Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   49   50   51   52   53   54   55   56   57


 
 
 
 
Dövlət 
vergidən 
ayırmalar 
Məqsədli 
büdcə 
fondlarından 
vəsaitlər 
Yuxarı  
büdcələrdən 
dotasiya 
subvensiya 
və  
subsidiya 
Qarşılıqlı  
hesablaşma 
qaydasında 
yuxarı  
büdcələrdən 
daxilolmalar 
Rusum              “ 
yığım  ”  ödənişlər  
və  haqlar 
 
Büdcənin  gəlirləri  dedikdə , Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  
əvəzi  ödənilmədən  və  qaytarılmamaq  şərti  ilə  dövlət  hakimiyyəti  və  yerli özünüidarəetmə  
orqanlarının    sərəncamına    daxil  olan  pul  vəsaiti  başa  düşülür.  Dövlət    büdcəsinin    gəlirləri  
dövlətin  maliyyə  bazasını  təşkil  edir.  
İqtisadi  təyinatına  uyğun  olaraq  dövlət  büdcəsinin   gəlirləri  4 qrupa ayrılır ;  
1.
 
Vergilərdən  daxilolmaları ; 
2.
 
 Qeyri – Vergi  gəlirləri 
3.
 
 Əsaslı  ödənişlər ; 
4.
 
 Əvəzsiz  alınan  vəsaitlər  ( transfertlər ) 
Gəlirlərin  tərkibinə  vergilərdən  daxilolmalar  xüsusi  rol  oynayan  və  büdcə  gəlirlərinin  
əsas  hissəsini  təşkil  edir.  Azərbaycan  Vergi  məcəlləsində    göstərilir : 
 Vergi  dövlətin  və    bələdiyyələrin    fəaliyyətinin    maliyyə    təminatı  məqsədi  ilə  vergi  
ödəyicilərinin  mülkiyyətində    olan    pul    vəsaitlərinin    özgəninkiləşdirilməsi  şəklində    dövlət  
büdcəsinə  və  yerli  büdcələrə  köçürülən , fərdi, əvəzsiz, məcburi, fərdi  əvəzsiz  ödənişdir. 
Büdcənin    gəlirlərini    formalaşdırmaq    məqsədi  ilə  hər    bir    dövlət    özünün    vergi  
siyasətini  işləyib  hazırlayır. Vergi  siyasəti  dedikdə, dövlət  tərəfindən  işlənib hazırlanmış , 
vergi    sahəsində    cəmiyyətin    qarşısında      duran    və  ya    digər    vəzifələri  həyata    keçirməyə  
yönəlmiş tədbirlər  sistemi  başa  düşülür.  
Azərbaycan    Respublikasının    vahid    büdcə    təsnifatına    əsasən    büdcənin    qeyri  –  vergi 
gəlirlərinə  mülkiyyətdən gəlirlər , mal  və  xidmətlərin  satışından  daxilolmalar  və  könüllü  
köçürmələr   daxildir.  
“ Büdcə  sistemi  haqqında ”  Azərbaycan  Respublikasının  qanununda  göstərildiyi  kimi  
büdcə  xərcləri  dövlətin   və  yerli özünüidarəetmə  orqanlarının  vəzifə  və  funksiyalarının  
yerinə  yetirilməsinə  yönəldilən pul  vəsaitidir. 
Dövlət  büdcəsinin  xərclər – dövlətin  pul vəsaiti  fondunun  yaradılması  və  onun sahə, 
məqsədli  və  ərazi  təyinatı  üzrə  istifadəsilə  əlaqədar   əmələ  gələn  iqtisadi  münasibətləri  
ifadə  edir.  
-
 
Təkrar    istehsal    prosesindəki    roluna    görə  -  maddi    istehsal    sahəsinin 
maliyyələşdirilməsi    və    qeyri  –  istehsal    sferasının    saxlanması    ilə    əlaqədar  olan  
xərclər ; 
-
 
Funksional  təyinatına  görə - xalq  təsərrüfatının, sosial – mədəni  tədbirlərin , ölkənin  
müdafiəsinin maliyyələşdirilməsi, idarəetmə  aparatının  saxlanması, hüquq – mühafizə  
KitabYurdu.az 
166



 
fəaliyyəti və  təhlükəsizliyin  təmin  edilməsi, əsaslı  tədqiqat, elmi – texniki  tərəqqiyə  
kömək  və  dövlət  borclarına  xidmət üzrə  xərclər. 
İqtisadi  məzmunundan  asılı  olaraq  büdcə  xərcləri  cari və  əsaslı  xərclərə  bölünür.  
 
Büdcə    xərclərinin    əsas    hissəsini  cari    xərclər təşkil    edir.  Cari    büdcə  xərcləri 
dövlət    hakimiyyəti  orqanlarının,  yerli    özünüidarəetmə      orqanlarının,  büdcə  
idarələrinin  cari  fəaliyyətini  təmin  etmək, habelə başqa  büdcələrə və  iqtisadiyyatın 
ayrı – ayrı  sahələrinə  dotasiya,  subsidiya  və  subvensiya, qrantlar   formasında  yardım  
etmək və  s. nəzərdə  tutulur.Cari  xərclərə  malların  ( işlərin  və  xidmətlərin  )  satın  
alınması  ,  əmək    haqqı,  əmək    haqqına    üstəlik    Dövlət    Sosial    Müdafiə    fonduna  
ayırmalar,  daxili    və  xarici    dövlət    borcları    üzrə    ödənişlər  və    əsaslı    xərclərə  aid  
edilməyən  digər  büdcə  xərcləri daxildir.  
Büdcənin    əsaslı    xərcləri  –  innovasiya      və    investisiya    fəaliyyətinin   
maliyyələşdirilməsinə  yönəldilir.  Bu  xərclərə  aşağıdakılar  daxildir :   
-
 
İnvestisiya   proqramına  əsasən  fəaliyyətdə  olan  və  ya yeni  yaradılan strukturalara  
investisiya  xərcləri 
-
 
Hüquqi    şəxslərə      investisiya    məqsədləri    üçün    büdcə    krediti    şəklində    verilən  
vəsaitlər ; 
-
 
Əsaslı  (  bərpa ) təmir  işləri  və geniş  təkrar  istehsalla  bağlı  digər  xərclər; 
-
 
Azərbaycan    Respublikasının    və    bələdiyyə    qurumlarının    mülkiyyəti    olan    əmlakın  
yaradılması  və  inkişafı ilə  əlaqədar  xərclər  
-
 
Azərbaycan  Respublikası  büdcə  xərclərinin   iqtisadi  təsnifatınauyğun  olaraq  əsaslı  
xərclərə  daxil olan  digər  xərclər 
 
Yerli    büdcələrin    gəlirləri  –  Azərbaycan      Respublikasının    qanunvericiliyinə    uyğun  
olaraq  əvəzsiz  olaraq  yerli  özünü  idarəetmə  orqanlarının   sərəncamına  daxil olan  pul  
vəsaitləridir.  
-
 
Yerli  büdcələrin  gəlirləri  aşağıdakı  mənbələr  hesabına  formalaşır : 
-
 
Yerli    vergilər    və    digər      ödənişlər  (    habelə    həmin  vergi    və    ödənişlərə  görə  
hesablanmış faiz  sanksiyaları ) , o cümlədən  bələdiyyələrin  öz  ərazisində  hasil  edilən  
təbii  ehtuyatların  istifadəsindən  haqq; 
-
 
Bələdiyyə  əmlakının  özəlləşdirilməsindən , icarəyə  veriklməsindən  daxil  olmalar. 
-
 
Yerli    pul  –  şeylotereyaların    keçiriıməsindən,  habelə    dövlət    və    bələdiyyə  qiymətli  
kağızlarından  əldə olunan  vəsait;  
-
 
Kurort, mehmanxana, avtomabil  dayanacağı  və s. əldə  olunan  gəlirlər
-
 
Bələdiyyə  ərazisində  reklamın  yerləşdirilməsi və  yayımından  alınan  haqq ; 
-
 
Dövlət  büdcəsindən  verilən  dotasiya, subvensiya, transfert  ödənişləri, habelə  dövlət 
əhəmiyyətli    tədbirlərin      və    dövlət    orqanlarının    qərarları  nəticəsində    yaranan  
xərclərin  ödənilməsi üçün  maliyyə  vəsaiti; 
-
 
Fiziki və  hüquqi  şəxslərin, beynəlxalq  təşkilatlaırn  və   fondalrın maliyyə  yardımları  
və  qrantlar ;  
KitabYurdu.az 
167


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə