Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
sabitliyini  təmin  etməkdən  ibarətdir.  Bunun  üçün  hər  şeydən  əvvəl  , 
iqtisadi  böhranın  aradan  qaldırılmasının  əsası  kimi  pul  tədavülünün  və 
milli  valyutanın  möhkəmlənməsi  üzrə    təxirəsalınmaz  tədbirlərin  
görülməsi zəruridir. 
    Ölkənin  pul  tədavülünü  və  maliyyə  vəziyyətini  möhkəmləndirmək 
üçün  büdcə  mexanizminin    təkmilləşdirilməsi,  iqtisadiyyatın  real 
sektorunun    inkişafının  üstün  maliyyələşdirilməsi,  bank  sisteminin  , 
fəaliyyətinin  təkmilləşdirilməsinin    təmin  edilməsi;  vergilərin  tam 
ödənilməsinə  nəzarətin  gücləndirilməsi  hesabına  büdcənin  gəlir 
bazasının    möhkəmləndirilməsi,  dövlət  xərclərinin  səmərəli  və 
məqsədyönlü  istifadəsi  üzərində    təsiredici  maliyyə  nəzarəti  sisteminin 
yaradılması və digər tədbirlərin həyata keçirilməsi zəruridir. 
    Dövlətin  sosial-  iqtisadi    inkişaf  proqramının    yerinə  yetirilməsində  
dövlət  büdcəsinin  rolu  böyükdür.  Büdcə  inkişaf  proqramının    yerinə 
yetirilməsinin  maliyyə bazası kimi çıxış edir. 
    Dövlət  büdcəsi  maliyyə  sisteminin  digər  həlqələri  ilə    əlaqəsi  vardır. 
Bu əlaqələr büdcə gəlirlərinin formalaşdırılması və istifadəsi  prosesində  
əmələ gəlir. 
 
Mövzu1 
Dövlət büdcəsinin əsas əlamətləri
Dövlətin mərkəzləşdirilmiş təsdiqlənən 
pul fondu
Dövlətin idarəetmə aləti
Dövlətin mərkəzləşdirilmiş maliyyə 
planı
Yenidən bölgü aləti
Gəlir və xərc smetası
Maliyyə sisteminin tərkib hissələri
 
 
 
KitabYurdu.az 
10


 
 
Dövlət büdcəsinin funksiyaları
A.R. Dövlət büdcəsinin funksiyaları
ÜDM Yenidən bölüşdürülməsi
İqtisadiyyatın dövlət tənzimlənməsi və 
həvəsləndirilməsi
Dövlətin sosial siyasətinin həyata 
keçirilməsinin maliyyə təminatı
Mərkəzləşdirilmiş pul vəsaitləri 
fondlarının yaradılması və istifadəsi 
üzərində nəzarət
 
 
KitabYurdu.az 
11



 
Mövzu 2: Büdcə quruculuğu və büdcə sistemi. 
Plan 
1.
 
Büdcə quruculuğunun mahiyyəti və tərkib hissəsi. 
2.
 
Büdcə sistemi. Büdcə növləri. 
3.
 
Azərbaycan  Respublikasının    büdcə  sistemi.  Büdcə  sisteminin    təşkili 
prinsipləri  və onların xarakteristikası. 
4.
 
Azərbaycan Respublikasının  dövlət büdcəsi. 
5.
 
Yerli özünüidarəetmə  orqanlarının (bələdiyyələrin) büdcəsi.  
6.
 
Büdcələrarası münasibətlər, büdcələrin tənzimlənməsi. 
 
Ədəbiyyat. 
1.
 
Azərbaycan  Respublikası  regionların  2009-  2013  –  cü  illərdə  sosial-
iqtisadi inkişafı dövlət proqramı. 
2.
 
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının  Qanunu 2002. 
3.
 
Ş.Ş.Bədəlov,  P.B.Məhərrəmov,  F.Ə.Qurbanov.  Büdcə  sistemi.Bakı 
2003. 
4.
 
Kollektiv müəlliflər. Maliyyə. Bakı 2003. 
5.
 
N.Novruzov, X. Hüseynov.Maliyyə. Bakı 2007. 
6.
 
M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
12



 
    Büdcə  quruculuğu  ölkənin  dövlət  büdcəsinin  və  büdcə  sisteminin  təşkili 
prinsiplərini  ,onların  strukturunu,  büdcə  sisteminə  daxil  olan    büdcələrin 
qarşılıqlı  əlaqəsi    və  fəaliyyətinin  təşkilati  əsaslarını    büdcə  vəsaitlərinin 
yaradılması və istifadəsi qaydalarını müəyyən edir. 
     Büdcə  quruculuğunun  tərkib  hissəsini  büdcə  sistemi  təşkil  edir.  Büdcə 
sistemi  dedikdə,  iqtisadi  münasibətlər  və  mövcud  dövlət  quruluşuna 
əsaslanan  ,hüquq  normaları  ilə    tənzimlənən  müxtəlif  səviyyəli  büdcələrin  
və büdcədənkənar fondların  məcmusu başa düşülür. 
     Başqa  sözlə,ölkənin  vahid  büdcə  sistemində  birləşdirilən  dövlət 
büdcəsinin,  ayrı-  ayrı  müstəqil    büdcələrin  və  dövlət  fondlarının  məcmusu 
həmin  dövlətin    büdcə  sistemini  təşkil  edir.  Büdcə  sisteminin  qurulması və 
onun ayrı- ayrı həlqələri arasında  qarşılıqlı maliyyə münasibətlərinin təşkili 
büdcə  quruluşu  adlanır.  Büdcə  sistemi  dövlətin  maliyyə  sisteminin  başlıca 
həlqəsidir. 
     Büdcənin  strukturu  büdcə  sisteminin  qurulma  prinsiplərini  ,  gəlirlərin  və 
xərclərin  ayrı-  ayrı  büdcələr  arasında  bölüşdürülməsi  mexanizmini  özündə 
əks etdirir. 
     Büdcə  sisteminin  strukturu  ölkənin    dövlət  və  inzibati  quruluşunun  
formalaşması  ilə,  burada  fəaliyyət  göstərən  əsas  qanunvericilik  aktları  ilə, 
büdcənin ictimai təkrar  istehsalda və sosial sferada rolu ilə müəyyən edilir.  
     Bütün ölkələrdə büdcə sistemi konstitusiya prinsiplərinə və həmin ölkənin 
müvafiq    qanunvericilik  aktlarına  uyğun  olaraq  qurulur.  Büdcə  sistemi 
mərkəzi hökumətin və yerli  hakimiyyət orqanlarının büdcələrindən ibarətdir. 
Hər bir dövlətdə büdcə sisteminin spesifik cəhətləri var. Hakimiyyət inzibati- 
ərazi  qurumları  arasında  bölgüsündən  asılı  olaraq  bütün  dövlətlər  unitar, 
federativ və konfederativ dövlətlərə bölünür.  
     Unitar( vahid) dövlətlər- elə dövlət quruluşudur ki, burada inzibati- ərazi 
qurumları xüsusi dövlətçiliyə və muxtariyyətə malik deyildir. Ölkədə vahid 
konstitusiya,  hamı  üçün  vahid  hüquqi  sistem  və  vahid  idarəetmə  orqanı, 
dövlətdə  iqtisadi,  sosial  və  siyasi  proseslərin  mərkəzləşdirilmiş  idarəetmə 
sistemi 
fəaliyyət 
göstərir. 
Unitar 
dövlətlərdə(İngiltərə, 
Fransa, 
İtaliya,Yaponiya,Azərbaycan  və  başqaları)  iki  idarəetmə  həlqəsi  var: 
Mərkəzi  idarəetmə  orqanları  və  yerli  özünüidarəetmə  orqanları.  Büdcə 
KitabYurdu.az 
13


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə