Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   2   3   4   5   6   7   8   9   ...   57


 
sistemi  iki  həlqədən  –  dövlət  büdcəsindən  və    yerli  özünüidarəetmə 
orqanlarının  sərəncamında olan yerli büdcələrdən ibarətdir. 
      Federativ  (  birləşmiş)  dövlət  –  elə  dövlət  quruluşudur  ki,burada  bir 
dövlətin  tərkibinə  daxil  olan    dövlət  qurumu  və    ya  inzibati-  ərazi  qurumu  
xüsusi  dövlətçiliyə  malikdir  və  mərkəzlə  bölüşdürülmüş    səlahiyyətlər 
çərçivəsində onların müəyyən siyasi müstəqilliyi mövcuddur. 
     Federativ 
dövlətlərdə 
büdcə 
sistemi 
üç 
həlqədən- 
federal 
büdcədən,federasiya  üzvlərinin  büdcəsindən  və  yerli  büdcələrdən  ibarətdir. 
Federativ büdcə sisteminə  ABŞ, Kanada, Almaniya, Rusiya Federasiyasının  
büdcə sistemini aid etmək olar. 
     Unitar  dövlətlərdə  büdcə  sistemində  əsas  aparıcı    rol  dövlət  büdcəsinə 
məxsusdur.  Yerli  büdcələr,  adətən  tabe  rol  oynayırlar.  Lakin  bu,  yerli 
büdcələrin ölkənin  iqtisadi həyatında az əhəmiyyətə malik olduğu göstərmir. 
Məsələn, Azərbaycan Respublikasında  yerli büdcələrin əhəmiyyəti getdikcə 
artır  və  yerli  idarəetmə  orqanlarının    hüququ  vəzifələri    genişləndikcə, 
onların  maliyyə  bazası  olan    yerli  büdcələrin  də  həcmi    yerli  təsərrüfatın 
inkişafında rolu artır. 
     Konfederativ  (  ittifaq)  dövlət-  müəyyən  siyasi  və  hərbi  məqsədlərə  nail 
olmaq  üçün  suveren  dövlətlərin  daimi  ittifaqıdır.  Belə  dövlətlərin  büdcəsi 
konfederasiyaya  daxil  olan  dövlətlərin  üzvlük  haqları  əsasında  formalaşır. 
Bu  dövlətlərin  –  konfederasiya  üzvlərinin  öz  büdcələri  və  vergi  sistemi 
fəaliyyət göstərir. 
     Unitar  dövlət  olan  Azərbaycan  Respublikasının  dövlət  büdcə  sisteminə 
aşağıdakı büdcələr daxildir: 
-
 
respublika büdcəsi; 
-
 
yerli büdcələr( yerli özünüidarəetmə büdcələri) 
     Ümumiyyətlə
Azərbaycan  Respublikasında  büdcə  sistemi 
Azərbaycan 
Respublikasının 
dövlət 
büdcəsi, 
Naxçıvan 
Muxtar 
Respublikasının  büdcəsi və ya yerli büdcələr təşkil edir. 
     Azərbaycan  Respublikasında  büdcə  iştirakçılarının    hüquqi  statusu 
aşağıdakılarla tənzimlənir: 
1) Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında Qanun” ilə ( 2 
iyun , 2002- ci il) 
KitabYurdu.az 
14



 
2)  Azərbaycan  Respublikasının    xüsusi  qanunları  və  yerli 
özünüidarəetmə  orqanlarının normativ aktları ilə. 
3) Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə. 
4) Azərbaycan Respublikası hökumətinin normativ hüquqi aktları ilə. 
5) Dövlət İcra Hakimiyyəti orqanlarının müvafiq aktları ilə. 
     Büdcə  sistemi  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 
Azərbaycan  Respublikasının  Konstitusiyasından,“Büdcə  sistemi  haqqında” 
Azərbaycan Respublikasının Qanunundan, bu qanuna müvafiq olaraq büdcə 
ili üzrə  qəbul edilən dövlət  büdcəsi haqqında qanundan, digər qanunlardan 
və  normativ  hüquqi  aktlardan,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
     Azərbaycan  Respublikasının  büdcə  quruculuğunun    əsası  ölkənin 
konstitusiyası və unitar respublika kimi dövlət quruluşu ilə müəyyən edilir. 
     Azərbaycan  Respublikasının  büdcə  sistemi  vahidlik,  tamlıq,  reallıq, 
aşkarlıq və dövlət büdcə sisteminə daxil olan bütün büdcələrin  müstəqilliyi, 
büdcə  sistemi  səviyyələri  arasında  gəlir  və  xərclərin  bölgüsü,    büdcənin 
balanslaşdırılması  ,  büdcə  vəsaitlərindən  səmərəli  və  qənaətlə    istifadə 
edilməsi, büdcə xərclərinin  ödənilməsinin  ümumiliyi və məqsədli xarakter 
daşıması prinsiplərinə əsaslanır. 
     Büdcə  sisteminin  vahidliyi  büdcənin  formalaşmasının    vahid  hüquqi 
bazası  ilə,  vahid  büdcə  təsnifatı  və  büdcə  sənədləri  formasından    istifadə 
edilməklə,  büdcə  prosesinin  razılaşdırılmış  prinsipləri  ilə,  vahid  sosial- 
iqtisadi və vergi siyasəti ilə təmin edilir. 
     Tamlıq  prinsipi  o  deməkdir  ki,  büdcə  sisteminin  hər  bir  həlqəsində  gəlir 
və xərclər onların həcmində tam əks olunmalıdır. 
     Reallıq- büdcə göstəricilərinin həqiqiliyini göstərir. 
     Aşkarlıq  prinsipi-  təsdiq  edilmiş  büdcələri  və  onların  icrası  haqqında 
hesabatı  və  Azərbaycan  Respublikasının    Prezidentinin  göndərişini  kütləvi 
informasiya vasitələrində dərc edilməsini tələb edir. 
     Büdcənin  müstəqilliyi-  gəlirlərin  xüsusi  mənbələrinin  və  onların  istifadə 
edilməsi istiqamətlərinin müəyyən edilməsi hüquqi ilə təmin edilir.Gəlirlərin 
xüsusi  mənbələrinə  hər  bir  büdcə  səviyyəsi  üçün  qanunla  gəlir  mənbəyinin 
təhkim edilməsi, tənzimləyici gəlirlərdən ayırma, Azərbaycan Respublikası-
KitabYurdu.az 
15



 
nın  subyektləri  və  yerli  özünüidarəetmə  səlahiyyətli  orqanları  tərəfindən 
müstəqil olaraq müəyyən edilən əlavə mənbələr aiddir. 
     Büdcə  sistemi  səviyyələri  arasında  gəlir  və  xərclərin  bölgüsü  –  mərkəzi 
icra və yerli idarəetmə orqanlarına müvafiq gəlir növləri və xərclərin həyata 
keçirilməsi üçün səlahiyyətlərin ( tam və qismən) verilməsidir. 
     Büdcənin  balanslaşdırılması-  hər  bir  büdcə    balanslaşdırılmalıdır,  yəni 
büdcədə nəzərdə tutulmış  xərclərin həcmi  büdcənin gəlirlərinin  və büdcə 
kəsirinin    maliyyələşdirilməsinə  sərf  edilən  məbləğin  həcminə  uyğun 
olmalıdır. 
     Büdcə  xərclərinin  ödənilməsinin  ümumiliyi-  büdcənin  bütün  xərclərinin 
ümumi gəlirdən maliyyələşdirilməsi deməkdir. 
     Büdcə  vəsaitlərindən  istifadənin  ünvanlığı  və  məqsədli  xarakteri-  büdcə 
vəsaitləri konkret məqsədlərinə  maliyyələşdirilməsi üçün konkret ünvanların 
sərəncamlarına verilir. 
     Dövlət büdcəsinin tərtibi, müzakirəsi və icrası zamanı bu prinsiplərə ciddi 
əməl edilməsi zəruridir. 
 
Azərbaycan Respublikasının dövlət büdcəsi 
     Bildiyimiz  kimi  dövlətin  idarəetmə  funksiyasını    hakimiyyət  orqanları 
həyata  keçirir.  Onların  vəzifələrinin  yerinə  yetirilməsi,  ümumdövlət 
tədbirlərinin  maliyyə təminatının həyata keçirilməsi üçün  mərkəzləşdirilmiş 
maliyyə fondu- dövlət büdcəsi yaradılır. 
     Dövlət  büdcəsinin  məqsədi  ölkənin  iqtisadi,  sosial  və  digər  strateji 
proqramların    və  problemlərin  həlli,  dövlətin  funksiyalarının  həyata 
keçirilməsi  üçün  qanunvericiliklə  müəyyən  edilmiş    qaydada  maliyyə 
vəsaitinin    toplanması  və  istifadəsini  təmin  etməkdir.  Dövlət  büdcəsi 
ümumdövlət  hakimiyyət    və  idarəetmə  orqanlarının  ,  elm,  təhsil,  səhiyyə, 
sosial və digər sahələrin  inkişafının maliyyələşdirilməsini həyata keçirir. 
     Eyni  zamanda  dövlət  büdcəsi    iqtisadiyyatın  struktur  dəyişikliklərinin  
maliyyələşdirilməsinə,  istehsal  sferasında    perspektiv  istiqamətlərinin  
inkişafına,  yeni  ərazi-  istehsal    komplekslərinin  mənimsənilməsinə 
yönəldilir.  Dövlət  büdcəsi  təhsilin,  səhiyyənin,  mədəniyyətin,  incəsənətin, 
idmanın və kütləvi informasiya  vasitələrinin inkişafında böyük rol oynayır. 
KitabYurdu.az 
16


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə