Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 5,1 Kb.

səhifə20/57
tarix14.09.2018
ölçüsü5,1 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 

vasitəsilə  vergi  qanunvericiliyinə  əməl  edilməsinə  nəzarət  etməkdən 
ibarətdir.  
Bölüşdürücü  funksiyası.Verginin  bölüşdürücü  funksiyasının  mahiyyəti 
ictimai  gəlirin  əhalinin  ayrı-  ayrı  kateqoriyaları  arasında  yenidən 
bölüşdürülməsindən  ibarətdir.  Yəni  əhalinin  varlı  təbəqəsinin  vergi 
yükününü  artırılması  hesabına  vəsaitlər  bu  kateqoriyadan  olan  əhalinin 
daha  kasıb  hissəsinə  ötürülür.  Bölüşdürücü  funksiyaya  misal  olaraq 
aksizləri, mütərəqqi vergitutmanı göstərmək olar.  
Tənzimləyici  funksiya.  Bu  funksiya  vergi  mexanizmləri  vasitəsilə 
dövlətin  qarşısında  qoyulan  məqsədlər  nail  olunmasına  xidmət  edir. 
Tənzimləyici  funksiya  vasitəsilə  vergi  və  rüsumlar  təkrara  istehsal 
prosesini  surətləndirmək  və  ya  ləngitməyə  əhəmiyyətli  təsir  göstərir, 
kapital yığımını gücləndirir. 
Vergilərin  tənzimləyici  funksiyası  qarışıq  iqtisadiyyatın  müasir 
mərhələsində  xüsusi  əhəmiyyət  kəsb  edir,  dövlətin  iqtisadi  və  sosial 
proseslərə aktiv surətdə səbəb olur.  
Vergilər  insan  sivilizasiyasının  yarandığı  vaxtdan  mövcuddur. 
Dövlətin  təşkilinin  ilikn  mərhələsində  vergitutmanın  ilkin  forması 
qurban  gətirmə  olmuşdur.  Qurban  verilməsi  əslində  könüllü  olmasına 
baxmayaraq qeyri- rəsmi olaraq məburi xarakter daşımışdır.  
     Ilk  müstəqil  vergi  sistemlərindən  biri  Qədim  Romanın  vergi 
sistemidir.  Roma  vətəndaşları  öz  əmlakına  və  ailə  vəziyyətinə  görə 
təqdim  etdiyi ərizəyə əsasən vergiyə cəlb olunurdular. Verginin, həcmi 
xüsusi  olaraq  seçilmiş  məmurlar  tərəfindən  5  ildən  bir  müəyyən 
edilirdir.  E.  ə.  IV-  III  əsrlərdə  vergi  sisteminin  inkişafı  həm 
ümumidövlət,  həm  də  yerli(  kommunal)  vergilərin  yaranmasına  səbəb 
oldu. E. ə IV və III əsrlərdə Roma dövləti inkişaf edirdi, yeni dövlətlər – 
müstəmləkələr yaradılırdı. Vergi sistemində də dəyişikliklər baş verirdi. 
Koloniyalarda kommunal vergilər və biyar vergiləri tətbiq edilirdi.  
     Roma  əyalətlərində  gəlirlərin  əsas  mənbəyini  torpaq  vergisi  təşkil 
edirdi.  Bu  verginin  dərəcəsi  torpaq  sahəsinin  gəlirinin  1/  10  hissəsini 
təşkil edirdi. Bundan başqa meyvə ağaclarına vergilər də mövcud idi.  
     Roma  imperiyasında  birbaşa  vergilərlə  yanaşı  vasitəli  vergilər  də 
mövcud  idi.  Qədim  Romada  dolayı  vergilər  arasında  ən  mühümləri 
bunlar  idi:  1  faizli  dövriyyə  vergisi,  4  faiz  dərəcəsində  qul  satışından 
KitabYurdu.az 
63


 

alınan  xüsusi  dövriyyə  vergisi,  bazar  qiyməti  ilə  qulların  azad 
olunmasından  alınan  5  faiz  dərəcəli  vergi.  Eramızın  IV  əsrində 
imperator  Avqust  5  faizli  varislik  vergisi  tətbiq  etdi.  Bu  vergi  növü 
ancaq Romanın özündə tətbiq edilirdi. Vergi məqsədli xarakter daşıyırdı. 
Alınan vəsait professional əsgərlərin pensiya təminatına yönəldilirdi. 
     XVII əsrin sonu XVIII əsrin əvvəllərində Avropa ölkələrində inzibati 
dövlət  yaranmağa  başladı.  Bununla  yanaşı  məmur  aparatı  yaradıldı, 
birbaşa  və  vasitəli vergilərdən  ibarət  səmərəli  vergi  sistemi formalaşdı. 
Vasitəli  vergilərin  arasında  aksizlər  xüsusi  rol  oynamışdır.  Bu  vergi 
adətən  şəhərə  daxil  olan  və  xaric  olan  məhsullara,alkoqollu  içlikərə  və 
tütün məmulatına tətbiq olunurdu. Aksiz ərəcələri 5- 25% olurdu.  
     Birbaşa vergilərin əsasını can vergisi və gəlir vergisi təşkil edirdi. Bu 
vergilərdən  zadəganlar  və  keşişlər  azad  edilirdi.  “  Əmək  nəzəriyyəsi  “ 
nin  müəllifi  İngilis  iqtisadçısı  V.  Petti  (  1623-  1687)  “  Vergilər  və 
yığımlar  haqqında”  elmi  əsərində  vasitəli  vergiqoymanın  üstünükləri 
haqqında  qeyd  edirdi.  O  sübut  edirdi  ki,  gəlirlərin  yığılmasında 
aksizlərin  rolu  böyükdür.  Birincisi  ,  ona  görə  ki,  hər  bir  şəxs  istehlak 
etdiyi qədər aksiz vergisi ödəməlidir. Ikincisi, heç kim ikinci dəfə eyni 
şeyə  görə  vergi  ödəmir.  Üçüncüsü,  ödənişin  belə  formasında  ölkənin 
inkişafı , sənayesi barədə məlumat əldə etmək olar”.  
     Vergilərin  elmi  nəzəriyyəsinin  banisi  Şotlandiya  iqtisadçısı  və 
filosofu  A.  Smit  (  1772-  1823)  olmuşdur.  O  qeyd  edirdi  ki,  “  Vergilər 
onun  üçündür  ki,  o  ödənişin  –  bu  azadlığın  əlamətidir.  Hər  bir  vergi 
ödəyicisinin  onun  imkanı  olduğu  zaman  və  müəyyən  edilmiş  qaydada 
ödəməsi  məqsədəuyğundur.  Hər  bir  vergi  elə  tərtib  edilməlidir  ki,  o 
əhalidən ancaq müəyyən məbləğdə və az miqdarda alınsın.” . M.Keyns ( 
1883  –  1946)  vergiqoymada  proqressivliyin  tərəfdarı  olmuşdur.  O  belə 
hesab  edirdi  ki,  proqressiv  vergi  sistemi  kapital  qoyuluşunun 
həvəsləndirilməsinə  xidmət  edir.  Keyns  nəzəriyyəsinə  əsasən  vergilər 
iqtisadi  sistemdə  “  elastik”  hərəkət  edir.  Yüksək  (  proqressiv)  vergilər 
onun  fikrincə  müsbət  rol  oynayır.  Büdcənin  tərkib  hissəsi  olmaqla  bu 
iqtisadi kateqoriya iqtisadiyyatda balanslaşdırma rolu oynayır. 
     A. Saffer nəzəriyyəsinə görə gizli iqtisadiyyatın inkişafı vergi sistemi 
ilə  əks  əlaqədədir  ,  yəni  yegilərin  artımı  gizli  iqtisadiyyatın  artmasına, 
vergilərdən  leqal  və  qeyri  –  leqal  yayınmalara  gətirib  çıxarır.  A.  Lafer 
KitabYurdu.az 
64


 

büdcəyə  vergi  ödənişlərinin  ümumi  gəlirin  30  %  həcmində  təyin 
olunması tərəfdarı idi. 
     A.  Smit    nəzəriyyəsinə  əsaslanan  müasir  iqtisadi  nəzəriyyə  vergi 
sisteminin quruluşunun 5 əsas prinsipini işləyib hazırlamışdır. 
1.  Ədalət  prinsipi.  Bu  prinsipə  görə  vergilər  ödəyicilərin  maddi 
maraqları  nəzərə  alınmaqla  ödənilməli  və  əhalinin  gəlirləri  bərabər 
qaydada vergiyə cəlb edilməlidir. 
2.  Müəyyənlik  prinsipi.  Verginin  məbləği,  ödəmə  müddəti,  ödəmə 
qaydası və faiz dərəcəsi aydın olmalıdır.  
3.  Münasiblik,  uyğunluq  prinsipi.  Vergi  ödəyiciləri,  vergi  borcunu  ona 
münasib vaxtda və uyğun formada ödəməlidir. 
4.  Səmərəlilik  prinsipi.  Vergiqoymada  bu  prinsip  iqtisadi  artıma  və 
sahibkarlığın inkişafına xidmət etməlidir.  
5. Sadəlik prinsipi. Vergilərin hesablanması asan və sadə olmalıdır. 
     Beləliklə  ,  vergilər  bir  iqtisadi  kateqoriya  olmaqla  tarixi  xarakter 
daşıyır. Onlar cəmiyyətin tarixi inkişafı ilə əlaqədar dəyişmirlər.  
Azərbaycan Respublikasının müasir vergi sistemi. 
     Vergilər 
dövlətin 
yarandığı 
gündən 
cəmiyyətdə 
iqtisadi 
münasibətlərin zəruri  həlqəsini təşkil edir. Dövlət quruluşunun inkişafı 
və  dəyişməsi  ilə  əlaqədar  olaraq  vergi  sistemində  də  dəyişikliklər  baş 
verir. 
     Vergi  və  mütəlləfiyyətlər  içəridində  ən  ümumi  qazidağ,  maraq  və 
xarg  idi.  I  Xosrovun  vergi  islahatlarından  sonra  qazidağ  termini  “  can 
vergisi” mənasında işlənib. Əvvəllər ümumiyyətlə, vergi mənasında olan 
“xaraq” termini də elə həmin dövrdə ( III- IV əsrlər) torpaq vergisinə aid 
edilib. 
     I  Xosrovun  dövründə  üzərinə  vergi  qoyulmuş  torpaqlar  siyahıya 
alınırdı.  Torpaq  siyahısı  hələ  Kavadin  dövründə  tutulmağa 
başlanmış,oğlu  I  Xosrovun  zamanında  başa  çatdırılmış.  Vergi  vahidi 
1/10  hektara  bərabər  olan  qarib  sayılmağa  başladı.  Torpaq  vergisinin 
miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi.  
KitabYurdu.az 
65




Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə