Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə39/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

-
 
valideynlərini  itirmiş  uşaqlar-  hər  iki  valideyni  vəfat  etmiş    18  yaşınadək 
olan şəxslər; 
-
 
valideyn  himayəsindən  məhrum  olmuş  uşaqlar  –  hər  iki  valideyni  məlum 
olmayan; 
-
 
valideynlik  hüquqlarından  məhrum  edilən  və  ya  valideynlik  hüquqları 
məhdudlaşdırılanlar; 
-
 
xəbərsiz  itkin  düşmüş  ,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilən,  ölmüş 
elan edilən; 
-
 
azadlıqdan məhrum edilmə yerlərində cəzasını çəkən; 
-
 
uşaqların  tərbiyə  edilməsindən    və  ya  onların  hüquq  və  mənafelərinin 
müdafiəsindən imtina edilən. 
     Sosial  sığorta  vətəndaşların  itirilmiş  əmək  haqlarının,  gəlirlərinin  və  ya  əlavə 
xərclərinin  kompensasiya  edilməsinə,  habelə  itirilməsinin  qarşısının  alınmasına 
yönəldilmiş təminat formasıdır. 
    Sosial sığorta məcburi  dövlət sığorta və könüllü( əlavə) sığorta formasında olur. 
Məcburi  dövlət  sosial  sığorta    işə  götürənlər  tərəfindən    bütün  fərdi  əmək 
müqaviləsi( kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. 
     Sosial  sığorta  hadisəsi  baş  verdikdə    aşağıdakı  sığorta  ödənişləri  verilir: 
-  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun 
olaraq dövlət pensiyaları; 
- könüllü( əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına  əlavələr
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 
- hamiləliyə və doğuma görə müavinət
- uşağın anadan olmasına görə birdəfəlik müavinət; 
-  qanunvericilikdə  nəzərdə  tutulmuş  yaş  həddinə  çatan  qədər    uşağa  qulluqla 
əlaqədar müavinət; 
- sığorta olunanların sanatoriya – kurort müalicəsi üzrə xərclərin tam və ya qismən 
ödənişi; 
-  Azərbaycan  Respublikasının  Qanunvericiliyi  ilə    sosial  sığorta  üzrə  təminatın 
növləri də müəyyən edilə bilər. 
     Sığorta  üzrə  təminatın  növləri  də  müəyyən  edilə  bilər.  Ikinci  növ  təminat 
vətəndaşların  əvvəlki  ödənclərindən  asılı  olmayaraq  ,  müvəqqəti  və  ya  həmişəlik  
əhalinin ehtiyacı olan aztəminatlı təbəqəsinə kömək olunmasını nəzərdə tutur. 
KitabYurdu.az 
124


     Bu tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu kateqoriyada 
olan  ailələrin  müavinət  alması  hüquqi  forması  üçün  bəzi  hallarda  ailənin  aylıq 
gəlirinin məbləği nəzərə alınır. 
Dövlət büdcəsi vəsaiti  hesabına aşağıdakı müavinətlər ödənilir: 
-  uşaq  doğulduğu  aydan  başlayaraq  16  yaşına  çatanadək  (  18  yaşınadək  təqaüd 
almayan məktəblilər) verilən müavinətlər
- işləməyən tədaüdçülərə verilən müavinətlər; 
- uşağın valideyni müddətli hərbi xidmətdə olduğu müddətdə verilən müavinət
- müharibə əlillərinin, şəhid ailələrinin uşaqlarına verilən müavinət; 
-  70  yaşından  yuxarı  tənha  ,  ahıl  vətəndaşlara  aylıq  əlavə  müavinət; 
-  sosial  təqaüdçülərə  ,  Çernobil  qəzası  əlillərinə  ,  I  və  II  qrup  vətəndaşlara  aylıq 
əlavə müavinət; 
- 1941- 45 – ci illər Böyük Vətən Müharibəsi  iştirakçılarına, fədəkar əməyinə görə  
orden və medallarla təltif edilmiş vətəndaşlara aylıq müavinətlər. 
Sosial  sığorta  vəsaitləri  hesabına  maliyyələşdirilən    əsas  təminat  növü 
vətəndaşların pensiyalarının ödənilməsidir. 
     “Məhkəmə və hüquq – mühafizə orqanları işçilərinin dövlət icbari  şəxsi sığorta 
haqqında  “  Azərbaycan  Respublikasının  Qanunu  bu  işçilərin  sosial  müdafiəsini 
gücləndirmək  məqsədilə    onların  həyatının  və  sağlamlığının    dövlət  icbari  şəxsi 
sığorta  qaydalarını və şərtlərini müəyyən etmişdir. 
     Hər bir məhkəmə və hüquq- mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı 
məbləğində sığorta edilir. 
     Sığorta haqqı, işin aparılması üçün sığortaçının xərcləri də  nəzərə alınmaqla  , 
sığorta məbləğinin bir faizi  miqdarında müəyyən edilir. 
     Sığorta  hadisələri  baş  verdikdə  sığorta  məbləğindən  faizlə  aşağıdakı    sığorta 
ödənişləri verilir: 
-  sığorta  olunan  məhkəmə  və  hüquq  –  mühafizə  orqanlarında  xidmətdə  olduğu 
zaman həlak olduqda ( vəfat etdikdə) 100 faiz; 
-  sığorta  olunan  xidmətdə  olduğu  zaman  aldığı  zədələnmə,  yaralanma  və  ya 
xəsarətə görə xidmətdən  çıxdıqdan sonra üç il ərzində  öldükdə - 100 faiz; 
- sığorta olunana əlillik təyin olunduqda
I qrup – 80 faiz 
II qrup – 60 faiz 
III qrup – 40 faiz 
- sığorta olunan:  
KitabYurdu.az 
125


    - ağır yaralandıqda – 20 faiz; 
    - yüngül yaralandıqda – 10 faiz 
     Məhkəmə və hüquq- mühafizə orqanları işçilərinin dövlət icbari sığortası hər il 
dövlət büdcəsindən  nəzərdə tutulmuş vəsait hesabına aparılır. 
“Bəzi  kateqoriyadan  olan  vətəndaşlara  təyin  edilən  aylıq  və  birdəfəlik 
müavinətlərin məbləği barədə” Fərmana əsasən: 
- valideynlərdən biri şəhid olmuş ailədə hər bir uşağın 16 yaşı ( şagirdlər üçün 18 
yaş)  tamam  olanadək  onların  hər  birinə  aylıq  müavinət  35  manat  məbləğində 
müəyyən edilmişdir. 
-  Çernobil  qəzası  nəticəsində  I  və  II  qrup  əlil  olmuş,  yaxud  vəfat  etmiş 
valideynlərin  uşaqlarına, habelə Çernobil qəzası  nəticələrinin aradan qaldırılması 
iştirakçılarını  dispanser  qeydiyyatında  olan  uşaqlarına  hər  uşaq  üçün  aylıq 
müavinət 25 manat məbləğində müəyyən edilmişdir. 
-  “Çernobil  qəzasının    ləğvində  iştirak    etmiş  və  həmin  qəza  nəticəsində  zərər 
çəkmiş  vətəndaşların  statusu  və  sosial  müdafiəsi  haqqında”  Azərbaycan 
Rspublikasının  Qanununun    14-  cü  maddəsində  nəzərdə  tutulmuş  əlillərə  hər  il 
müalicə  ilə  əlaqədar  olaraq  verilən  birdəfəlik  müavinət  30  manat  müəyyən 
edilmişdir. 
     “Hərbi  qulluqçuların  pensiya  təminatı  haqqında”  Azərbaycan  Respublikasının  
Qanunu müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti , gizirləri, micmanları 
və  xidmətindən  artıq  xidmət  edən    hərbi  qulluqçuları,  habelə  müvafiq  icra 
hakimiyyəti    orqanlarının    siravi  və  rəis  heyəti,  onların  ailələri  üçün  Azərbaycan 
Respublikasının ərazisində vahid dövlət  pensiyaları sistemini müəyyən edir. 
     Hərbi qulluqçulara əlilliyə görə pensiyalar, onların ailələrinə  isə ailə başçısının 
itirilməsinə görə pensiyalar, xidmət illərinə görə pensiyalar təyin edilir. 
     20  il  və  daha  çox  hərbi  xidmət  və  ya  orqanlarında  xidmət  etməyə  görə 
pensiyanın  minimum  məbləği  Azərbaycan  Respublikasının    qanunvericiliyi  ilə 
müəyyən edilən minimum əmək haqqının 150 faiz məbləğində təyin edilir. 
     Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  sosial  sığorta  hesabına 
müavinət verilir. Bu zaman işçinin iş stajı , həmkarlar təşkilatının üzvü olması da 
nəzərə alınır. 
     Əmək  pensiyaları  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununa  əsasən  təyin  edilir.  Əmək  pensiyaları  haqqında  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  Azərbaycan  Respublikasının    tərəfdar  çıxdığı 
KitabYurdu.az 
126


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə