Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə42/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

 

     Idarəedici  orqanların  saxlanmasına  ayrılan  büdcə  təxsisatlarının  xərclənməsinə 
nəzarəti  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi,  Maliyyə  Nazirliyinin 
tabeçiliyində 
fəaliyyət 
göstərən 
 
Dövlət  Xəzinədarlığı, 
Azərbaycan 
Respublikasının Hesablama Palatası, Vergilər Nazirliyi həyata keçirirlər. 
    Nəzarət  orqanları  nəzərdə  tutulmuş    məbləğdən  artıq  yol  verilən  xərcləri  aşkar 
edir və bu xərclərin azaldılması haqqında müvafiq təkliflər verirlər. Ştat cədvəlinin 
tərtib  və  təsdiqi  qaydaları,  idarəetmə  aparatının    saxlanmasına    çəkilən  bütün 
xərclərin və əmək haqqı dərəcələrinin yoxlanmasına xüsusi diqqət yetirilir. 
     Yoxlama nəticələrinə görə akt tərtib edilir və smeta ştat intizamının pozulması  
halları qeyd edilir və onların aradan qaldırılması yolları göstərilir. 
     Müdafiə,  hüquq-  mühafizə  fəaliyyəti  və  dövlətin  təhlükəsizlik  təminatı 
xərclərinin həyata keçirilməsi zərurəti  Azərbaycanın müstəqil dövlətçiliyiin , ərazi 
bütövlüyünün  ,  tarixi  ,  mədəni  və  mənəvi  dəyərlərinin  saxlanmasını  təmin  edən 
milli təhlükəsizliyin yaradılmasından  və möhkəmləndirilməsindən  irəli gəlir. 
    Bu  sistemdə  əsas  yeri  ölkənin  maliyyə-  iqtisadi    və  maddi  imkanlarından  irəli 
gələn  dövlətin  siyasəti,  hərbi  doktrinası,  Silahlı  Qüvvələrin    yaradılmasının 
uzunmüddətli planı bazasında təmin olunan milli müdafiəsi tutur. 
     Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri    Azərbaycan  Respublikasının  
Suverenliyinin  ,  ərazi  bütövlüyünün,  onun  toxunulmazlığının    və  mənafeyinin 
silahlı müdafiəsinə, dövlətə silahlı hücumun  qarşısının alınmasına, təcavüz olarsa, 
onun dəf edilməsinə xidmət edir. 
     Milli  müdafiə    xərclərinin  planlaşdırılması    prosesində  hərbi  islahatlar  
sahəsində  aşağıdakı  tədbirlər  nəzərdə  tutulur:  Silahlı  Qüvvələrin  sayının  yüksək  
ixtisaslı  kadrlar  hesabına    komplektləşdirilməsi,  onların  strukturunun 
təkmilləşdirilməsi, hərbi qulluqçuların müasir texnika və silahlarla  təmin edilməsi, 
müqavilə  əsasında    silahlı  qüvvələrin  komplektləşdirilməsinə  keçid,  hərbi 
xidmətdən  tərxis  olunmuş  qulluqçuların    maddi  və  sosial  təminat  sisteminin  
təkmilləşdirilməsi və s. 
     Müdafiə  xərcləri  –  dövlət  büdcəsi  xərclərinin  tərkib  hissəsidir.  Buna  görə  də 
müdafiə xərclərinin bilavasitə dövlət xərclərinin vahid sisteminə daxil edilməsi, bu 
sahədə təlabatın iqtisadi  cəhətdən səmərəliliyini müəyyən edir. 
     Müdafiə xərcləri Müdafiə Nazirliyi , eyni zamanda Maliyyə Nazirliyi tərəfindən 
qəbul  edilən  ,  müəyyən  beynəlxalq  tələblərə    cavab  verən,  dövlətin  müdafiəsinin 
təmin edilməsi ilə bağlı xərclərin qruplaşdırılmasından ibarətdir. 
KitabYurdu.az 
134


 

     Müdafiə  xərclərinin  müəyyən  edilməsi  və  icrası  zamanı    büdcə  prosesinin 
xüsusiyyətini müəyyən edən aşağıdakı hallar nəzərə alınır: 
-  dövlətin  müdafiəsini  təmin  edən  tədbirlərin  Azərbaycan  Respublikasının  
qanunvericiliyi əsasında həyata keçirilməsi
-  hərbi  texnika  və  silahların    səviyyəsinin  yuxarı  həddi  daxil  edilməklə,  istifadə 
olunan maddi ehtiyatların müəyyən edilməsi
-  hərbi  təyinatlı  məhsulların    istehlında  müqavilə  qiymətlərinin  formalaşması 
xüsusiyyətlər nəzərə alınması; 
- həyata keçirilən maddi ehtiyat xərclərinin dəqiq uçotunun aparılması. 
     Müdafiə  xərcləri  Azərbaycan  Respublikasının    dövlət  büdcəsi  xərclərini 
funksional    təsnifatına  uyğun  kodlara  görə  maliyyələşdirilir  və  aşağıdakı 
istiqamətlərə yönəldilir: 
1. Hərbi ehtiyacların ödənilməsi  və mülki müdafiə xərcləri. O cümlədən: 
- ordu və donanmanın saxlanması 
- silah və texnikanın alınması 
-  Azərbaycan  Respublikasının  Könüllü  Hərbi  Vətənpərvərlik    Texniki  İdman 
Cəmiyyətinin saxlanması 
- Mülki Müdafiə tədbirləri 
- sair xərclər. 
2. Müdafiə sahəsində elmi- tədqiqat və təcrübə- konstruktor işləri ilə bağlı xərclər. 
3. Digər kateqoriyalara aid edilməyən  xərclər. 
     Müdafiə,  Məhkəmə  hakimiyyəti  və  prokurorluq  orqanlarının  saxlanması 
xərcləri üzrə maddələr Milli Məclisin  müvafiq komitələrində müzakirə edilir , üç 
oxunuşda    Milli  Məclis  tərəfindən    təsdiq  edilir  və  növbəti  il  üçün  dövlət 
büdcəsinin xərclərinə daxil edilir. 
     Hüquq  mühafizə,  təhlükəsizlik  orqanlarının  və  prokurorluğun  saxlanması 
xərcləri  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  xərclərinin  funksional  
təsnifatına uyğun tərtib edilir və aşağıdakılardan ibarətdir: 
-
 
daxili işlər orqanları; 
-
 
daxili qoşunlar
-
 
milli təhlükəsizlik orqanları; 
-
 
sərhəd qoşunları xidməti; 
-
 
prokurorluq orqanları; 
-
 
mühafizə orqanları; 
KitabYurdu.az 
135


 

-
 
hüquq-  mühafizə  ,  təhlükəsizliyin  təmin  edilməsi  üzrə  digər  kateqoriyalara 
aid edilməyən fəaliyyətlə bağlı xərclər. 
     Bu xərclərin tərkibində müdafiə edilən maddələr üzrə xərclər də mövcuddur və 
büdcənin icrası zamanı  aşağıdakılara üstünlük verilir: 
-
 
sosial  və  məcburi    tibbi  sığorta  fonduna,  pensiya  fonduna,  əhalinin 
məşğulluq fonduna ödəmələrin həyata keçirilməsi
-
 
tibbi xidmət xərcləri
-
 
ərzaq təminatı. 
     Başqa  kateqoriyalara  aid  edilməyən  ümumi  dövlət  xidməti  xərclərinə 
daxildir:Azərbaycan 
Respublikasının 
Prezidentinin 
Seçki, 
Azərbaycan 
Respublikasının  Milli Məclisinə  və Azərbaycan Respublikasının yerli bələdiyyə 
orqanlarına    seçkilərin  keçirilməsi,  Ümumxalq  səsverməsi(  referendumlar) 
keçirilməsi,  xalq  məhkəmələrinə  seçkilərin  keçirilməsi,  respublikada  əhalinin 
siyahıya alınması ilə bağlı xərclər. 
     Idarəetmə  aparatının    saxlanması  xərclərinin  həcmi  ştat  siyahısı    cədvəlləri  və 
xərclər  smetası  əsasında  müəyyən  edilir.  Ştat  cədvəlində  vəzifələrin    struktur 
bölmələri  üzrə  adı  ,  hər  bir  vəzifə  üzrə  ştat  vahidinin  sayı,  vəzifə  maaşlarının 
sxemi, əmək haqqına əlavələr, vəzifə maaşları üzrə  aylıq əmək haqqı fondu , hər 
bir vəzifədə maksimum və minimum əmək haqqı göstərilir. 
    Idarəetmə  orqanlarının    maliyyələşdirilməsi  Azərbaycan  Respublikasının 
“Dövlət  büdcəsi  haqqında”  Qanuna,  Azərbaycan  Respublikasının  dövlət 
büdcəsinin təsnifatı və büdcənin icrası prinsipləri həyata keçirilir. 
     Smeta  üzrə  təxsisatların    həcmi  büdcədə  təsdiq  olunmuş    məbləğdən  asılı  ola 
bilməz.  Büdcə  vəsaiti  yalnız  məqsədli  təyinatı  üzrə  və  təyin  edilmiş  müddətdə 
istifadə  edilməlidir.  Yerli  idarəetmə  orqanları    üzrə  xərclərin  hesablanmasını  
müvafiq  struktur  bölmələri  həyata  keçirir.  Zəruri  təxsisatların  həcmi  təsdiq 
olunmuş  tarif,  norma  və  normativlər  əsasında  hesablanır.  Xərclərin  müəyyən 
edilməsi zamanı xərclərə fərdi və birləşdirilmiş normalar tətbiq oluna bilər. Xərclər 
iqtisadi və funksional təsnifat koduna uyğun olaraq həyata keçirilir. 
KitabYurdu.az 
136


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə