Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 
12 
     Spesifik  büdcədənkənar  fond  olan  Dövlət  Neft  Fondu  (  ARDNF)  Azərbaycan 
Respublikasının  Prezidentinin  1999-  cu  il  29  dekabr  tarixli,  240  saylı  fərmanına 
uyğun olaraq  yaradılmışdır. 
     Azərbaycan  Respublikasının  Dövlət  Neft  Fondunun  Əsasnaməsi  Azərbaycan 
Respublikası  prezidentinin  29  dekabr  2000-  ci  il  tarixli  434  nömrəli  firmanı  ilə 
təsdiq edilmişdir. Ölkə prezidentinin 19 iyun 2001- ci il tarixli 511 nömrəli fərmanı 
ilə  ARDNF-  in  valyuta  vəsaitlərinin  saxlanması,  yerləşdirilməsi  və  idarə  edilməsi 
haqqında  qaydalar  təsdiq  edildikdən  sonra  Neft  Fondu  Əməli  fəaliyyətə 
başlamışdır. 
    Neft Fondunun yaradılmasının əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli 
bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondunun qarşısında duran əsas 
vəzifə  Azərbaycan  Respublikası  vətəndaşlarının  bugünkü  və  gələcək  nəsillərinin 
mənafeyi  naminə  neft  və  qaz  ehtiyatlarının  kəşfiyyatı  və  işlənməsi  sahəsində 
bağlanmış  sazişlərin  həyata  keçirilməsindən  və  Neft  Fondunun  öz  fəaliyyətindən 
əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli əldə edilməsini təmin 
etməkdir. Bundan başqa Neft Fondunun qarşısında ölkə iqtisadiyyatını artan xarici 
valyuta  daxilolmalarının  mümkün  mənfi  təsirlərindən    qorumaq,  makroiqtisadi 
tarazlığı təmin etmək kimi mühüm vəzifələr durur. 
    Neft  Fondu  Azərbaycan  Respublikası    Prezidenti  qarşısında  hesabat  verir  və 
məsuliyyət  daşıyır.  Fond  eləcə  də  özünün  nəzarətedici  orqanı  olan  Müşahidə 
Şurasına və Milli Məclis tərəfindən yaradılmış Hesablama Palatasına hesabat verir. 
Prezident  Fondun  fəaliyyət  qaydasını  müəyyən  edir,  icraçı  direktorunu  müəyyən 
edir və işdən azad edir. Müşahidə şurasının üzvlərini təyin edir. 
    Müşahidə  şurası  NF-  nin  aktivlərin  istifadəsi  barədə  hesabat  hazırlanması 
qaydalarını  müəyyənləşdirir,NF-  nin  illik  hesabatına,  auditor  hesabatına  və 
büdcəyə  rəy  verir.  ARDNF  icraçı  direktoru  operativ  idarəetməni  həyata  keçirir, 
illik  investisiya  strategiyasını  hazırlayır.  Iqtisadi  İnkişaf  Nazirliyi  və  birgə  Neft 
Fondunun xərclər proqramını formalaşdırır, prezidentə hesabatı təqdim edir.   Neft 
Fonduna icraçı direktor rəhbərlik edir. Neft Fondunun fəaliyyətinə ümumi nəzarəti 
KitabYurdu.az 
157


 
13 
yüksək  səviyyəli  hökumət  və  parlament  nümayəndələrindən  ibarət  Müşahidə 
Şurası həyata keçirir. 
    Neft  Fondu  büdcəsinin  icrası  Müşahidə  Şurası  tərəfindən  verilmiş  rəy  əsasında 
Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  sərəncamları  ilə  təsdiq  edilmiş 
Neft  Fondunun  büdcəsinə  ,  o  cümlədən  vəsaitin  istifadə  edilməsinin    əsas 
istiqamətləri  və  illik  xərclər  smetasına  uyğun  olaraq  həyata  keçirir.  Müşahidə 
Şurasının  başlıca  vəzifəsi  Neft  Fondunun  icraçı  direktoru  tərəfindən  hazırlanan 
illik büdcə layihəsinə və büdcənin icrası barədə hesabatları, habelə illik hesabatlara 
və maliyyə fəaliyyətinin auditinin nəticələrinə rəy verməkdir. 
    Neft  Fondunun  vəsaitlərinin  idarə  edilməsi  Azərbaycan  Respublikası 
Prezidentinin  Fərmanı  ilə  təsdiq  edilmiş  investisiya  qaydaları  əsasında  həyata 
keçirilir.  Fondun  vəsaiti  nüfuzlu  və  beynəlxalq  miqyasda  tanınmış  maliyyə 
qurumlarının  hesablarında  saxlanılır  və  investisiya  dərəcəli  yüksək  kredit 
reytinqinə  malik  olan  kooperativ  borc  kağızlarına  yerləşdirilir,  nüfuzlu  xarici 
menecerlərin  idarəetməsinə  verilir.  Hal-  hazırda  fondun  vəsaitləri  istiqrazlarda,  o 
cümlədən  inkişaf  etmiş  xarici  ölkələrin  dövlət  istiqrazlarında,  xarici  dövlət 
agentlikləri tərəfindən borc kağızlarında , maliyyə institutları və banklar tərəfindən 
buraxılmış  borc  kağızlarında,  depozitlərdə  və  pul  bazarı  alətlərində,  struktur 
qiymətli  kağızlarında  (  xarici  ölkələrin  ipoteka  qiymətli  kağızları  daxil  olmaqla) 
yerləşdirilmişdir.  Vəsaitlərin  bir  hissəsi  2  xarici  menecerə  Almaniyanın  və 
İsveçrənin banklarına məhdud şəxslər altında idarəedilməyə verilmişdir. 
    Neft Fondunun gəlirlərinin formalaşması mənbələri aşağıdakılardır: 
1)  Azərbaycan  Respublikasının  payına  düşən  karbohidrogenlərin  satışından  əldə 
edilən xalis gəlirlər
2)  Neft-  qaz  sazışlərinin    imzalanması    və  ya  icrası  bağlı  Azərbaycan 
Respublikasının  Dövlət  Neft  Şirkətinə  və  ya  səlahiyyətli  dövlət  orqanına 
sərmayəçilər tərəfindən ödənilən bonuslar  ( mükafatlar). 
3)  Karbohidrogen  ehtiyatlarının  işlənməsi  ilə  əlaqədar  sərmayəçilər  tərəfindən 
müqavilə çərçivəsində istifadə üçün ödənilən vəsaitlər
KitabYurdu.az 
158


 
14 
4)  Neftin  və  qazın  Azərbaycan  Respublikasının  ərazisi  ilə  ötürülməsindən  əldə 
edilən gəlirlər
5) Neft- qaz sazişçləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 
və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə 
edilən gəlirlər; 
6)  Neft  Fondunun  aktivlərinin  yerləşdirilməsindən  və  idarə  olunmasından  əldə 
edilən gəlirlər; 
     Neft  Fondunun  vəsaiti.  Əsasnaməyə  uyğun  olaraq  onun  vəsaiti  ölkənin  sosial 
iqtisadi  tərəqqisi  naminə  ən  mühüm  ümummilli  problemlərin  həllinə  və  strateji 
əhəmiyyətli  infrastruktur  obyektlərinin  inşa  və  rekonstruksiya  edilməsinə  istifadə 
oluna bilər.  
    Neft fondunun vəsaiti hesabına əsasən iki mühüm layihə : 
- Ermənistan Respublikasının etnik tənzimləmə və təcavüz siyasəti nəticəsində öz 
doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial – 
məişət  vəziyyətinin  yaxşılaşdırılması  və  məskunlaşdırılması  problemlərinin  həlli 
və  Bakı-  Tbilisi-  Ceyhan    Əsas  İxrac  Boru  Kəməri  layihəsinə  Azərbaycan 
Respublikasının iştirak payının maliyyələşdirilməsi həyata keçirilir. 
Tibbi Sığorta Fondu 
     Tibbi  sığorta  müxtəlif  səbəblər  üzündən  əhalinin  sağlamlığının    itirilməsi 
hallarında sosial müdafiəsinin bir formasıdır. 
    Tibbi  sığorta  sığorta  hadisəsi  baş  verdikdə  (  xəstələndikdə)  toplanmış  vəsait 
hesabına əhalinin tibbi  yardım almasına təminat verir. “ Tibbi sığorta haqqında” 
Azərbaycan Respublikasının Qanunu 28 oktyabr 1999-cu ildə qəbul edilmişdir.  
    Sığorta  olunanlardan  yığılmış  vəsait  hesabına  zəmanətli  tibbi  yardımın  və 
profilaktiki tədbirlərin maliyyələşdirilməsi, sığorta hadisəsinin baş verdiyi hallarda 
ödənilməsi tibbi sığortanın əsas məqsədidir. 
    Tibbi  sığorta  icbari  və  könüllü  qaydada  həyata  keçirilir.  Icbari  tibbi  sığorta 
dövlət  sosial  sığortasının  tərkib  hissəsi  olmaqla,  icbari  tibbi  sığorta  proqramına 
müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Icbari tibbi 
sığorta Azərbaycan Respublikasının vətəndaşları üçün ümumidir.  
KitabYurdu.az 
159


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə