Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 

digər  fondların  tərkibinə  daxil  deyildir  və  başqa  başqa  məqsədlər  üçün  götürülə 
bilməz. 
    Fondun  NMR-  da  müvafiq  idarəsi,  Azərbaycan  Respublikasının  rayon  və 
şəhərlərində şöbələri fəaliyyət göstərir. Fond öz fəaliyyətini digər mərkəzi və yerli 
icra  hakimiyyəti  orqanları,  yerli  özünüidarəetmə  orqanları  ,  ictimai  təşkilatlarla 
əlaqəli şəkildə həyata keçirir. 
Fondun əsas vəfizələri aşağıdakılardır: 
1.  dövlətin  sosial  sığorta  siyasətinə  dair  təkliflərin  hazırlanması  və  bu  siyasətin 
həyata keçirilməsində iştirak etmək
2. fondun büdcə  layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin 
etmək; 
3.  təşkilati-  hüquqi  formasından  və  mülkiyyət  növündən  asılı  olmayaraq  hüquqi 
şəxslərdən,  fərdi  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərdən  ( 
sığortaedənlərdən)  eləcə  də  sığorta  olunanlardan  qanunvericiliklə  müəyyən 
olunmuş  miqdarda  məcburi  dövlət  sosial  sığorta  haqlarının  toplanmasını  təşkil 
etmək; 
4.  öz  səlahiyyətləri  daxilində  məcburi  dövlət  sosial  sığorta,  pensiyalar  və 
pensiyalara  əlavə  olunan  müavinətlər  sahəsində  qanunvericilik  aktlarının 
tələblərinin  yerinə  yetirilməsinə  və  vəsaitlərin  təyinatı  üzrə  istifadəsinə  nəzarəti 
həyata keçirmək
5.  məcburi dövlət sosial sığorta vəsaiti və dövlət  büdcəsi vəsaiti hesabına ölkədə 
bütün 
pensiyaların 
və 
pensiyalara 
əlavə 
olunan 
müavinətlərin  
maliyyələşdirilməsini həyata keçirmək; 
6.  məcburi  dövlət  sosial  sığorta  vəsaiti  hesabına  aşağıdakı  xərclərin 
maliyyələşdirilməsini təmin etmək
- qanuna uyğun olaraq əmək( sosial sığorta) pensiyaları; 
- könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr; 
-  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət(qanunvericiliklə 
müəyyən olunmuş dövr üçün) 
- uşağın anadan olmasına görə birdəfəlik müavinət; 
KitabYurdu.az 
151


 

-  qanunvericiliklə  nəzərdə  tutulmuş  yaş  həddinə  çatana  qədər  uşağa  qulluqla 
əlaqədar müavinət; 
- sığorta olunanların sanatoriya- kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən 
ödənişi;   
- məşğulluq tədbirlərinin həyata keçirilməsi
- əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi; 
- qanunvericiliklə nəzərdə tutulmuş digər xərclər; 
- dövlət büdcəsindən ayırmalar hesabına( transfert) sosial pensiyaların, aztəminatlı 
əhaliyə  müavinətlərin  və  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  müavinətlərin 
maliyyələşdirilməsini həyata keçirmək; 
-  qanunvericilik  çərçivəsində  özünün  müntəzəm  ödəmə  qabiliyyətini  təmin  edən 
tədbirlər görmək; 
- sosial sığorta ödənişlərinin vaxtında hesablanıb ödənilməsini təmin etmək
- dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsini təşkil etmək; 
-  işəgötürən  və  sığorta  olunan  tərəfindən  təqdim  olunan  məlumatların  fərdi-  şəxsi 
hesablara  vaxtında  və  dürüst  daxil  edilməsini,  onların  etibarlı  saxlanmasını  və 
mühazifəsini təmin etmək; 
-  sığorta  olunana  onun  müraciətinə  əsasən  fərdi  şəxsi  hesabındakı  məlumatların 
təqdim edilməsi qaydalarını izah etmək
- pensiya təyin edən orqana, onun sifarişinə əsasən pensiya təmin olunması barədə 
ərizə vermiş sığorta olunanın fərdi- şəxsi hesabındakı məlumatları təqdim etmək; 
-  dövlət  sosial  sığorta  sistemində  fərdi  uçotun  həyata  keçirilməsi  ilə  əlaqədar 
izahatlar vermək və öz səlahiyyəti daxilində müvafiq normativ aktlar qəbul etmək; 
- qanunvercilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Fond  ona  həvalə  edilmiş  vəzifələrə  uyğun  olaraq  aşağıdakı  funksiyaları  həyata 
keçirir. 
- fondun növbəti il üzrə təsdiq olunmuş büdcəsinin gəlir və xərclərinə uyğun olaraq 
yerli orqanların gəlir və xərclər proqnozunu təsdiq edir
- əhalinin sosial müdafiəsi ilə bağlı  təkliflərin hazırlanmasında iştirak edir; 
KitabYurdu.az 
152


 

-  məcburi  dövlət  sosial  sığortasının  inkişafı  və  təkmilləşdirilməsinə  dair  təkliflər 
verir; 
- məcburi dövlət sosial sığorta  vəsaitini idarə edir, pensiyalar və pensiyalara əlavə 
olunan müavinətlər sahəsində idarəetməni, pensiyalar və pensiyalara  əlavə olunan 
müavinətlərin təyin edilməsi, maliyyələşdirilməsi və ödənilməsinə nəzarəti həyata 
keçirir; 
-  məcburi  dövlət  sosial  sığorta  üzrə  sığorta  iştirakçılarının  uçotu  alınması  və 
uçotdan çıxarılması qaydalarını müəyyən edir; 
-  qanunvericilik  çərçivəsində  sığorta  edənlərdə  məcburi  dövlət  sosial  sığorta 
haqlarının düzgün hesablanmasına, xərclənməsinə və ödənilməsinə nəzarət edir; 
- qanunvericilikdə müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlər 
üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir; 
- fondun yerli orqanlarında işin təşkilinə dair metodiki və əməli köməklik göstərir, 
işdəki qabaqcıl təcrübəni öyrənir və yayır; 
- qanunvercilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir. 
Fond  öz  vəzifə  və  funksiyalarını  həyata  keçirmək  üçün  aşağıdakı  hüquqlara 
malikdir: 
-  bütün  işəgötürənlərdən  məcburi  dövlət  sosial  sığortası  üzrə  işçilərin  sığorta 
edilməsini tələb etmək
-  öz  səlahiyyətləri  daxilində  məcburi  dövlət  sosial  sığorta  haqlarının  yığılması, 
habelə  qanunvericilikdə  nəzərdə  tutulmuş  sosial  müdafiə  məqsədlərinə  çəkilən 
xərclərin müəyyənləşdiriləsi qaydaları barədə təlimat, metodiki göstərişlər və digər 
normativ sənədləri hazırlayıb təsdiq etmək; 
-  məcburi  dövlət  sosial  sığortası,  pensiyalara  və  pensiyalara  əlavə  olunana 
müavinətlərə  dair  qanunvericilik  aktlarının  tələblərinin  yerinə  yetirilməsinə  və 
vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək; 
-  pensiyalar  və  pensiyalara  əlavə  olunan  müavinətlərin  təyin  edilməsi  və 
ödənilməsinə nəzarəti həyata keçirmək; 
-  öz  səlahiyyətləri  daxilində  məcburi  dövlət  sosial  sığorta  qaydalarına 
aığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; 
KitabYurdu.az 
153


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə