Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   22   23   24   25   26   27   28   29   ...   57


 
-mərkəzləşdirilmiş  –  mərkəzləşdirilmiş  qaydada  həyata  keçirilən  tədbirlərin 
maliyyələşdirilməsi  üçün  nazirlik    və  baş  idarələr  tərəfindən  tərtib  olunur(  
avadanlıqların  alınması, tikinti, təmir işləri və s.) 
-  icmal  –  burada  həm  fərdi  və  həm  də  mərkəzləşdirilmiş  tədbirlərin  smetaları 
birləşdirilir, yəni bütövlükdə  nazirlik və ya baş idarələri  icmal smetası tərtib 
olunur. 
 
Büdcə təşkilatlarının smetasında aşağıdakılar əks olunur: 
1. Təşkilatın rekvizitləri ( onun adı, maliyyələşdirən büdcə, smetanı təsdiq edən  
şəxsin imzası, təşkilatın möhürü və s. ) 
2. İcmal xərclər( əmək haqqının fondu, əmək haqqına üstəlik, material xərcləri, 
istehsal və sosial inkişaf  fondu, maddi həvəsləndirmə və digər fondlar) 
3.  İcmal  gəlirlər(  büdcədən  maliyyələşdirmə,  əhaliyə  əlavə  pullu  xidmət  , 
təşkilatlara müqavilə əsasında xidmət göstərilməsi, digər daxilolmalar) 
4. Təşkilatların istehsal- xidmət göstəriciləri. 
5. Xərclərin və gəlirlərin hesablanması və əsaslandırılması. 
 
Büdcə  təşkilatlarının  təsdiq  olunmuş  smetası  onların  saxlanması  üçün 
büdcədən  ayrılan    vəsaitin  illik  məbləğini,  rüblük  bölgüsünü  və  məqsədli 
təyinatını göstərən plan maliyyə sənədidir. 
Büdcə  təşkilatlarının  smetalarının  tərtibi aşağıdakı    məsələlərin  həllinə  imkan 
verir: 
- büdcə təşkilatlarının dövlət maliyyələşdirilməsi ilə təmin edilməsi; 
-  nəzərdə  tutulan  layihə  xərclərinin  təhlili  və  vəsaitlərinin  istifadəsi  haqqında 
hesabatlar; 
- vəsaitlərin səmərəli və qənaətlə xərclənməsinə nəzarət. 
     Büdcə  planlaşdırılmasının  və  büdcə  təşkilatlarının  maliyyə  təminatının 
təkmilləşdirilməsinə  dövlət  və  yerli  büdcələrin  minimal  dövlət  sosial  
standartları sosial və maliyyə normalarına keçilməsi təmin etməlidir. 
     Büdcə  prosesinin  tərkib  hissəsi  olmaqla  büdcə  planlaşdırılması  maliyyəsi 
alimlərin və təcrübəli mütəxəssislərin daim diqqət mərkəzindədir. 
KitabYurdu.az 
83



 
Büdcənin maliyyələşdirmənin forma və metodları. 
Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir: 
1. büdcə idarələrinin saxlanılmasına təxsisat; 
2. dövlət və bələdiyyə sazişləri üzrə fiziki və hüquqi şəxslərin istehsal etdikləri 
malların yerinə yetirdikləri iş və xidmətlərin ödənilməsinə xərclənir. 
3.  əhaliyə  ödənişlə,  yəni  Azərbaycan  Respublikasının  qanunvericiliyi, 
Naxçıvan  Muxtar  Respublikasının  qanunvericiliyi,  yerli  özünüidarəetmə 
orqanlarının  hüquqi  aktları  ilə  müəyyən  edilən  əhaliyə  məcburi  ödəmələrin 
verilməsinə təxsisatlar. 
4.  dövlət  hakimiyyət  orqanlarının  qəbul  etdikləri  qərarlar  əsasında  büdcə 
xərclərini  artırılmasına  və  büdcə  gəlirlərinin  azalmasına  gətirilən  əlavə 
xərclərin kompensasiya edilməsi üçün təxsisatlar. 
5. hüquqi şəxslərin büdcə kreditləri. 
6. fəaliyyətdə olan və ya yeni yaradılan hüquqi şəxslərin nizamnamə kapitalına 
investisiyalar . 
7.  Azərbaycan  Respublikasının  büdcə  sisteminin  müxtəlif  səviyyəli 
büdcələrinə,  büdcədənkənar  dövlət  fondlarına  verilən  büdcə  ssudaları, 
subsidiyalar, dotasiyalar və subvensiyalar. 
8. xarici ölkələrə kreditlər. 
9. borc öhdəlikləri, o cümlədən dövlət borclarının ödənilməsi və onlara xidmət 
göstərilməsi ilə bağlı vasitələr. 
     Büdcə maliyyələşdirilməsinin mühüm elementi büdcədən vəsaitin verilməsi 
metodlarıdır. Bu metodların köməyi ilə  maliyyə oqranları tərəfindən büdcədən 
nəzərdə  tutulmuş  tədbirlər  pul  vəsaiti  ilə  təmin  edilir,  maliyyə  resurslarının 
bölüşdürülməsində  mövcud  proporsiyalar  tənzimlənir.  Büdcə  vəsaiti 
nazirliklərə,  idarə  və  müəssisələrə,  istehsalın  genişləndirilməsi  ilə  əlaqədar 
xərclərə( kapital qoyuluşu) sadə təkrara istehsalın təmin edilməsinə( subsidiya, 
dotasiya və transfertlər), əməliyyat və s. məqsədlərə verilir.  
     Büdcə  təxsisatı  təcrübəsində  büdcə  maliyyələşdirilməsinin  2  metodundan 
istifadə edilir: 
KitabYurdu.az 
84



 
 -  “  Netto  büdcə”  sistemi  üzrə  maliyyələşdirmə.  Pul  vəsaitlərinin  təqdim 
edilməsinin bu üsulu onunla xarakterizə edilir ki, büdcə təxsisatı təsdiq edilmiş 
büdcədə nəzərdə tutulmuş məqsədlərə ayrılır.  
-  “  Brutto  büdcə”  sistemi  üzrə  maliyyələşdirmə.  Bu  sistem  tamamilə  büdcə 
maliyyələşdirməsində olan müəssisə və təşkilatlar üçün tətbiq edilir. Bu halda 
büdcə  təxsisatı  büdcə  xərclərə,  yəni  istər  cari  istərsə  də  büdcə  təşkilatlarının 
genişləndirilməsi ilə əlaqədar məqsədlərə ayrılır. 
     Büdcə vəsaitinin məqsədli istifadəsi baxımından iqtisadiyyatın inkişafı üçün 
kapital  qoyuluşunun  maliyyələşdirilməsi  xərcləri  daha  böyük  əhəmiyyət  kəsb 
edir.  Kapital  qoyuluşunun  maliyyələşdirilməsi  istehsal  və  qeyri-  istehsal 
təyinatlı  yeni  əsas  fondlarının  yaradılması  və  fəaliyyətdə  olan  fondların 
genişləndirilməsinə pul vəsaitinin verilməsidir.  
  
KitabYurdu.az 
85


Mövzu 8: Maddi və qeyri- maddi istehsal sahələrinin xərclərinin 
maliyyələşdirilməsi. 
 
1. Müəssisələrin büdcə ilə əlaqələrinin xüsusiyyətləri. 
2.Maddi 
istehsal  sferasında  olan  müəssiələrin  xərcləri  və  onların 
maliyyələşdirilməsi mənbələri. 
3. Gəlirlər və xərclər balansı,onun hissələri. 
4. İstehsalın inkişafına büdcə xərcləri. Real investisiyalar. 
5. Dövlətin investisiya strategiyası və büdcənin rolu. 
6.Sosial  infrastrukturanın    saxlanmasına  sərf  edilən  xərclər.  Vətəndaşların 
Azərbaycan  Respublikasının    Konstitusiyasında  müəyyən  edilmiş  hüquqlarının  
təmin edilməsi xərclərinin maliyyələşdirilməsi. 
7. Mənzil- kommunal təsərrüfatının maliyyələşdirilməsi. 
 
 Ədəbiyyat 
 
 1.  Azərbaycan  Respublikasının  2009-  2013  –  cü  illərdə  sosial-iqtisadi  inkişafı 
dövlət proqramı. 
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının  Qanunu 2002. 
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011. 
4. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003. 
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
6. Z.Vəliyev .Büdcə.bakı 2010. 
 
     Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  iqtisadiyyatın  bütün  sahələrində 
aparılan islahatlar ölkə ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayı 
və  tərkibinə  təsir  göstərmiş,  yeni  müəssisə  və  təşkilatlar  yaranmış,  dövlət 
mülkiyyətində  olan  müəssisələrin    bir  hissəsi  xüsusi  bölməyə  keçmiş,  bir  hissəsi 
ləğv  olmuş,  onların  strukturunda  dəyişiliklər  baş  vermişdir.  Bir  sıra  xırda 
müəssisələr  birləşmiş  dövlət  reyestrində  olan  müəssisələrin  sayı  ümumilikdə 
artmışdır. Müəssisələrin ümumi sayında qeyri- dövlət müəssisələrinin xüsusi çəkisi 
72,4% təşkil etmişdir. Burada əsas yeri 93,2% xüsusi mülkiyyətli kiçik müəssisələr 
təşkil edir. 
KitabYurdu.az 
86


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə