Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə40/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

beynəlxalq  müqavilələrdən,  bu  Qanundan  və  Azərbaycan  Respublikasının  digər 
normativ hüquqi aktlarından ibarətdir. 
Əmək pensiyalarının növləri və tərkibi. 
Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 
1.
 
yaşa görə əmək pensiyası 
2.
 
əlilliyə görə əmək pensiyası 
3.
 
ailə başçısını itirməyə görə əmək pensiyası. 
 
Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 
1.
 
baza hissəsindən 
2.
 
sığorta hissəsindən 
3.
 
yığım hissəsindən. 
 
Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 
1.
 
baza hissəsindən 
2.
 
sığorta hissəsindən 
3.
 
yığım hissəsindən. 
 
Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan  ibarətdir: 
1.
 
baza hissəsindən 
2.
 
sığorta hissəsindən. 
Azərbaycan  Respublikasının  qanunları  ilə  müxtəlif  bir  pensiya    hüququ  olan 
şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 
 
Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri: 
62  yaşına  çatmış  kişilərin  və  57  yaşına  çatmış  qadınların  azı  5  il  sığorta  stajı 
olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 
 
Yaşa görə əmək pensiyasının məbləği 
     Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir.  
     Yaşa  görə  əmək  pensiyasının  sığorta  hissəsinin  məbləği  aşağıdakı  düsturla 
müəyyən edilir: 
SH= PS + ( PSK/T)  
Burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir. 
KitabYurdu.az 
127


PS-  bu  Qanunun  27-  ci  maddəsinə  uyğun  hesablanmış  əmək  pensiyasının  sığorta 
hissəsidir. 
PSK  –  sığorta  olunanın  fərdi  hesabının  sığorta  hissəsində  yaşa  görə  əmək 
pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır. 
T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 
Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği  yaş həddinə uyğun olaraq  
aşağıdakı düsturla müəyyən edilir: 
YH = PYK / T 
Burada YH – yaşa görə əmək pensiyasının yığım hissədir 
PYK  –  sığorta  olunanın  fərdi  hesabının  yığım  hissəsində  yaşa  görə  əmək 
pensiyasının  təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır. 
T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 
 
Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı  düsturla müəyyən edilir: 
P = BH + SH + YH 
Burada P – yaşa görə əmək pensiyasıdır 
BH – yaşa görə əmək pensiyasının baza hissəsidir
SH – yaşa görə əmək pensiyasının sığorta hissədir; 
YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir. 
 
Əlilliyə görə əmək pensiyası 
     Əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində 
yaranan  əqli və ya fiziki qüsurlara  görə əmək qabiliyyətinin  məhdudlaşdırılması 
ilə  təyin  edilir.  Əlillik  qrupları  və  əlilliyin  səbəbləri  ,  habelə  onun  başvermə 
müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq 
müəyyən olunur.  
     Əlilliyə görə əmək pensiyası ( bu Qanun qüvvəyə mindiyi günədək əlilliyə görə  
əmək  pensiyası  təyin  edilmiş  şəxslər  istisna  olmaqla)  19  yaşınadək  əlil  olmuş 
sığorta  olunana  bir  il  sığorta  stajı  olduqda,  19  yaşından  sonra  əlil  olmuş  sığorta 
olunana isə 1 il sığorta stajı  və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay 
sığorta stajı olduqda təyin edilir. 
Əliliyə görə əmək pensiyasının məbləği 
     Əlliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta 
stajı olduqda , 19 yaşından sonra  əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və 
əlavə olaraq yaşın 2üstünə hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 
KitabYurdu.az 
128


     Əlilliyə  görə  əmək  pensiyasının  baza  hissəsinin  məbləği  yaşa  görə  əmək 
pensiyasının    baza  hissəsinin  məbləğinin  I  qrup  əlillərə  120  faiz  (I  qrup  gözdən 
əlillər  200  faiz),  II  qrup  əlillərə  100  faiz,  III  qrup  əlillərə  isə  55  faizi  həcmində 
müəyyən edilir. 
     Əlilliyə  görə  əmək  pensiyasının  sığorta  və yığım  hissələrinin  hesablanmasında 
gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına 
vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan 
sığorta aylarının sayının 184- ə olan nisbəti şəklində müəyyənləşdirilir. 
Əlilliyə  görə  əmək  pensiyasının  sığorta  hissəsinin  məbləği  aşağıdakı  düsturla 
müəyyən edilir: 
SH = PS + (PSK / (T· K)) 
Burada SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir. 
PS – hesablanmış əmək pensiyasının sığorta hissəsidir. 
PSK  –  sığorta  olunanın  fərdi  hesabının  sığorta  hissəsində  əlilliyə  görə  əmək 
pensiyasının təyin olduğu tarixə qeydə alınmış pensiya kapitalıdır. 
T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 
K – sığorta davamiyyəti əmsalıdır. 
Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: 
P = BH + SH + YH 
Burada P - əlilliyə görə əmək pensiyasıdır. 
BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir. 
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir. 
YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. 
 
Ailə başçısını itirməyə görə əmək pensiyası. 
    Vəfat  etmiş  və  ya  həlak  olmuş  ailə  başçısının    öhdəsində  olan  aşağıdakı  ailə 
üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 
1.
 
vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları;  
2.
 
18 yaşına çatmamış; 
3.
 
18 yaşınadək I və ya II qrup əlil olmuş 18 yaşdan yuxarı; 
4.
 
təhsil  müəssisənin  əyani  şöbəsində  təhsil  alanlar,  lakin  ən  çoxu  23  yaşına 
çatanadək; 
5.
 
ata,ana,ər  (arvad)pensiya  yaşına  –  kişilər  62  yaşa,  qadınlar  57  yaşa 
çatmışdırsa, yaxud 1 və ya II qrup əlildirsə. 
KitabYurdu.az 
129


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə