Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə34/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
 
10.  İcmal  planlaşdırma  zamanı    büdcə  vəsaitləri  bir  uşağa  düşən  əmək  haqqıya, 
ərzağa , ərzağa, yumşaq inventara  və s. çəkilən xərclərə  görə müəyyən edilir. 
     Körpələr  evinə  çəkilən  xərclərin  planlaşdırılması  qaydası  uşaq  bağçalarına 
çəkilən xərclər kimidir. 
 
Peşə və orta ixtisas məktəblərində xərclərin  hesablanması və 
maliyyələşdirilməsi. 
     Peşə və orta ixtisas məktəblərinin  əsas vəzifəsi iqtisadiyyatın  müxtəlif sahələri 
və  ölkənin  qeyri-  istehsal  sferası    üçün  zəruri  nəzəri  biliklər  və  təcrübi  vərdişlərə 
malik 
olan 
ixtisas 
dərəcəli 
və 
ümumi  orta  təhsilli  mütəxəssislərin  
hazırlanmasından ibarətdir. 
     Peşə və orta ixtisas məktəblərində  xərclər hesablanarkən  aşağıdakı göstəricilər 
əsas tutulur: 
-
 
şagirdlərin orta illik sayı 
-
 
əyani, axşam və qiyabi  təhsil üzrə ayrılıqda qrupların sayı. 
     Şagirdlərin orta illik sayı ali məktəblərdə olduğu kimi hesablanır. 
     Peşə  və  orta  ixtisas  məktəblərinin  cari  xərclərinə  əmək  haqqı,  ona 
əlavələr,təqaüdlərin verilməsi , tədris, təsərrüfat və digər xərclər daxildir. 
    Peşə və orta ixtisas məktəblərinin əsas xərcləri  əmək haqqı xərcləridir.  
    Peşə  və  orta  ixtisas  məktəblərinin    direktorlarının  vəzifə  maaşları    təhsil 
müəssisələrində    şagird  və  ya  tələbələrin    sayından  asılı  olaraq  aşağıdakı  kimi 
müəyyən  edilir:    ali  təhsilli  5  il  müvafiq  ixitsas  üzrə  stajı  olan  ,  şagirdlərin  sayı 
200- ə qədər olduqda vəzifə maaşının ödəniş dərəcəsi 14, şagirdlərin sayı 20- 500 
nəfər olduqda  15, şagirdlərin sayı 500- dən çox olduqda 16 dərəcə. 
    Peşə  və  orta  ixtisas  məktəblərində    işləyən  müəllimlərin  əmək  haqqı  təhsil  və 
pedaqoji  staja  əsasən  ,  ümumtəhsil  məktəblərində  olduğu  kimi  vəzifə  maaşının 
ödəniş dərəcəsi ilə müəyyən edilir. 
Peşə və orta ixtisas məktəblərində əmək haqqına  daxildir: 
-
 
pedaqoji heyətin əmək haqqı 
-
 
yazı işlərini yoxlanması üçün əmək haqqına əlavələr 
-
 
laboratoriya və kabinet müdirliyinə görə haqq 
-
 
sinif rəhbərliyinə görə haqq 
-
 
təlim- tərbiyə , inzibati heyətin əmək haqqı və s. 
 
KitabYurdu.az 
108


 
 
Kadr hazırlığı xərclərinin maliyyələşdirilməsi 
( Ali məktəblərin xərc smetaları) 
     Kadrların  hazırlanması  professional  texniki  liseylər,  bir  peşə  və  orta  ixtisas  
müəssisələri və ali məktəblər  həyata keçirirlər. 
     Hazırda  müəssisələrin    bir  qisminin  bağlanması,  bir  qisminin  elmi-  texniki 
tərəqqi  əsasında    avtomatlaşdırılması  işsizlər  ordusunu    yaratmışdır.  Investisiya 
qoyuluşu  nəticəsində  yeni  iş  yerlərinin    açılması  və  nəticədə  kadrların    yenidən 
hazırlanması məsələsi  qarşıya çıxmışdır. 
     Ölkəmizdə dövlət və qeyri- dövlət  ali təhsil sistemi formalaşır. Büdcə vəsaitləri 
yalnız  dövlət  təhsil  müəssisələrinə  yönəldilir.  Dövlət  təhsil  məktəblərini  demək 
olar ki, hansı təhsilin müəyyən hissəsini ödənişli həyata keçirir. Təhsil müəssisələri 
iqtisadiyyatın    və  qeyri-  istehsal  sferasının    bütün  sahələri  üçün  kadrlar  
hazırlayırlar.  
     Təhsil aşağıdakı formada həyata keçirilir: gündüz, axşam, qiyabi. 
     Ali  məktəblərə  xərclər  hər  bir  təhsil  müəssəsinə  görə  ,  onların  spesifik 
xüsusiyyətləri  nəzərə  alınmaqla  tələbələrin  orta  illik  sayı  ,  maddi  təminat 
normaları,  professor-  müəllim  heyətinin  vəzifə  maaşları  və  digər  göstəricilər 
əsasında müəyyən edilir. 
     Ali məktəbin əsas maliyyə sənədi smetadır. O büdcə xərclərinin ümumi həcmini 
, məqsədli istiqamətini və rüblər üzrə bölgüsünü müəyyən edir. 
     Nazirlik  tabeliyində  olan  ali  məktəblərə  əmək  haqqı  fonduna    ayırmaları, 
stipendiya,  avadanlıq  və  inventarların    alınmasının  smetasını  təsdiq  edir.  Ali 
məktəblərin  nəzdində    fəaliyyət  göstərən  magistratura  ,  aspirantura  və 
dokturantura,eləcə  də  kafedraların  elmi  işləri  ilə  bağlı  xərcləri  də  daxil  edilməklə  
ali məktəblərin xərclər  smetasına aid edilir. 
     Digər  məsrəflər  üzrə  xərclər”  Digər  xərclər”  bölməsinə  aid  edilir  və  ali 
məktəbin direktoru tərəfindən , xərclərin ümumi məbləği  hüdudunda bölüşdürülür. 
Smetada təhsil müəssisəsi, maddi- texniki bazası haqqında ümumi məlumatlar əks 
olunur.  Icmal  planlaşdırma  zamanı  xərclər  hər  bir  tələbəyə  hesablanmış    norma 
əsasında  hesablanır.  Bunun  üçün  plan  ilində  buraxılış  və  qəbul  nəzərə  alınmaqla  
tələbələrin  kontingenti  müəyyən  edilir.  Hesablama  ayrılıqda  gündüz,  axşam  və 
qiyabi təhsil üzrə aparılır. 
Tələbələrin orta illik  sayıaşağıdakı formula üzrə hesablanır: 
Q
B
K
K
or
3
1
2
1
1



 
KitabYurdu.az 
109


 
 
Burada K
orta
 – tələbələrin orta illik kontingenti 
K
1
 – ilin əvvəlinə kontingent 
B – tələbələrin buraxılışı( məsələn, 1 iyula) 
Q – yeni dərs ili üçün tələbə qəbulunun sayı ( məsələn, 1 sentyabra) 
     Planlaşdırma zamanı tələbələrin kursda qalması  və bərpası nəzərə alınmır. 
     Dövlət  ali  məktəblərində  inzibati-  idarə  heyəti  ,  inzibatçı-  təsərrüfat    işçiləri, 
professor- müəllim heyəti və digər texniki, yardımçı və xidmətedici işçilər qüvvədə  
olan  normati    sənədlərə  əsaslanaraq    işə  qəbul  edilir.  Onların  vəzifə  maaşları  və 
stavka üzrə əmək haqqı  yerinə yetirdikləri işin xüsusiyyətinə uyğun olaraq  elmi 
dərəcə, elmi ad,  təhsil,staj nəzərə alınmaqla müəyyənləşdirilir. 
1. Ali məktəb rektorlarının , filial direktorlarının, prorektorların və kafedra, şöbə ( 
laboratoriya)  müdirlərinin  vəzifə  maaşları    aşağıdakı  kimi  müəyyənləşdirilir: 
müvafiq  elmi  dərəcəsi  və  elmi  adı,  pedaqoji  və  rəhbər    vəzifələrində  5  ildən  az 
olmayan  iş  stajı  olmaqla    vəzifə  maaşı  17-  19-  cu  ödəniş  dərəcəsi  ilə,  filial 
direktoru  16- 17- ci ödəniş dərəcəsi ilə, tədris işləri üzrə prorektor , elmi işlər üzrə 
prorektor  ,  tərbiyə  işləri  üzrə  prorektor  ,  qiyabi  və  axşam  şöbəsi  üzrə  prorektor  , 
beynəlxalq əlaqələr üzrə prorektor , inzibati – təsərrüfat işləri üzrə prorektor  elmi 
dərəcəsindən,  elmi  adından  ,  stajından  asılı  olaraq  14-  18-  ci  ödəniş  dərəcəsi  ilə, 
tədris şöbəsinin müdiri 12- 14 – cü , doktorantura və aspirantura  şöbəsinin müdiri 
12-  13-  cü  ödəniş  dərəcəsi  ilə,  vəzifəli,  inzibati,  təsərrüfat  işçilərinin  və  xidmət 
heyətinin maaşı təhsil müəssisəsinin  iş həcmindən və xüsusiyyətindən asılı olaraq 
vəzifə maaşları hesabına hesablanır. 
2.  Professor-  müəllim  heyətinin  əmək  haqqı  fondarın  tutduğu  vəzifəsindən, 
təhsilindən,  elmi  dərəcəsindən  (  elmi  adından)  ,  stajından  asılı  olaraq  vəzifə 
maaşının ödəniş dərəcəsi əsasında hesablanır. 
     Vəzifələrin  miqdarı  bir  müəllimə  düşən  tələbələrin,  magistrantların  və 
aspirantların  sayından  asılı  olaraq    əmsal  üzrə  hesablanır.  Bu  əmsallar  gündüz, 
axşam və qiyabi şöbə fakultələr üzrə müəyyən edilir. 
     Ali  məktəblərdə  professor  ,  dosent,  müəllimlər    iş  günü  ərzində  tədris  planına  
və  elmi  tədqiqat  işləri  planına    uyğun  olaraq  tədris  metodiki    və  elmi-  tədqiqat  
işləri  aparmalıdır.  
     Ali  təhsil  müəssisələrində  təqaüdlər    üzrə  xərclər  də  mühüm  yer  tutur.  Bu 
xərclər təqaüd alan tələbələrin  orta illik sayı üzrə hesablanır. 
KitabYurdu.az 
110


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə