Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

 

dövlət məqsədli fondların fəaliyyətinin tənzimlənməsi üzrə səlahiyyət Respublika 
xəzinədarlığına  həvalə edilmişdir.  
    Büdcədənkənar 
fondlar  müxtəlif  əlamətlərinə  görə  aşağıdakı  kimi 
təsnifləşdirilir: 
1)
 
müddətinə görə: daimi və müvəqqəti 
2)
 
məqsədlərinə görə: sosial müdafiə, iqtisadi və digər 
3)
 
mənsubiyyətinə görə: mərkəzi dövlət və yerli fondlara bölünürlər. 
Büdcədənkənar məqsədli dövlət fondları sosial yönümə və ciddi məqsədli təyinata 
malikdir.  Məqsədli  təyinatından  asılı  olaraq  büdcədənkənar  dövlət  fondları  iki 
qrupa: məqsədli sosial fondlara və məqsədli iqtisadi fondlara ayrılır. 
    Azərbaycan  Respublikasında  büdcədənkənar  məqsədli  dövlət  sosial  fondlarına 
aşağıdakılar daxildir: 
1)
 
Dövlət Sosial Müdafiə Fondu
2)
 
Əhalinin Məşğulluğuna Kömək Fondu
3)
 
Əlillərin Sosial Müdafiə Fondu. 
    Azərbaycan  Respublikası  prezidentinin  30  sentyabr  1992-  ci  il  233  saylı 
fərmanına  əsasən  Azərbaycan  Respublikasının  Pensiya  Fondu  və  Azərbaycan 
Respublikasının  Sosial  Sığorta  Fondu    bazasında  Azərbaycan  Dövlət  Sosial 
Müdafiə  Fondu,  Azərbaycanda  işsizlik  problemini  həll  etmək  və  işsizlərə  yardım 
etmək məqsədilə isə “Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında” 
27 iyun 1991- ci il tarixli, 146 saylı Azərbaycan Respublikasının qanununa uyğun 
olaraq  AR-  nın  NK-  nin  12  iyul  1992-  ci  il  212  saylı  qərarı  ilə  Azərbaycan 
Respublikasında Əhalinin Məşğulluğuna Kömək dövlət Fondu yaradılmışdır.  
    Məşğulluq  Fondu  Müstəqil  maliyyə  sistemi  kimi  respublika  səviyyəsində  və 
yerli  səviyyədə  yaradılır  və  dövlət  əhalinin  məşğulluğu  siyasətinin  həyata 
keçirilməsi tədbirlərini maliyyələşdirmək üçün istifadə edir. 
    Məşğulluq Fondunun vəsaiti Məşğulluq Xidməti İdarəsinin sərəncamındadır. 
Məşğulluq Fondu bütün mülkiyyətindən olan müəssisə və təşkilatların , respublika 
və  yerli  büdcələrin  vəsaiti  və  s.  mənbələr  hesabına  yaradılır.  Bu  fonda  könüllü 
olaraq  fiziki və hüquqi şəxslər də vəsait ödəyə bilər. Bu fond əsasən müsəssisə və 
KitabYurdu.az 
148


 

təşkilatların  məcburi  tədiyələri  hesabına  təşkil  olunur.  Məşğulluq  fonduna  ödəniş  
müəssisələrin  əməyin  ödənişinə  yönəldilən  vəsaitin  2  %  miqdarında  müəyyən 
edilir və bu məsrəflər maya dəyərinə daxil edilir.  
     Əhalinin  Məşğulluq  Fondunun  vəsaitindən  qarşıya  qoyulan  proqramdan  asılı 
olaraq iş yeri olmayan vətəndaşların işə düzəldilməsi, ixtisas öyrədilməsi, ictimai 
işlərə,  işləməyənlərə  müvəqqəti  yardımlar  verilməsi,  oxuyanlara  təqaüd  verilməsi 
və s. məqsədlərə istifadə olunur.  
    Əhalinin  Məşğulluq  Fondunun  əsas  xərc  hissəsini  işləməyənlərə  müavinət 
verilməsi  xərcləri  təşkil  edir.  Müavinət  verilərkən  onların  işlədiyi  müddətdə 
aldıqları  orta  aylıq  əmək  haqqı  əsas  götürülür.  Bir  çox  inkişaf  etmiş  ölkələrdə 
müavinət əmək haqqı fondunun 50- 60% - ni , İsveçrədə isə 80,5%- ni təşkil edir. 
    Azərbaycan  Respublikasının  Əllilərin  Sosial  Müdafiə  Fondu  “  Əlilliyin 
qarşısının alınması, əllilərin reabilitasiyası və sosial müdafiə haqqında” 25 avqust 
1992-  ci  il  tarixli,  284  saylı  Azərbaycan  Respublikasının  Qanununa  əsasən 
fəaliyyət göstərir və Əlillərin Sosial Müdafiə Fondu AR- nın Nazirlər Kabinetinin  
“  Azərbaycan  Respublikasının  Əlillərin  Sosial  Müdafiə  Fondunun  yaradılması 
barədə “ 1993- cü il 5 avqust tarixli qərarı ilə yaradılmışdır. 
    Əllilərin  Sosial  Müdafiə  Fondunun  büdcəsi  Dövlət  büdcəsinin  vəsaitləri, 
mülkiyyət  formasından  aılı  olmayaraq  respublika  ərazisində  fəaliyyət  göstərən 
müəssisə  ,  idarə  və  təşkilatların  mənfəətindən  1%  məcburi  ayırmalar,  idarə  , 
müəssisə    və  təşkilatların  ,  habelə  vətəndaşların  ianələri,  fondun  sahibkarlıq 
fəaliyyətindən  əldə  olunan  vəsaitlər,  xeyriyyə  tədbirlərindən  toplanan  vəsaitlər  
hesabına formalaşır. 
    Azərbaycanda  büdcədənkənar  dövlət  fondlarının  hüquqi-  normativ  bazası  31 
dekabr  1991  –  ci  tarixli  40  saylı  Azərbaycan  Respublikasının  qanunu  ilə 
yaradılmışdır.Bu  qanuna  əsasən  müəssisə,  idarə,  təşkilatlar  sosial  sığortaya  və 
məşğulluq fonduna ayırma həyata keçirməlidir. 
    Kommersiya fəaliyyəti ilə məşğul olan sənaye müəsisələrində, digər müəssisə və 
təşkilatlarda  əmək  haqqı  fondu  üzrə  Sosial  Sığorta  Fonduna  ayırma  27%,  kənd 
təsərrüfatı müəssisələrində 23% müəyyən edilmişdir. 
KitabYurdu.az 
149


 

    Əlillərin Sosial Müdafiəsi Fonduna ödəniş 1994- cü il 24 iyun tarixli, 831 saylı 
qanunla tənzimlənir. Bu qanuna əsasən fondun vəsaiti mülkiyyət formasından asılı 
olmayaraq  müəssisə,  idarə  və  təşkilatların  mənfəətindən  1%  ayırma  və  büdcə 
vəsaiti hesabına formalaşır. 
    Vəsaitlərin  cəlb  edilməsi  həcminə  görə  ən  iri  fond  Azərbaycan  Respublikası 
Dövlət Sosial Müdafiə fondudur. 
 
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu. 
     Dövlət  Sosial  Müdafiə  Fondunun  vəzifələri,  funksiyaları  ,  idarəetmə-  təşkilati 
strukturu  Azərbaycan  Respublikasının  prezidentinin  2002-  ci  il  31  avqust  tarixli 
781  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “  Azərbaycan  Respublikasının  Dövlət 
Sosial Müdafiə Fondu haqqında” əsasnamə ilə müəyyən olunur.  
    2003- cü il 12 avqusta qədər DSMF əməyin ödənişi fondundan hesablanan sosial 
sığorta  haqlarının  toplanması  ilə  məşğul  olurdu.  Toplanan  vəsaitlər  pensiya  və 
müavinətlərin  maliyyələşdirilməsi  üçün  Əmək  və  Əhalinin  Sosial  Müdafiə 
Nazirliyinin sərəncamına verilirdi. 
    Azərbaycan  Respublikası  prezidentinin  4  avqust  2003-  cü  il  tarixli  fərmanı  ilə 
bütün növ pensiya və pensiyaya əlavələrin təyin olunması, maliyyələşdirilməsi və 
ödənilməsinə  nəzarət  DSMF-  ə  həvalə  edilmişdir.  Bununla  da  sosial  sığorta 
ödənişlərinin toplanması yalnız bir orqana DSMF- in nəzarətinə keçmiş oldu.  
    Nəticədə məşğulluq və əlillərin sosial müfdafiə fonduna əmək haqqı fondundan 
hesablanan ödənişlər vahid sosial ödənişlə əvəz edildi. 
    Azərbaycan  Respublikasının  Dövlət  Sosial  Müdafiə  Fondu  Azərbaycan 
Respublikasında  məcburi  dövlət  sosial  sığortası,pensiyalar  və  pensiyalara  əlavə 
olunan müavinətlər sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti 
orqanıdır. 
       Müstəqil  maliyyə-  kredit  idarəsidir.  Fond  öz  fəaliyyətində  Azərbaycan 
Respublikasının Konstitusiyanı, Azərbaycan Respublikasının Dövlət Sosial Fondu 
haqqında əsasnaməni rəhbər tutur. Bu fondun pul vəsaiti dövlət mülkiyyətindədir, 
KitabYurdu.az 
150


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə