  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu 
2002. 
3.  Ş.Ş.Bədəlov,  P.B.Məhərrəmov,  F.Ə.Qurbanov.  Büdcə  sistemi.Bakı 
2003. 
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
6. Z.Vəliyev .Büdcə.bakı 2010. 
 
 
 
Azərbaycan  Respublikası  dövlət  büdcəsini  daxili  və  xarici  
maliyyələşdirmə mənbələrinin təsnifatı.  
KitabYurdu.az 
51


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə