Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə36/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

 

     Hal-  hazırda  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin    səhiyyə 
müəssisələri xərclərinin planlaşdırılması  məqsədilə gəlir və xərc smetasını( icmal 
smetasını) tərtib edirlər. Xərclər smetası( ambulator müəssisə) aşağıdakı kimi tərtib 
edilir: 
1.
 
Əməyin ödəniş fondu
2.
 
Əmək haqqına üstəlik; 
3.
 
Materialların alınması və xidmətlərin haqqının ödənilməsi. 
-  dəftərxana  ləvazimatı,  cari  təsərrüfat  məqsədləri  üçün  mal  və  materialların 
alınması; 
- dərman və sarğı ləvazimatlarının alınması; 
- yumşaq inventar və paltarların alınması , təmir xərclərinin ödənilməsi
- ərzaq məhsullarının alınması; 
- nəqliyyat xidmətlərinin haqqının ödənilməsi; 
- yanacaq və sürtgü materiallarının alınması; 
- rabitə, kommunal xidmətləri,elektrik enerjisi  haqqının ödənilməsi; 
- qaz, su ,istilik enerjisi  haqqının ödənilməsi; 
- inventar və avadanlığın alınması; 
- binaların cari təmiri və s. 
 
Səhiyyə işçilərinin əmək haqqı xərclərinin planlaşdırılması. 
     Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin  iqtisadi təsnifatının tətbiqi 
üzrə  göstəricilərə  əsasən  “Əməyin  ödənişi,malların  alınması  və  xidmətlərin 
haqqının  ödənilməsi”  maddəsinin  “Əməyin  ödəniş  fondu”  köməkçi  maddəsinə 
daxil  olan  əsas  xərc  işçilərə  verilən  əmək  haqqıdır.  Səhiyyə  sahəsində  çalışan 
işçilərin əmək haqqına daxildir: 
-
 
bütün ştat  işçilərinə müəyyən  edilmiş vəzifə maaşı; 
-
 
işçilərin vəzifə maaşına əlavələr; 
-
 
işçilərə əlavə iş üçün ödənişlər
-
 
elmi dərəcə və fəxri adlara görə əlavə ödənişlər. 
     Səhiyyə işçilərinin vəzifələr üzrə tarif- ixtisas xüsusiyyətləri kadrlarının düzgün 
seçilməsi  və  yerləşdirilməsi,  onların  peşə  ixtisaslarının  artırılması,  rəhbərlərlə 
mütəxəssislər  arasında  əməyin  bölgüsü,  eləcə  də    bu  kateqoriyadan  olan  işçilərin  
vəzifə  borclarının  və  əməyin  ödənilməsi  dərəcələri  üzrə  ixtisas  tələblərinin 
vahidliyini təmin etmək məqsədini güdür. 
KitabYurdu.az 
114


 

     Azərbaycan    Respublikası  səhiyyə  işçilərinin  əməyinin  ödənilməsi  büdcədən 
maliyyələşən  səhiyyə  müəssisələrinin  tibbi  heyətinin  Vahid  Tarif  Cədvəli    üzrə 
maddi təminatının  vahid prinsiplərini nəzərdə tutur və maaşlardan (stavkalardan) 
eləcə  də  artımlar,əlavələr    və  qüvvədə  olan  qanunvericilikdə  nəzərdə  tutulmuş 
digər stimullaşdırıcı xarakterli ödənclərdən ibarətdir. 
     Səhiyyə  müəssisələrinə  və  təşkilatlarına    ayrılan  büdcə  vəsaiti  çərçivəsində 
əlavə  haqların,  üstəlik  haqların  ,əlavələrin  ,mükafatların  və  digər  stimullaşdırıcı 
xarakterli  ödənclərin  növləri  və  ölçüsünü,  eləcə  də  müəssisə  və  təşkilatların  
strukturunu və ştatlarını  sərbəst müəyyən etmək hüququ verilmişdir. 
     Tibbi  heyətinin  əmək  haqqı  stavka  və  maaşları    Vahid  Tarif  Cədvəli  əsasında 
müəyyən edilir: 
Əməyin 
ödənilməsi 
cədvəli 










10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
Tarif 
əmsalları 
 
1,0 
1,32  1,74  2,30  2,58  2,89  3,24  3,63 
4,07 
4,56 
5,11  5,72  6,41  7,18  7,97  8,85  9,82  10,90  12,10  13,43 
 
     Vahid  tarif  cədvəli  əsasında  müəyyən  edilmiş  stavka  və  maaşlar 
qanunvericiliklə  müəyyən  olunmuş  və  əmək  müqaviləsi  ilə  şərtləndirilmiş  iş 
vaxtının uzunluğuna və iş həcminin yerinə  yetirilməsinə riayət olunmaqla səhiyyə 
işçilərinin əməyinin ödənilməsinin minimal səviyyəsinin dövlət təminatıdır. 
     Sıfır  dərəcəli  tarif  stavkasının(  maaşının)  ölçüsü  hökumət  tərəfindən  müəyyən 
edilir və əməyin ödənilməsinin minimal ölçüsünə uyğun olur. 
     Vahid  Tarif  Cədvəlinin  digər  dərəcələri  üzrə  işçilərin  stavka  və  maaşları  tarif 
cədvəlinin sıfır dərəcəsinin müvafiq tarif əmsalına vurmaq yolu ilə müəyyən eidlir. 
     Büdcədən  maliyyələşən  səhiyyə  işçilərinin  vəzifələri  üzrə  əməyin  Vahid  Tarif 
Cədvəli əsasında ödənilməsi  dərəcələri aşağıdakı kimi müəyyən edilir: 
-  baş  həkim(  direktor,  müdir,  rəis  ,  səhiyyə  müəssisəsinin  rəhbəri)  –  13-  18-  ci 
dərəcələr
- baş tibb bacısı – 8- 13- cü dərəcələr; 
- həkim- intern – 7- 8- ci dərəcələr; 
- həkim – 9- 13- cü dərəcələr; 
- orta tibb heyəti – 7- 12- ci dərəcələr; 
KitabYurdu.az 
115


 

- tibb bacısı – 5- 9- cu dərəcələr; 
- diş texniki – 6- 9- cu dərəcələr; 
- əczaçı – 6- 9- cu dərəcələr və s. 
Vəzifə maaşları aşağıdakı hallarda artırılır: 
1)
 
ixtisas dərəcəsinə görə; 
2)
 
elmi dərəcəyə görə
3)
 
sağlamlıq üçün təhlükəli və son dərəcə ağır iş şəraitində işləyənlərə; 
4)
 
təcili və təxisəsalınmaz tibbi yardım stansiyaların işçilərinə. 
Əlavə haqq aşağıdakı hallarda verilir: 
1)
 
gecə işinə görə; 
2)
 
bir 
neçə 
peşənin(vəzifənin) 
aparılmasına, 
xidmət 
sahəsinin 
genişləndirilməsi; 
3)
 
müvəqqəti olaraq işdə olmayan işçinin vəzifəsinin aparılmasına; 
4)
 
başqa hallarda. 
 
Səhiyyə üzrə sair xərclərin planlaşdırılması və maliyyələşdirilməsi. 
     Stasionar  səhiyyə  müəssisələrinin  saxlanması  xərclərinin  hesablanması 
çarpayılarına  artırılması  müddətindən  asılı  olaraq,  çarpayıların  orta  illik  miqdarı 
göstəricisi  əsasında, aşağıdakı formula üzrə aparılır: 
12
1
n
n
orta
A
C
C
C



 
Burada C
orta
- çarpayıların orta illik miqdarı; 
C
1
 – ilin əvvəlinə çarpayıların miqdarı; 
C
n
 – il ərzində istifadəyə verilən ( ixtisar olan) çarpayıların miqdarı; 
A

– yeni artırılmış( ixtisar edilmiş) çarpayıların fəaliyyət göstərdiyi ayların sayı. 
     Səhiyyə  üçün  rayonun  büdcə  layihəsində  ümumi  xərclər  aşağıdakı  kimi 
müəyyən edilir: 
1.Rayonlar üzrə xəstəxanaların və digər stasionarların tibbi işçilərinin əmək haqqı  
fondunun həcmi müəyyən edilir. Şəhərlərdə, qəsəbə və kəndlərdə yerləşən hər bir 
dispanser üzrə müəyyən edilən çarpayıların orta illik sayından və bir ildə çarpayıya 
düşən orta əmək haqqından asılı olaraq: 
ƏHF 
il
= C 
orta
 · ƏH
c
 
Burada ƏHF
 il
 – illik əmək haqqı fondu; 
ƏH
c
- il ərzində çarpayıya düşən orta əmək haqqı. 
KitabYurdu.az 
116


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə