Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 
12 
     Vasitəli vergilər – məhsulların qiymətinə, məhsul satışı dövriyyəsinə, 
iş  və  xidmətlərə  əlavə  kimi tətbiq  edilir.  Bunlara aksizlər, ƏDV,  fiskal 
inhisar, gömrük rüsumları aiddir. 
     Universal  vasitəli  vergilərə  -  ƏDV  aiddir.  Bu  vergi  Vergi 
Məcəlləsində  qoyulan    məhdudiyyətlər  istisna  olmaqla    bütün 
məhsullara və iş xidmətlərə tətbiq edilir. 
     Fərdi  vasitəli  vergilərə  aksizlər  aiddir.  Bu  istehsalın  müəyyən 
mərhələsindəki  sövriyyəsinə,  ayrı-  ayrı  mal  növlərinə  və  xidmətlərinə 
tətbiq edilir. 
     Fiskal inhisar- bilavasitə dövlət inhisarında olan  mallara, istehsala və 
satışa  qoyulan  vasitəli  verginin  bir  növüdür.  Bir  qayda  olaraq  dövlət 
kütləvi istehlak mallarının istehsalını və satışını öz inhisarında saxlayır. 
Fiskal  inhisar  tam  və  ya  qismən  ola  bilər.  Tam  inhisarçılıq  şəraitində 
dövlət  istehsalı  və  müəyyən  növ  satışı  inhisarda  saxlayır,  qismən 
inhisarçılıq  şəraitində  isə  dövlət  ya  təkcə  istehsalı,  ya  da  hər  hansı  bir 
məhsulun satışını öz inhisarında saxlayır. 
Azərbaycan Respublikasının vergi sistemi. 
Azərbaycan  Respublikasında  aşağıdakı  vergilər  müəyyən  edilir  və 
ödənilir: 
1.
 
Dövlət vergiləri 
2.
 
Muxtar respublika vergiləri 
3.
 
Yerli vergilər ( bələdiyyə vergiləri) 
Dövlət  vergiləri  dedikdə  vergi  məcəlləsində  müəyyən  edilən    və 
Azərbaycan  Respublikasının  bütün  ərazisində  ödənilməli  olan  vergilər 
nəzərdə tutulur. 
Dövlət vergiləri 
     Vergi  sisteminin  əsasını  təşkil  edir  və  Azərbaycan  Respublikasının 
bütün  ərazisində  ödənilməli  olan    vergiləri  nəzərdə  tutur.  Dövlət 
vürgilərinin  siyahısı,  vergiqoyma  obyektləri,  imtiyazların  növləri  və 
dərəcələri , vergi ödəyiciləri, vergilərin ödənilməsi qaydaları və onların 
büdcəyə  və  büdcədənkənar  fondlara  hesablanması  dövlət  icra 
strukturlarının  müvafiq  aktlarına  əsasən  təsdiq  edilir.  Normativ 
KitabYurdu.az 
72


 
13 
qanunvericilik  aktlarına  qərarlar,  əmrlər,  sərəncamlar,  qaydalar, 
qəlimatlar və əsasnamələr daxildir.  
Dövlət vergilərinə aşağıdakılar daxildir: 
1.
 
fiziki şəxslərin gəlir vergisi 
2.
 
hüquqi  şəxslərin  mənfəət  vergisi(  bələdyyə  mülkiyyətində  olan 
müəssisə və təşkilatlardan başqa) 
3.
 
əlavə dəyər vergisi 
4.
 
aksizlər 
5.
 
hüquqi şəxslərin əmlak vergisi 
6.
 
hüquqi şəxslərin torpaq vergisi 
7.
 
yol vergisi 
8.
 
mədən vergisi 
9.
 
sadələşdirilmiş vergi 
 
Muxtar Respublika vergiləri: 
     Muxtar  Respublika  vergilərinə    Naxçıvan  Muxtar  Respublikasında 
tutulan  Vergilər Məcəlləsinin 6.1 maddəsində sadalanan dövlət vergiləri 
daxildir: 
1fiziki şəxslərin gəlir vergisi 
2.hüquqi  şəxslərin  mənfəət  vergisi(  bələdyyə  mülkiyyətində  olan 
müəssisə və təşkilatlardan başqa) 
3.əlavə dəyər vergisi 
4.aksizlər 
5.hüquqi şəxslərin əmlak vergisi 
6.hüquqi şəxslərin torpaq vergisi 
7.yol vergisi 
KitabYurdu.az 
73


 
14 
8.mədən vergisi 
9.sadələşdirilmiş vergi 
Yerli vergilər ( bələdiyyə vergiləri) 
Yerli vergilər( bələdiyyə vergiləri) aşağıdakıladır: 
1.
 
fiziki şəxslərin torpaq vergisi 
2.
 
fiziki şəxslərin əmlak vergsi 
3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 
4.  bələdiyyə  mülkiyyətində  olan  müəssisə  və  təşkilatların  mənfəət 
vergisi. 
     Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  gəlirlərində  gömrük 
rüsum və vergiləri də vardır. 
    Gömrük  rüsumları  mallar  Azərbaycan  Respublikasının  ərazisinə 
gətirilərkən  və  ya  çıxarılarkən    Azərbaycan  Respublikasının  gömrük 
orqanları tərəfindən tutulan haqqdır.  
  Xarici malların daxili bazara daxil olması nəticəsində gömrük orqanları 
tərəfindən idxal gömrük rüsumları alınır. 
     Ixrac gömrük rüsumları ixracın inkişafına şərait yaratmaq məqsədilə 
məhdud  mal  qruplarına  tətbiq  edilir.  Bir  qayda  olaraq  ixrac  rüsumları 
incəsənət  əsərlərinin  və  qədim  əşyaların  ölkədən  aparılması  zamanı 
tətbiq olunur. 
     Gömrük  rüsumlarından  başqa  antidempinq  rüsumları,  mövsümi 
rüsumlar, birdəfəlik rüsumlar , dövlət rüsumları da vardır. 
Büdcənin qeyri- vergi gəlirləri. 
     Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin 
qeyri-  vergi  gəlirlərinə  mülkiyyətdən  gəlirlər,  mal  və  xidmətlərin 
satışından  daxilolmalar,  cərimə  və  pensiyalar  üzrə  daxilolmalar  və 
könüllü köçürmələr daxildir. 
Vergi olmayan gəlirlərə aşağıdakılar daxildir: 
1. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindn gəlirlər 
KitabYurdu.az 
74


 
15 
2. Büdcə təşkilatlarının xüsusi vəsaitlərinin daxilolması 
3.  Maliyyə  və  qeyri-  maliyyə  müəssisə  və  idarələrdən  vergi  olmayan 
daxilolmalar 
4. Qeyri- maliyyə dövlət müəssisələrindən gəlirlər 
5.  Qeyri-  maliyyə  dövlət  müəssisə  və  təşkilatları  tərəfindən  alınmış 
büdcə ssudaları üzrə faizlərin ödənilməsi 
6. Qeyri- maliyyə dövlət müəssisələrindən alınan dividentlər 
7. Pul- şey lotereyaları üzrə daxilolmalar 
8. Qeyri- maliyyə dövlət müəssisələrindən sair gəlirlər 
9. Maliyyə təşkilatlarından gəlirlər 
10.  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  mənfəətindən 
daxilolmalar 
11. Maliyyə təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin 
ödənilməsi 
12. Maliyyə təşkilatlarından alınan dividentlər 
13. Maliyyə təşkilatlarından sair gəlirlər 
14. Xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər 
15. İnzibati tədbirlər və rüsumlar ( dövlət rüsumları, birdəfəlik rüsumlar, 
yol polisinin aldığı rüsumlar və s.) 
16. Cərimə və sanksiyalar üzrə daxilolmalar. 
 
Ədəbiyyat 
 
 1. Azərbaycan Respublikası regionların 2009- 2013 – cü illərdə sosial-
iqtisadi inkişafı dövlət proqramı. 
2.  “Büdcə  sistemi  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu 
2002. 
KitabYurdu.az 
75


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə