Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 

-  məcburi  dövlət  sosial  sığorta  haqları  ödənilmdikdə  və  ya  ödənilməsi, 
gecikdirildikdə  sığorta  edənlərin  hesablaşma  və  digər  hesabları  üzrə  köçürmə 
əməliyyatlarının (büdcəyə və digər icbari ödənişləri istisna olmaqla)aparılmasının 
dayandırılmasına,  eləcə  də  yaranmış  borc  məbləğinin  sığorta  edənlərin  bank 
təşkilatlarında  olan  hesabından  tutulmasına  dair  qanunvericiliyə  uyğun  tədbir 
görmək; 
-  qanunvericiliyə  müvafiq  olaraq  maliyyə  sanksiyalarının  tətbiqi  nəticəsində  əldə 
edilən  vəsaitin  işçilərin  maddi  həvəsləndirilməsinə  və  Fondun  maddi-  texniki 
bazasının  inkişaf  etdirilməsinə  yönəldilən  hissəsinin  xərclənməsi  istiqamətlərini 
müəyyən etmək; 
- qanunvericilkdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 
Dövlət  Sosial  Müdafiə  Fondunun  vəsaitləri  aşağıdakı  mənbələr  hesabına 
formalaşır; 
- məcburi və könüllü ( əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı; 
- dövlət  büdcəsindən ayırmalar; 
- maliyyə sanksiyaları və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər
- sanatoriya- kurort xidmətindən ( yollayışlarının satışından) əldə edilən vəsait; 
- bank kreditləri
- qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər. 
     Fondun əsas gəlir  mənbəyi  məcburi dövlət sosial sığorta haqlarından ibarətdir. 
Bu mənbə hesabına fonda bütün gəlirlərin 70,5% - in daxil olması nəzərdə tutulur. 
Mövcud  qanunvericiliyə  əsasən  təşkilati-  hüquqi  formasından  asılı  olmayaraq 
bütün dövlət idarə, müəssisəvə təşkilatlarından , kooperativ, firma, birgə müəssisə 
və  s-  dən  ,  dini  təşkilatlardan,  xaricdə  olan  diplomatik  və  s.  nümayəndəliklərdən, 
Azərbaycana  məxsus  xaricdə  olan  müəssisə  və  filiallardan  ,  səhmdar 
cəmiyyətlərindən, sığorta təşkilatlarından, ictimai birliklərdən, siyasi partiyalardan 
və  s.  əməyin  ödəniş  fonduna  hesablanan  dərəcələrlə  sosial  sığorta  haqları  tutur. 
Başqa  sözlə,  məcburi  dövlət  sosial  sığorta  haqları  əməyin  ödənişinə  və  gəlirlərə 
faizlə  hesablanıb  tutulur.  Əməyin  ödənişinə  və  gəlirlərə  bütün  növ  əmək  haqqı, 
KitabYurdu.az 
154


 
10 
əmək  haqqına  əlavələr,  mükafatlar,  məzuniyyət  haqqı,  sahibkarlıq  fəaliyyətindən 
əldə edilən mənfəət və s. aiddir. 
    Məcburi  dövlət  sığortasında  sığorta  haqqı  əmək  ödənişinə  (  gəlirə)  nisbətən 
faizlə müəyyən edilir və sığortaedilənin( olunanın) vəsaitləri hesabına ödənilir. 
    “  Sosial  sığorta  haqqında”  Azərbaycan  Respubliasının  Qanunun  (  18  fevral 
1997-  ci  il  №  250-  İQ)    14-  cü  maddəsinə  əsasən  seçkili  orqanlar  və  bütün 
işəgötürənlər  üçün  hesablanmış  əməyin  ödənişi  fondunun  22  %  -  i  miqdarında 
məcburi  dövlət  sosial  sığorta  haqqı  ödənilir.  Hər  ay  üçün  hesablanmış  sosial 
sığorta haqqı sonrakı ayın 15- dən gec olmayaraq tam məbləğdə nağd və nağdsız  
hesablaşma  qaydasında  sığortacıya  ödənilir.  Mülkiyyətində  olan  kənd  təsərrüfatı 
torpaqlarından  istifadə  edən  şəxslər  torpağın  hər  hektarına  görə  sosial  sığorta 
haqları  ödəyirlər  və  dərəclər  hər  hektara  görə  torpağın  münbitlik  səviyyəsindən 
asılı olaraq, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1- 6% - ni 
təşkil edir. 
     Ev  təsərrüfatında  muzdlu  işçilərin(  ev  qulluqçuları,  dayə,  katibə,  sürücü  və  s.) 
əməyindən istifadə edənlər hesablanmış əmək haqqının 20% - i miqdarında sosial 
sığorta  haqqı  ödəməlidirlər.  Vəkillər  kollegiyasının  üvzləri,  xüsusi  notariuslar, 
sərbəst auditorlar və mühasiblər üçün gəlirlərin 20 % - i miqdarında sosial sığorta 
haqqı  ödənilir.  Müəlliflik  qonararı  ödəyən  hüquqi  və  fiziki  şəxslər  üçün 
hesablanmış qonararın məbləğinin 15%- i miqdarında məcburi dövlət sosial sığorta 
haqqı ödənilir. 
    Mülki  hüquqi  xarakterli  müqavilələrlə  işləyənlər(  sahibkarlıq  fəaliyyəti  ilə 
məşğul  olan  şəxslər  istisna  olmaqla)  ödəmə  mənbəyindən  tutulmaqla  ,  ölkə  üzrə 
müəyyən  edilmiş  minimum  aylıq  əmək  haqqının  80%-  i  miqdarında  məcburi 
dövlət sosial sığorta ödənişinə cəlb edilirlər. 
    Ticarət,  nəqliyyat  və  tikinti  sahələrində  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 
şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 70%- i ,digər 
sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə 40% səviyyəsində 
sosial  sığorta  ödənişləri  nəzərdə  tutulur.  Bakı  şəhəri  sahibkarları  minimum  aylıq 
əmək  haqqının  100%-  i  ,  Sumqayıt  və  Gəncə  şəhərlərində  90%-  i  ,  Respublika 
KitabYurdu.az 
155


 
11 
tabeli  digər  şəhərlərdə  80%  -  i,  rayon  mərkəzlərində,  digər  şəhərlərində  və 
qəsəbələrdə  60%-  i,  kənd  yerlərində  50%-  i  miqdarında  məcburi  dövlət  sosial 
sığorta haqları ödəyirlər. 
    AR- nin Milli Məclisinin qərarı , prezidentin fərman və sərəncamları ilə vəzifəyə 
təyin  olunan  şəxslər,  dövlət  qulluqçuları,  seçkili  ödənişli  vəzifələrdə  işləyənlər, 
prokurorlar,  prokurorun  müavinləri  və  köməkçiləri,  prokurorluğun  müstəntiqləri, 
əmək  müqaviləsi(  kontraktı)  ilə  işləyənlər  və  kontraktla  hərbi  qulluğa  qəbul 
edilmiş  hərbi  qulluqçular  hesablanmış  əmək  haqqının  3%-  i  miqdarında  məcburi 
dövlət sosial sığorta haqqı ödəyirlər. 
Dövlət Sosial Müdafiə Fondunun vəsaiti aşağıdakı məqsədlərə istifadə edilir: 
- əmək pensiyalarının verilməsi: 
- könüllü sosial sığorta əsasında dövlət pensiyalarına əlavə; 
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
- hamiləliyə və doğuma görə müavinət
- uşağın anadan olmasına görə birdəfəlik müavinət
-  qanunvericiliklə  nəzərdə  tutulmuş  yaş  həddinə  çatana  qədər  uşağa  qulluqla 
əlaqədar müavinət; 
- sığorta olunanların sanatoriya – kurort müalicəsi üzrə xərclərin tam və ya qismən 
ödənişi; 
- məşğulluq tədbirlərinin həyata keçirilməsi
- əlillərin sosial müdafiəsi, tədbirlərinin həyata keçirilməsi qanunvericilikdə nəzərə 
tutulmuş digər xərclər. 
 
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
 
     Dövlət Neft Fondu hüquqi şəxs statuna  malik büdcədənkənar dövlət fondudur. 
Fond  neftin  və  qazın  kəşfiyyatı,  işlənməsi  və  hasilatın  pay  bölgüsünə  dair 
sazişlərin  həyata  keçirilməsi  ilə  bağlı    Azərbaycan  Respublikasının  əldə  etdiyi 
gəlirlərin toplanması və səmərəli idarə edilməsi mexanizmidir.  
KitabYurdu.az 
156


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə