Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 5,1 Kb.

səhifə7/57
tarix14.09.2018
ölçüsü5,1 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   57


 
-  yerli  əhəmiyyətli  məsələlərin  həlli  ilə  əlaqədar  xərclər,  o  cümlədən  yerli 
sosial- məişət , yaşayış, mədəniyyət və idman obyektlərinin , habelə əhalinin 
ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri: 
-  sosial-  müdafiə  “Sosial    və  iqtisadi  inkişaf  ,  habelə  ekologiya 
proqramlarının maliyyələşdirilməsi üçün  çəkilən xərclər
-  dövlət  orqanları  tərəfindən  bələdiyyələrə    verilmiş  əlavə  səlahiyyətlərin 
həyata keçirilməsi. 
 
Büdcələrarası münasibətlər, büdcələrin tənzimlənməsi. 
 
     Azərbaycan Respublikasının    büdcə  sisteminə  daxil  olan  bütün  səviyyəli 
büdcələr  büdcələrarası münasibətlər çərçivəsində  qarşılıqlı əlaqədədirlər. 
     Büdcələrarası  münasibətlər-  müvafiq  büdcələrin  formalaşması    və  icrası 
ilə əlaqədar  Azərbaycan Respublikası  dövlət büdcəsinin Naxçıvan Muxtar 
Respublikasının  büdcəsi və yerli büdcələrlə  qarşılıqlı  əlaqəsini  ifadə edir. 
     Büdcələrarası münasibətlər  aşağıdakı prinsiplərə əsaslanır: 
- Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində gəlirlərin bölgüsü
-  Azərbaycan  Respublikasının    büdcə  sistemi    səviyyəsində  tənzimləyici  
gəlirlərin bölgüsü; 
-  Azərbaycan  Respublikasının    büdcə  hüququnun  Naxçıvan  Muxtar 
Respublikasının  büdcə hüququnun  və yerli ( bələdiyyə) büdcə hüquqlarının 
eyniliyi; 
-  Naxçıvan  Muxtar  Respublikasının    büdcəsinin,  yerli  (  bələdiyyə) 
büdcələrinin Azərbaycan Respublikasının dövlət büdcəsi ilə münasibətlərinin 
eyniliyi. 
     Bu prinsiplərə uyğun olaraq  dövlət büdcəsindən xərclərin bəzi hissəsinin  
yerli büdcələrə  verilməsi mümkündür. 
“  Büdcə  sistemi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən 
dövlət  büdcəsinin  Naxçıvan  Muxtar  Respublikasının    büdcəsi  və  yerli 
büdcələrlə    qarşılıqlı  əlaqəsi  gəlir    mənbələrinin  bölüşdürülməsi  vasitəsilə 
həyata  keçirilir.  Öz  gəlir  mənbələri  çatışmadıqda  ayrı-  ayrı  büdcələrin 
təxirəsalınmaz    sosial-  iqtisadi  problemlərini    həll  etmək  üçün  dövlət 
büdcəsindən    Naxçıvan  Muxtar  Respublikasının    büdcəsinə  və  yerli 
KitabYurdu.az 
20


10 
 
büdcələrə dotasiya, subvensiya, subsidiya verilməsi  nəzərdə tutula ,  onlara 
büdcə borcu( ssuda) ayrıla bilər. 
“Bələdiyyələrin 
maliyyəsinin 
əsasları 
haqqında” 
 
Azərbaycan 
Respublikasının Qanununun  6- cı maddəsində nəzərdə tutulduğu kimi , yerli 
sosial-  iqtisadi    inkişaf  proqramlarını    yerli  büdcə  gəlirləri  hesabına  
maliyyələşdirmək  mümkün  olmadıqda    yerli  büdcə    kəsirini  ödəmək  üçün  
dövlət  büdcəsinin  imkanlarını  nəzərə  alaraq    əlavə  gəlir  mənbələrinin  
müəyyən  edilməsi  və  ya    dövlət  büdcəsindən  dotasiya    və  subvensiya 
ayrılması mümkündür. 
     Hər  bir  büdcənin  xərcinin    təmin  olunması  üçün    müvafiq  gəlirləri 
olmalıdır. Büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlirlərdən ibarətdir. 
     Büdcələrin 
xüsusi 
gəlirləri 
– 
Azərbaycan 
Respublikasının  
qanunvericiliyinə uyğun olaraq gəlir  növlərinin tam və ya qismən müvafiq 
büdcələrə  təhkim edilməsidir. Bu müvafiq büdcələrə , dövlət büdcədənkənar  
fondlarına  Azərbaycan    Respublikasının  qanunvericiliyi    əsasında  təhkim 
edilmiş vergilər, gəlirlər, normativ aktlarla müəyyən  edilmiş vergi  olmayan 
gəlirlər, eyni zamanda  əvəzsiz ödənişlər aiddir. 
 
Büdcənin xüsusi gəlirlərinə  qeyri- vergi gəlirləri  aiddir: 
- Dövlət və ya bələdiyyə  mülkiyyətində olan  əmlakın satışından və ya  əvəz 
edilməsindən gəlirlər
-  Azərbaycan  Respublikasının    müvafiq  dövlət  hakimiyyəti  ,  yerli 
özünüidarəetmə  orqanları  ,  həmçinin  müvafiq  orqanların  tabeliyində  olan 
büdcə təşkilatlarının  göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki- hüquqi 
,  inzibati  və  cinayət    məsuliyyəti,  o  cümlədən,  cərimələr  ,  müsadirələr, 
konpensasiyalar  tətbiq edilməsi  nəticəsində alınan vəsaitlər və s. 

Azərbaycan  Respublikasının  büdcə  sisteminə  digər  səviyyəli  
büdcələrindən  maliyyə yardımı və  büdcə ssudası kimi alınan gəlirlər; 
- Digər qeyri- vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr. 
     Büdcənin  tənzimləyici  gəlirləri-  bu  dövlət  büdcəsinin  yerli(  bələdiyyə) 
büdcələrə növbəti maliyyə ili üçün və ya  uzun müddətə normativlər əsasında 
təyin olunmuş maliyyə vəsaitidir. 
KitabYurdu.az 
21


11 
 
     Büdcənin tənzimləyici gəlirlərinə transfert ödənişlər də daxildir.Transfert 
dövlət  büdcəsindən    bölgələrin  maliyyə  problemini  həyata  keçirmək  üçün 
xüsusi fondlara ayrılan vəsaitlərdir. 
     Ərazi  büdcələrinin    tarazlaşdırılması  üçün    dotasiya,  subvensiya    və 
subsidiyalardan geniş istifadə edilir. 
     Dotasiya-  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının 
büdcəsinə  və  yerli  büdcələrə  ,  onların  gəlir  və  xərclərini    tənzimləmək 
məqsədilə  əvəzsiz verilən  maliyyə vəsaitidir. 
     Subvensiya-  məqsədli  maliyyələşmənin  həyata  keçirilməsi  üçün    dövlət 
büdcəsindən Naxçıvan Muxtar Respublikasının  büdcəsinə və yerli büdcələrə  
verilən,  lakin  həmin  məqsəd  üçün  və  ya    müəyyən  edilmiş    müddətdə  
istifadə edilmədikdə geri qaytarılan  maliyyə vəsaitidir. 
     Subsidiya  –  dövlət  büdcəsindən    Naxçıvan  Muxtar  Respublikasının  
büdcəsinə,  yerli  büdcələrə  və    hüquqi  şəxslərə    əvəzsiz  verilən    maliyyə 
vəsaitidir. 
     Büdcə  ssudası-  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının  
büdcəsinə, yerli büdcələrə  və hüquqi şəxslərə, yerli büdcələrdən  bələdiyyə 
təşkilatlarına  qaytarılmaq  şərti  ilə    il  ərzində  müəyyən    müddətə  verilən 
maliyyə vəsaitidir. 
Azərbaycan Respulikasının büdcə 
sistemi
Azərbaycan 
Respublikasının dövlət 
büdcəsi
Yerli 
(bələdiyyə)büdcələri
Respu
blika 
büdcə
si
NMR 
büdcə
si
Yerli 
büdcə
Rayon 
bələdiy
yə 
büdcəs
i
Kənd 
bələdi
yyə 
büdcə
si
Qəsəbə 
bələdiy
yə 
büdcəs
i
 
 
 
KitabYurdu.az 
22




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə