Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 

     Hazırda dövlət borclarının idarə edilməsi  siyasəti  bu  borclarla  bağlı  olan  xərclərin 
azaldılmasına yönəldilmişdir. 
     Bu  istiqamətdə  görülə  biləcək  ən  səmərəli  tədbir,  şübhəsiz  ki,  borcun  əsas  məbləğini 
azaltmaqdan ibarətdir , yəni söhbət son nəticədə əsas məbləğin tam ödənilməsindən gedir. 
     Dövlət  xərclərindən  törəyən  transfer  xərclərin  azaldılmasının  başqa  bir  üsulu  yüksək 
faizli  borc  öhdəliklərinin    aşağı  faizli  öhdəliklərlə  əvəzlənməsidir.  Bu  əməliyyat  dövlət 
borclarının  əvəzlənməsi  adlanır.  Borcların  idarə  edilməsində  istifadə  bir  üsul  da  qısa  və 
orta müddətli borclara çevirməkdən ibarətdir, ya da onların ödəmə müddətini azaltmaqdan 
ibarətdir.  Borcların  idarə  edilməsində  istifadə  olunan  bu  əməliyyata  dövlət  borclarının 
möhkəmləndirilməsi deyilir.  
     Belə şəraitdə borcun əsas məbləği ödənilmədiyi üçün dövlət borcları ilə əlaqədar olan 
xərclər  azalır.  Dövlət  borclarının  normal  idarə  edilməsi  əməliyyatlarının  başında  faiz 
məsrəflərinin  müntəzəm  ödənilməsi  durur.  Borcların  normal  idarə  edilməsi 
funksiyalarından  biri  nominal  qiymətli  dövlət  kağızlarının  mövqeyini  möhkəmlətmək  , 
onların qiymətlərini mühafizə etməkdir.  
 
 
 
KitabYurdu.az 
145


 

Mövzu 18: Büdcədənkənar dövlət fondları. 
Plan 
1. Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi. 
2.  Büdcədənkənar  dövlət  sosial  fondları  hesabına  həll  edilməsi  mümkün  olan 
məsələlər. 
3. Büdcədənkənar fondların təsnifatı. 
4. Dövlət Sosial Müdafiə Fondu. Əhalinin Məşğulluğuna Kömək Fondu. 
5. Əlillərin Sosial Müdafiəsi Fondu. 
6. Azərbaycan Respublikasının Dövlət Neft Fondu. Tibbi Sığorta Fondu. 
 
     “ Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda göstərildiyi 
kimi büdcədənkənar dövlət fondları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən  
hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə 
malik  olan  məqsədli  dövlət  maliyyə  fondudur.  Başqa  sözlə  büdcədənkənar  dövlət 
fondları  Dövlət  büdcəsindən  və  Azərbaycan  Respublikası  subyektlərinin  
büdcələrindən  kənar  yaradılan,  vətəndaşların  konstitutsiya    hüquqlarının  təmin 
edilməsi, iqtisadi və sosial xarakterli bəzi tələbatlarının  ödənilməsi üçün müəyyən 
edilmiş pul vəsaitləri  fondlarıdır. Həmin fondlar bir növ ayrı- ayrı sosial, iqtisadi , 
kredit,  sənaye  və  s.problemlərin  həlli  məqsədilə  yaradılır.  Ona  görə  də 
büdcədənkənar fondlarda toplanan vəsaitlər məqsədilə xarakter daşıyır. 
     Büdcədənkənar  fondlar-  milli  gəlirin  müəyyən  sosial  və  iqtisadi    məqsədlər 
üçün  yenidən  bölgüsü  və  istifadə  edilməsinin  bir  formasıdır.  Bütövlükdə  istər 
dövlət  büdcəsinin  və  istərsə  də  büdcədənkənar  fondların    mənbəyi  ÜDM,  birinci 
növbədə  milli  gəlir  təşkil  edir.  Lakin,  konkret  mənbə  baxımından  götürüldükdə 
büdcədənkənar  fondlar  xüsusi  vergi  və  yığımlar  ,  habelə  dövlət  büdcəsi  ,  bəzi 
ölkələrdə isə istiqrazlar, borclar hesabına formalaşır. Büdcədənkənar fondlara bəzi 
mənbələrdən vəsaitlər qaytarılmaq və qaytarılmamaq şərti ilə həyata keçirilə bilər. 
     Büdcədənkənar  dövlət  fondlarının  yaradılmasının  zəruriliyi    aşağıdakılardan 
ibarətdir: dövlət büdcədənkənar fondlarının yaradılması hər şeydən əvvəl maliyyə 
KitabYurdu.az 
146


 

resurslarından  daha  səmərəli  istifadə  etmək  və  habelə  sosial  tədbirləri 
müvəffəqiyyətlə həll etmək üçün zəruridir.  
     Büdcədənkənar  fondlar  təkrar  istehsal  prosesinin  inkişafına  aşağıdakı  yollarla 
təsir göstərə bilər: 
1)  sərbəst  pul  vəsaitlərini  dövlət  qiymətli  kağızlarına  investisayalaşdırmaq  və 
bununla da müəssisələri zəruri maliyyə resursları ilə təmin etmək
2) sahibkarlıq fəaliyyətinin inkişafına təsir göstərmək
3)  büdcədənkənar  fondlar  investor  və  maliyyə  bazarının  iştirakçısı  kimi  də  çıxış 
edə bilər. 
Büdcədənkənar  dövlət  sosial  fondları  hesabına  bir  sıra  məsələləri  həll  etmək 
mümkündür. Onlardan: 
1.  əhaliyə  pul  müavinətləri  ödəmək,  birdəfəlik  yardım  etmək  yolu  ilə    sosial 
yardım və xidmətlər göstərmək
2. əhalinin əmək qabiliyyətinin bərpası və qorunub saxlanmasını təmin etmək
3.  sosial  infrastruktur  müəssisələrini  maliyyələşdirmək  yolu  ilə  əhaliyə  sosial 
xidmətlər göstərmək; 
4. pensiya təminatını maliyyələşdirmək və s. 
Büdcədənkənar  sosial  fondların  maliyyələşdirməsi  mənbələri  ölkənin  iqtisadi  və 
sosial vəziyyətindən asılı olaraq, həm daimi həm в,  müvəqqəti xarakterli olur.  
    Bu fondlar həm respublika hakimiyyət orqanları və həm də yerli özünüidarəetmə 
orqanları tərəfindən yaradıla bilər. 
    Büdcədənkənar  dövlət  və  məqsədli  sosial  fondlarının  yaradılmasının  hüquqi 
əsaslarını hər şeydən əvvəl AR- nın Konstitusiyası və “ Büdcə sistemi haqqında” 
Azərbaycan Respublikasının qanunu təşkil edir.  
    AR-  nın  Konstitusiyasının  38-  ci  maddəsində  göstərilir:  “  Hər  kəs  qanunla 
müəyyən  edilmiş  yaş  həddində  çatdıqda,  xəstəliyinə,əlilliyinə,  ailə  başçısı 
itirdiyinə,  əmək  qabiliyyətini  itirdiyinə,  işsizliyə  görə  qanunla  nəzərdə  tutulmuş 
digər hallarda sosial təminat hüququna malikdir”. 
    Büdcədənkənar  dövlət  məqsədli    fondların  səmərəli  və  məqsədyönlü 
xərclənməsinə  nəzarəti  AR-  nın  Maliyyə  Nazirliyi  həyata  keçirir.  Büdcədənkənar 
KitabYurdu.az 
147


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə