Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

 

     Vergi  sistemində  ən  mühüm  dəyişilik  1819-  cu  ildə  Şəki  əyalətində 
həyata  keçirilmişdir.  Natural  vergilərin  yerinə  pul  vergiləri 
qoyulmuşdur. Ərzaqla toplanan vergi çoxluq təşkil edirdi. 
     Vergilərin  bölünməsi  sistemi  və  yığılması  üsulu  bir  –  birindən 
fərqlənirdi.  Məsələn,  Şirvan  əyalətində  vergiər  hər  kənd,  Qarabağ 
əyalətində hər kəndli həyəti, Lənkəran əyalətində isə mahallar üzrə təyin 
olunurdu.  Çar  hökuməti  əvvəlki  vergi  sistemində  də  dəyişiliklər  və 
əlavələr etdi. Natural vergiləri pul vergilər əvəz etməyə başladı. Qarabağ 
və Talış əyalətlərində pul rentasının xüsusi çəkisi artdı. Quba əyalətində 
ərzaq  vergisi  üstünlük  təşkil  edirdi.  Bakı  əyalətində  isə  kəndlilərin 
vergisi xeyli artmışdı. 
     XIX əsrin əvvəllərində Şimali Azərbaycanda bəy rəiyyətlərinin vergi 
və mükəlləfiyyətlərinin sayı 35- ə çatırdı. 
     Sahibkar  rəiyyətlərinin  ən  geniş  yayılmış  vergi  forması  malcəhət, 
salyana,  darğalıq,  at  arpası  və  s.  idi.  Bütün  bu  mükəlləfiyyətlər  natural 
xarakter daşıyırdı. 
     XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Azərbaycanda  toplanan 
vergilərin  əsas  hissəsini  dövlət  torpaq  vergisi  və  əsgəri    vergisi  təşkil 
edirdi.  Sonra  isə  ticarət  və  sənaye  fəaliyyətindən  vergilər  və  aksiz 
vergiləri  gəlirdi.  Vətəndaşların  gəlirlərindən  natural  vergilər  isə  həmin 
məbləğin çox az hissəsini təşkil edirdi. 
     XX əsrin əvvəllərində vergilər üç istiqamətdə müəyyənləşdirilmişdir: 
birbaşa  vergilər,  dolayı  vergilər  və  rüsumlar.  Bunların  arasında  mədən 
vergisi,  torpaq  vergisi,  mədən  vergisi  xüsusilə  fərqlənirdi  və  büdcə 
gəlirlərinin çox hissəsini təşkil edirdi. 
     1919-  cu  ilin  aprelində  sonralar  dövlət  vergisi  siyasətini 
formalaşmasında  əsas  rol  oynamış  ən  mühüm  qanun    da  Maliyyə 
Nazirliyindən    daxil  olmuşdur.  Qanun  cəmi  2  bənddən  olsa  da  onun 
böyük  əhəmiyyəti  var  idi,  çünki  ilk  dəfə  olaraq  bu  qanunla  kapital 
vergisinin  müstəqil    vergilərdən  qəti  təyin  olunmuş    vaxt  və  tarif 
dərəcəsi  müəyyən  edilirdi  .  kapital  vergisi  hər  100  manata    30  manat 
olmaqla  ilin başlanğıcında ancaq fevralın 1- dən gec olamayaraq , gəlir 
vergisi isə ilin sonunda , gəlirin həcmi aydınlaşdıqdan sonra ödənilirdi. 
     Yeni  iqtisadi  siyasət  dövründə  (  1921)  aşağıdakı  vergi  növləri 
mövcud  idi:  kənd  təsərrüfatı  vergisi,  mədən  vergisi,  gəlir  vergisi, 
KitabYurdu.az 
69


 
10 
təsərrüfat  dövrüyyəsindən  alıanan  torpaq  vergisi,  varislik  rüsumu  , 
aksizlər, gömrük rüsumları və s. 
     1923-  25-  ci  illərdə  aşağıdakı  vergilər  fəaliyyətdə  idi:  birbaşa 
vergilər-  kənd  təsərraftı  vergisi,  istehsal  vergisi,  gəlir-  əmlak  vergisi, 
renta  vergisi,  gerb  vergisi,  vərəsəliklə  keçən  əmlakdan  vergi.  Vasitəli 
vergilər- aksizlər və gömrük vergisi. 
     Azərbaycan SSRİ tərkibində olduğu dövrdə bir sıra vergilər mövcud 
olmuşdur:  əhalidən  alınan  gəlir  vergisi(  1943),  subaylardan,  tək 
adamlardan,  kiçik  ailələrdən  alınan  vergilər(  1944),  kənd  təsərrüfatı 
vergisi(  1953),  tikililərdən  alınan  vergi,  torpaq  evrgisi,  nəqliyyat 
vasitələri sahiblərindən vergilər, kolxoz bazarlarından birdəfəlik rüsum , 
gömrük və dövlət rüsumu və s. 
     Müharibədən  sonra  əhalidən  tutulan  vergilər  nisbətən  azaldılmışdır. 
Hərbi vergi( 1944) ləğv edildi və subaylardan alınan vergi azaldıldı. 
     Dövlət  büdcəsinə  1979-  cu  ildən  etibarən  aşağıdakı  vergilər  daxil 
edilmişdir: dövriyyə vergisi, dövlət müəssisələrinin mənfəətindən vergi, 
əsas  vəsaitlərdən  və  dövriyyə  fondlarından  ödənişlər,  renta  ödənişləri, 
mənfəətin  sərbəst  qalığı,  kinofilmlərin  baxışından  alınan  gəlirlərdən 
vergi,  kolxoz  və  kooperativ  təşkilatlardan  gəlir  vergisi,  meşə  vergisi, 
dövlət  əmlakının  satışından  alınan    gəlirlərdən  vergi,  digər  vergilər  və 
rüsumlar. 
     1991-  ci  ildən  Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən 
sonra  öz  müstəqil    büdcə  və  vergi  siyasətini  həyata  keçirməyə  
başlamışdır. Bu dövr ərzində məlum olduğu kimi bir çox qanunlar qəbul 
edilmiş,  vergilərin  növləri  və  dərəcələri,  dövlət  rüsumları  müəyyən 
edilmişdir.  Bazar  iqtisadiyyatı  münasibətlərinin  formalaşması    ilə 
əlaqədar olaraq qanunlarda dəyişiliklər edilmiş və son nəticədə 2001- ci 
ildə “ Vergi Məcəlləsi” qüvvəyə minmişdir.  
Azərbaycan Respublikasının müasir vergi sistemi və vergilərin 
təsnifatı. 
     Azərbaycan  Respublikasının  müasir  vergi  sistemi  2001-  ci  ildən 
qüvvədə olan “ Vergi Məcəlləsi “ ilə müəyyən edilir və yerli vergilərin, 
onların  prinsiplərinin  ,  formalarının  ,  tətbiq  üsullarının  dəyişilməsi, 
ləğvi, ödənilməsinin təmin edilməsi üsullarının , vergi nəzarətinin həyata 
keçirilməsinin  ,  vergi  qanunvericiliyinin  pozulmasına  görə  məsuliyyətə 
KitabYurdu.az 
70


 
11 
cəlb  edilməsi  yollarının    məcmusudur.  Qısaca  desək,  müəyyən  edilmiş 
qaydada  tutulan  vergi  ,  yığım,  rüsum  və  digər  ödənişlərin  məcmusu 
vergi sistemini təşkil edir. 
Vergi sistemi: 
1)
 
büdcə gəlirlərinin yığılmasını təmin edir 
2)
 
əhalinin  müxtəlif  təbəqələrinin  gəlirlərinin  formalaşması  və 
yenidən  bölgüsü  xüsusiyyətləri  nəzərə  alınmaqla  bütövlükdə  və 
təsərrüfatın  ayrı-  ayrı  sahələrində  ,  istehsalın  və  istehlakın 
tənzimlənməsi üçün şərait yaradır. 
Müasir vergi sisteminin əsas prinsipləri aşağıdakılardır: 
1.  Hər  bir  hüquqi  və  fiziki  şəxs  mövcud  qanunvericilik  çərçivəsində 
vergi ödəməlidir 
2.  Vergilər  cəmiyyətin  və  dövlətin  inkişafının  maliyyə  təminatı 
məqsədilə tətbiq edilir 
3.  Vergilər  siyasi,  ideoloji,  etnik,  konfessional    və  bu  kimi  digər 
kriteriyalardan asılı olmayaraq tətbiq edilir. 
4.  Vahid  iqtisadi  məkana  və  Azərbaycan  Respublikasının    vergi 
sisteminə zidd olan vergilər tətbiq edilə bilməz. 
Müxtəlif  səviyyəli  büdcələrə  daxil  olan  vergiləri  vergitutma  obyektinə, 
vergi  dərəcələrinin  quruluş  xarakterinə  və  istifadəsinə    görə  müxtəlif 
əlamətlərə görə təsnifləşdirmək olar. 
Vergitutma obyektinə görə vergilər birbaşa və vasitəli vergilərə bölünür. 
     Birbaşa  vergilər-  vergi  ödəyicilərinin  bilavasitə  gəlirlərindən  və 
əmlakından  müvafiq  dərəcələrlə  dövlət  tərəfindən  alınan  vergilərdir. 
Məsələn, fiziki şəxslərdən gəlir vergisi mənfəət vergisi, torpaq vergisi və 
s. 
     Birbaşa vergilər  real və xüsusi vergilərə bölünür. Real vergilər vergi 
ödəyicilərinin  maliyyə  vəziyyətindən  asılı  olmayaraq  əmlakın, 
məhsulların və ya fəaliyyətin ayrı – ayrı növlərinə görə ödənilir. 
     Xüsusi vergilər vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılıdır və 
gəlir mənbəyindən və ya bəyənnaməyə görə ödənilir. 
KitabYurdu.az 
71


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə