Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Mövzu 16.  Büdcənin  icrasının təşkili



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə55/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   49   50   51   52   53   54   55   56   57


 
Mövzu 16.  Büdcənin  icrasının təşkili. 
Plan : 
1.
 
Büdcənin  icra  edilməsi. 
2.
 
Gəlirlər  və  xərclər  üzrə  büdcənin  icrasının  təşkili. 
3.
 
Xərclər  üzrə  büdcəsinin icrasının  mərhələləri. 
4.
 
Dövlət  büdcəsinin  kassa  icrası . 
5.
 
Büdcə  uçotu  və  hesabatı. 
6.
 
Büdcənin  icrasında  xəzinədarlığın rolu. 
7.
 
Dövlət  büdcəsinin  icrasına  nəzarət. 
8.
 
Büdcənin  icrasının  təşkili. Büdcə  kəsiri. 
Ədəbiyyat 
1.
 
Azərbaycan    Respublikası    regionlarının    2009  –  2013  –  cü  illərdə    sosial  –  iqtisadi  
inkişafı  Dövlət  proqramı. 
2.
 
“ Büdcə  sistemi haqqında “ Azərbaycan  Respublikasının  Qanunu. 2002. 
3.
 
 E.Ş.Bədəlov, R.B. Məhərrəmov, F.Ə.Qurbanov – Büdcə  sistemi. Bakı  2003    
4.
 
N.A. Novruzov, X.Ə. Hüseynov   Maliyyə                                       Bakı 2007 
5.
 
N.A.Novruzov, E.Ə.İbrahimov   Büdcə  sistemi  Bakı  2012 
                      
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
170



 
Büdcənin    icra    edilməsi  –  büdcə  vəsaitlərinin    yığılması    və    istifadəsi    üzrə  
büdcə  prosesinin  mühüm  mərhələsidir. Bu icra  prosesində  icra  hakimiyyəti  orqanları 
,  maliyyə    və    vergi    orqanları,  kredit    təşkilatları,  hüquqi  və    fiziki    şəxslər  –  vergi 
ödəyiciləri  və  büdcə  vəsaiti  alanlar  iştirak  edirlər. 
Azərbaycan  Respublikasında  büdcələrin  xəzinədarlıq vasitəsilə  icra  edilməsi  
müəyyənləşdirilmişdir.  İcra  hakimiyyəti    orqanları  orqanlarına    büdcələrin  icrasının  
təşkili  və    icra  edilməsi  ,  büdcə    hesablarının    və    büdcə    vəsaitlərinin  idarə    edilməsi  
həvalə  edilir. Göstərilən  orqanlar  büdcə  vəsaitlərini alanların  və  bütün sərəncamların  
xəzinədarları  sayılırlar  və büdcə idarələrinin tapşırığı  ilə və  adından  büdcə  vəsaitləri 
tədiyyələri  həyata  keçirirlər.  
Büdcənin    icrası    xəzinənin    vahidliyi    prinsipinə    əsaslanır.    Bu  prinsip  daxil 
olan gəlirlərin və büdcə   kəsirinin    maliyyələşdirilməsi   mənbələrindən  daxil olmaların  
vahid  büdcə  hesabına  götürülməsini  və  nəzərdə  tutulan  bütün  xərclərin  vahid  büdcə  
hesabından  həyata  keçirilməsini  nəzərdə  tutur.  
Azərbaycan  Respublikası  büdcə  sisteminin  bütün   səviyyəli  büdcələri vahid  
xəzinə  prinsipi  əsasında icra  edilir. 
Xərclər  üzrə    büdcənin    icrası    xərclər  siyahısı    üzrə    nəzərdə    tutulmuş 
tədbirlərin  maliyyələşdirilməsinin  təmin  edilməsi  deməkdir  və  bir neçə mərhələdən  
ibarətdir :  
1.
 
 Büdcə  bölgüsünün  tərtibi, təsdiqi  və  büdcə  vəsaitlərinin  sərəmçılara  çatdırılması. 
Azərbaycan  Respublikası  büdcə  sisteminin  bütün  səviyyəli  büdcələrinin  icra  
edilməsini müvəkkil  icra  orqanları  büdcə  bölgüsü  əsasında  həyata  keçirirlər.  
Büdcə  bölgüsü  üzrə  büdcə  vəsaitlərinin  baş  sərəncamçıları  tərəfindən rüblərə  
bölünməklə    Azərbaycan    Respublikası    büdcə      xassələrinin    funksional    və    iqtisadi  
təsnifatına  uyğun   təsdiq  edilmiş  büdcə  əsasında  sərəncamçılar  və  büdcədən   vəsait  
alanlar  üzrə  tərtib  edilir və  büdcənin tərtibinə məsul olan  icra hakimiyyəti  orqanına  
təqdim  edilir.  
2.
 
 Büdcə  öhdəliklərinin  limitləri  haqqında  bildirişlərin  təsdiqi və onun  sərəmcamçılara  
və  büdcə  vəsaiti   alanlara  çatdırılması. 
Büdcə  öhdəliyi – büdcəni  icra  edən  orqanın  büdcə  haqqında qanuna və icmal 
büdcə  bölgüsünə  uyğun  yaranan , müəyyən  edilmiş  müddət  ərzində  müvafiq  büdcə  
vəsaitlərinin xərclənməsini  həyata  keçirmək  üzrə  borcudur. 
Büdcə  öhdəlikləri limiti – büdcəni   icra edən  orqanın  büdcə  haqqında  qanuna 
və  icmal  büdcə  bölgüsünə  uyğun yaranan , müəyyən edilmiş  müddət ərzində  müvafiq  
büdcə  vəsaitlərinin  xərclənməsini həyata  keçirmək  üzrə borcudur.  
Büdcə  öhdəlikləri  limiti – büdcəni  icra  edən  orqan tərəfindən  sərəmcam – çılar  
və  büdcədən  vəsait  alanlar  üçün üç ay müddətinə müəyyən  edilən və  təsdiq  edilən 
büdcə  öhdəliklərinin   həcmidir.  
KitabYurdu.az 
171



 
Sərəncamçılar    və  büdcədən    vəsait    alanlar    üçün  büdcə  öhdəlikləri  limitləri 
büdcəni  icra  edən  orqan  tərəfindən  baş  sərəncamçılar  tərəfindən    təsdiq  edilən  büdcə  
vəsaitlərinin    bölgüsünün  lahiyələri    əsasında  təsdiq    edilir.Büdcə  öhdəlikləri  limitləri 
büdcəni  icra    edən  orqan    tərəfindən    onların  qüvvədə  olduğu  müddət  başlanana  qədər 
bütün  sərəncamçılara və büdcədən vəsait alanlara çatdırılır. 
3.
 
 Büdcə təxsisatları haqqında bildirişlərin təsdiqi, oun  sərəncamçılara  və büdcə  vəsaitləri  
alanlara  çatdırılması ; 
Büdcə  təsisatları haqqında  bildirş aldıqdan sonra büdcə idarəsi müəyyən olunmuş 
formada  gəlirlər    və    xərclər    smetasını  tərtib    və    təsdiq  olunmaq  üçün  yuxarı  büdcə  
vəsaitləri sərəncamçılarına   təqdim  etməlidirlər.  
Büdcə   vəsaitlərinin  baş sərəncamçıları  sayılan büdcə idarəsinin gəlir  və  xərclər  
smetası həmin  sərəncamçı tərəfindən  təsdiq  edilir. 
Büdcə  idarəsinin  gəlirlər  və xərclər smetası təsdiq edilən  gündən sonra bir iş günü  
ərzində büdcə  idarəsi  tərəfindən  büdcəni icra edən orqana vrilir. 
4.
 
 Büdcədən  vəsait alanların xəzinə öhdəliklərinin qəbul edilməsi ; 
Büdcə  vəsaitlərini alanlar  onlara  çatdırılmış  büdcə öhdəlikləri  limitləri  gəlirlər  
və    xərclər    smetaları    hüdudunda    xərclərin    həyata    keçirilməsi  ,  xərclərin    və  
tədiyyələrin  aparılması    üçün  lazım  olan    tədiyyə    və    digər    sənədlərin  tərtib  edilməsi 
yolu  ilə tədiyyələrin  həyata  keçirilməsi üzrə xəzinə  öhdəliyi  qəbul  edirlər. 
Ödəmə  sənədlərinin  formalarını  Azərbaycan   Respublikası  Maliyyə  Nazirliyi  
Mərkəzi   Bankla  raqzılaşdırmaqla  təsdiq  edir. 
5.
 
 Xəzinə  öhdəliklərinin  icra edilməsinin  təsdiqi ; 
Büdcəni  icra edən   orqan xərclərin icra edilməsi üçün  lazım olam   ödəmə  və  xərcləri  
büdcə  idarəsinin təsdiq  edilmiş  gəlirlər  və  xərclər  smetasının  və  büdcə   limtlərinin  
tələblərinə  uyğunluğunu   yoxladıqdan  sonra  büdcə  vəsaitlərinin  xərclənməsini  aparır. 
Təqdim  edilən  sənədlərin  siyahısı  və  formaları  icra  hakimiyyəti orqanının  hüquqi  
aktı ilə təsdiq  edilir. 
   
Büdcəni
      icra    edən    orqan        xəzinə    ohdəliklərinin      icrasını    qəbul    edilməsindən   
aşağıdakı  hallarda  imtina  edə  bilər : 
-
 
Qəbul  edilmiş   xəzinə   öhdəlikləri    tələblərə   cavab  vermədiyi   zaman;   
 
 
-
 
Qəbul   edilmiş   xəzinə   öhdəliklərinin  büdcə  haqqında   qanuna,  çatdırılmış  büdcə  
təxsisatlarına  və  büdcə  öhdəlikləri limitlərinə  uyğun gəlmədiyi  zaman ; 
-
 
Qəbul   edilmiş  büdcə  öhdəliklərinin  büdcə  idarəsinin   təsdiq   edilmiş   gəlirlər  və  
xərclər  smetasına  uyğun  gəlmədiyi  zaman. 
-
 
Xərclərin   blokirovkası   zamanı . 
Xərclənmiş  büdcə  vəsaitlərinin  həcmi  təsdiq  edilmiş xəzinə  öhdəliklərinin  həcminə  
uyğun  olmalıdır. 
KitabYurdu.az 
172


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə