Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə57/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   49   50   51   52   53   54   55   56   57


 
Dövlət  xəzinədarlığı  dövlət  büdcəsi  vəsaitləri  alanların  icmal  reyestrini  aparır. 
Dövlət    büdcəsi    vəsaitləri  alanların    qeydiyyatını  və    uçotu    qaydasını    Azərbaycan  
Respublikası  Maliyyə  Nazirliyi  müəyyən edir.  
Baş  Xəzinə  kitabı  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  tərəfindən  təsdiq  
edilən hesablar  planı  əsasında  aparılır.  
Baş    xəzinə  kitabında    yazılışlar  dövlət    büdcəsinin    icra    edilməsi    prosesində  
aparılan  müvafiq  əməliyyatların  faktı  üzrə  həyata  keçirilir.  
Baş  Xəzinə  kitabının  məlumatları  dövlət  büdcəsinin  icrası  haqqında  hesabatın  
formalaşması  üçün  əsas sayılır.  
Büdcə    uçotu  və    hesabatı  .    Büdcənin    bütün    gəlirləri    büdcə    kəsirinin 
maliyyələşdirilməsi  mənbələri, büdcənin xərcləri  ,həmçinin büdcənin  icrası  prosesində  
həyata    keçirilən    əməliyyatlar  vahid  heablar  planına    əsaslanmaqla    büdcə    uçotuna 
alınır. 
Dövlət  büdcəsinin    bütün    gəlirləri,  dövlət    büdcəsi  kəsirinin    maliyyələşmə 
mənbələrindən    daxilolmalar,  dövlət    büdcəsinin    xərcləri,  dövlət    büdcəsinin    kəsiri, 
dövlət    büdcəsinin    artıqlığı,  həmçinin  dövlət    büdcəsinin    vəsaitləri  ilə  bütün 
əməliyyatlar    Azərbaycan    Respublikası    Maliyyə    Nazirliyi    yanında    Baş  Dövlət  
Xəzinədarlığı  tərəfindən  müvafiq  uçot  reqistrlərində  əks etdirilir. 
Büdcənin  icra  edilməsi barədə  hesabat operativ, rüblük, yarımillik   və  illik tərtib  
edilir. Büdcənin  icrası  haqqında  hesabatın yığılması, icmallaşdırılması, tərtib  edilməsi  
və  təqdim  edilməsi  müvəkkil  icra  hakimiyyəti  orqanı tərəfindən həyata  keçirilir. 
Bödcənin  icra    edilməsi    barədə    hesabatın    vahid  metodologiyasını    Azərbaycan 
Respublikasının  höküməti  müəyyən  edir  və  təsdiq  edir.  
Azərbaycan  Respublikasının  Perzdenti  və  ya  onun  tapşırığına  əsasən Azərbaycan  
Respublikasının    höküməti    dövlət  büdcəsinin    icrası    haqqında    rüblük    və    illik  
hesabatları    Milli    Məclisə    təqdim    edir.  Bu  Hesabatların    bir    nüsxəsi    Azərbaycan  
Respublikasının  Hesablama  Palatasına  təqdim edilir.  
Bələdiyyələr  yerli  büdcələrin    icra    edilməsi    barədə    məlumatı  müəyyən    olunmuş 
qaydada  Dövlət  Statistika  komitəsinə təqdim  edirlər.  
Dövlət    büdcəsinin    kassa    icrası    dekabrın    31  –  də    başa  çatır    və    büdcə 
öhdəliklərinin    limitləri    öz    qüvvəsini    itirir.    Dekabrın    31  –  dək    Azərbaycan  
Respublikası  Maliyyə  Nazirliyi  təsdiq  edilmiş  büdcə  öhdəliklərini  ödəməlidir.  
Başa    çatmış    ildə    qəbul  edilmiş    büdcə    öhdəlikləri    üzrə    əməliyyatlar  başa  
çatdırıldıqdan  sonra  dövlət  büdcəsinin vahid  hesabında olan  vəsait  qalığı  daxil  olan 
maliyyə  ilinin  dövlət  büdcəsinin  gəlirlərində  vəsait  qalığı kimi uçota alınır. 
“  Büdcə    sistemi    haqqında  ”    Azərbaycan      Respublikası    Qanununun    20  –  ci 
maddəsində  nəzərdə   tutulduğu  kimi, Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  
icrası  barədə  illik  hesabat və  müvafiq  qanun  lahiyəsi növbəti  ilin may  ayının  15 – 
KitabYurdu.az 
175



 
dən  gec  olmayaraq  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən təsdiq  olunmaq  üçün  
Azərbaycan  Respublikasının  Milli  məclisinə  təqdim olunur. 
Azərbaycan    Respublikasının    Milli    Məclisi    təqdim  olunmuş    sənədləri    müzakirə 
edir  və  müvafiq  hesabat  ili  üzrə   dövlət  büdcəsinin  icrası  barədə  qanunu  təsdiq  
edir.  
Büdcənin    icrasında    dövlət    xəzinədarlığının    rolu.    Xəzinə    və    dövlət  
xəzinədarlığı  ayrı – ayrı  ölkələrin iqtisadiyyatının  inkişaf  yolundan  asılı olaraq  tətbiq 
edilmiş    və    formalaşmışdır.  Xəzinədarlıq    öz  inkişaf    dövründən  asılı  olaraq    müxtəlif  
funksiyaları  yerinə  yetirib. Belə ki, xəzinədarlıq  əvvəllər   dövlətin  qızıl ehtiyatlarının , 
qiymətli  daş    və  metalların  ,  həmçinin      kənd    təsərrüfatı    məhsullarının  ehtiyat  kimi  
qorunub  saxlanması  və  onların  hesabının aparılmasında başlıca  rol  oynayır. Müəyyən 
dövr  keçdikdən  sonra  xəzinədarlıq  dövlət  səviyyəsində  inkişaf  etmiş  və  dövlətin  
maliyyə  resurslarının  idarə  olunmasına  tətbiq  olunmuşdur.  
Hazırda  xəzinədarlıq  dövlətin  mərkəzləşdirilmiş  vəsaitlərinin  istifadəsində  özünün  
müəyyən    inkişaf    yolunu    keçmış    və    bir    çox    dövlətlər    tərəfindən    maəliyyə  
resurslarının    idarə    olunmasında    başlıca    alətlərdən  biri    kimi  istifadə    olunur.  
Müstəqillik  qazanmış  respublikamızda  beynəlxalq  maliyyə  institutları  tərəfindən  bu  
sistemin  tətbiq  olunması  tövsiyə  olunmuş  və  müvafiq  işlər  görülmüşdür.  
Tarixən    respublikamızda    maliyyə    vəsaitlərinin  idarə    olunması    məzkəzləşdirilmiş  
formada    aparılmış,  yəni    dövlət    büdcəsinin  gəlirlərinin    formalaşdırılması,  onların  
uçotu, büdcə  və  onlara  nəzarət  yuxarı  orqanlar  tərəfindən həyata  keçirilmişdir.  
Respublikamızda  müstəqillik  əldə etdikdən  sonra  iqtisadiyyatda  aparılan islahatlar  
maliyyə    sistemindən    də    yan  keçməmişdir.  Beynəlxalq      maliyyə      institutlarının  
köməyi  ilə  iqtisadi    imkanlar    təhlil    edilməklə    onların  idarəetmə    strukturlarnda    da 
əsaslı  dəyişikliklərin  aparılmasının  zəruriliyi  sübut  edilmişdir. Bu  baxımdan  dövlət  
büdcəsinin    layihəsini  və    icrasını    tənzimləyən    “  Dövlət    büdcəsi    haqqında  ”  
Azərbaycan    Respublikasının      Qaununun      qəbul    edilməsi,  Dövlət    büdcəsinin 
təsnifatının   təkmilləşdirilməsi , dövlət  büdcəsinin  gəlir   və  xərclərinin  makroiqtisadi  
göstəricilərə    müvafiq    proqnozlaşdırılması  ,  vergi    odəyicilərinin    vergi    yükünün  
azaldılması  ,  vergi    məcəlləsinin      və    “  Dövlət    rusumu    haqqında  ”    Qanunun    qəbul  
edilməsi  və  tətbiqi ,  “ Büdcə sistemi  haqqında ”   Qanunun  yeni  variantda   işlənib  
hazırlanması , büdcənin  kassa  icrasını  həyata  keçirən  yeni  strukturun , xəzinədarlıq  
sisteminin  tətbiq  edilməsi və  buna  uyğun  olaraq  normativ  sənədlərdə  dəyişikliklər   
və  onların yeni  məzmunda hazırlanması  aparılan  islahatların  bariz  nümunəsidir.  
Respublika      Prezdentinin    4  oktyabr    1995  –  ci  il    tarixli    “  Azərbaycanda    dövlət 
xəzinədarlığının  yaradılması    haqqında    ”    Fərmanı  ilə    Respublikamızda    Dövlət  
xəzinədarlığının    yaranmasının      hüquqi    bazası    və    bünövrəsi    qoyulmuşdur. 
Xəzinədarlığa  keçid    mürəkkəb  bir  sistem    olduğu  üçün    mərhələli    xarakter    daşıyırdı. 
İlkin  mərhələ  xəzinədarlığa  keçidin  birinci  və  ən maraqlı  mərhələsi  sayılır.                 
KitabYurdu.az 
176



 
Xəzinədarlığa  keçidin  birinci   mərhələsində  büdcə  təşkilatlarının   bank  hesabları   
mövcud  banklarda  saxlanılmışdı  və əməliyyatlar  həmin  banklarda  aparılırdı. Lakin 
onlar    tərəfindən    aparılan    bütün    bank    əməliyyatları    mərkəzi    və  yerli    maliyyə  
orqanlarında    qeydiyyata    düşdükdən,  yəni    təsdiq    olunduqdan  sonra    bank  
əməliyyatlarının    aparılmasına    icazə    verilirdi.  Xərclərin    aparılması    üçün    sənədlərlə  
yanaşı  büdcə  təşkilatları  maliyyə  orqanlarına  sifariş təqdim  edirdi. Bununla  yanaşı  
maliyyə  orqanlarında  gəlirlərin  və  xərclərin uçotu  aparılırdı. Qeyd etmək  lazımdır ki,  
maliyyə  orqanları  ancaq  büdcədən  açılmış  vəsaitlərinin  hərəkətinə  nəzarət  edirdi və 
onların  uçotunu  aparırdı. Büdcə  təşkilatlarının rəhbərləri  bu  sistemin  tətbiqini  qəbul  
etmək  istəmirdilər.  Buna    görə    də    bu    mərhələdə    bir    sıra    çətinliklər    yaranmışdı. 
Bunun    başlıca    səbəbi    Dövlət    xəzinədarlığı    barədə    məlumatların    az  olması,  daha  
doğrusu    büdcə    təşkilatlarının    rəhbərlərinin    məlumatlarının    olmaması  idi.  Digər  
tərəfdən  isə,  büdcə  təşkilatlarının rəhbərləri  vəsaitlərin  xərclənməsi  sahəsində  olan  
hüquqlarını    itirmək    istəmirdilər.  Bütün      bu    çətinliklərə    baxmayaraq      maliyyə  
içşilərinin  yüksək  səyi  nəticəsində   xəzinədarlığın  birinci  mərhələsi   izahat  işləri  
aparılmaqla  müvəffəqiyyətlə  həyata  keçirməyə  başladı.  
Dövlət  maliyyəsinin  tərkib  hissəsi  kimi  Dövlət  xəzinədarlığı  aşağıdakı əməliyyatları  
yerinə  yetirir : 
1.
 
Dövlət  büdcəsinin  vəsaitlərinin optimal  idarə  edilməsi ; 
2.
 
Maliyyə  nəzarətinin tərkib  hissəsi  kimi dövlət  büdcəsinin  vəsaitinin  xərclənməsində  
əvvəlcədən  nəzarətin   həyata  keçirilməsi ; 
3.
 
Dövlət  büdcəsində  mərkəzləşdirilmiş  vəsaitlərin  yenidən  bölgüsünün   təmin  edilməsi 

4.
 
Dövlət  büdcəsinin  icrasında  vahid  uçotun  təhlil edilməsi. 
Xəzinədarlığa    hazırlıq    mərhələsindən    sonra    Azərbaycan    Respublikası    Prezdentinin  
16  may    1997  –  ci  il  tarixli    “  Azərbaycanda      Dövlət    xəzinədarlığının  fəaliyyətinin 
tənzimlənməsi  haqqında    ”    Sərəncamı    ilə    dövlət    büdcəsinin    icrasına    rəsmi    dövlət  
xəzinədarlığının tətbiqi  başlandı.  
  Dövlət    xəzinədarlığının    ikinci    yəni    ən    məsuliyyətli    və    çətin    mərhələsi        1  iyun  
1997  –  ci  il    tarixindən    başlandı.  Bu    mərhələ    xəzinədarlığın    birinci    mərhələsindən  
əsaslı  sürətdə    fərqlənirdi.  Belə  ki,  xəzinədarlığın    bu    mərhələsində    bütün    büdcə  
təşkilatlarının  bank  hesabları  bağlanılmış, həmin  heasblarda  olan  qalıqlar  ərazi  üzrə 
yeni    açılmış    xəzinədarlıq    oqanlarının    tranzit    hesablarına    köçürülmüşdür.  Maliyyə  
orqanlarının    strukturunda    müvafiq    dəyişikliklər    aparılaraq  onların    tabeçiliyində   
xəzinədarlığın  funksiyalarını  həyata  keçirən  şöbələr  yaradıldı. Bununla  xəzinədarlığa  
keçidin  ikinci  mərhələsi  başlandı. Bu  mərhələdə  büdcə   təşkilatlarının, rayon ( şəhər ) 
və    ya    mərkəzi    büdcədən    maliyyələşdirilməsi    tamamilə    yeniləşdirilmiş  ,dövlət  
büdcəsinin  gəlirlərinin uçotu  banklardan  alınaraq  xəzinə  orqanlaına   həvalə  edilmiş, 
yeni    seçilmiş    Agent  –  Banklarda    dövlət    gəlirlərinin    büdcəyə    daxil    olmasının  
KitabYurdu.az 
177



 
operativliyi  təmin  olunmuş  və  həmin bankların  tranzit  hesablarında  hər  gün  üzrə  
olan    vəsaitlərin    mərkəzi    xəzinəyə  köçürülməsi    təmin    edilmişdir.  Mərkəzi    və    yerli  
xəzinədarlıq orqanları  öz  növbəsində açılmış  vəsaitləri  xərc   maddələri  üzrə  həmin  
təşkilatların  xəzinə  hesab kitablarına  kredit resursu kimi daxil edirlər.Hər  bir təşkilat 
üzrə  açılmış    kitablarda    onların    büdcə    ili  üzrə  təsdiq    olunmuş    smetalarının  
göstəriciləri    əks  olunur    və    bu  smetaya    uyğun    olaraq    smetanın    icrasına    nəzarət  
həyata keçirilir.  
  Xəznədarlığın  başlıca  vəzifələrindən  biri də  dövlət  büdcəsinə  daxil olmuş  gəlirlərin  
uçotunun  aparılmasıdır. Əvvəlki  illərdən  fərqli olaraq  bank  sənədləri  birbaşa  maliyyə  
idarələrinə daxil  olur. Maliyyə  idarəsinin xəzinə  uçot  işçiləri  gəlirləri  bank  sənədləri  
əsasında    üzləşdirdikdən    sonra  vergi    idarəsi    ilə    birlikdə    üzləşmə    aktı    tərtib    edir. 
Həmin  sənədlər  tədiyyəçilər  üzrə  uçotun  qurulması  üçün  üzləşmə  aktı  ilə birlikdə  
vergi  orqanlarına  təqdim  edilir.  
  Dövlət    xəzinədarlığına    keçidin    sonrakı    mərhələsi    1  avqust    2000  –  ci  il    tarixdən  
tətbiq  olunmağa    başlamışdır.  Bu    mərhələdə    kredit    sərəncamçıları    tərəfindən  alınan 
malların,  görülmüş    iş    və    göstərilmiş    xidmətlərə    görə    xəzinə    uçotunun  aparılması  
işinin təşkil  olunmasıdır. Xəzinə  orqanları  bu  mərhələdə  büdcə  təşkilatlarına malların  
tam  və    vaxtında      çatdırılmasına,  iş    və    xidmətlərin    yekunlaşdırılmasına    nəzarəti  
həyata    keçirir,  yəni  alışlar    haqqında    xəzinədarlıq    tərəfindən  qəbul    edilməmiş    və  
uçota  alınmamış  heç  bir  xərc  maddəsi üzrə  kassa  icrası  aparıla  bilməz. Malların  ( iş  
və  xidmətlərin ) alışı  sənədində  xərc  əməliyyatlarının  məbləği  öhdəlik  sənədində  əks 
olunmuş  məbləğdən  artıq ola bilməz, əks halda  həmin  əməliyyatlar  uçota  alınmadığı  
üçün    kassa  xərci    aparılmır.  Bu  mərhələdə    xəzinə    orqanları  ilə  yanaşı    büdcə  
təşkilatlarının    malların  alınmasında  ,  onun    mədaxilində,  iş    və    xidmətlərin  
görülməsində   məsuliyyətləri  daha da artır. Bu zaman  malların  ( iş  və  xidmətlərin )  
alqı  –  satqısı    sənədi    hər  bir    xərc    maddəsi  üzrə    ayrılıqda    uçot  alınır.  Bütün   
əməliyyatlar  xəzinə hesab  kitablarında  öz  əksini tapır.  
Dövlət    büdcəsinin    icrasına    nəzarət.    Dövlət    büdcəsinin    icrasına    nəzarəti  
Azərbaycan    Respublikasının    Milli    Məclisi    və    onun    Hesablama      Palatası    həyata  
keçirir.  
  Büdcəyə  nəzarətin  iki  forması  vardır : qanunvericilik  və  inzibati  
  Qanunvericilik  orqanı, yerli özünüidarəetmə  orqanları  maliyyə  nəzarətinin aşağıdakı  
formalarını həyata  keçirirlər : 
-
 
Büdcə  haqqında qanun ( qərar ) layihəsinin  və  büdcə - maliyyə   məsələləri üzrə  digər  
qanun  ( qərar ) layihəsinin  müzakirəsinə  və  təsdiq edilməsinə qabaqcadan nəzarət
-
 
Qanunvericilik    orqanlarının    komitələrinin,  komissiyalarının    və  işçi    orqanlarının  
iclaslarında    büdcələrin    icrası    ilə    bağlı    ayrı  –  ayrı    məsələlərin  baxılmasına,  yerli  
özünüidarəetmə    orqanları    tərəfindən  deputat    sorğuları    ilə  əlaqədar    parlament  
dinləmlərinin  gedişinə  cari  nəzarət ; 
KitabYurdu.az 
178


10 
 
-
 
Büdcələrin    icrası    haqqında    hesabatlara    baxılması      və      təsdiq    edilməsi    gedişinə  
sonradan  nəzarət ; 
İnzibati    nəzarəti.    Azərbaycan    Respublikasının    Maliyyə    Nazirliyi    Azərbaycan 
Respublikası  Maliyyə  Nazirliyi  yanında  Baş Dövlət  Xəzinədarlığı, Naxçıvan  Muxtar  
Respublikasınn  Maliyyə - iqtisadiyyat  Nazirliyi  və  bələdiyyələrin  maliyyə orqanları, 
büdcə  təşkilatlarının baş  mühasibləri  həyata  keçirirlər.  
İnzibati  nəzarət  aşağıdakıları  nəzərdə  tutur : 
-
 
Büdcə    vəsaitlərinin    baş    sərəncamçılarının    və    büdcə    vəsaiti    alanların      yoxlama  
keçirmək  hüququ 
-
 
Büdcə    qanunvericiliyinə    riayət  olunmasına      görə    nəzarət    üçün  lazım    olan  
informasiyanın  alınması  hüququ ; 
-
 
Büdcə  qanunvericiliyinin  pozulmasına  görə  aşkar  olunmuş çatışmazlıqların  aradan  
qaldırılmasını  tələb  etmək  hüququ ; 
-
 
Büdcə    qanunvericiliyinin    pozulmasına    görə    müvafiq    sənədlərin    tərtibinin  həyata  
keçirilməsi  üçün  göstərişlər  vermək  hüququ ;  
Dövlət      büdcəsinin    icrasının    təhlili.  Büdcə    kəsiri.    Büdcə    təhlilinin    məqsədi  
bunlardır : 
-
 
Büdcənin  tərtibi və  icrasının nəticələrinin  qiymətləndirilməsi ; 
-
 
Hökümətin  maliyyə - büdcə   siyasətinin  əsaslandırılması ; 
-
 
Büdcənin formalaşması  zamanı göstəricilərin  parametrlərinin əsalandırılması ; 
-
 
Büdcənin plan  göstəricilərinin yerinə  yetirilməsinə  mane  olan amillərin və  səbəblərin  
aşkarlanması ; 
-
 
İdarəetmə    sahəsində  hakimiyyət      orqanlarının    sərəncamə    və    qərarlarının    qəbul  
edilməsinin  əsaslandırılması ; 
-
 
Büdcənin  tərtibi  və  icrası  zamanı  ehtiyatların  aşkar  edilməsi ; 
-
 
Büdcəyə  gəlirlərin  tam, vaxtında  və   stabil  yığılmasının  təmin   edilməsi
-
 
Büdcədə  nəzərdə tutulan maliyyə  tədbirlərinin  tam  və  vaxtında həyata  keçirilməsinin 
təmin  edilməsi ; 
-
 
Büdcə      vəsaitlərinin    səmərəsiz    və    məqsədsiz    istifadəsinə    səbəb  olan    büdcə  
vəsaitlərini   alanların  fəaliyyətində  çatışmazlıqların  aşkar  edilməsi ;   
-
 
Büdcə  xərclərinin  iqtisadi  və sosial  səmərəliyinin  müəyyən  edilməsi
-
 
Büdcənin  tərtibi    və  icrası    gedişində    maliyyə    orqanlarının    işində    çatışmazlıqların  
aşkar    edilməsi    və    bu  çatışmazlıqların    aradan    qaldırılması  üçün  təkliflərin  
hazırlanması  ; 
-
 
Büdcə prosesinin və  büdcələrarası  münasibətlərin  təkmilləşdirilməsi ; 
Qeyd  etmək lazımdır ki , təcrübədə  maliyyə orqanlarının işində  büdcə  göstəricilərinin  
yerinə yetirilməsinin  təhlili  tətbiq  olunur.  
Büdcə  kəsiri.Büdcə  kəsiri  dövlət  büdcəsi xərclərinin  gəlirlərinin artıq  olmasını  ifadə  
edir.  
KitabYurdu.az 
179


11 
 
Büdcə  kəsiri  inkişaf  etmiş  və   inkişaf  etməkdə  olan  ölkələrin  əksəriyyətində  baş  
verə bilən maliyyə  hadisəsi olmaqla , ona heçdə  həmişə fövqəladə  və  qeyri  normal hal 
kimi baxmaq  düzgün  olmazdı. Çünki dünyanın  elə bir ölkəsi  yoxdur ki, onun  inkişaf  
tarixinin bu  və ya digər mərhələsində  büdcə  kəsirinə məruz qalmamış  olsun. 
  Büdcə  kəsirinin  ( defisitinin ) yaranma  səbəbləri , əsasən  aşağıdakı  kimi izah  edilə  
bilər. 
1.
 
Qabaqcadan    nəzərə  alına    bilməyən    və    qəflətən    baş  verən    fövqəladə    hadisələrin             
( məsələn , müharibənin , böyük daşqınlara  səbəb olan  geniş miqyaslı  təbii  fəlakətlərin 
və  s.  )  baş  verməsi  .Bu  halda    ölkənin    mövcüd  maddi    və    maliyyə  ehtiyatı    fondları  
əmələ    gələn  disproporsiyaları  aradan    qaldırmağa,  təxirə    salınmaz      bir    sıra    zəruri  
sosial    -  iqtisadi    xərcləri    ödəməyə    kifayət    etmir    və    ona  görə  də    digər    xüsusi  
mənbələrdən , eləcə də  büdcə  vəsaitindən  istifadə  etmək  zərurəti  meydana  çıxır. 
2.
 
Ölkənin    iqtisadi  –  sosial    sistemində    dərin    böhranın    baş    verməsi,  onun    maliyyə  - 
kredit    sisteminin    sarsılması  ,  pul    tədavülünün      pozulması  və    nəticədə    maliyyə  
vəziyyətinin tənzimlənməsinə  dövlətin  nəzarət  etmək  qabiliyyətinin  olmaması. 
3.
 
Büdcə  kəsiri  ölkənin iqtisadiyyatına  böyük  məbləğdə  dövlətin  investisiya  qoyuluşu  
ilə də əlaqədar  ola bilər.  
Dünya    ölkələrinin    təcrübəsindən    məlum  olduğu    kimi  ,  büdcə  kəsirinin  yol    verilən 
həddi ümumi  daxili  məhsulun  2 – 3 faizindən  artıq  olmamalıdır. Əgər  büdcə   kəsiri  
göstərilən    həddən  yuxarı    olarsa  ,  onun  ixtisar  edilməsi    üçün    zəruri    tədbirlərin  
görülməsi  vacibdir.  
Büdcə  kəsirini  azaltmaq üçün  konkret  tədbirlərə  aşağıdakılar aid edilməlidir : 
-
 
Özəlləşdirmə    proqramının    həyata    keçirilməsi    və    özəlləşdirilən    əmlakdan    gələn  
gəlirlərin  büdcəyə  daxil  edilməsi
-
 
Dövlət    büdcəsində    olan    təsərrüfat    sahələrinin    məhdudlaşdırılması    və    dövlət  
maliyyələşdirilməsinin  azaldılması ; 
-
 
İstesalın  dirçəldilməsinə      və    inkişafına    stimul    yaradan    maliyyə    güzəştlərinin    və  
sanksiyaların  geniş  tətbiq  edilməsi ; 
-
 
Büdcə    vəsaitindən    səmərəli    istifadə    etmək    və    onun    maliyyə    faydasını    artırmaq  
məqsədilə    büdcədən    xalq    təsərüfatına    investisiya    qoyuluşunun    istiqamətini  
dəyidirmək  ; 
-
 
Sülh  və    xarici    təhlükəsizlik    şəraitində    büdcədən    hərbi    xərclərə    təxsisatı    ixtisar  
etmək ; 
-
 
Ölkənin  iqtisadiyyatını sürətlə  inkişaf  etdirmək  məqsədilə  xarici  investisiyanın  cəlb  
edilməsini  genişləndirmək , yəni  kapital  idxalını  artırmaq  və s.            
                   
KitabYurdu.az 
180

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə