Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 
 
-
 
repetitorluq 
-
 
ayrı- ayrı fənlərin əsaslı öyrədilməsi və s. 
     Göstərilən əlavə xidmətlərdən alınan gəlirlər  Nizamnamə əsasında  fəaliyyətin 
genişləndirilməsinə, eyni zamanda əmək haqqının artırılmasına yönəldirlir. 
     Özəl  təhsil  müəssisələri  təhsil  haqqını  dövlət  standartları  çərçivəsində  
göstərdiyi təhsil xidmətlərinə görə alırlar. 
     Təhsil  müəssisələri  sərbəst  olaraq  öz  maliyyə-  təsərrüfat  fəaliyyətini  həyata 
keçirirlər.  Cari  ildə  istifadə  edilməyən    maliyyə  vəsaiti  təhsil  müəssisəsinin 
sərəncamında qalır və növbəti maliyyə ilində sərf edilir. 
 
Ümumtəhsil məktəblərinin saxlanması xərclərinin maliyyələşdirilməsi. 
Təhsil qanununa uyğun olaraq ümumi orta təhsil üç pillədən ibarətdir: 
-
 
ibtidai( I- IV siniflər) 
-
 
əsas ( V- IX siniflər) 
-
 
orta ( X- XI siniflər) 
     Birinci  pillədə  uşaq  şəxsiyyətinin    təşəkkülü,  onun  bacarıq  və  qabiliyyətinin 
aşkara çıxarılması və məqsədyönlü inkişafı təmin edilir. 
     Ikinci  pillədə  şagird  şəxsiyyətinin  inkişafı,  onun  mənlik  və  əxlaqı  şüurunun, 
hüquqi  düşüncəsinin, qabiliyyət və istedadının , elmlərinin əsaslarının öyrənilməsi 
və dünyagörüşünün formalaşdırılması təmin edilir. 
     Üçüncü 
pillədə 
dövlət 
təhsil 
standartları 
gözlənilməklə 
təlimin 
diferensiallaşdırılması  əsasında  ümumtəhsil    hazırlığının  başa  çatdırılması    təmin 
edilir. 
     Məktəbin  maliyyə  vəsaiti  normativ  əsasında  müəyyən  edilən  büdcə  və 
büdcədənkənar  vəsait  hesabına  yaranır.  Dövlət  və  cəmiyyət  təlim-  tərbiyə 
prosesinin    səmərəliliyini  artırmaq  üçün  təhsilin  maliyyələşdirilməsini  təmin  edir. 
Məktəbin maliyyələşdirilməsi bir şagirdə  çəkilən faktiki xərclərin  ardıcıl artması 
prinsipinə əsaslanaraq , dövlət normativləri əsasında həyata keçirilir. 
Məktəbin fondu aşağıdakı əsas mənbələrdən yaranır: 
-
 
Məktəb üçün yerli büdcədən ayrılan vəsait; 
-
 
Nazirliklərin,  baş  idarələrin  ,  baza  müəssisələrinin,  dövlət  idarələrinin  , 
ictimai təşkilatların , birliklərin və s. məqsədli qoyuluşları; 
-
 
Valideynlərin,  xeyriyyə  cəmiyyətlərinin  ,  təsisçilərin  və  s.  könüllü  verdiyi 
vəsait 
KitabYurdu.az 
99


 
 
-
 
Məktəbin  təsərrüfatından,  şagirdlərin  əmək  haqqı  istisna  olmaqla 
məktəbyanı sahəsində əldə edilən və s. vəsaitlər. 
     Məktəblər  tədrisə  zərər  yetirməmək  şərtilə  pullu  xidmətlər  göstərməklə    gəlir 
əldə etmək hüququna malikdirlər.  
     Ümumtəhsil  məktəblərinin  saxlanması  xərcləri  təhsilə  çəliklən  xərclərin  əsas 
hissəsini təşkil edir. 
Ümumtəhsil məktəblərinə çəkilən xərclər aşağıdakılardır: 
-
 
cari xərclər 
-
 
avadanlıq və inventarların alınması 
-
 
əsaslı təmir 
-
 
yeni binaların alınması. 
     Cari xərclərə pedaqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı, tədris , 
dəftərxana və təsərrüfat xərcləri, ezamiyyət , xidməti səfərlər xərcləri və s. aiddir. 
Məktəblərin saxlanmasına çəkilən xərclər iki əsas göstərici əsasında hesablanır: 
1)
 
şagirdlərin sayı 
2)
 
sıxlıq norması əsasında təyin edilən siniflərin sayı. 
1.  Məktəbə  çəkilən  xərclər  planlaşdırılarkən  ilk  növbədə  şagirdlərin  kontingenti, 
sonra siniflərin sayı, pedaqoji dərəcələr , təmir işlərinin həcmi və digər göstəricilər 
müəyyən edilir. 
     Tədris  ili  təqvim  ilinə  uyğun  gəlmir,  il  ərzində  şagirdlərin  və  siniflərin  sayı 
dəyişilir.Büdcədən  maliyyələşməni  düzgün  aparmaq  üçün  şagirdlərin və  siniflərin 
orta illik sayını hesablamaq lazımdır. Şagirdlərin orta illik sayını hesablamaq üçün 
tədris  ilində  buraxılışı  və  yeni  qəbulu  nəzərə  almaqla  1  sentyabr  və  1  yanvar 
vəziyyətinə şagirdlərin sayını müəyyən etmək lazımdır. 
     Birinci sinfə qəbul sentyabrın 1- nə məktəb yaşı çatmış ( 6 yaş) uşaqların sayına 
əsasən  ,  beşinci  sinfə  isə  ibtidai  təhsili  bitirmiş  şagirdlərin  sayına  görə 
planlaşdırılır. Onuncu sinfə qəbul isə təhsil bazasında yaranmış orta texniki – peşə 
məktəbləri  və  digər  tədris  məktəblərinə  şagird  qəbulu  nəzərə  alınmaqla, 
doqquzuncu  sinfi  bitirmiş  şagirdlərin  sayı  əsasında  planlaşdırılır.  Başqa  siniflərə 
görə şagird kontingenti bir sinifdən digər sinfə keçirilmiş və digər sinifdə qalmış 
şagirdlərin sayı əsasında müəyyən edilir.  
     Siniflərin  miqdarı  sinif  qrupları  üzrə,yəni  I-  IV,  V-  IX,  X-  XI  siniflər  üzrə 
müəyyən  olunur.  Siniflərin  sayı  həm  sinif  qrupu  üzrə  şagirdlərin  mövcud 
kontingenti  və  qanunvericiliklə  hər  sinif  üçün  təyin  olunmuş  sıxlıq    norması 
KitabYurdu.az 
100


 
 
əsasında  hesablanır.  Hal-  hazırda  I-  IX  siniflərdə    şagirdlərin  sıxlıq  norması  30 
nəfərədək,  X-  XI  siniflərdə  sayı  isə  25  nəfərədək  nəzərdə  tutulmuşdur.  Lakin 
məktəblərimizdə  bu hədd gözlənilmir , hətta ibtidai siniflərdə  şagirdlərin sayı 40 
nəfərə yaxın olur.  
     Məktəblərin,  siniflərin  və  şagirdlərin  sayı  adətən    1  yanvar  və  1  sentyabr 
tarixinə görə müəyyən olunur. Şagirdlərin və siniflərin 1 yanvar tarixinə sayı, cari 
ilin  sonunadək  dəyişmə  ehtimalı  nəzərə  alınmaqla    son  hesab  dövrünün    faktiki 
vəziyyətinə  əsasən  müəyyən  edilir.  Bununla  əlaqədar  olaraq,  orta  illik 
göstəricilərin hesablanması zərurəti yaranır. 
Şagirdlərin və sisniflərin orta illik sayı aşağıdakı formula ilə hesablanır: 
 
12
2
2
1
1
A
K
A
K
K
or




 
 
Burada K
or
 – orta illik kontingentin sayı. 
K
1
 – plan ilinin əvvəlinə mövcud olan kontingentin( siniflərin) sayı. 
K
2
-  artma  və  ya  azalmanı  nəzərə  almaqla    dəyişmiş  yeni  (  ilin  axırına) 
kontingentin( siniflərin) sayı. 
A
1
  və  A
2
  –  müvafiq  kontingentin  (  siniflərin)  büdcə  ilində  fəaliyyət  göstərdikləri 
ayların sayı. 
Məsələn, məktəbdə plan ilinin  1 yanvar vəziyyətinə şagirdlərin sayı 1000 nəfər, 1 
sentyabr  vəziyyətinə  isə  şagirdlərin  sayı  1300  nəfərdir.  Onda  şagirdlərin  orta illik 
sayı: 
 
1100
12
4
1300
8
1000





or
K
 nəfər olar. 
 
Bunu aşağıdakı formula ilə də hesablamaq olar: 
1100
3
1000
1300
1000
)
(
3
1
1
2
1







K
K
K
K
or
nəfər 
 
     Siniflərin  orta  illik  sayına  əsasən    məktəbin  saxlanmasına  bütün  cari  xərclər 
müəyyən edilir. Xərclərin tərkibinə əmək haqqı xərcləri üstünlük təşkil edir. 
Məktəb üzrə əmək haqqı fonduna daxildir: 
-
 
dərslərə görə müəllimlərə əmək haqqı 
KitabYurdu.az 
101


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə