Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə56/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   49   50   51   52   53   54   55   56   57


 
  Dövlət  büdcəsinin  icrası  prosesində  zərurət  yarandıqda  müvafiq   icra  hakimiyyəti  
orqanları  büdcə  təsnifatına  uyğun  olaraq  təsdiq  edilmiş  xərc  maddələri  həddində  
dəyişiklik  apara  bilər.  
  Büdcə        xərclərinin    blokirovkası  .    –  büdcə    təxsisatları    ilə  müqayisədə    büdcə  
öhdəlikləri    limitlərinin    ixtisar    edilməsi    və  ya    müəyyən    olunmuş    şərtlər  yerinə  
yetirilmədikdə    qəbul    edilmiş  büdcə    öhdəliklərinin    təsdiq    edilməsindən    imtina  
etməkdən  ibarətdir.  
  Büdcə    xərclərinin    blokirovkası    həmçinin  büdcəni  icra    edən  orqan    tərəfindən    və  
dövlət    maliyyə    nəzarətini    həyata    keçirən    orqan    tərəfindən    büdcə    vəsaitlərinin   
məqsədsiz  istifadəsi  faktı  aşkar  edildikdə  həyata keçirilir. 
  Büdcə   xərclərinin  blokirovkası  büdcənin  icrasının  hər  hansı   mərhələsində  maliyyə 
orqanının  rəhbərinin  qərarı  ilə  həyata  keçirilir.  
Blokirovka   aşağıdakı  xərclərə  aid edilə  bilər  : 
-
 
Büdcə  haqqında  qanun  ilə müəyyən edilən  büdcə  xərcləri ; 
-
 
Məqsədsiz  istifadə  faktları  aşkar  olunan  büdcə  xərcləri . 
Dövlət    büdcəsinin    xəzinə    icrası    zamanı  daxil  olmaların    qeydiyyatı,  qəbul    edilmiş 
büdcə    öhdəliklərinin      həcminin    və      müddətlərinin    nizamlanması,  ayrılan    büdcə  
öhdəlikləri    limitləri    çərçivəsində    xərclərin    həyata    keçirilməsi    hüququna  yazılı  
icazələrin    aparılaması,  dövlət    büdcəsinin    vəsaitinin    alanlar    adından    tədiyyələrin  
həyata  keçirilməsi  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  yanında  Baş  Dövlət  
Xəzinədarlığına  həvalə  edilir. 
  Xəzinədarlığın  büdcə  prosesindəki  funksiyaları  aşağıdakılardan ibarətdir : 
-
 
Baş  Dövlət  Xəzinədarlığının  hesabları üzrə  əməliyyatları  həyata  keçirir  və  onların 
uçotunu  təşkil  edir 
-
 
Xəzinədarlığın    cari  hesabları  ilə    tranzit  hesabları  arasında  hesablaşmaların    həyata  
keçirilməsini  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  ilə  razılaşdırılmış  qaydada  
tənzimləyir ;      
-
 
Müəyyən  olunmuş  qaydada    mərkəzləşdirilmiş  xərclərin  ,  o  cümlədən    məqsədli  büdcə 
fondlarının  xərclərinin  icrasını  təmin edir. 
-
 
Dövlət  büdcəsi ilə digər  büdcələrin qarşılıqlı  əlaqələrinin  nizamlanmasını  və  qarşılıqlı  
hesablaşmaları    həyata  keçirir  ,  o  cümlədən    müvafiq    ilin    dövlət  büdcəsinə    riayət  
olunmaqla  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  qaydada  
və  hədlərdə  dövlət  büdcəsindən  ssuda ( borc )  verir.  
-
 
Baş    Dövlət    Xəzinədarlığı    ilə    yerli  xəzinədarlıq    orqanları      arasında    hərəkət    edən 
maliyyə  resurslarının  və  pul  vəsaitlərinin   dövri  üzləşdirilməsini  həyata  keçirir; 
-
 
Dövlət    büdcəsindən  ayrılan    vəsaitlərdən  təyinatı    üzrə    istifadə    olunmasına  ;  büdcə  
təşkilatlarının    büdcədənkənar    vəsaitlərinin    maliyyə  orqanları  ilə  razılaşdırılmış  
qaydada  təsdiq  edilimiş  smetaya  uyğun  istifadəsinə  ümumi nəzarət  edir ; 
KitabYurdu.az 
173



 
-
 
Büdcə  və büdcədənkənar  ( o cümlədən məqsədli  büdcə  fondları ) gəlir  və  xərclərin 
icrasına  dair    hesabat  məlumatlarının    müvafiq    büdcə    təşkilatları  ilə  dövr  
üzləşdirilməsini həyata  keçirir ; 
-
 
Büdcə  və  büdcədənkənar  ( o cümlədən  məqsədli büdcə  fondları ) gəlirlərin  tədiyyə  
növləri kassa  icrasının, xərclərin isə büdcə  təşkilatları üzrə kassa   və  faktiki icrasının  
uçotuna aparır .     
-
 
Müəyyən  olunmuş  qaydada dotasiyaların verilməsini  təmin edir
-
 
Büdcənin    icrasında  yaranmış  gərginliyi  aradan    qaldırmaq  üçün  “  Büdcə  sistemi 
haqqında  ”,  Azərbaycan  Respublikası    Qanunu  ilə  müəyyən  edilmiş  daxili    və    xarici 
maliyyələşdirilmiş mənbələrindən istifadə  edir. 
Gəlirlər üzrə, dövlət büdcəsinin kassa icrası  aşağıdakıları  nəzərdə  tutur :   
-
 
Dövlət büdcəsi gəlirlərinin  dövlət  büdcəsinin vahid hesabına  köçürülməsini ; 
-
 
Təsdiq    edilmiş  dövlət    büdcəsinə  uyğun    olaraq    tənzimləyici  vergilərin  
bölüşdürülməsini; 
-
 
Artıq    ödənilmiş  vergilərin,  daxilolmaların  ,  maliyyə  sanksiyalarının  və    faizlərin  vergi  
ödəyicisinə qaytarılması ; 
-
 
Artıq    ödənilmiş  vergilərin,  rusumların  ,  faizlərin    və  maliyyə  sanksiyalarının  vergi 
ödəyicilərinə  qaytarılması ;   
-
 
  Azərbaycan  Respublikasının    büdcə  təsnifatına    uyğun    olaraq  dövlət    büdcəsi 
gəlirlərinin uçotu və  dövlət  büdcəsinin  gəirləri  haqqında  hesabatın  verilməsi. 
Dövlət    büdcəsi      xərclərinin    icrası    bu    xərclərin    sanksiyalaşdırılmasına    aşağı  – 
dakılar  daxildir 
-
 
Dövlət  büdcəsi    vəsaitləri    sərəncamlarına    və    büdcə    vəsaiti  alanlara    büdcə  
təxsisatlarının təsdiq  edilməsi  və  catdırılması ; 
-
 
Dövlət    büdcəsi    sərəncamçılarına  və    vəsait  alanlara    büdcə    öhdəlikləri    limitlərinin 
təsdiq  edilməsi   və çatdırılması ; 
-
 
Dövlət  büdcəsinin  pul  öhdəliklərinin  təsdiq  edilməsi ; 
Dövlət    büdcəsi  xərclərinin  sanksiyalaşdırılmasının  qaydalarını    Azərbaycan  
Respublikası  Maliyyə  Nazirliyi  müəyyən edir.  
Dövlət    büdcəsi    xərclərinin    maliyyələşdirilməsi    üzrə  aparılan    əməliyyatlar 
aşğıdakıları  özündə  əks  etdirir:  
-
 
Ödəməni  həyata keçirmək  üçün  icazə  ( sərəncam ) ; 
-
 
Ödəmənin  həyata keçirilməsi 
Baş  dövlət  Xəzinədarlığı  dövlət  büdcəsinə daxil  olan  gəlirlərin  və  dövlət  büdcəsi  
kəsirinin    maliyyələşdirilməsi    mənbələrindən  daxil  olmaları,  həmçinin  dövlət    büdcəsi 
xərclərinin sanksiyalaşdırılması və  maliyyələşdirilməsi  ilə əlaqədar bütün  əməliyyatları  
Baş  Xəzinə  kitabında  qeydiyyatdan keçirir.  
KitabYurdu.az 
174


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə