Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə28/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

tənzimlənməsinin  hüquqi  bazasının  yaradılması  və  digər  faktlar  investisiya 
aktivliyinə mənfi təsir göstərir. 
     Müasir dövrdə dövlətin investisiya strategiyasına aşağıdakı mərhələlər daxildir: 
1)  inflyasiyanın  qarşısının  alınması,  müəssisələrin  və  əhalinin  investisiya 
fəaliyyətinin stimullaşdırılması. 
2) büdcə kəsirinin azaldılması, onun daxili mərhələlər hesabına ötürülməsi, daxili 
maliyyə vəsaitlərinə əsaslanıb  istehsala investisiya qoyulması. 
3)  investorların  və  səhmdarların    hüquq  və  maraqlarının  tam  qorunması.  Bunun 
üçün  təkcə  qanunvericiliyin  təkmilləşdirilməsi  deyil,  eyni  zamanda  müəssisələrin 
səmərəli idarə edilməsinin təşkilini  həyata keçirmək lazımdır. Müəssisələrin bütün  
mülkiyyət növlərinin dövlət  tərəfindən tənzimlənməsi. 
4) özəl investisiyalar vasitəsilə investisiya prosesinin həyata keçirilməsi. 
5)  işləyən  müəssisələrdə    büdcə  maliyyələşdirilməsinin  məqsədli  proqramlarla  
həyata keçirilməsi. Mərkəzləşdirilmiş  investisiya qoyuluşunun  yerləşdirilməsi hər 
bir  investisiya    proqramının  iqtisadi  səmərəliliyinin  ilkin  ekspertizasının 
keçirilməsindən sonra, rəqabət əsasında həyata keçirilməsi  zərurətini yaradır. 
6)  investisiya  layihələrinin  pay  əsasında  dövlət-  kommersiya  maliyyələşdirilməsi, 
eyni  zamanda  layihələrin  xarici  investisiyaların  cəlb  edilməsi  vasitəsilə  həyata 
keçirilməsi. 
     Investisiya fəaliyyətinin dirçəldilməsi təkcə ayrı- ayrı müəssisələrin deyil, eyni 
zamanda  dövlətin  də  problemidir.  Bu  problem  hər  dəfə  növbəti    büdcənin  tərtibi 
zamanı  meydana  çıxır.  Lakin,  əsas  çətinlik  ölkənin  daxili    mənbələrinin 
məhdudluğundan  və özəl investorların  iqtisadi tənəzzül dövründə investisiyaların  
istehsal  sahələrinə    qoya  bilməməsindən  ibarətdir.  Investisiyaların  və  vergilərin 
yüksək olması  müəssisələri praktik olaraq daxili maliyyə mənbələrsiz qoymuşlar. 
Bank  faizlərinin  yüksək  dərəcələri  orta  və  uzunmüddətli  kreditlərin  alınmasında 
problemlər  yaratmışdır. 
     Sosial  infrastrukturunun  saxlanmasına  sərf  edilən  xərclər    vətəndaşların 
Azərbaycan  Respublikasının  Konstitusiyasında    müəyyən  edilmiş  hüquqlarının 
təmin edilməsi xərclərinin maliyyələşdirilməsi. 
     Müasir cəmiyyətdə əhalinin həyat təminatında qeyri- istehsal xərcləri böyük rol 
oynayır.  Təhsil,  səhiyyə,mədəniyyət,incəsənət,  sosial  tıminat  və  digər  sahələrin 
daxil olduğu sosial infrastrukturuna  ölkənin təsərrüfat  kompleksində mühüm yer 
tutur. 
KitabYurdu.az 
90


     Sosial infrastukturanın inkişafı  maddi istehsalın inkişaf  səviyyəsindən , burada 
yaradılmasına milli gəlirin həcmindən və onun istehsal və qeyri- istehsal  sahələri 
arasında  bölgüsündən  asılıdır.  Infrastruktura  məhsuldar  qüvvələrə    hərtərəfli  təsir 
edir.  Ictimai  əmək  bölgüsü  prosesinin  gücləndiyi  bir  şəraitdə  maddi  istehsal 
səhələrinin sosial infrastrukturasız  fəaliyyəti demək olar ki, mümkün deyil. Sosial 
infrastruktura    müəssisə  və  təşkilatların  təqdim  etdiyi  maddi  və  mənəvi  sərvətlər 
əhalinin  şəxsi  tələbatını  ödəməklə  yanaşı  işçi  qüvvəsinin  təkrara  istehsalı  və 
istehsalın  intensivləşdirilməsinin    mühüm  amilləridir.  Infrastruktur  iqtisadi 
inkişafın sosial surətləndiricisidir. 
     Istehsalın  və  ictimai  əmək  bölgüsününü  miqyasının  genişlənməsi,  ETT-  nin, 
istehsal  münasibətlərinin  inkişafı,  istehlak  strukturunun  dəyişməsi  və  əhalinin 
sosial  tələbatının  artımı  ilə  müşayət  olunana  həyat  tərzinin  dəyişməsi  nəticəsində 
infrastrukturanın mahiyyəti də dəyişir. 
     Infrastruktura sahələrinə sərf edilən canlı əməklə ölkənin milli gəlirinin həcmini 
artırır.  Sosial  infrastruktura  təşkilatlarının  inkişafının  zəruriliyi  onunla  izah  edilir 
ki, mövcud infrastruktura hələ də əhalinin tələbatını tam ödəmir. Sosial infrastrura 
sahələrinə sərf edilən maliyyə vəsaitlərinin həcminin artırılması tələb olunur.  
Müasir  şəraitdə  sosial  infrastrukturanın  saxlanması  və  inkişafına  aşağıdakı 
mənbələrdən maliyyə vəsaiti sərf edilir: 
- büdcə vəsaiti 
- büdcədənkənar fondlar; 
- müəssisələrin və əhalinin vəsaiti. 
     Ictimai  istehlak  fondları  büdcənin,  büdcədənkənar  fondların  və  müəssisələrin 
sosial  infrastrukturasına  yönəldilən  vəsaitidir.  Onların  əsas  təyinatı  cəmiyyətin 
sosial inkişafı və əhalinin sosial müdafiəsi ilə bağlıdır. Ictimai istehsal fondlarının 
vəsaitləri  pensiyaların,  müavinətlərin  verilməsinə,  təhsilin,  səhiyyənin,  sosial 
təminat xidmətlərinin həyata keçirilməsinə xidmət edir.  
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
91


Sosial sahələrə sərf edilən dövlət xərclərinin dinamikası( mln manat) 
Illər  
2000 
2005 
2006 
2007 
2008 
2009 
2010  2011  2012 
Təhsil 
181,8  322,5  479,1  723,0  979,9  1147,9   
 
 
Səhiyyə 
40,9 
115,3  162,0  257,2  346,2  402,4 
 
 
 
Sosial  müdafiə 
sosial təminat 
139,4  304,9  341,5  579,8  846,4  1054,4   
 
 
Mədəniyyət,in- 
cəsənət,kütləvi 
informasiya, 
idman 
20,5 
50,6 
67,1 
95,3 
140,2  158,3 
 
 
 
 
Büdcə təxsisatları. 
    Ictimai istehlak fondlarının 2/3 hissəsini büdcə təxsisatları təşkil edir. Buna görə 
də bu fondlar əhaliyə büdcə sistemi vasitəsilə aşağıdakı xərclərlə çatdırılır: 
1)
 
sosial mədəni tədbirlərə xərclər
2)
 
mənzil- kommunal təsərrüfatı xərcləri. 
     Sosial  mədəni  tədbirlərə  və  mənzil  kommunal  təsərrüfatına  büdcə  təxsisatları 
əhalinin  sosial  –  mədəni  və  mənzil  kommunal  təsərrüfatı  xərcləri  xidmətləri  ilə 
minimum həcmdə maliyyə təminatının  konstitusiya hüquqlarıdır.  
     Bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı qaydada 
öz əksini tapmışdır: 
1)  Hər  kəsin  təhlükəsiz  və  sağlam  şəraitdə  işləmək,  heç  bir  ayrı  seçkilik 
qoyulmadan  öz  işinə  görə  dövlətin  müəyyənləşdirdiyi  minimum  əmək  haqqı 
miqdarından  az  olmayan  haqq  almaq  hüququ  vardır.  Işsizlərin  dövlətdən  sosial 
müavinət almaq hüququ vardır. 
2) Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş 
həddinə çatdıqda xəstəliyinə,əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini 
itirdiyinə,  işçizliyə  və  qanunla  nəzərdə  tutulmuş  digər  hallarda  sosial  təminat 
hüququna malikdir. Təqaüdlərin və sosial təminatların mimunum məbləği qanunla 
müəyyən edilir. 
3) Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta 
təhsil almaq hüququnu təmin edir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı 
şəxslərin təhsili davam etdirilməsinə dövlət zəmanət verir. 
KitabYurdu.az 
92


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə