Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə44/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

 

     Dövlət 
qiymətli  kağızı  –  dövətin  borcunun    bir  forması  olmaqla,  borc  alan 
timsalında  Azərbaycan  Respublikası  ilə  kreditor    timsalında  fiziki  və  hüquqi  şəxslər  
arasında  milli  və  ya  digər  valyutada  qısa  müddətli  və  ya  uzunmüddətli  borc 
müqaviləsindən irəli gəlir. 
     Faizli  qiymətli  kağız  üzrə  (  dövlət  istiqrazı  )  əsas  borc  məbləği  –  ödəniş  gününə 
ödənilməli olan  qiymətli kağızın nominal  dəyərinin ümumi məbləğidir. 
     Diskontlu qiymətli kağız – nominal dəyərindən aşağı qiymətə satılan qiymətli kağızdır. 
     Təxsisat  –  parlament  tərəfindən  Hökumətə  verilməsi  səlahiyyət  çərçivəsində  
xəzinədarlıq vasitəsilə həyata keçirilən xərclərdir. 
     Daimi  təxsisat  –  il  ərzində  təsdiq  olunmuş  büdcə  haqqında  qanundan  yenidən  təsdiqi 
tələb edilməyən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məqsəd üçün həyata keçirilən 
büdcə xərcləridir.  
     Xəzinədarlıq  hesabı  –  bütün  gəlirlərin  toplandığı    və  büdcə  xərclərinin  həyata 
keçirildiyi  hesabdır. 
     Təminat  müqaviləsi  –  Maliyyə  Nazirliyi  ilə  kreditor  arasında  ödənişlərin  həyata 
keçiriləcəyi haqqında bağlanan müqavilədir. 
 
Azərbaycan Respublikasının daxili dövlət borcunun formaları və tərkibi. 
     Azərbaycan  Respublikasının  daxili  dövlət  borcu  Azərbaycan  Respublikasının  dövlət 
borcunun  tərkib  hissəsi  olmaqla,  Maliyyə  Nazirliyinin  Azərbaycan  Respublikası  adından 
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslər ilə bağladığı müqavilələrin bilavasitə 
yerinə yetirilməmiş öhdəlikləri ilə borc vəsaitlərinin milli valyutada yekununu əks etdirir. 
     Daxili  borc-  dövlətin  daxili  bazarlarından  əldə  etdiyi,  yəni  ölkə  daxilində  yerləşən 
müəssisə və təşkilatlardan, banklardan və yaxud  əhalidən cəlb edilən borclara deyilir. 
     Hər  hansı  bir  borcun    daxili  borc  olub-  olmadığını  müəyyənləşdirən  əsas  əlamət 
müəyyənləşdirən əsas əlamət borcun alınma yeridir. Əgər borc milli maliyyə mənbəyi ilə 
təmin olunarsa , onda bu borc daxili borcdur. 
     Daxili  borclar  dövlət  borcunun  ən  mühüm  hissəsini    təşkil  edir.  Həmçinin  qeyd 
olunmalıdır  ki,  inflyasiyanın  sabit  olduğu  şəraitdə  dövlətin  daxili  maliyyə  bazarlarından 
borclanması  xarici  maliyyə  bazarlarından  borclanmasından    daha  asandır  və  üstündür. 
Bundan  başqa,  dövlət  daxili  maliyyə  bazarlarından  borclanarkən  satdığı  dövlət 
istiqrazlarının  pulunu  tez  bir  zamanda  əldə  edir  və  tez  bir  zamanda  da  dövlət  xərclərini 
ödəyir.  
     Normal  şəraitdə,  yəni  iqtisadi  sabitlik  dövründə  dövlətin  buraxdığı  istiqrazların  daxili 
maliyyə  bazarlarında  alıcının  tapılması  heç  də  çətin  olmur.  Dövlət  qiymətli  kağızlarını 
alanlar  müxtəlif  qurumlar  ola  bilərlər-  müxtəlif  fondlar,  xeyriyyə  cəmiyyətləri,  sosial 
KitabYurdu.az 
140


 

yardım 
təşkilatları, 
sığorta 
şirkətləri,  investisiya  şirkətləri  və  fondları,  Mərkəzi 
Bank, Kommersiya bankları, maliyyə şirkətləri, fiziki şəxslər və s. 
     Hazırda Azərbaycanda da müəyyən qədər daxili və xarici borc bazarı yaranmışdır. Bu 
borclar isə “ Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 
Daxili və xarici dövlət borclarının  limitləri hər il dövlət büdcəsi ilə bərabər təsdiq olunur. 
     Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  təsnifatına  əsasən  Azərbaycan 
Respublikasının  daxili dövlət  borcunun maliyyələşmə mənbələri aşağıdakılardır: 
- uzunmüddətli dövlət daxili uduşlu istiqrazları; 
- qısamüddətli istiqrazlar və veksellər; 
- başqa kateqoriyalara aid olmayan qısamüddətli ssudalar ; 
- sair öhdəliklər
- bank hesabında vəsait qalıqlarının  dəyişdirilməsi. 
Ölkənin daxili borcunun əsas komponentləri aşağıdakılardan ibarətdir: 
- dövlət qısamüddətli istiqraz vərəqələri; 
- 1994- cü il dövlət 150 faizli istiqraz vərəqələri; 
- hökumətin sərəncamına əsasən buraxılmış dövlət nağdsız kuponlu  istiqraz vərəqələri
- beynəlxalq maliyyə- kredit və digər kredit təşkilatları ilə aparılan danışıqlar nəticəsində 
ölkədə  həyata  keçirilən  iqtisadi  islahatların  dəstəklənməsi  və  ayrı-  ayrı  prioritet  hesab 
edilən  layihələrin    maliyyələşdirilməsi  məqsədilə  müvafiq  hökumət  zəmanətləri  ilə 
verilmiş kreditlər; 
-  mərkəzləşdirilmiş  kredit  resursları  üzrə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 
silinmiş əsas borcu məbləğində yerləşdirilmiş dövlət qiymətli kağızları. 
Daxili dövlət krediti aşağıdakı formalarda ola bilər: 
- dövlət istiqrazları; 
- əhalinin əmanətlərinin bir hissəsinin dövlət istiqrazlarına çevrilməsi; 
- ümumdövlət ssuda fondundan borc vəsaitinin alınması; 
- xəzinə öhdəlikləri və s. 
Normal iqtisadi sabitlik şəraitində dövlətin buraxdığı istiqrazların daxili maliyyə bazarında 
satışı normal həyata keçirilir. 
Dövlət istiqrazları bir neçə əlamət üzrə təsnifləşdirilir: 
1.
 
Yerləşdirilmə üsuluna görə dövlət istiqrazları bir neçə əsas qrupa bölünürlər:sərbəst 
dövr edən ; abunə formasında yerləşdirilən ; icbari formada  yerləşdirilən. 
Dövlət istiqrazları hökumət tərəfindən  ssuda kapitalı  bazarında bankların və qeyri- bank 
mliyyə  institutları  vasitəçiliyi  ilə  yerləşdirilir.  İstiqrazlar  adətən  bank  sistemi  vasitəsilə, 
əhalinin əmanətçiliyi ilə yerləşdirilir. 
KitabYurdu.az 
141


 

2.
 
Dövlət  istiqrazları  qısamüddətli  –  bir 
il 
müddətinədək 
ödənilən 

ortamüddətli – beş ilədək; uzunmüddətli – beş ildən yuxarı olur. 
3.
 
Gəlirlik növlərinə görə istiqrazlar faizli və uduşlu ola bilər. 
4.
 
Dövlət  istiqrazları    yerləşdirilməsi  yerinə  görə  daxili(  mili  valyutada)  və  xarici( 
kreditor  ölkənin,  borc  alan  ölkənin,  üçüncü  ölkənin  valyutasında)  olur.  Daxili 
istiqrazları xarici ölkə vətəndaşları da ala bilər. 
     Dövlət istiqrazlarının mahiyyəti ondan ibarətdir ki, dövlətin kreditorları rolunda dövlətə 
könüllü olaraq pul vəsaitlərini ssuda formasında verən ssuda kapitalının sahibi çıxış edir. 
Dövlət  istiqrazları  bir  qayda  olraq  pul  formasında  olur.  Dövlət  istiqrazlarının  ümumi 
həcmində daxili istiqrazların xüsusi çəkisi yüksəkdir. 
     Dövlət  istiqrazları  həm  mərkəzi  hökumət  tərəfindən,  həm  də  yerli  idarəetmə  ( 
bələdiyyə) orqanları tərəfindən buraxıla bilər.  
Dövlət qiymətli kağızlarının  buraxılmasının əsas məqsədi aşağıdakılardır: 
-
 
Cari büdcə kəsirinin maliyyələşdirilməsi; 
-
 
Əvvəllər buraxılmış istiqrazların ləğv edilməsi( ödənilməsi); 
-
 
Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi; 
-
 
Bütün maliyyə ili ərzində vergi daxilolmalarının bərabər həcmdə təmin edilməsi
-
 
Büdcə ödəmələrinin ardıcıllığının tənzimlənməsi; 
-
 
Dövlətin müəyyən edilmiş pul- kredit siyasətinin həyata keçirilməsi
-
 
Dövlət əhəmiyyətli sosial problemlərin həlli və s. 
Bələdiyyə qiymətli kağızları aşağıdakı məqsədlərlə buraxılır: 
-
 
Yerli büdcələrin formalaşdırılması; 
-
 
Yerli iqtisadi inkişaf proqramının həyata keçirilməsi; 
-
 
Yerli əhəmiyyətli sosial , mədəni və məişət problemlərinin həll edilməsi; 
-
 
Alqı- satqı əməliyyatlarının həyata keçirilməsi. 
 
Azərbaycan Respublikasının xarici borcunun  formaları və tərkibi. 
     Azərbaycan  Respublikasının  xarici  dövlət  borcu    Azərbaycan  Respublikasının  dövlət 
borcunun  tərkib  hissəsi  olmaqla,  Maliyyə  Nazirliyinin  Azərbaycan  Respublikası  adından 
xarici hüquqi  və fiziki şəxslərlə , həmçinin beynəlxalq maliyyə  təşkilatları ilə bağladığı 
müqavilələrə əsasən bilavasitə yerinə yetirilməmiş maliyyə öhdəliklərinin xarici valyutada 
yekununu əks etdirir. 
     Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  təsnifatına  əsasən  Azərbaycan 
Respublikasının  dövlət  xarici  borcunun  maliyyələşdirmə  mənbələri  aşağıdakılar  hesab 
edilir: 
-
 
Uzunmüddətli istiqrazlar; 
KitabYurdu.az 
142


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə