Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

 
 
-
 
dəftərlərin yoxlanması üçün əmək haqqı 
-
 
inzibati- idarə və tədris köməkçi heyətinin əmək haqqı 
-
 
müəllimlərin əmək haqqına əlavələr. 
     Bütün tipdən olan ümumtəhsil  və internat məktəblərində  və peşə liseylərində, 
orta  ixtisas  məktəblərində  (  kolleclərdə)  işləyən  müəllimlərin  əmək  haqqı  ,  təhsil 
və pedaqoji staja əsasən Vahid Tarif Cədvəlinin aşağıdakı dərəcələri üzrə ödənilir. 
 
Təhsil və pedaqoji staj 
Stavka üzrə ödəniş 
dərəcəsi 
Ali təhsilli müəllimlər 
 
3 ilə qədər pedaqoji staja olan 
10 
3 ildən 8 ilədək pedaqoji stajı olan 
11 
8 ildən 13 ilədək pedaqoji stajı olan 
12 
13 ildən 18 ilədək pedaqoji stajı olan 
13 
18 ildən çox pedajı stajı olan 
14 
Orta ixtisas təhsilli müəllimlər 
 
3 ilə qədər pedaqoji stajı olan 

3 ildən 5 ilədək pedaqoji stajı olan  

5 ildən 10 ilədək pedaqoji stajı olan 
10 
10 ildən 15 ilədək pedaqoji stajı olan 
11 
15 ildən çox pedaqoji stajı olan  
12 
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  13  dekabr  2011-  ci  il  tarixli 
203    №li  qərarına  əsasən  hesablanmış  əmək  haqqı.  (  01  dekabr  2011-  ci  il 
tarixdən). 
 
Dərəcə 
Stavka 
Ə/H 
saat 
Sinif rəhbəri 
Yazı 
işlərinin 
yoxlanması üçün 
Kab. 
10% 
1-4 sinif 
15% 
5-9 sinif 
80% 
1-4 sinif 
10% 

saat 
ədəd 
15% 

128 
10,67 
19,20 
25,60 
12,80 
1,60 
12,80 

133 
11,08 
19,95 
26,60 
13,30 
1,66 
13,30 
10 
138 
11,50 
20,70 
27,60 
13,80 
1,73 
13,80 
11 
143 
11,92 
21,45 
28,60 
14,30 
1,79 
14,30 
12 
150 
12,50 
22,50 
30,00 
15,00 
1,88 
15,00 
13 
162 
13,50 
24,30 
32,40 
16,20 
2,03 
16,20 
14 
174 
14,50 
28,10 
34,80 
17,40 
2,18 
17,40 
15 
188 
15,67 
28,20 
37,60 
18,80 
2,35 
18,80 
16 
220 
18,33 
33,00 
44,00 
22,00 
2,75 
22,00 
KitabYurdu.az 
102


 
 
 
     Ümumtəhsil  məktəblərinin  direktorları,  onların  müavinləri  isə  əsas  iş    üzrə 
müvafiq  qayda  əsasında  tam  vəzifə    maaşı  almaqla  yanaşı,  işlədikləri  təhsil 
müəssisələrində    ixtisaslarına  uyğun  olaraq  dərs  ilinin  əvvəlində  tarifləşmə 
siyahısına salınmaqla  həftədə 12 saata (ildə  480 saata) qədər dərs apara bilərlər. 
     Ümumtəhsil məktəblərinin direktorlarının vəzifə maaşları təhsil alan şagirdlərin 
sayından asılı olaraq müəyyən edilir.  
     Ibtidai məktəblərdə direktor vəzifəsi  siniflərin sayı 5, şagirdlərin sayı isə  100 
nəfərdən çox olduqda  təyin edilir. Ibtidai təhsil məktəblərində  şagirdlərin sayı 100 
nəfərdən az olduqda  məktəbə rəhbərlik həvalə edilən müəllimə stavka üzrə  əmək 
haqqının 20%- i miqdarında əlavə haqq ödənilir. 
     Məktəb  direktorunun  təlim-  tərbiyə  işləri  üzrə  müavininin  vəzifə  maaşı 
direktorun  vəzifə  maaşından  15%  aşağı  müəyyən  edilit.  Təsərrüfat  işləri  üzrə 
direktor  müavininin  vəzifə  maaşı  isə  direktorun  vəzifə  maaşından  20%  aşağı 
müəyyənləşdirilir. 
     Qüvvədə  olan  qanunvericiliyə  əsasən  ümumtəhsil  məktəblərində  müəllimlərin 
bir stavka üzrə həftəlik dərs yükü 12 saat( 480 saat) müəyyənləşdirilir.  
     Ümumtəhsil məktəblərində müəllimlərin ixtisas üzrə faktiki tədris etdikləri dərs 
saatlarının  əmək  haqqı  tam  ödənilir.  Yəni  zəruri  ehtiyac    yarandıqda  artıq  dərs 
yükü verilə bilər.  
     Ümumtəhsil məktəblərində  hər il sentyabr ayının 1-i  vəziyyətinə müəllimlərin 
tarifləşmə  siyahısı tərtib edilir. Tarifləşmə siyahısında  müəllimin soyadı, tutduğu 
vəzifə, təhsili, hansı məktəbi bitirməsi , diplomunun nömrəsi , verilmə tarixi, hansı 
dərsi  aparması  ,  hansı  sinifdə  dərs  deməsi  ,  aylıq  əmək  haqqı  stavkası  ,  dəftər 
yoxlama  haqqı  ,  aldığı  əlavə  aylıq  əmək  haqqı    məbləği  1  sentyabr  və  1  yanvar 
vəziyyətinə  müəyyən  edilmiş  pedaqoji  stavkaların    sayına  bölünməklə  orta    aylıq 
əmək haqqı məbləği müəyyən edilir. 
     Sinif  qrupları  üzrə  orta  aylıq    əmək  haqqı  məbləği    pedaqoji  stavkaların  orta 
sayına vurulur, alınan nəticə 8- ə (8,5 - ə) və 4- ə ( 3,5- ə) vurulmaqla cəmlənir və 
orta illik əmək haqqı müəyyən edilir. 
     Ümumtəhsil  məktəblərində    çalışan  pedaqoji  işçilər  əsas  vəzifələri  ilə  yanaşı  
əlavə işlər də yerinə yetirirlər. Buna görə onlara əlavə əmək haqqı ödənilir. 
     Ümumtəhsil  məktəblərinin    I-  IV  siniflərinə  rəhbərlik  edən  müəllimə  həmin 
müəllimin  bir  stavka  üzrə    aylıq  əmək  haqqının  15%-  i  miqdarında  əlavə  haqq 
KitabYurdu.az 
103


 
 
ödənilir. Yuxarı siniflərə, yəni V- XI siniflərə rəhbərlik həvalə edilən müəllimə bir 
stavka üzrə aylıq əmək haqqının 20%- i miqdarında əlavə haqq ödənilir. 
     Bütün  tipdən  olan  ümumtəhsil  məktəblərinin  I-  IV  sinif  müəllimlərinə  yazı 
işlərinə  görə    dəftər  yoxlanması  üçün  bir  stavkanın  10%-  i  miqdarında  haqq 
ödənilir. Bu haqq dərs yükünün həcmindən asılı olmayaraq əsas müəllimə verilir. 
Sinifdə  şagirdlərin  sayı  10  nəfərdən  az  olduqda    yazı  işlərinin  yoxlanması  üçün  
nəzərdə  tutulan  məbləğin    50%-  i  ödənilir.  Ümumtəhsil  məktəblərinin  V-  XI 
siniflərində  ana  dili    və  ədəbiyyat  üzrə  yazı  işlərinin  yoxlanması  üçün    müvafiq 
müəllim stavka məbləğinin 15%- i, riyaziyyat, xarici dil və  stenoqrafiya üzrə isə 
10%- i miqdarında əlavə haqq ödənilir.  
     Tədris kabinetinin müdirinə  stavka və ya vəzifə maaşının  10%- i  miqdarında 
əlavə haqq ödənilir. 
     7-  8  illik  uşaq  musiqi,  incəsənət  və  rəssamlıq    məktəblərində  şagirdlərin  sayı  
50-  yə  qədər  olduqda    məktəbə  rəhbərlik  edən  müəllimə  stavkanın  15%-  i 
miqdarında  əlavə  haqqı  ödənilir.    Həmin  məktəblərdə  şagirdlərin  sayı    15-  200 
olduqda tədris hissə müdirinə 20% miqdarında əlavə haqq ödənilir. 
     Xərclərin strukturunda  tədris xərcləri mühüm yer tutur. Buraya tədris işlərinə, 
kabinetlərə  alınan  vəsaitlər,  yazı  dəftərxana  ləvazimatı,  xırda  idman  inventarı  , 
tədris  məqsədilə  aparılan  ekspedisiya    və  digər  məqsədlərə  çəkilən  xərclər  
daxildir.  Kitabxana  fondunun  yaradılması  ,  yeniləşdirilməsi  və  kitablarla  təmin 
olunmasına vəsait ayrılır.  
     Məktəbin  smetasında  avadanlıqların  və  inventarların  alınması  və  əsaslı  təmir 
xərcləri    də  nəzərdə  tutulur.  Planlaşdırılan  il  üçün  məktəblərin  avadanlıq  və 
inventara  tələbatı  məktəbin  tədris  ilinin  əvvəlinə  təminatı  bir  məktəbə  və  ya  bir 
şagirdə  düşən    normaya  uyğun  olaraq    plan  dövründə  onun  yeniləşdirilməsinin 
zəruriliyi nəzərə alınmaqla  müəyyən edilir. 
     Icmal planlaşdırma zamanı  əsaslı təmirə çəkilən xərclər məktəbin ümumi xarici 
görünüşünün  kubaturasına  düşən  norma  üzrə  hesablanır.  Bu  məqsədlərə  ayrılan 
vəsait  hesabına  məktəbdə  rekonstruksiya  işləri  aparıla  bilər.  Məktəbi 
genişləndirmək, sinif otaqlarını yenidən qurmaq mümkündür. 
     Yeni məktəblərin tikintisi müvafiq yerli orqanların büdcələrinə ayrılan vəsait və 
ya mərkəzləşdirilmiş fondlardan ayrılan vəsait hesabına həyata keçirilir. 
     Ümumtəhsil  məktəblərinin  xərclərinə  həmçinin  təsərrüfat  xidmətlərinə  çəkilən 
xərclər və ezamiyyə xərcləri daxildir. 
KitabYurdu.az 
104


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə