Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə35/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

 
 
     Tədris  xərcləri  xə  kitabxana  üçün  kitabların    alınması  xərcləri  təhsil 
formasından ( əyani, qiyabi, axşam) və mütəxxəssislərin istiqamətindən asılı olaraq  
normalar üzrə müəyyən edilir. 
     Tələbələrin  istehsalat  təcrübəsi  üçün  xərclər  təcrübə  keçərək  tələbələrin 
sayından  və təcrübənin müddətindən asılıdır. Bu xərclərə eyni zamanda təcrübəyə 
rəhbərlik edən  müəllimlərə əmək haqqı , ezamiyyə xərci və s. aiddir. 
     Ali məktəblərin xərcləri sistemində  elmi- tədqiqat işləri, təcrübənin aparılması , 
müəllimlərin ezamiyyət xərcləri, dissertasiyaların medafiəsi üzrə xərclər daxildir. 
     Ali məktəblər üçün inventar və avadanlıq  xərcləri onların  xüsusi avadanlıqla , 
kompüterlərlə  və  təsərrüfat  inventarları  ilə  təmin  edilməsi    normaları  üzrə 
planlaşdırılır. Icmal planlaşdırma zamanı inventarların və avadanlıqların  alınması 
xərcləri bir tələbəyə düşən norma  əsasında, əsaslı təmirə çəkilən xərclər  binanın 
xarici kubaturası və 1
3
m
  - ə düşən xərc normasına görə  hesablanır. 
 
KitabYurdu.az 
111


 

Mövzu 10: Səhiyyə xərclərinin planlaşdırılması və 
maliyyələşdirilməsi. 
 
1.  Azərbaycan  Respublikasında  əhalinin  sağlamlığının  qorunması  sahəsində 
tədbirlərin həyata keçirilməsində büdcənin rolu. 
2. Səhiyyə müəssisələrinin saxlanması xərclərinin tərkibi və quruluşu. 
3. Səhiyyə müəssisələrinin fərdi və icmal smetasının tərtib edilməsi. 
4.  Səhiyyə  işçilərinin  əmək  haqqı  xərclərinin    planlaşdırılması  və 
maliyyələşdirilməsi. 
5. Səhiyyə üzrə sair xərclərin planlaşdırılması və maliyyələşdirilməsi. 
6. Əhalinin sağlamlığının qorunması tədbirlərinin maliyyələşdirilməsi. 
 
     Azərbaycan  Respublikası  Konstitusiyasının  41-  ci  maddəsində  sağlamlığın 
qorunması hüququ verilmişdir. Orada aşağıdakılar göstərilir: 
1. Hər kəsin sağlamlığını qorumaq  və tibbi yardım almaq hüququ vardır. 
2.  Dövlət  müxtəlif  mülkiyyət  növlərinin  əsasında  fəaliyyət  göstərən  səhiyyənin 
bütün  növlərinin  inkişafı  üçün  zəruri    tədbirlər  görür,  sanitariya-  epidemoligiya 
salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. 
3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən 
vəzifəli şəxslər qanun əsasında  məsuliyyətə cəlb edilirlər. 
     Dövlət  əhalinin  sağlamlığının  qorunması  üçün  daimi  zəruri  tədbirlər  həyata 
keçirir. Bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Vətəndaşların 
sağlamlığının  mühafizəsi  üzrə  qəbul  edilmiş  qanunvericiliyə  əsasən  səhiyyənin 
maliyyələşdirilməsi  və  idarə  edilməsi  sahəsində  mərhələli  islahatlar  aparılır.  Bu 
sahədə qəbul edilmiş tibbi sığorta mexanizminin böyük əhəmiyyəti vardır. Səhiyyə 
xərcləri  dövlət  büdcəsi  xərclərinin  tərkib  hissəsi  olmaqla  müəyyən  xüsusi  çəkiyə 
malikdir.  Lakin  bu  xərclərin  dövlət  büdcəsi  xərcləri  içərisində  xüsusi  çəkisi 
azalmışdır.  Bunun  da  əsas  səbəbi  büdcə  xərclərinin  bir  hissəsinin 
maliyyələşdirilməsinin yerli( bələdiyyə) büdcələrə verilməsi və səhiyyə xidmətinin 
dövlət maliyyələşdirilməsinin azaldılıb pullu xidmətə keçirilməsindən ibarətdir. 
     Hal-  hazırda  səhiyyənin  maliyyə  təminatının  modeli  büdcə  vəsaitlərini,  icbari 
tibbi  sığorta    vəsaitlərini,  təşkilatların  tibbi  sığorta  fondlarını  və  digər  mənbələri 
özündə birləşdirir. 
KitabYurdu.az 
112


 

     Səhiyyə  sahəsinə  yönəldilən  maliyyə  vəsaitləri  aşağıdakı  istiqamətlərə 
yönəldilir:  elmi-  tədqiqat  tibb  müəssisələrinin  maliyyələşdirilməsi,  xəstəxanaların 
saxlanması  ,  poliklinikaların  və  ambulatoriyaların saxlanması,  təcili  tibbi yardım, 
sanator  epidemoloji    stansiyalaırn  saxlanması,  sanatoriyaların  saxlanması,  digər 
tibbi məntəqələrinin saxlanması. 
     Hal-  hazırda  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  səhiyyə 
müəssisələri  xərclərinin  planlaşdırılması  məqsədilə  gəlir  və  xərc  smetasını  tərtib 
edirlər. Smetalar aşağıdakı formalarda tərtib edilir:  
1. Səhiyyə müəssisələrinin fərdi smetası. 
2. Yerli büdcələrin layihələrinə uyğun səhiyyədə xərclərin smetası tərtib edilir. 
     Büdcə  smetasının  hər  bir  səviyyəsində  xərclərin  planlaşdırılmasının 
özünəməxsus xüsusiyyətləri var. 
     Tibbi  müəssisələrin 
fərdi  smetasının  tərtibi  çarpayıların  orta  illik 
göstəricilərinin,  çarpayı-  günlərinin  miqdarının,  tibb  və  inzibati-  təsərrüfat 
heyətinin  orta  illik  sayının,  poloklinikaya  müraciət  edənlərin    hesablanması  ilə 
başlanır. 
     Səhiyyə  xərclərin  planlaşdırılmasının  aşağıdakı  göstəricilərindən  istifadə 
olunur: 
1)  ambulator  -    poloklinika  yardımı  üzrə  -  poliklinikalarda  işləyən  həkimlərin 
sayı,ildə bir nəfərə düşən müayinənin və evdə yardımın miqdarı; 
2) stasionar yardım üzrə - çarpayı yerin miqdarı , il ərzində xəstəxana çarpayısının 
məşğul olması. 
     Çarpayıların  dövriyyəsi  il  ərzində  hər  bir  xəstəxana  çarpayısı  üzrə  xəstələrin 
orta sayını xarakterizə edir. 
     Ayrılmış  büdcə  vəsaitlərinin    səmərəli  istifadəsinə  nəzarət  müfəttiş  və  tematik 
yoxlama zamanı,yerli idarəetmə   orqanları, ayrı- ayrı nəzarət orqanları tərəfindən 
həyata keçirilir. 
     Yoxlama  zamanı  xüsusilə  aşağıdakı  məsələlərə  fikir  verilir:  səhiyyə 
müəssisələrinin  fəaliyyətinin    plan  göstəricilərinin  düzgün  hesablanması;  onların 
faktiki  görülən  işlərin  ,  göstərilən  tibbi  xidmətlərin  həcmi  ilə  eyniliyi;ayrılmış 
büdcə vəsaitlərinin  istifadəsinin məqsədəuyğunluğu. 
     Beləliklə,    xəstəxana  çarpayısının  istifadə  göstəricisi  nə  qədər  yüksək  olarsa, 
çarpayıların dövriyyə göstəriciləri bir o qədər də yüksək olar və çarpayı fondunun  
saxlanmasına  büdcədən  ayrılan  vəsaitə,  yeni  çarpayıların  yerləşdirilməsinə,  yeni 
stasionarların tikilməsinə zərurət bir o qədər az olur. 
KitabYurdu.az 
113


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə