Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   49   50   51   52   53   54   55   56   57


 
-
 
Mövcüd  qanuna  və  bələdiyyələrin  qərarına  uyğun  olaraq  yerli  büdcələrə keçirilən  
cərimələr  və s. daxilolmalar
-
 
Bələdiyyələrin  fəaliyyətindən  əldə  edilən digər gəlirlər ; 
Ümumi  şəkildə  yerli  büdcələrin  bütün  növ  gəlirlərini  aaşğıdakı  kimi qruplaşdırmaq  
olar: 
1.
 
 Vergilərdən  daxilolmalar
2.
 
Vergi  olmayan  gəlirlər ( yaxud  ödənişlər ) ; 
3.
 
əsaslı  gəlirlər ; 
4.
 
Rəsmi  qaydada  alınan  vəsaitlər
Yerli  vergilər    və    ödənişlər    ölkə    qanunlarına    uyğun    olaraq    yerli    özünüidarəetmə  
orqanları  tərəfindən  müəyyən  edilən  vegilərdir. 
Yerli    vergi    və    ödənişlər,  habelə    qeyri  –  vergi    tədiyyələri    yerli    büdcələrin  xüsusi  
gəlirlərini  təşkil  edir. Başqa  sözlə  yerli  büdcələrin  xüsusi  gəlirləri – ölkə qanunları ilə  
daimi    əsaslarla    onlara    tam    və  ya  qismən    təhkim  edilmiş    vergi    və    qeyri  –  vergi 
ödənişləridir. 
Yerli    büdcələrin    gəlirlərinin    əsas    hissəsi    yerli  vergilər    hesabına    formalaşır.
 
Azərbaycan    Respublikasının    vergi    məcəlləsinə    və  digər    qanunlara  uyğun    olaraq  
yerli   vergilərə  aşağıdakılar  aiddir ;  
-
 
Fiziki  şəxslərin  torpaq  vergisi
-
 
Fiziki  şəxslərin  əmlak  vergisi ; 
-
 
Yerli  əhəmiyyətli  tikinti  materialları  üzrə  mədən  vergisi
-
 
Bələdiyyə  mülkiyyətində  olan  müəssisə  təşkilatlardan  mənfəət  vergisi ; 
Yerli   büdcələrinn  xərcləri – yerli özünüidarəetmənin  vəzifə  və  funksiyalarının  maliyyə  
təminatına  yönəldilən  pul  vəsaitidir.  
Yerli  büdcələrin  xərcləri  yerli əhəmiyyətli  məsələlərin həlli  ilə, inzibati  rayonların  və  
şəhərlərin  iqtisadiyyatının  və  social  sferanın  idarəedilməsi və inkişafı  ilə əlaqədar  xərclərin  
maliyyələşdirilməsini  özündə  əks etdirir.    
Yerli  büdcələrin  xərcləri  aşağıdakı  istiqamətlərə  yönəldilir : 
-
 
Yerli özünüidarəetmə  orqanlarının  saxlanmasına ; 
-
 
Bələdiyyə  mülkiyyətinin  formalaşması, inkişafı  və  saxlanılmasına  ; 
-
 
Qeyri  –  istehsal    sahələrinin  (  təhsil,  səhiyyə,  mədəniyyət    və      kütləvi    informasiya, 
bədən  tərbiyəsi  və    bələdiyyə    mülkiyyətində    və    ya    yerli    özünüidarəetmənin  
tabeliyində  olan  digər  idarələr ) təşkili, saxlanılması və  inkişafına ; 
-
 
İctimai  qaydaların  mühafizəsi  üzrə  bələdiyyə  orqanlarının   saxlanıl – masına ;      
-
 
Bələdiyyələrin    mənzil  –  komunal    təsərrüfatının    təşkil    edilməsi  ,  inkişafı    və  
saxlanılmasına ; 
-
 
Bələdiyyə  yollarının  tikintisinə  və  saxlanmasına ; 
-
 
Bələdiyyə  ərazisində  ətraf  mühitin  mühafizəsinə 
-
 
Bələdiyyə  borclarının  ödənilməsinə ; 
KitabYurdu.az 
168



 
-
 
Sənaye,  tikinti,  kənd    təsərrüfatı,  avtomobil    və    su  (  çay  )  nəqliyyatı,  rabitə    və  yol 
təsərrüfatı  sahələrinə  və  metropolitenə  dövlət  yardımına; 
-
 
Elektrik    və    istilik    enerjisi,  qaz,  nəqliyyat,su  və    kanalizasiya  təsərrüfatı  sahələrinin  
itgiləri  üzrə  ödənişlər
-
 
Mülki    müdafiə    obyektlərinin    saxlanılması    və    yanğın    təhlükəsizliyinin    qarşısının  
alınmasına ; 
-
 
Yerli  əhəmiyyətli  məsələlərə  aid  edilən  digər xərclərə; 
Büdcənin  xərcləri  iqtisadi  cəhətdən aşağıdakı  kimi  qruplaşdırılır : 
1.
 
Cari  xərclər 
2.
 
Əsaslı  xərclər 
3.
 
Kreditlərin  verilməsi 
 “  Büdcə    sistemi    haqqında  ”    Azərbaycan    Respublikasının    32  –  ci  maddəsinə    əsasən  
dövlətin  yerli büdcələrə  maliyyə  köməyi  aşağıdakı  yollarla  həyata  keçirilir : 
-
 
İnvestisiya  mühitin  yaxşılaşdırmaq  və  səmərəli  iqtisadi  siyasət  həyata  keçirməklə  
istehsal  və  xidmət  sahələrinin  inkişafına  şərait  yaratmaq ; 
-
 
Yerli  sosial  –  iqtisadi    inkişaf      proqramlarını    yerli    büdcələrin    vəsaiti    hesabına  
maliyyələşdirmək    mümükün  olmadıqda,  dövlət    büdcəsinin    dotasiya,  subvensiya  
ayırmaq.  Dotasiya  –  Dövlət    büdcəsindən    bələdiyyələrə    büdcə    tənzimlənməsi  
qaydasında   əvəzsiz  verilən  vəsaitdir. Subvensiyalar – konkret  məqsədlər  və  müvafiq  
bələdiyyə      ərazisində    sosial  –  iqtisadi    inkişafı    tarazlaşdırmaq    üçün      proqramların  
həyata    keçirilməsi    məqsədilə      dövlət    büdcəsindən    ayrılan    pul    vəsaitləridir. 
Subvensiyalar    məqsədli    təyinatına    görə    istifadə      edilmədikdə    həmin    vəsaitlər  
müvafiq  dövlət  orqanlarına  qaytarılır. Dövlət  orqanları  bələdiyyələrin  həmin vəsaiti  
düzgün    xərclənməsinə    nəzarət    edir.  Subvensiyaların    icra    müddəti    başa  çatdıqdan  
sonra    bələdiyyələr  subvensiya    ayıran    dövlət    orqanlarına    vəsaitin    xərclənməsi  və  
görülən  işlər  barədə  hesabat  verirlər. 
Dotasiya    və    subvensiyalardan    başqa    büdcələrin    gəlirlərini    tənzimləmək    üçün  
subsidiyadan  da  istifadə  edilir.  
Subsidiya  ( yardım, müdafiə ) – dövlət  büdcəsindən  və  ya  xüsusi  fondlardan   AR – 
nın  büdcə  sisteminin  digər  həlqələrinə  və  ya  hüquqi  şəxslərə  əvəzsiz  verilən  maliyyə  
vəsaitidir.  
Büdcə    ssudası  –  dövlət    büdcəsindən    Naxçıvan    Muxtar    Respublikasının  büdcəsinə  
yerli    büdcələrə    və    hüquqi    şəxslərə    yerli    büdcələrdən    bələdiyyə    təşkilatlarına  
qaytarılmaq  şərti  ilə  il  ərzində  müəyyən  müddətə  verilən  maliyyə  vəsaitidir.  
Büdcə    krediti    büdcələr    tərəfindən    büdcə    siteminin    digər    büdcələrinə,  hüquqi  
şəxslərə  (  dövlət    və    bələdiyyə    idarələrindən    başqa  ),  xarici  dövlətlərə,  xarici    hüquqi  
şəxslərə  qaytarılmaq  və  haqqı  ödənilmək  əsaslarla   verilən  pul  vəsaitidir.           
KitabYurdu.az 
169


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə