Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

     Büdcə  təsnifatının  tərkibi    araşdırılmazdan  əvvəl  onun  yaranma  
tarixinə nəzər salmaq lazımdır. 
     Hələ  XIX  əsrin  əvvəllərində  rus  iqtisadçısı  M.  Speranskiy  özünün 
“Maliyyə  planında”  xərclərin  təsnifatını  yazmışdır.xərclərin  təsnifatını  
yazarkən M.Speranskiy  bu bölgünü 5 meyara ayırmışdır: 
-  Birinci  meyar  –  idarəetmə  növünə  görə.  Yəni  burada  idarəetmə 
orqnaına    xərclərin  nəzərdə  tutlduğu  göstərilir.  Belə  bölgünü  inzibati 
mənsubiyyətinə    uyğun  olaraq  maliyyə    vəsaitlərinin  bölgüsünün 
nəzərdə tututr. 
-  İkinci  meyar  –  zərurilik  səviyyəsinə  görə.  Bu  halda  xərclər  zəruri, 
faydalı, artıq, faydasız xərclərə bölünür. Faydalı xərclər o zaman zəruri 
olar ki, onlar xalq təsərrüfatı sahələrinin inkişafına sərf edilmiş olsun. 

Üçüncü  meyar  –  xərclərin  məkanlığına  görə.  Burada 
xərclərinümumdövlət    və  yerli  əhəmiyyətli  olması  nəzərdə  tutulur. 
Ümumdövlət xərcləri dövlət büdcəcindən, yerli əhəmiyyətli xərcləri isə  
yerli büdcələrdən maliyyələşdirilməlidir. 
- Dördüncü meyar – xərclərin müddətliyidir. Bu xərclər adi və fövqaladə  
xərclərə  bölünür.  Heç  bir  adi  xərc  fövqaladə    xərclərə  kifayət  edə 
bilməz. Fövqaladə hallar üçün nəzərdə tutulan  vəsaitlər hazırda ehtiyat 
fondundan ödənilir.  
- Beşinci meyar - sabitlik. Xərclərin ümumi həcmi daimi və dəyişkən ola 
bilər.  
     Bu  cür  təsnifatı  qəbul  edib  xərclər  üzrə  maddələrin  növlərinə    görə 
elə  qruplaşdırmaq  olar  ki,  hər  bir  xərc  növünə  görə  onların  idarə 
edilməsi,  zəruriliyi,  məkanlığı,  müddətliliyi  və  sabitliyi  təmin  edilmiş 
olsun. 
 
KitabYurdu.az 
60


 

Mövzu 6: Büdcənin gəlirləri: 
 vergi və qeyri- vergi gəlirləri. 
 
1. Dövlət büdcəsi gəlirlərinin mahiyyəti,onların tərkibi və quruluşu. 
2. Vergilərin mahiyyəti və funksiyaları. 
3. Azərbaycanda vergi sisteminin  təşəkkülü və inkişafı. 
4.  Azərbaycan  Respublikasının  müasir  vergi  sistemi  və  vergilərin 
təsnifatı. 
5. Büdcənin qeyri- vergi gəlirləri. 
 
     Büdcənin 
gəlirləri 
dedikdə, 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə  uyğun  olaraq  əvəzi  ödənilmədən  və  qaytarılmamaq 
şərti  ilə  dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının 
sərəncamına  daxil  olan  pul  vəsaiti  başa  düşülür.  Dövlət  büdcəsinin 
gəlirləri dövlətin maliyyə bazasını təşkil edir. 
     Büdcənin  gəlirləri  dövlətin  pul  vəsaiti  fondunun  formalaşması 
prosesində  dövlətlə  müəssisə,təşkilat  və  əhali  arasında  əmələ  gələn 
iqtisadi münasibətləri ifadə edir. 
     Planlı  iqtisadiyyat  dövründə  dövlət  büdcəsinin  gəlirləri  dövlət 
müəssisələrinin  pul  yığımlarına  əsaslanırdı.  Onlar  dövlət  büdcəsi 
gəlirlərinin  90  faizdən  çoxunu  təşkil  edirdi  və  əsasən  iki  tədiyyədən  – 
dövriyyədən  vergi  və  mənfəətdən  ödənişlərdən  ibarət  idi.  Dövlət 
büdcəsinin gəlirləri dövlətin maliyyə ehtiyatlarının 2/3  – ni özündə əks 
etdirir. 
     Bazar  iqtisadiyyatı  şəraitində  büdcənin  gəlirləri  bölümünün 
mahiyyəti  bir  qədər  dəyişmiş  və  daha  geniş  münasibətlər  sistemi  olan 
bazar  münasibətlərərini  özündə  əks  etdirməyə  başlamışdır.  Iqtisadi 
təsnifata uyğun olaraq dövlət büdcəsinin gəlirləri 4 qrupa ayrılır. 
-  vergilərdən  daxilolmalar,  qeyri-  vergi  gəlirləri,  əsaslı  ödənişlər  və 
əvəzsiz alınan vəsaitlər( transfertlər) 
     Vergilər – mühüm iqtisadi kateqoriya olub,tarixən dövlətin meydana 
gəlməsi,  mövcudluğu  və  fəaliyyəti  ilə  bağlıdır.  Vergitutma 
nəzəriyyəsinin əsasını qoyanlardan biri İngilis iqtisadçısı A.Smit ( 1720 
– 1790) demişdir ki, “vergilər onları ödəyənlər üçündür– pul əlaməti yox 
azadlıq  əlamətidir”. Görkəmli  kilsə  xadimi və  filosof    Foma  Akvinski( 
1226-  1274)  vergiləri  “  soyğunçuluğun  icazə  verilmiş  forması” 
adlandırmışdır.  Karl  Marksın  (  1818-    1883)  fikrincə  “  vergi  hökuməti 
yedizdirən  ana  döşüdür”.  Azərbaycan  Respublikasının  vergi 
KitabYurdu.az 
61


 

Məcəlləsində göstərilir “ Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin 
maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul 
vəsaitlərinin  özəlləşdirilməsi  şəklində  dövlət  büdcəsinə  və  yeri 
büdcələrə köçürülən məcburi, fərdi,əvəzsiz ödənişdir.  
Vergilərə xas olan əsas əlamətlər aşağıdakılardır. 
1. Onun məcburi xarakter daşımasıdır. 
2. Mülkiyyətçinin dəyişməsidir. 
3.  Qaytarılmazlığı  və  əvəzsiz  xarakterdə  olmasıdır(  vergi  tədiyyəsi 
konkret ödəyiciyə qaytarılmır). 
4. Tətbiq olunmasının qanuniliyi. 
5. Vergilərin vacibliyidir. 
6. Pul formasında olmasıdır. 
7.  Onun  abstrakt  ödəniş  olması,  yəni  bedcəyə  ödənilərkən  məqsədli 
xarakter daşımamasıdır. 
 
Vergilərin  funksiyaları.Vergilərin  mahiyyəti  və  rolu  onların 
funksiyalarında  təzahür  edir.  Vergilər  fiskal,  bölüşdürücü,  tənzimləyici 
və  nəzarət  funksiyalarını  yerinə  yetirir.  Fiskal  funksiya  “  fiskal  latın 
sözü  olub  zənbil  deməkdir”.  Qədim  Romada  xüsusi  toplayıcılar  ( 
yığıcılar)  bazarda  boyu  zənbillə  gəzir  və  tacirlər  tərəfindən  satılan 
əmtəələrin bir hissəsini buraya yığırdılar. Bu ticarət etmə hüququna görə 
özünəməxsus bac ( yığım) idi. Toplanmış əmtəələr monarxın ( dövlətin ) 
mülkiyyətinə  keçirdi.  Hətta  pulların  saxlandığı  kassa,  imperatorların 
şəxsi  xəzinəsi  və  nəhayət,  gəlir  ,  vergi    və  digər  rüsumların  toplandığı 
mərkəz  fisk  adlandırılmışdır.  Bu  funksiyanın  mahiyyəti  büdcəyə 
mümkün qədər daha çox vəsait cəlb etməkdən ibarətdir. 
Nəzarət  funksiyası.Bu  funksiya  iqtisadiyyatın  müxtəlif  subyektlərinin 
gəlirlərinin əmələ gəlməsi və bölgüsü prosesində dəyər proporsiyalarına 
əməl edilməsinə şərait yaradır. Bu funksiyanın köməyi ilə hər bir vergi 
kanalının  səmərəliliyi  qiymətləndirilir  .  Vergi  sistemində  və  vergi 
siyasətində  ediləcək  dəyişikliyn  zəruriliyi  müəyyən  edilir.  Vergi 
nəzarətinin  (  məqsədi)  vəzifəsi  müxtəlif  formalarda  vergi  yoxlamaları 
KitabYurdu.az 
62


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə