Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   5   6   7   8   9   10   11   12   ...   57


 
     Dövlət  büdcəsi  vəsaitlərinin  baş  sərəncamçısı  –  dövlət  büdcəsinin 
xərclərinin  təşkilatlar  üzrə  təsnifatı  ilə  müəyyən  edilən,  büdcə 
vəsaitlərini tabeçilikdə  olan  sərəncamçılara  və  büdcə  vəsaitləri  alanlara 
bölüşdürmə  hüququ  olan  Azərbaycan  Respublikasının  dövlət 
hakimiyyəti  orqanı,Naxçıvan  Muxtar  Respublika  hakimiyyəti  orqanı, 
yerli  özünüidarəetmə  orqanı  və  büdcə  idarələridir.  Dövlət  büdcəsinin 
vəsaitləri  Azərbaycan  Respublikasının  “vergi  məcəlləsi”nə,”  Büdcə 
sistemi  haqqında”  Azərbaycan  Respublikası  Qanununa  və  hər  il  dövlət 
büdcəsi  haqqında  Azərbaycan  Respublikası  Qanununa  uyğun  olaraq 
müvafiq bölmələrə və istiqamətlərə yönəldilir: 
- ümumdövlət xidmətləri xərcləri
-  qanunvericilik  və  icra  hakimiyyəti,  yerli  özünüidarəetmə  orqanlarının 
saxlanması xərcləri; 
- beynəlxalq təşkilatlara üzvlük haqqı; 
- xarici dövlətlərə iqtisadi yardım xərcləri; 
- elm xərcləri; 
- müdafiə xərcləri; 
-  məhkəmə  hakimiyyəti,hüquq  mühafizə,  təhlükəsizlik  orqanlarının  və 
prokurorluğun saxlanması xərcləri; 
- mənzil- kommunal təsərrüfat xərcləri; 
- kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq xərcləri; 
- sənaye və tikinti xərcləri
- nəqliyyat və rabitə xərcləri; 
- iqtisadi fəaliyyətlə bağlı olan xərclər; 
- turizm xərcləri və s. 
     Dövlət  və  yerli  özünüidarəetmə  orqanları    səviyyəsində  büdcənin  
hüquq 
münasibətlərinin 
tənzimlənməsi 
sahəsində 
Azərbaycan 
Respublikasının  dövlət  hakimiyyəti  orqanlarının  səlahiyyətləri 
aşağıdakılardır: 
-  Azərbaycan  Respublikasının  büdcə  sisteminin    təşkilinin  və 
fəaliyyətinin  ümumi prinsiplərinin müəyyən edilməsi
KitabYurdu.az 
27



 
-  büdcə  sisteminin  səviyyələri  arasında    vergilərin  və  digər  gəlirlərin  
dürüst  müəyyən  edilməsi,  həmçinin  büdcələrarası  tənzimlənmə  
qaydasında  respublika  büdcəsinin  vergilərinin,  rüsumlarının  və  digər 
gəlirlərinin    Azərbaycan  Respublikası  büdcə  sisteminin  müxtəlif 
səviyyəli büdcələr arasında  bölüşdürülməsi
-  Azərbaycan  Respublikası  büdcə  sisteminin  müxtəlif  səviyyəli 
büdcələri arasında  xərclərin həyata keçirilməsi  səlahiyyətlərinin dürüst 
müəyyən edilməsi; 
-  Azərbaycan  Respublikası  büdcə  sisteminin  bütün  səviyyəli 
büdcələrinin  layihələrinin tərtibi və baxılması, Azərbaycan Respublikası 
büdcə sisteminin bütün  səviyyəli büdcələrinin  təsdiq edilməsi və icrası, 
büdcənin  icrası  haqqında  hesabatın  təsdiq  edilməsi  və  onların  icrasına 
nəzarətin  həyata keçirilməsi əsaslarının müəyyən edilməsi; 
-  Azərbaycan  Respublikası  büdcə  sisteminin  bütün  səviyyəli 
büdcələrinin  gəlirlərinin formalaşdırılması, büdcədən xərclərin  həyata 
keçirilməsinin əsaslarının müəyyən edilməsi; 
- dövlət və bələdiyyə qarşılıqlı büdcə əlaqələrinin  həyata keçirilməsinin 
əsaslarının müəyyən edilməsi; 
-dövlət  büdcəsinin  və  büdcədənkənar  dövlət  fondlarının    büdcələrinin 
icrası  haqqında  hesabatların  tərtib  və  təsdiq  edilməsi    qaydalarının 
müəyyən edilməsi; 
-  Azərbaycan  Respublikasının  və  yerli  özünüidarəetmə  orqanlarının 
qarşılıqlı  münasibətlərinin,  Azərbaycan  Respublikasının  və  yerli 
özünüidarəetmə orqanlarının borclarının müəyyən edilməsi; 
- dövlət büdcəsinin və və büdcədənkənar dövlət fondlarının büdcələrinin  
gəlirlərinin formalaşdırılması qaydalarının müəyyən edilməsi; 
-  dövlət  büdcəsinin  və  büdcədənkənar  dövlət  fondlarının    xərclərinin 
həyata keçirilməsi
-  dövlət  büdcəsindən  yerli  büdcələrə    maliyyə  yardımlarının  ,  büdcə 
ssudalarının  və  dotasiyalarının  verilməsi  qaydalarının  və  şərtlərinin 
müəyyən edilməsi;  
KitabYurdu.az 
28



 
- minimum dövlət sosial standartlarını, dövlət və ya bələdiyyə xidmətləri 
üzrə  vahid  maliyyə  məsrəflərinə  norma  və  normativlərinin  müəyyən 
edilməsi; 
- Azərbaycan Respublikasının büdcə təsnifatının təsdiq edilməsi; 
-Azərbaycan  Respublikasının  büdcə  sisteminin  bütün  səviyyəli  
büdcələri  üçün    vahid  normada    büdcə  sənədlərinin  və  hesabat 
formalarının müəyyən edilməsi; 
- Xarici borcun formalaşdırılması, ödənilməsinin və ona xidmətin təmin 
edilməsi,  dövlət  xarici  qarşılıqlı  əlaqələrin  siyahısının  və  həyata 
keçirilməsi qaydalarının müəyyən edilməsi; 
-Azərbaycan  Respublikası  büdcə  qanunvericiliyinin  pozulmasına  görə 
məsuliyyətə cəlbedilmə qaydalarının və əsaslarının müəyyən edilməsi və 
s. 
     Büdcənin  hüquq  münasibətlərinin  tənzimlənməsi  sahəsində  yerli 
özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aşağıdakılar daxildir: 
-yerli  büdcələrin  layihələrinin  tərtib  edilməsi  və  baxılması,  yerli 
büdcələrin  təsdiq  edilməsi  və  icra  edilməsi,  onların  icra  edilməsinə 
nəzarətin  həyata  keçirilməsi    və  yerli  büdcələrin  icrası  haqqında  
hesabatların təsdiq edilməsi qaydalarının müəyyən edilməsi; 
-  bələdiyyə  mülkiyyətinin  ifadəsindən    gəlirlərin,  yerli  vergi  və 
rüsumların  ,  digər  gəlirlərin  yerli  büdcələrə  yönəldilməsi  qaydalarının 
müəyyən edilməsi; 
- yerli büdcələrdən  maliyyə yardımının və büdcə ssudalarının verilməsi; 
-  bələdiyyə  qarşılıqlı  əlaqələrinin  həyata  keçirilməsi  qaydalarının 
müəyyən edilməsi. 
 
Yerli özünüidarəetmə orqanlarının büdcə hüquqları. 
 
     Yerli  büdcələrin  fəaliyyətinin  hüquqi  əsasları  bir  sıra  qanunvericilik 
aktları ilə tənzimlənir. Bu qanunvericilik  aktları aşağıdakılardır: 
1.  Azərbaycan  Respublikasının  Konstitusiyasının    IV  bölməsinə  görə  ( 
maddə  144,  145)  bələdiyyələrin  səlahiyyətlərinə  yerli  vergilərin  və 
KitabYurdu.az 
29


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə