9
Dövlət səhiyyə sistemi əsasən dövlət büdcəsi, eləcə də tibbi sığorta vasitələri ,
müəssisə,idarə,təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki
şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr
hesabına maliyyələşdirilir.
Dövlət səhiyyə sisteminin vəsaitləri:
- səhiyyənin məqsədli kompleks proqramının işlənib hazırlanmasına və yerinə
yetirilməsinə;
- dövlət səhiyyə müəssisələrinin maddi- texniki bazasının inkişafına;
- müalicə- profilaktika və sanitariya- epidomoloji müəssisələrin saxlanmasına;
- güzəştli tibbi xidmətlərin
göstərilməsinə;
- tibbi və əczaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının hazırlanmasına;
- tibb elminin inkişafına və tədqiqinə;
- epidemiyaların aradan qaldırılmasına yönəldilir.
Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların
tibbi- sosial yardım almaq hüququ vardır.
Tibbi və əczaçılıq işçilərinin, habelə elmi işçilərin , ali və orta tibb və əczaçılıq
müəssisələrinin professor- müəllim heyətinin əmək haqqı onların ixtisas
dərəcəsinə, sayına və yerinə yetirdikləri vəzifələrə uyğun olaraq ödənilir və bu
əmək müqavilələrində nəzərdə tutulur.
Tibbi və əczaçılıq işçilərinin əmək şəraitləri təhlükəli, zərərli amillərlə bağlı
olduqda onlar vəzifə maaşlarına əlavə olaraq kompensasiya almaq, eləcə də
qanunvericilikdə müəyyən edilmiş digər güzəştlərdən istifadə etmək hüququna
malikdirlər.
Əmək haqqının artırılmasına, əlavə ödənişlərin verilməsinə kompensasiyalar və
güzəştlər almaq hüququna malik olan tibb işçilərinin siyahısı icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Tibb müəssisələri əhaliyə göstərilən müvafiq pullu tibbi xidmətlərin
Azərbaycan Respublikasının ərazisində icazə verilmiş diaqnostik, profilaktik və
müalicə metodları ilə təmin etməyə borcludurlar.
Tibb müəssisələrinin əlavə maliyyələşdirilməsi müəssisə, təşkilat, hüquqi və
fiziki şəxslərə, pullu xidmətlərin göstərilməsinə görə alınan vəsaitlər hesabına
həyata keçirilir. Tibbi xidmətlərin qiymətləri Səhiyyə Nazirliyi tərəfindən
müəyyən edilmiş qayda üzrə tənzim edilir. Il ərzində indeksasiya gəlir- xərc smeta
yenidən dəqiqləşdirilir.
KitabYurdu.az
120
Mövzu 11: Sosial müdafiə , sosial sığorta və sosial təminat xərcləri.
1. Dövlətin sosial siyasətinin mahiyyəti və maliyyə təminatında büdcənin rolu.
2. Sosial müdafiə, sosial sığorta və sosial təminatın təşkili əsasları.
3. İcbari dövlət sosial sığortası və könüllü sosial sığorta.
4. Sosial sığorta və sosial təminatın maliyyələşdirilməsinin mənbələri. Sosial
sığorta xərcləri.
5. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödəmə.
6. Əmək pensiyaları:
yaşa görə , əlilliyə görə,ailə başçısının itirilməsinə görə.
Ədəbiyyat
1.Azərbaycan Respublikası regionlarının 2009- 2013- cü illərdə sosial- iqtisadi
inkişafı. Dövlət Proqramı.
2. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı.Qanun 1999.
3. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu.
4. “Büdcə sistemi haqqında “Azərbaycan Respublikasının Qanunu.2002.
5. Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov,F.Ə.Qurbanov. Büdcə sistemi. Bakı 2003.
6. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007.
7.M.M.Sadıqov, S.Məmmədov. Maliyyə.Gəncə 2010.
KitabYurdu.az
122
Sosial siyasət, Azərbaycan Respublikasının Konstitusiyası və digər
qanunvericilik aktları ilə tənzimlənən və əhalinin hüquq və təminatlarını həyata
keçirməyə imkan verən, dövlətin əsas istiqamətlərindən biridir. Bu cür hüquq və
təminatların həyata keçirilməsi, əhaliyə sosial müdafiə xidmətlərin göstərilməsini
nəzərdə tutur.
Sosial müdafiə dedikdə , xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək
olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum
tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti başa düşülür. Sosial
müdafiənin bu forması cəmiyyətin iqtisadi və siyasi inkişafı ilə əlaqədar meydana
çıxmış və inkişaf edərək hər bir dövlətin imkan və maraqlarından asılı olaraq
sosial müdafiə mexanizmi yaradılmışdır.
Azərbaycanda sosial müdafiə sistemi MBD ölkələrinin sistemlərinə oxşar olsa
da, ölkənin sosial durumu bir qədər fərqlidir. Dövlətin himayəsində milyonlarla
qaçqın, Qarabağ müharibəsi əlili və çoxsaylı ailə var.
Dövlət Sosial Müdafiə Fondu
( DSMF) vətəndaşlara pensiya,aztəminatlı ailələrə müxtəlif müavinətlər verir.
Sosial xidmətlərin növlərinə aiddir:
- uşaqlı ailələrə dövlət müavinətləri;
- yaşa, əlilliyə, ailə başçısını
itirməyə görə pensiyalar;
- işsizliyə görə müavinətlər;
- Çernobıl AES – də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması
iştirakçılarına müavinətlərin
ödənilməsi;
- sair müavinətlər və kompensasiyalar.
Sosial müdafiə və sosial təminat xərclərinin ÜDM-də xüsusi çəkisi ildən-ilə
artmışdır.
Əhalinin sosial təminat hüququ müxtəlif forma və metodlarla həyata keçirilir.
Bununla belə hər bir dövlətdə sosial təminat hüquq sahəsində vətəndaşların
pensiya təminatı ən aparıcı yer tutmuşdur.
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra qəbul etdiyi ilk mühüm
qanunlardan biri “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan
Respublikası Qanunu olmuşdur. Həmin qanun 1993- cü il yanvarın 1- dən qüvvəyə
minmişdir. Qanuna dəyişiliklər və əlavələr 13 iyun 1997- ci ildə qəbul olunmuşdur.
Bu qanun iki mərhələdə: ilk mərhələ 1 avqust 1997- ci ildə və ikinci mərhələ isə 1
avqust 1998- ci ildə qüvvəyə minmişdir. Qanunda əmək pensiyaları və sosial
pensiyaların növləri , onların şərtləri və ödənilməsi qaydası müəyyən edilmişdir.
Aşağıdakı şəxslərin sosial müdafiəsi həyata keçirilir:
KitabYurdu.az
123