Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
    Büdcə  iqtisadi  kateqoriya  kimi    maliyyə  sisteminin  tərkib  hissəsidir, 
pul münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə 
əks etdirir. 
    Dövlət  büdcəsi    onun  mahiyyətini  əks  etdirən    bir  neçə  çox  mühüm 
funksiya  daşıyır.Ümumiqtisadi  əhəmiyyəti  olan  bu  funksiyalar  
iqtisadiyyatın  hər  bir  sahəsi  ilə  yaxından  bağlıdır.  Büdcənin  əsas 
funksiyaları  bölgü  və  nəzarət  funksiyalarıdır.  Bundan  başqa  
iqtisadiyyatın  dövlət  tənzimlənməsi    və  həvəsləndirilməsi  və  dövlətin 
sosial  siyasətinin həyata keçirilməsinin maliyyə təminatı funksiyaları da 
vardır. 
Ümumiyyətlə büdcənin funksiyaları aşağıdakılardır: 
-
 
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi. 
-
 
Iqtisadiyyatın dövlət tənzimlənməsi  və həvəsləndirilməsi. 
-
 
Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı. 
-
 
Mərkəzləşdirilmiş  pul    vəsaitləri  fondlarının  yaradılması  və  istifadəsi 
üzərində nəzarət. 
Bu gün dövlət maliyyəsinin heç bir bölməsi çoxcəhətli və geniş həcmli 
pul  vəsaitlərinin    bölgüsünü  həyata  keçirə  bilməz.  Bu  vəzifəni  büdcə 
yerinə yetirir. O, milli gəlirin bölüşdürülməsində  mühüm rol oynayır və 
bu  prosesin  təsir  dairəsi  çox  genişdir.  Məsələn,  bu  mərhələdə  bütün 
istehsalçılar,  yaxud  istehsal  iştirakçıları  büdcə  münasibətləri  orbitinə  
daxil  olurlar.  Dövlət  büdcəsində  əsas  yenidənbölgü  obyekti  xalis 
gəlirdir.  Vergilər  və  digər  dövlət  gəlirləri  şəklində  dövlət  büdcəsinə 
səfərbər  olunan  vəsait  yenidən  bölünərək    milli  iqtisadiyyatın  müxtəlif 
sahələrinin  inkişafına  yönəldilir.  Büdcənin  bölüşdürülməsi  funksiyası  
dövlət və yerli özünüidarəetmə  orqanları səviyyəsində  pul fondlarının 
yaradılması və istifadəsi  formasında özünü biruzə verir.  
    Büdcə  milli  iqtisadiyyatın    bütün  sahələrinin  əlaqələndirilməsidir. 
Ölkələrin  əksəriyyətində  ümumi  milli  məhsulun  15-  60  %  -  i    büdcə 
vasitəsilə 
bölüşdürülür. 
Mərkəzləşdirilmiş 
planlı 
iqtisadiyyat  
ölkələrində bu göstərici  yuxarı,  bazar iqtisadiyyatı ölkələrində isə aşağı 
olur. 2000- ci ildə  Azərbaycan Respublikasında  ümumi milli məhsulun  
həcmi  3,66  milyard    manat  olduğu  zaman,  dövlət  büdcəsi  780  milyon  
manat idi.  Ümumi milli məhsulun bölgüsündə dövlət büdcəsinin xüsusi 
KitabYurdu.az 
4


 
 
çəkisi    21%  idi.    Hazırda  isə  bu  rəqəmlər    xeyli  böyümüş  və  faiz  də 
dəyişmişdir. Pay etibari ilə götürsək, bu rəqəm hazırda 32%- ə yaxındır. 
    Dövlət 
büdcəsi 
vasitəsilə 
ölkənin 
sosial 
sahələrinin  
maliyyələşdirilməsi  təmin  edilir,  iqtisadi  rayonların    və  ayrı-  ayrı 
sahələrin    inkişafı  tənzimlənir.  Dövlət  iqtisadi  münasibətlərin  bu  cür 
tənzimlənməsi  vasitəsilə  ölkədə    məhsuldar  qüvvələrin  inkişafını 
tənzimləyir. 
    Büdcə  vasitəsilə  ÜDM-  un  yenidən  bölgüsü  eyni  vaxtda    həyata 
keçirilən  və bir- biri ilə sıx əlaqədə olan  ikitərəfli prosesdir: 
-
 
Büdcənin gəlirlərinin yaradılması: 
-
 
Büdcə vəsaitlərini istifadəsi ( büdcənin xərcləri) 
Büdcə  gəlirləri-  Azərbaycan  Respublikasının,Naxçıvan  Muxtar 
Respublikasının    və  yerli  özünüidarəetmə    orqanlarının  müvafiq 
qanunvericilik  aktları ilə müəyyən olunmuş  qaydada dövlət büdcəsinə  
Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və  yerli  büdcələrə  daxil 
olan  vergilər, rüsumlar, digər ödənişlər  və daxil olmalardır. 
    Büdcə  gəlirlərinin    yaranması  prosesində,  ictimai  istehsal  prosesində  
yeni yaranan ÜDM- un bir hissəsini dövlətin və bələdiyyələrin  xeyrinə 
məcburi  yenidən    bölüşdürülməsi    baş  verir.    Bununla  dövlətlə  və 
bələdiyyə orqanları ilə  vergi ödəyiciləri arasında maliyyə münasibətləri 
yaranır. 
   Büdcə  gəlirləri-    büdcə  təsnifatına  uyğun  olaraq  dövlət  büdcəsindən  , 
Naxçıvan  Muxtar  Respublikasının    büdcəsindən  və  yerli  büdcələrdən 
qanunvericilikdə  nəzərdə  tutulan    tələbatı  ödəmək  üçün  ayrılan 
vəsaitdir.Büdcə  xərcləri  “  Büdcə  sistemi  haqqında”    Azərbaycan 
Respublikasının  qanununa  və  hər  il  qəbul  olunmuş    “Dövlət  büdcəsi 
haqqında”  Azərbaycan Respublikasının Qanununa  müvafiq olaraq ayrı- 
ayrı    təşkilatlar  üzrə    təsdiq  olunmuş    smetaya  əsasən    dövlət 
xəzinədarlıq orqanları  vasitəsilə  istifadəsi formasıdır. 
    Dövlət büdcəsinin ənənəvi  funksiyalarından biri nəzarətdir. Büdcənin 
köməyi  ilə  vəsait  yığımına    və  ondan  istifadəyə  ciddi  nəzarət  edilir. 
Büdcənin  təşkilini    şərtləndirmiş  tarixi    amilləri  təhlil  edərkən  bunun 
nəinki  iqtisadi  zərurət  olduğunu,  həm  də  siyasi  səbəblərini  ,  yəni 
KitabYurdu.az 
5


 
 
hakimiyyətin büdcədən təbəqələrə qarşı bir siyasi təzyiq və nəzarət aləti 
kimi bəhrələndiyini seçmək mümkündür. 
    Eyni  zamanda  büdcə  təşkilinin  təbiəti  belədir  ki,  o  dövləti  idarə 
edənlərin  özlərini  də  müəyyən  məsuliyyət  daşımağa,  iqtisadi  intizama 
sövq edir. Məsələn, İngiltərədə və Fransada  büdcə iqtisadi arenaya xalq  
hərəkatlarının  siyasi  təzyiqinin  nəticəsi  kimi  çıxmışdır.  Hələ  1212-  ci 
ildə  Kral  Conun  imzaladığı  sənədlərdə    büdcənin  yaradılmasına  dair 
mülahizələr  vardır.  Sonralar  büdcə  dövlət  idarəçiliyi  mexanizminin 
ayrılmaz  hissəsinə  çevrildi.  Idarəedici  orqanlar   müəyyən  müddət üçün  
nəzərdə  tutulmuş  dövlət  xərclərinə  nəzarət  etmək  ,  eləcə  də  özlərinin 
dövlət gəlirlərini örtmək üçün büdcəni təşkil və təsdiq edirlər. 
    Büdcə  nəzarəti  iqtisadiyyatın  bütün  sahələrini,pul  kütləsinin 
hərəkətini  ,  alqı-  satqı  əməliyyatlarını  əhatə  edir,  çünki  bütün  bu 
proseslər  büdcəyə  daxil  olan  gəlirləri  geniyasiyalaşdırır.  Toplanmış 
mədaxillər büdcə  gəlirlərini təşkil edir. Büdcədən istifadəyə hökumət , 
yaxud  büdcə  ilə  məşğul  olan  başqa  orqanlar  nəzarət  edir.  Bu  orqanlar 
büdcənin    icrası  zamanı    heç  bir  əyintiyə  və  ya  səhlənkarlığa    yol 
verməməlidirlər.    Bu  nəzarət  funksiyası  özündə  ikili  məhdudlaşdırıcı 
vəzifəni əks etdirir. 
    Büdcə  ehtiyatlarının  özbaşına,    ölçüsüz-  biçisiz    əsaslandırılmamış 
israfi iqtisadiyyatda  ciddi pozuntulara, sahibsizliyə gətirib çıxarır ki,  bu 
da  dövlətin  idarəçilik  mexanizminin  zəifliyinə    dəlalət  edir.  Büdcə 
xərclərinə  nəzarət  ,  daha  doğrusu,  onların  tam  məhdudlaşdırılması    bir 
iqtisadi tənzimləyici , iqtisadi nəzarətçi kimi büdcənin əsas roluna uyğun 
gəlir. 
    Iqtisadiyyatın  geridə  qalmış,  yaxud  zəif  inkişaf  etmiş  sahələrinə  
yardım  göstərilməsi,  istehsal  və  qeyri-  istehsal  infrastrukturların  
yaradılması,  əhalinin  sosial    müdafiəsi,  yoxsulluqla  mübarizə,  ölkənin 
müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, maliyyə vəsaitinin  düzgün 
bölüşdürülməsi  kimi  sahələrin  maliyyələşdirilməsi  büdcə  xərclərinin, 
eləcə də gəlirlərinin məhdudlaşdırılmasını şərtləndirən amillərdir. 
    Büdcənin  icrası  prosesində  məhdudiyyətlər  qoyulması,  dediyimiz 
kimi iki istiqamət , yaxud parametr üzrə baş verir: 
a)
 
Vaxta görə məhdudlaşma
KitabYurdu.az 
6


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə