Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

     Müəssisələrin  maliyyəsi  dövlətin  maliyyə  sisteminin  mühüm  bölməsi  olmaqla 
maddi  istehsal  sahələrində  cəmiyyətin    ümumi  daxili  məhsulunun  bölüşdürülməsi 
yolu  ilə  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondunun    və  büdcə  gəlirlərinin  
formalaşmasını təmin edir. Büdcə gəlirlərinin əsas hissəsi maddi istehsal sferasında 
olan müəssisələrinin ödəmələri hesabına formalaşır. 
     Maddi istehsal sferasında fəaliyyət göstərən və müxtəlif mülkiyyət formalarında 
olan  müəssisələr    dövlət  büdcəsinə    qanunvericilikdə  müəyyən  edilən  ödəmələr 
verirlər. 
     Dövlət  büdcəsindən  iqtisadiyyatın    inkişaf  etdirilməsinə,  o  cümlədən 
müəssisələrə, maddi istehsal sferasının müəssisələrinə maliyyə yardımları verilir. 
     Maddi  istehsal  sferasında    fəaliyyət  göstərən    istehsalın  müxtəlif  sahələri  üzrə 
ixtisaslaşmışdır.  Bu  müəssisələrdə  məhsulların(  iş  və  xidmətlər)  istehsalı  və 
satışına xərc çəkilir. Xərclər material və pul xərclərinə bölünür. Material xərclərinə 
xammal  və  material,  yanacaq,  yarımfabrikatlar,amortizasiya  ayırmaları,digər 
material  xərcləri,  kənd  təsərrüfatında    toxum,  mineral  gübrələr,  yanacaq  və 
yağlayıcı materiallar, yem və digər material xərcləri daxildir. 
     Pul  məsrəflərinə  işçilərin  əmək  haqqı,  əmək  haqqına  üstəlik  vergilər  ödəməsi, 
sığorta  haqqı,  bank  kreditlərinə  görə    ödənilən  faizlər  və  digər  pul  məsrəfləri 
daxildir. Maddi istehsal sferasındakı  müəssisələr həm də məhsulların satışına xərc 
çəkirlər.  Məhsulların  istehsalı  və  satışına  çəkilən  xərclər    məhsulun  tam  maya 
dəyərini təşkil edir. Məhsulların istehsalı və satışına çəkilən xərclər satışından əldə 
edilən  pul gəlirləri hesabına ödənilir. Əsas istehsal fondlarının təkrar  istehsalı və  
bərpa edilməsi  xərcləri birinci növbədə amortizasiya ayırmaları hesabına ödənilir. 
Xərclərin tərkibi və quruluşu istehsalın  istiqamətindən asılı olaraq fərqlənir.  
     Müəssisələrin  maliyyələşdirilməsi  üçün  xüsusi  vəsait  çatışmadıqda  cəlb  edilən 
vəsaitlər və kreditlərdən istifadə edilir. Bundan başqa maliyyə  çətinliyinini aradan 
qaldırılması  üçün    büdcə  vəsaiti  və  büdcədənkənar  fondların    vəsaitindən  də 
istifadə edilir.  
     Məhsulların(  iş  və  xidmətlərin)  satışından  pul  gəlirləri  satılan  məhsulların  
miqdarı  və  məhsul    vahidinin  satış  qiymətinə  əsasən  hesablanır.  Satışdan  pul 
gəlirlərinin ( mənfəətin) həcminə satılan məhsulların miqdarı və keyfiyyəti birbaşa 
təsir  edir.  Fəaliyyətin  yekun  maliyyə  nəticəsini  əks  etdirən  göstəricisi  mənfəət( 
zərər)  və  rentabellik  səviyyəsidir.  Mənfəət  satışdan  əldə  edilən  pul  gəlirlərindən 
məhsulların  tam  maya  dəyərini  çıxmaqla  hesablanır.  Rentabellik  müəssisənin 
gəlirlilik səviyyəsini ifadə edir. 
KitabYurdu.az 
87


     Maddi  və  qeyri-  maddi  istehsal  sahələrində  maliyyə  təşkilinin  əsas  
istiqamətlərindən  biri  maliyyə  planlaşdırılmasıdır.  Maliyyə  planlaşdırılması 
maliyyə  planlarının  tərtib  edilməsi  və  icrası  yolu  ilə  həyata  keçirilir.  Maliyyə 
planlaşdırılması  özündə  maliyyə  və  kredit  resurslarının    plan  üzrə  hərəkətinin  
müəyyən  edilməsi  prosesini  ifadə  edir.  Maliyyə  planlaşdırılmasının  obyekti  pul 
vəsaiti fondu, onların formalaşdırılması mənbələri və digər göstəricilərdir. Maliyyə 
planlaşdırılmasının  aşağıdakı  metod  və  üsulları  var:  iqtisadi  təhlil,  əmsal, 
normativ,iqtisadi- riyazi, balans metodu. Onlar maliyyə planını əsaslandırmaq üçün  
bir- birini tamamlamaqla eyni vaxtda  tətbiq eidlir. 
     Maddi  istehsal  müəssisələrində  maliyyə  planı  gəlirlər  və  xərclər  balansı 
formasında tərtib edilir. Gəlirlər və xərclər balansında  müəssisənin pul formasında 
gəlirləri,  xərcləri,  əsas  və  digər  fəaliyyət  növləri  üzrə  maliyyə  nəticələri, 
satışdankənar  gəlirlər  və  xərclər  üzrə  büdcəyə  ödənişlər    və  büdcə  vəsaitləri  əks 
olunur. 
Müəssisənin gəlirlər və xərclər balansı iki hissədən ibarətdir: 
1.
 
Gəlirlər və daxilolmalar 
2.
 
Xərclər və ayırmalar. 
 
“Gəlirlər və daxilolmalar” bölməsində aşağıdakılar əks olunur: 
- satışdan gəlirlər 
- əmlakın icarəyə verilməsindən gəlirlər 
- müştərək müəssisələrdə iştirakdan gəlirlər 
- xidmətlərin göstərilməsindən 
- kredit və borclar 
- digər daxilolmalar. 
“Xərclər və xaricolmalar(ayırmalar)” bölməsində aşağıdakılar əks olunur: 
- dövlət büdcəsinə ödənilən vergilər 
- geniş təkrar istehsala, sosial sahələrin saxlanılmasına xərclər 
- elmi- tədqiqat işlərinə çəkilən xərclər. 
-  uzunmüddətli  kreditlərin  və  borcların  ödənilməsi  və  kreditlərə  və  borclara  görə 
faizlər. 
- digər xərclər. 
 
Istehsalın inkişafına büdcə xərcləri. 
KitabYurdu.az 
88


     Iqtisadiyyatın,  o  cümlədən  maddi  istehsalın  inkişafında    dövlət  büdcəsinin 
böyük  rolu  vardır.  Dövlət  büdcəsindən  ayrılan    real  investisiyalar  müəssisələrin  
dinamik inkişafını təmin edir  və aşağıdakı vəzifələri yerinə yetirməyə imkan verir: 
1)  maliyyə  və  maddi  ehtiyatlar  hesabına    sahibkarlıq  fəaliyyətinin 
genişləndirilməsi. 
2) yeni müəssisələrin yaradılması. 
3) yeni biznes sahələrinin mənimsənilməsi nəticəsində diversifikasiya. 
     Investisiya  fəaliyyətinin  subyektlərini  investorlar,  sifarişçilər,  iş  icraçıları, 
investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri təşkil edirlər. 
     İnvestorlar uzun müddətli investisiya qoyuluşu formasında  xüsusi, borc və cəlb 
edilmiş vəsaitin məqsədli istifadəsini təmin edirlər. 
     Sifarişçilər  investorlar,  həmçinin  investora  məxsus  investisiya    layihələrinin 
həyata  keçirilməsinə  səlahiyyəti  çatan  hər  hansı  fiziki  və  hüquqi  şəxslər    ola 
bilərlər.  Əgər  sifarişçi  investor  deyilsə,  o  müqavilə  ilə  müəyyən  olunmuş 
investisiyalardan    müəyyən  dövr  və  səlahiyyət  çərçivəsində  istifadə  və  sərəncam 
vermək hüququna malikdir. 
     Investisiya  fəaliyyətinin  istifadə  obyektləri  investorlar,  həmçinin  investisiya 
fəaliyyəti obyektləri yaradan hüquqi və fiziki şəxslər dövlət və bələdiyyə orqanları, 
xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilərlər. 
Azərbaycan Respublikasında investisiya fəaliyyəti obyektləri aşağıdakılardır: 
-
 
iqtisadiyyatın  bütün    sahələrində  yeni  yaradılan  və  modernləşdirilmiş  əsas 
fondlar; 
-
 
qiymətli kağızlar; 
-
 
elmi- texniki məhsul və mülkiyyətin digər obyektləri
-
 
əmlak hüququ və intellektual mülkiyyət hüququ. 
     Azərbaycan  Respublikasının  dövlət  investisiya    siyasəti  sahəsində    iqtisadi 
islahatların  keçirildiyi  dövrdə  ciddi  dəyişikliklər  baş  vermişdir.  Büdcədən  əsaslı 
tikintiyə vəsaitin azaldılması ilə yanaşı  müəssisələrin və digər mənbələr hesabına 
yaranan büdcədənkənar fondların bu sahələrə kapital  qoyuluşu artmışdır.  
     Hazırda  kapital  qoyuluşu  məqsədli  proqramların  maliyyələşdirilməsinə 
yönəldilir.  Məqsədli  proqramların  həyata  keçirilməsi  nəticəsində  təsərrüfatın 
mühüm sahələrinə maliyyə vəsaiti ayırması imkanları da genişlənir. 
     Bir 
çox  müəssisələrin  maliyyə  vəziyyətinin    pisləşməsi,  büdcə 
maliyyələşdirilməsinin  kəskin  azalması,  yüksək  faiz  dərəcəsi  şəraitində 
uzunmüddətli  kreditlərin  alınmasındakı  çətinliklər,  təsərrüfat  fəaliyyətinin 
KitabYurdu.az 
89


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə