Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

 

-
 
Qısamüddətli istiqrazlar və veksellər
-
 
Başqa kateqoriyalara  aid edilməyən  uzunmüddətli ssudalar
-
 
Başqa kateqoriyalara aid olmayan qısamüddətli ssuda və avanslar
-
 
Sair öhdəliklər; 
-
 
Bank hesablarında valyuta qalıqlarının dəyişdirilməsi. 
Azərbaycan Respublikası xarici dövlət borcunun vəsaitlərinə aşağıdakılar aiddir: 
-
 
Milli  valyutadan  başqa  istənilən  qanuni  xarici  valyuta  borc  haqqında  müqaviləni 
özündə əks etdirən dövlət qiymətli kağızları; 
-
 
Xarici 
dövlətlərin 
hökumətlərindən, 
xarici 
dövlətlərin 
hökumətlərinin  
agentlərindən( müvəkkilərindən) alınan borclar; 
-
 
Xarici  maliyyə-  kredit  təşkilatları  və  beynəlxalq  maliyyə  təşkilatları  tərəfindən 
verilən kreditlər
-
 
Digər  xarici      xüsusi  banklardan  və  fondlardan  alınan  ikitərəfli  və  çoxtərəfli 
kreditlər. 
Xarici dövlət borcları üzrə alınmış vəsaitlər aşağıdakı məqsədlər üçün istifadə olunur: 
-
 
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi
-
 
Tədiyyə balansının saxlanmasına; 
-
 
Investisiya layihələrinin maliyyələşdirilməsinə
-
 
Xammalın, enerji resurslarının və digər məhsullarının idxalına; 
-
 
Kreditlər üzrə dövlət zəmanətləri ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə. 
     Xarici kreditlər üzrə alınan vəsaitlər, büdcədən maliyyələşən təşkilatlara investisiya və 
ya idxal üçün nəzərdə tutularsa, bu borclar Azərbaycan Respublikası Hökumətinin və Milli 
Məclisin  müvafiq  qərarlarında  müəyyən  olunmuş  şərtlər  əsasında  Maliyyə  Nazirliyi 
tərəfindən idarə olunur. 
     Azərbaycan Respublikasının xarici borcu – struktur dəyişiklikləri ilə əlaqədar ( maliyyə 
-  bank;  satınalmalar,enerji  sektoru,  su  və  digər  dövlət    sektorlarında  aparılan  islahatların 
həyata keçirilməsi üçün) Dünya Bankından alınmış kreditlər, yoxsulluğun azaldılması və 
inkişafına  kömək  məqsədilə  Beynəlxalq  Valyuta  Fondundan  alınmış  kreditlər,  ixracat 
məqsədilə  Türkiyə  Eksimbankından  alınmış  kreditlər  və  digər  kommersiya  banklarından 
alınmış kreditlərdən ibarətdir.  
     Xarici ölkələrdən kreditlər uzunmüddətli və aşağı faizlə alınmışdır. 
     Hökumət  zəmanəti  ilə  alınan  kreditlərin  qaytarılmasına  nəzarətin    gücləndirilməsi  ilə 
əlaqədar  olaraq  Azərbaycan  Respublikasının  Prezidenti  11  iyun  2001-  ci  ildə  fərman 
imzalamışdır. 
     Fərmanla  müəssisə  və  təşkilatlar  tərəfindən  hökumət  zəmanəti  ilə  alınan  kreditlərin 
vaxtında  qaytarılmasına  nəzarət  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə 
KitabYurdu.az 
143


 

tapşırılmışdır  ki,  Hökumət  zəmanəti  ilə  kredit 
almış 
dövlət 
müəssisə 
və 
təşkilatlarında  nazirliyin  nümayəndəliyini  təyin  etsin,  hökumət  zəmanəti  ilə  kredit  almış  
müəssisə və təşkilatlarda alınmış vəsaitin istifadə olunması vəziyyətini hərtərəfli  araşdırıb 
öz  səlahiyyətləri  daxilində  müvafiq  tədbirlər  görsün  və  bu  barədə  rübdə  bir  dəfə 
Azərbaycan  Respublikasının  Prezidentinə  və  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabinetinə hesabat versin. 
     Borc almısansa qaytarmalısan.  Bu dövlətə də aiddir, lakin dünya təcrübəsi göstərir ki, 
bütün  borclular  kimi  dövlət  də  məcbur  edilmədikdə    və  ya  tələb  olunmadıqda  öz  borc 
öhdəliklərini  yerinə  yetirməyə  həvəs  göstərmir.  Dövlət  büdcəsində  vəziyyət  yaxşıdırsa  , 
kəsir  yoxdursa  və  ya  artıqlıq  varsa  ,  parlamentlər  dövlət  borclarını  mövcud  vəsait  
hesabına tam və ya qismən ödəməklə , əldəki vəsaiti müxtəlif sahələr üzrə  bölüşdürməklə 
dövlət  xərclərini  artırmağa  üstünlük  verirlər.  Halbuki  dövlət  borcunun  müntəzəm 
ödənilməsi dövlətin imicinin qorunmasının ,hakimiyyətə inamın artmasının vacib şərtidir. 
Belə  olduqda  bu  vəzifəni  yerinə  yetirəcək  ödəmə  fondu    yaradılmalıdır.  Bu  fondu  təşkil 
edəcək vəsait əlavə borc hesabına toplanmalıdır. Belə fondun yaradılmasına dövlət büdcə 
vəsaiti  ayırsa,  kəsir  yarana  bilər.  Borcların  birbaşa  ödənilməsi  üçün    təbii  ki,  büdcədən 
vəsait  ayrılmalıdır.  Büdcənin  ən  mühüm  gəliri  vergi  olduğuna  görə  ,  deməli,  dövlət 
borcları  da    vergidaxilolmaları  hesabına  qaytarılır.  Bu  məqsədlə  ən  asan  üsul  büdcə 
artıqlığını borc ödənişinə yönəltməkdən ibarətdir. 
     Borcların  nizamlı,  müntəzəm  və  mükəmməl  bir  surətdə  ödənilməsi  dövlətin  etibarının 
qorunmasında əsas şərtdir.  
      Dövlət borclarının etibarlı şəkildə  ödənilməsini təmin etmək üçün istifadə edilə bilən 
digər  bir  maliyyələşdirmə  üsulu  dövlətin  bəzi  vergi  gəlirlərini  bəzi  borcların 
qaytarılmasına yönəltməkdən ibarətdir. 
 
Dövlət borclarının idarə edilməsi 
     Qeyd  etdiyimiz  kimi  dövlət  borcları  gələcək  inkişaf  üçün  müəyyən  problemlər  də 
yaradır.  Belə  borcların  ödənilməsi  dövlətin  üzərinə  bir  sıra  öhdəliklər  qoyur.  Onların 
yerinə  yetirilməsi  borc  xidmətlərinin  vaxtında  təmin  edilməsi,  başqa  sözlə  ,  dövlət 
borclarının ( və ya qiymətli kağızların) faizlərinin vaxtlı- vaxtında, hər hansı gecikdirmə 
olmadan  ödənilməsi  və  borcun  əsas  məbləğinin  qaytarılması  ilə  bağlıdır.  Dövlətin  borc 
xidmətlərinin  yerinə  yetirilməsi  transfer  xərclərin  təmin  edilməsi  üzrə  öhdəliyin 
götürülməsi deməkdir.  
     Dövlət  həmişə  bu  cür  xərcləri  mümkün  qədər  azaltmağa  və  özünə  ən  münasib  
vəziyyətdə saxlamağa çalışır.  
KitabYurdu.az 
144


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə