Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Mövzu 13: Dövlət  borclarına xidmət



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə43/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

 

Mövzu 13: Dövlət  borclarına xidmət  
edilməsinə büdcə xərcləri. 
 
1. Dövlət borcunun mahiyyəti və məqsədi. Dövlət zəmanəti və onun mahiyyəti. 
2. Dövlət borcunun formaları və tərkibi. 
3.  Azərbaycan  Respublikasında  daxili  dövlət  borcunun  formaları  və  tərkibi.  Azərbaycan 
Respublikasının xarici dövlət borcunun formaları və tərkibi. 
4.  Dövlət  borcunun  ödənilməsinin  təşkili  və  dövlət  borcunun  qaytarılması  üzrə  büdcə 
xərcləri. 
5. Dövlət zəmanəti ilə alınan kreditlər. 
6. Dövlət borcunun idarə edilməsi. 
 
Ədəbiyyat 
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının  Qanunu 2002. 
3. “Dövlət borcu haqqında “Azərbaycan Respublikasının Qanunu.2007. 
3. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003. 
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
137


 

     Hər bir dövlətin mövcud maliyyə vasitəsi  ilə  onun  xərcləri  arasında  müəyyən  dövr 
ərzində fərq əmələ gələ bilər. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Belə ki, müsbət 
fərq olduqda  həmin vəsait dövlətin ehtiyatına keçir. Bu fərq mənfi olduqda isə hər hansı 
bir  mənbə  hesabına  ödənilməlidir.  Həmin  mənbənin  tapılması  bu  fərqin  bağlanması 
prosesi və sonradan borcun qaytarılması borclanma adlanır. Başqa sözlə desək, hökumətin 
xərclərinin  gəlirlərlə  örtülə  bilməyən  hissəsinin  digər  mənbələrdən  borc  hesabına 
ödənilməsi və hər bir hüquqi və fiziki şəxsə zəmanət verilməsi nəzərdə tutulur. 
     Dövlət borcu  –  müxtəlif xərclərin  maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan 
və dövlətin öhdəliyi əsasında müəyyən edilmiş müddətlərdə qaytarılması nəzərdə tutulan 
maliyyə vəsaitidir. 
     Dövlət  borcları  normal  istifadə  olunarsa,  sosial-  iqtisadi  inkişafa  müsbət  təsir  göstərə 
bilər.  Əgər  onlar  yalnız  cari  istehlak  məqsədlərinə  istifadə  olunarsa,  bu  zaman  cəmiyyət 
üçün ağır bir yükə çevrilir. 
     Beynəlxalq maliyyə - kredit və digər kredit təşkilatları ilə saziş əsasında ölkədə həyata 
keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı- ayrı prioritet hesab edilən layihələrin 
maliyyələşdirilməsi  məqsədilə  müvafiq    qaydada  hökumət  zəmanətləri  verilir.  Belə  ki, 
dövlət büdcəsində həmin il tələb olunan  məbləğdə vəsait olmadıqda hökumət zəmanətlə 
borc alır və gələcək illərin büdcəsində bu borcun ödənilməsi üçün vəsait nəzərdə tutulur. 
Dövlət  zəmanətinin  verilməsi  məsələsinə  dövlət  investisiya  proqramları  çərçivəsində  
baxılır və kreditlə əhatə olunan  layihələr üzrə texniki- iqtisadi əsaslandırmalara və kredit 
sazişinin   şərtlərinə Maliyyə Nazirliyi və digər əlaqədar orqanlar tərəfindən  müvafiq rəy 
verilir. 
     Dövlət  borc  zamanı  hüquqi  və  fiziki  şəxslərin  və  digər  qurumlarla  qənaətlə  yığdıqları 
vəsaiti özünə cəlb edir  və buna uyğun olaraq borcun müddəti bitdikdə geri qaytarır. Buna 
görə  də  borclanma  həm  dövlətə  gəlir  gətirir,  həm  də  dövlət  xərclərini  artırır.  Dövləti 
borclanmaya  sövq  edən  əsas  səbəb  dövlətin  ən  vacib  xərclərini  tam  maliyyələşdirmək 
məcburiyyətidir. Bu xərclər heç də həmişə  vergilər və digər dövlət gəliri ilə təmin edilə 
bilmir. Çünki dövlətin vergi və digər ənənəvi gəlirlərinin artırılmasının müəyyən hüdudu 
vardır.  Bu  hüdud  nə  qədər  geniş  olsa  da  elə  dövlət  xərcləri  meydana  gəlir  ki,  həmin 
gəlirlər  bunun  üçün  kifayət  etmir.  Dövlətin  borclanması  və  borcların  idarə  edilməsi  də 
dövlət xərcləri və gəlirləri kimi onun maliyyə siyasətinin mühüm tərkib hissəsidir. 
     Dövlət borclanmaya və borcların idarə edilməsinə başlayarkən bu vəsaiti ilə özünə gəlir 
əldə  etmək  məqsədini  deyil,  iqtisadi  və  sosial  vəzifələri  reallaşdırmaq  istəyir.  Əsasən 
dövlət ən çox inflyasiya dövrlərində borclanır.Əsas məqsəd sərf ediləcək xərclərin təmin 
edilməsi  deyil,  iqtisadiyyatda  pul-  kredit  və  valyuta  sahəsindəki  çətinlikləri  aradan 
qaldırmaqdır. 
KitabYurdu.az 
138


 

     Inflyasiya  dövrlərində  dövlət  borclarını  uzunmüddətli  və  yüksək  faizli  olması  lazım 
gəlir  ki,  burada  da  məqsəd  iqtisadiyyatda  pul  aktivlərinin  məhdudlaşdırılması,  şəxsi 
istehlak  və  investisiya  xərclərinin  azaldılmasına  nail  olmaq,  izafi  xərclərə  tələbi  aşağı 
salmaqdan ibarətdir. 
     Müasir  dövrdə  demək  olar  ki,  dünyanın  yüksək  dövlətləri    mütəmadi  olaraq 
borclanmaq    və  borc  ödəmək  məcburiyyətindədirlər.  Dövlətin  borclanma  və  ödəmə 
fəaliyyəti dövlətin borc bazası  və ya borc imkanlarını aydın göstərir. 
     “Dövlət  borcu  haqqında”  Azərbaycan  Respublikası  Qanununa  əsasən    Azərbaycan 
Respublikasının    daxili  borcu  daxili  və  xarici  dövlət  borcundan  ibarət  olmaqla, 
respublikanın  təxirəsalınmaz    sosial-  iqtisadi  xərclərinin  maliyyələşdirilməsi  və  büdcə 
kəsirinin yerinin  doldurulması üçün  Azərbaycan Respublikası Hökumətinin hüquqi   və 
fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödəməklə qaytarılmalı olan, milli və 
ya xarici valyuta ilə idarə edilmiş borc öhdəlikləridir. 
     Azərbaycan  Respublikasının  dövlət  borcunun  formaları  və  tərkibi  aşağıdakılardan 
ibarətdir: 
-
 
Azərbaycan Respublikası  Hökumətini aldığı kreditlər
-
 
Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları; 
-
 
Hökumətin təminat verdiyi digər borc öhdəlikləri. 
     Borcun  tərkibi  isə    ötən  illərin  borcundan  və  yeni  yaradılan  borclardan  ibarətdir.  
Dövlət borcu qısamüddətli , ortamüddətli və uzunmüddətli borc öhdəlikləri şəkilində ola 
bilər. 
     Azərbaycan  Respublikasının  kreditlər  üzrə  dövlət  zəmanətləri  Maliyyə  Nazirliyinin 
Azərbaycan Respublikası adından kreditlər üzrə təqdim etdiyi bütün dövlət zəmanətləridir. 
     Azərbaycan  Respublikasının  daxili  kreditlər  üzrə  dövlət  zəmanətləri  Azərbaycan 
Respublikasının  kreditlər  üzrə  dövlət  zəmanətinin  tərkib  hissəsi  olmaqla  ,  zəmanət 
müqavilələrinə uyğun olaraq  milli valyutada ifadə olunmuş məbləğin kredit  təşkilatlara  
ödəniş  üzrə  Maliyyə  Nazirliyinin  Azərbaycan  Respublikası  adından  üzərinə  götürdüyü  
bütün şərti öhdəliklərin  məbləğini özündə əks etdirir. 
     Azərbaycan  Respublikasının  xarici  kreditlər  üzrə  dövlət  zəmanətləri  Azərbaycan 
Respublikasının  kreditlər  üzrə  dövlət  zəmanətlərinin  tərkib  hissəsi  olmaqla  ,  zəmanət 
müqaviləsinə uyğun olaraq xarici valyutada ifadə olunmuş məbləğin kreditor  təşkilatarına 
ödəniş  üzrə    Maliyyə  Nazirliyinin  Azərbaycan  Respublikası  adından  üzərinə  götürdüyü 
bütün şərti öhdəliklərin məbləğini  özündə əks etdirir. 
     Əsas  borc  məbləği  –  borc  müqaviləsinə  uyğun  olaraq  alınmış  (    istifadə  edilmiş)  pul 
vəsaitlərinin ümumi məbləğidir. 
KitabYurdu.az 
139


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə