Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

     Bütün səviyyələrdə büdcələrin maliyyələşdirilməsi üçün  Azərbaycan   
Respublikası  hökuməti  tərəfindən  borc  və  ya  cəlbedilmiş    vəsaitlərin 
qruplaşdırılmasıdır. 
1. Daxili maliyyələşdirmə  mənbələrinə aşağıdakılar daxildir: 
- digər dövlət orqanlarından alınan  vəsaitlər( kod 1)  
-  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankından  alınan  vəsaitlər(kod 
2) 
- depozit banklarından alınan vəsaitlər( kod 3) 
- sair daxili maliyyələşdirmə( kod 4) 
- digər kateqoriyalara aid edilməyən  sair daxili maliyyələşdirmə( kod5) 
 2. Xarici maliyyələşdirmə mənbələrinə aşağıdakılar daxildir: 
- beynəlxalq iqtisadi təşkilatlardan alınan vəsaitlər( kod6) 
- xarici dövlətlərdən alınan  vəsaitlər( kod 7) 
-  sari xarici borclar( kod 8) 
- bank hesablarında vəsait qalıqlarının  dəyişdirilməsi( xarici valyutalar)( 
kod 9) 
 
Azərbaycan Respublikası  dövlət  daxili və xarici borcunun  növləri 
üzrə maliyyələşdirmənin təsnifatı. 
     Azərbaycan  Respublikası  hökumətinin  daxili  borc    öhdəlikləri  və 
xarici  öhdəliklər üzrə borcların növləri üzrə qruplaşdırılmasıdır.  Buraya 
daxildir: 
1.Daxili maliyyələşdirmə mənbələrinə  aşağıdakılar daxildir: 
- uzunmüddətli dövlət daxili daxili uduşlu istiqrazları( kod1) 
- qısamüddətli istiqrazlar və veksellər( kod2) 
- başqa kateqoriyaya aid olamayan  uzunmüddətli ssudalar( kod3) 
- başqa kateqoriayaya aid olamayan  qısamüddətli ssudalar və avanslar( 
kod4) 
- sair öhdəliklər( kod5) 
- bank hesablarına vəsait qalıqlarının  dəyişdirilməsi( kod 6) 
 
2. Xarici maliyyələşdirmə mənbələrinə aşağıdakılar daxildir: 
- uzunmüddətli istiqrazlar( kod 7) 
KitabYurdu.az 
52


- qısamüddətli istiqrazlar və veksellər( kod 8) 
- başqa kateqoriyaya aid olmayan  uzunmüddətli ssudalar ( kod 9) 
 
Məsələn,  mənzil  kommunal  təsərrüfatı  xərcləri  (  kod8)  bölməsi 
aşağıdakı paraqraflara bölünür: 
- mənzil istismar idarələri( kod 8.0.1.) 
- mənzil- kommunal təsəürrüfatın tikinti, təmir- tikinti təşkilatları ( kod 
8.0.2) 
- mənzil- kommunal təsərrüfatı  müəssisələri, kombinatları ( kod 8.0.3) 
- mehmanxanalar( kod 8.0.10) 
- şəhərlərin abadlaşdırılması ( kod 8. 0. 13) və s. 
     Qeyd  etdiyimiz  kimi    Azərbaycan  Respublikası    dövlət  büdcəsinin  
təsnifatı  fəaliyyət  göstərir  və  bu  təsnifatın  strukturuna    aşağıdakılar 
daxildir: 
1. Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatı. 
2.  Azərbaycan  Respublikası  dövlət  büdcəsi  xərclərinin  funksional 
təsnifatı. 
3. Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin  iqtisadi təsnifatı. 
4.  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  daxili  və  xarici 
maliyyələşdirmə mənbələrinin təsnifatı. 
5.  Azərbaycan  Respublikası  dövlət  və  xarici  borcunun    növləri  üzrə 
maliyyələşdirmənin  təsnifatı. 
6.  Azərbaycan  Respublikası  dövlət  büdcəsi  xərclərinin  təşkilatlar  üzrə 
təsnifatı. 
 
1. Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatı. 
 
     Müxtəlif  səviyyəli  büdcələrin    gəlirlərinin  qruplaşmasını    təşkil  edir 
və  müxtəlif  səviyyəli  büdcələrin    gəlirlərinin  formalaşması  mənbəyini 
müəyyən  edən    Azərbaycan  Respublikasının  qanunvericilik  aktlarına 
əsaslanır. 
     Gəlirlər  bölməsi  onların  mənbələri  və  alınması  qruplarına  görə  
konkret gəlir növlərini birləşdirir. 
KitabYurdu.az 
53


Gəlirlər 4 bölməyə bölünürlər: 
1.  “Vergilərdən  daxilolmalar”  bölməsinə(  kod1)  aşağıdakı  köməkçi 
bölmələr daxildir: 
- fiziki şəxslərin gəlir vergisi
- hüququ şəxslərin mənfəət vergisi
- əlavə dəyər vergisi
- aksizlər; 
- əmlak vergisi; 
- torpaq vergisi; 
-yol vergisi; 
- mədən vergisi; 
- sadələşdirilmiş sistem üzrə vergi. 
 2. Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin 
qeyri-  vergi  gəlirlərinə  mülkiyyətdən  gəlirlər,  mal  və  xidmətlərin  
satışından  daxilolmalar  ,  cərimə  və  sanksiyalar  üzrə  daxilolmalar    və 
könüllü köçürmələr daxildir. 
Mülkiyyətdən  gəlirlər  –  dövlətin  mülkiyyəti  ilə  bağlı  olan  vergi 
olmayan    gəlirlərdir.  Bu  gəlirlər  faizlərdən,  dividentlərdən  ,  pul-  şey 
lotereyaları üzrə  daxilolmalardan və icarə haqqından ibarətdir. 
Mal və xidmətlərin satışından daxilolmalara- dövlətə məxsus olan maddi 
və  qeyri-  maddi  aktivlərin  satışı  və  ya  onların  özəlləşdirilməsindən  
daxilolmalar, büdcə təşkilatlarının ödənişli  xidmətindən daxilolmalar və 
inzibati tədiyyələr aiddir. 
Cərimə  və  sanksiyalar  üzrə  daxilolmalara-  cinayət  və  inzibati 
qaydada  hüququ  pozuntularına  görə  ,  torpaq  qanunevriciliyinə  uyğun 
olaraq    tutulan  cərimə  və  sanksiyalar  aid  edilir.  Yol  hərəkəti 
qaydalarının  pozulmasına  görə    cərimələr,  sanksiyalar  və  sair 
daxilolmalar    bu  qrupa  daxildir.  Vergi  qanunvericiliyinin  pozulmasına 
görə  tətbiq olunana cərimə və sanksiyalar  təsnifatda həmin növ vergiyə  
aid kateqaroyada öz əksini tapır. 
Könüllü  köçürmələrə(  qarantlardan  başqa)  beynəlxalq  təşkilatlar  və 
dövlət  idarəetmə  orqanları  istisna  olmaqla  digər  hüquqi    və  fiziki 
KitabYurdu.az 
54


şəxslər,  müxtəlif  qeyri-  dövlət  fondları    və  digər  mənbələr  tərəfindən  
bağlanılmış və könüllü köçürülmüş  vəsaitlər aid edilir. 
 
Azərbaycan  Respublikası  dövlət  büdcəsi  xərclərinin    iqtisadi 
təsnifatı. 
     Büdcə  gəlirləri  müəyyən  əlamətlərinə  görə    təsnifləşdirilir. 
Azərbaycan Respublikasının  dövlət büdcəsinin xərcləri aşağıdakı  kimi 
təsnifləşdirilir: 
-  təkrar  istehsal  prosesində    roluna  görə  -  maddi  istehsal  sahəsinin  
maliyyələşdirilməsi və qeyri- istehsal  sferasının saxlanması  ilə əlaqədar 
olan xərclər; 
-  funksional  təyinatına  görə  -  xalq  təsərrüfatının,  sosial  –  mədəni 
tədbirlərin  ölkənin  müdafiəsinin  maliyyələşdirilməsi  ,  idarəetmə 
aparatının  saxlanması,  hüquq-  mühafizə  fəaliyyəti  və  təhlükəsizliyin 
təmin  edilməsi  ,  əsaslı  tədqiqat  ,  elmi-  texniki  tərəqqiyə  kömək    və 
dövlət  borclarına  xidmət  üzrə    xərclər.  Bu  xərclərin  hər  bir  qrupu  
inzibati əlamətlərə görə bölünür. 
 
Büdcə xərclərinin funksional təsnifatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin 
funksional təsnifatı 
Ümumdövlət xidmət xərcləri 
Məhkəmə hakimiyyəti, hüquq- mühafizə, təhlükəsizlik və 
prokurorluq orqanları xərcləri 
Müdafiə xərcləri 
Səhiyyə xərcləri 
Təhsil xərcləri 
Sosial müdafiə və sosial təminat xərcləri 
KitabYurdu.az 
55


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə