Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

 
 
     Təsərrüfat  xidmətlərinə  çəkilən    xərclər  qüvvədə    olan  normalarına  uyğun  
həyata keçirilir.  Buraya istilik, işıqlandırma , kommunal xidmətləri və s. təsərrüfat 
xərcləri daxildir. 
    Xərc  maddələri  üzrə  hesablamalar  əsasında    ümumtəhsil  məktəblərinin  smetası 
tərtib  edilir,  bu  smetalar  əsasında  isə  yerli  büdcələrin    layihələrinə  daxil  etmək 
məqsədilə  ümumtəhsil  məktəblərinin  saxlanması  üzrə  icmal  xərc  smetası  tərtib 
olunur. 
 
Məktəb- internat və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin xərclərinin 
planlaşdırılması. 
     Məktəb - internatlara ailədə tərbiyə olunması üçün lazımi şəraiti olmayan və ya 
valideyn himayəsindən məhrum olan  uşaqlar qəbul olunurlar.  
     Məktəb  internat  xərclərinin    maliyyələşdirilməsinin  bir  sıra    xüsusiyyətləri 
vardır: 
1.  Məktəb  –  internatlarının  saxlanması  xərclərinin    hesablanması  üçün  əsas  
göstərici  kimi  şagirdlərin  sayı  ,  siniflərin  sayı  və  pedaqoji  maaş  dərəcələri  əsas 
götürülür. 
2.  Məktəb-  internat  müəllimlərinin  əmək  haqqı  fondu    ümumtəhsil  məktəblərində 
olduğu kimi  planlaşdırılır, hər bir sinif qrupuna düşən tərbiyəçi ştatı əlavə olaraq 
nəzərdə tutulur. 
3. İnzibati- təsərrüfat heyətinin əmək haqqı fondu ştat valideynlərini sayı  əsasında 
hesablanır.  Lakin  ümumtəhsil  məktəblərindən  fərqli  olaraq  tibb  işçilərinin, 
aşpazların, gecə dayələrinin və s.  vəzifələri də nəzərdə tutulur. 
4.  Məktəb-  internatın  saxlanılmasına    çəkilən  xərclər  adətən    bir  şagirdə  görə 
hesablanır. 
5. Şgirdlərin orta illik sayı  ümumtəhsil məktəblərində olduğu kimi hesablanır. 
6.  Dəftərxana  və  təsərrüfat  xərcləri  ,  avadanlıq  və  inventarların  alınmasına,  əsaslı 
təmirə çəkilən xərclər. 
7.  Məktəb-  internatda  oxuyan  şagirdlər    yumşaq  inventarla    və  geyimlə  təmin 
olunma  xərcləri də nəzərdə tutulur. 
8. Bu məqsədlərə sərf edilən xərclər bu tədris müəssisəsində qalmaq müddətindən 
asılı olaraq  bir nəfər şagirdə düşən xərc norması  üzrə hesablanır. Yemək xərcləri 
bir gündə bir şagirdə düşən  yemək norması, internatda tərbiyə alanların  orta illik 
sayı və onların məktəb- internatda  qalma günlərinin sayı əsasında  hesablanır. 
KitabYurdu.az 
105


 
 
9. Tədris və digər xərclər  bir il ərzində  bir nəfər şagirdə düşən  xərc norması üzrə 
müəyyən olunur. 
10.Məktəb- 
internatlarda    uşaqların  saxlanılması    xərcləri  büdcədən 
maliyyələşdirilir. 
11. Məktəb- internatlardakı sair xərclər planlaşdırılarkən, onların tərkibinə  tərbiyə 
alanların  ehtiyac  xərcləri  ,  gediş  haqları  ,  həmçinin  onların  arasında  mədəni- 
kütləvi işlərin aparılması xərcləri daxil edilir. 
12. İcmal planlaşdırmada ümumi orta təhsil məktəblərindən fərqli olaraq ( burada 
xərclər    hər  bir  sinif  üzrə  hesablanır)  məktəb-  internatda  xərclər  bir  nəfər  tərbiyə 
alana çəkilən  orta xərc üzrə müəyyən olunur. 
     Internat məktəblərinin direktorlarının vəzifə maaşları, müəllimlərin əmək haqqı, 
əlavə ödənişlər  ümumtəhsil məktəblərində olduğu kimidir. 
     Məktəbəqədər  uşaq  müəssisələri    tərbiyə  olunan  uşaqların  tərkibinə  görə  
ümumi və xüsusi tipli olur. Xüsusi tipli məktəbəqədər  uşaq müəssisələrində əqli 
və  ya  fiziki    inkişafında  qüsuru  olan  ,  uzunmüddətli  müalicəyə  ehtiyacı  olan  
uşaqlar tərbiyə olunur. 
     Məktəbəqədər  uşaq  müəssisələri  təhsil  orqanları,  müəssisələr,  təsərrüfat 
təşkilatları  tərəfindən  yaradıla  bilər.    Tabeçiliyindən  asılı  olmayaraq    onlara 
metodiki  rəhbərliyi    təhdil  orqanları  həyata  keçirirlər.  Daha  çox  geniş  yayılmış  
uşaq bağçalarının iş rejimi  9 – 11 saatdır, xüsusi qruplarda iş rejimi 12- 24 saat ola 
bilər. 
     Məktəbəqədər 
uşaq 
müəssisələrinin 
maliyyələşdirilməsinin 
müəyyən 
xüsusiyyətləri vardır: 
1.  Uşaq  bağçalarının  saxlanmasına  çəkilən  xərclər    uşaqların  orta  illik  sayından, 
qrupların sayından və bir uşağın  uşaq müəssisələrində qalma müddətindən asılıdır. 
Planlaşdırma üçün əsas göstərici  uşaqların uşaq bağçasındakı orta illik sayıdır. 
2. Uşaq bağçalarında xərclərin hesablanması üçün uşaqların ilin əvvəlinə sayını və 
orta  illik  kontingenti    müəyyən  etmək  lazımdır.  Bu  kontingent  uşaqların  ( 
qrupların) ilin  əvvəlinə sayı və plan dövründə onun dəyişməsi əsasında  müəyyən 
edilir. 
3. Əmək haqqı xərcləri  təsdiq edilmiş ştat cədvəlinə  əsasən və vəzifə maaşlarının  
ödəniş  dərəcəsi  əsasında    planlaşdırılır.  Ştat  vahidi  qrupun    sayı  və  uşaqların 
bağçada    qalma  günlərinin  sayı  əsasında  müəyyən  edilir.  Məktəbəqədər  uşaq 
müəssisələri  və uşaq evlərinin müdirlərinin vəzifə maaşları  qrupların və uşaqların 
KitabYurdu.az 
106


 
 
sayından  asılı  olaraq  müəyyən  edilir.  Ümumi  tipli  məktəbəqədər  uşaq 
müəssisələrində  qrupların sayı 1- 4 olduqda 12- ci,5- 8 olduqda 13- cü, 9 və daha 
çox olduqda 14- cü dərəcə ilə; xüsusi təyinatlı məktəbəqədər uşaq müəssisələrində  
qrupların sayı 1- 2 olduqda 13- cü, 4- 6 olduqda 14- cü, qrupların sayı 7- 8 olduqda 
15-  ci,  9  və  daha  çox  olduqda  16-  cı  dərəcə  ilə.  Uşaq  evinin  müdiri(  direktoru) 
uşaqların sayından asılı olaraq 13- 16- cı dərəcəli vəzifə maaşı ilə təsdiq edilir. 
     Uşaq evi müdirlərinin təlim- tərbiyə  işi üzrə müavininin  vəzifə maaşı müdirin 
maaşından 10 % aşağı, təsərrüfat işləri üzrə müavinin  vəzifə maaşı isə 20% aşağı 
təyin edilir. 
4.  Müəllimlərin  və  tərbiyəçilərin  stavka  üzrə    vəzifə  maaşları  onların  təhsili, 
pedaqoji iş stajı  və vəzifə maaşının dərəcəsindən asılıdır. 
     Bütün  tipdən  olan  məktəbəqədər    uşaq  tərbiyə  müəssisələrində  və  uşaq 
evlərində  işləyən  baş  tərbiyəçi,  tərbiyəçi  və  musiqi  rəhbərlərinin    stavka  üzrə 
vəzifə  maaşları    ali  ixtisas  təhsilli    baş  tərbiyəçi  üçün  ,  stajından  asılı  olaraq    13- 
14-  cü,  ali  təhsilli  tərbiyəçi  10-  14-  cü,  orta  ixtisas  təhsilli  tərbiyəçi  9-  13-  cü,  ali 
təhsilli  musiqi  müəllimi  9-  13-  cü,  orta  ixtisas  təhsilli  musiqi  rəhbəri  8-  11-  ci 
dərəcə ilə müəyyən edilir. 
     Məktəbəqədər  uşaq  müəssisələrinin  müdirləri  tutduqları  vəzifə  ilə  yanaşı  0,5 
ştat tərbiyəçi vəzifəsi də yerinə yetirib müvafiq qaydalar əsasında  əmək haqqı ala 
bilərlər. Bundan əlavə müdir təhsil müəssisəsində  ixtisasına uyğun olaraq tədris ili  
ərzində əmək haqqı saathesabı ödənilməklə 240 saata qədər dərs tədris edə bilər. 
5. Ərzaq xərcləri uşağın bağçada qalma müddəti  əsas götürülməklə bir gündə bir 
uşağa düşən pul norması əsasında müəyyən edilir. 
6.  Dəftərxana  və  təsərrüfat  xərcləri    ümumtəhsil  məktəblərində  olduğu  kimi  , 
binanın kubaturasından asılı olaraq müəyyən edilir. 
7. Uşaq bağçalarında həmçinin tədris və digər xərclər nəzərdə tutulur: oyuncaqların 
tədris  vəsaitlərinin  ,uşaqlarla  məşğul  olmaq  üçün    materialların  alınması,  uşaq 
bayramlarının    və  s.  keçirilməsi  xərcləri.  Bu  xərclər  hər  uşağa  ildə  norma  üzrə 
planlaşdırılır. 
8. Avadanlığın, yumşaq inventarın alınması xərcləri ilin  əvvəlinə mövcud norma 
ilə müəyyən edilir. 
9. Məktəbəqədr müəssisələrdə  valideynlərin ödədiyi  haqq xərcləri müəyyən  cüzi 
hissəsini təşkil edir. 
KitabYurdu.az 
107


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə