Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,17 Mb.
səhifə6/14
tarix30.12.2017
ölçüsü1,17 Mb.
#18682
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14

MÖVZU 8: ALQORITMLƏŞDIRMƏ VƏ PROQRAMLAŞDIRMA. TURBIO PASKAL

ALQORITMIK DILININ ƏLIFBASI, VERILƏNLƏR VƏ DƏYIŞƏNLƏRIN

TIPLƏRI.
Alqoritm, verilmə üsulları, növləri və xassələri:

Məsələnin həlli zamanı ilkin və aralıq verilənlərin emalı prosesini birqiymətli təyin edən yazılışların son ardıcıllığına alqoritm deyilir. Alqoritmin üç verilmə üsulu mövcuddur. Bunlar nəqli, Qrafik və proqram üsuludur. Proqram üsulu ilə alqoritmin verilməsi məqsədilə alqoritmik dillərin hər hansı birində tərtib olunmuş proqramdan istifadə olunur. Alqoritmin nəqli üsulla verilməsi məqsədilə adi danışıq dilindən və yazılış qaydalarından istifadə olununr. Alqoritmlərin qrafik üsulla verilməsi məqsədilə blok-sxemlərdən istifadə olunur. Blok-sxem əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıllığıdır. Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur. Bloklar aşağılakılardır:



    -prosesin başlanğıcı və sonu bloku;



  • yerinə yetirmə və ya hərəkət bloku;



  • verilənlərin klaviaturadan daxil edilməsi bloku;



    -şərti və ya məntiqi blok;








  • dövrün başlanğıcı bloku;




  • alt proqram bloku;



  • çap qurğusuna çıxış bloku;





    -monitora və ya displeyə çıxış bloku;



Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş jxlarla prosesin gedişatı istiqamətində birləşdirilir.

Alqoritmin üç əsas növü vardır. Bunlar xətti strukturalı, budaqlanan strukturalı və dövri strukturalı alqoritmlərdir. Xətti strukturalı alqoritm elə alqoritmə deyilir ki. ondakı yazılışların ardıcıllığı ilə yerinə yetirmə ardıcıllığı qarşılıqlı birqiymətli uyğun olur.

Əgər alqoritmin yerinə yetirilməsi hər hansı şərtdən asılı olaraq şaxələnirsə onda belə alqoritm budaqlanan alqoritm adlanır.

Bir çox proseslərin yerinə yetirilməsi eyni parametrin müəyyən qaydada təyin edilmiş müxtəlif qiymətlərdə hesablanır. Buna görə də dövri proses əmələ gəlir. Dövrlər sadə. Yəni yalnız bir parametrdən asılı və bib-birindən asılı olan parametrlərdən asılı olan bib-birinə daxil olan dövrlər ola bilərlər. Belə proseslərə uyğun olan alqoritmlər dövri alqoritmlər adlanırlar.

Alqoritmlərin aşağıdakı 4 əsas xassəsi var. Bunlardan birincisi müəyyənlik xassəsidir. Müəyyənlik dedikdə alqoritm elə tərtib olunmalıdır ki. onun təsvir etdiyi proses tamlığı ilə aydın olmalıdır.

İkinci xassə alqoritmin diskretlik xassəsidir. Yəni hər bir alqoritm ayrı-atrılıqda yerinə yetirilə bilən addımlardan ibarət olmalıdır.

Alqoritmin üçüncü xassəsi onun nəticəvilik xassəsidir. Belə ki, hər bir alqoritm son nəticənin alınmasını təmin etməlidir.

Dördüncü xassə alqoritmin kütləvilik xassəsidir. Yəni tərtib olunan hər bir alqoritm eyni qəbildən olan məsələlərin həlli üçün istifadə olunma imkanına malik olmalıdır.

Proqramlaşdırma dilləri:

Müxtəlif təyinatlı məsələlərin həll olunmasında müasir kompüterlərin tətbiqi məqsədilə standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı hazırda istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dillərinin köməyi ilə həyata keçirilir.

Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki, proqramlaşdırma dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi ilə sıx əlaqədar olmuşdur. Hal-hazırda yüzlərlə proqramlaşdırma dilləri mövcuddur. Proqramlaşdırma dilləri özlüyündə aşağı səviyyəli maşın dillərinə və yüksək səviyyəli alqoritmik dillərə bölünürlər. Maşın dillərindən istifadə hazırda geniş yayılmamışdır. Belə ki, bu cür dillərdən istifadə edilməsi xüsusi hazırlıq və bacarıq tələb edir. Bu proqramlarla adətən peşəkar proqramçılar məşğul olurlar. Alqoritmik dillər isə maşın dillərinə nisbətən daha sadə olub geniş istifadəçi kütləsini əhatə edir. Proqramlaşdırma dilləri də öz növbəsində interpretator və translyatorla (kompilya-torla) işləyən dillərə bölünürlər. İnterpretatorla işləyən dillərdə proqram tərtib edildikdə hər yeni proqram sətrinin daxil edilməsi zamanı həmin sətirdə səhvin olub olmadığı yoxlanılır və əgər səhv olarsa yerinə yetirmə avtomatik olaraq dayandırılır. Translayatorla işləyən dillərdə isə proqram mətni tam daxil edildikdən sonra mövcud səhvlər haqqında məlumat verilir.Səhvlərin göstərilən nömrə və izahatlarına əsasən onlar uyğun şəkildə aradan qaldırılır.

Alqoritmik dillərə FORTRAN, PL, Ada, C, Modula-2, COBOL, BASİC, Pascal və s. dillərini aid etmək olar. Maşın dillərinə isə ASSEMBLER tipli dilləri aid etmək mümkündür. Biz alqoritmik dillərdən biri olan Paskal dilinin Turbo Paskal 7.0 versiyası ilə tanış olacağıq. Bu dil 1984-cü ildə Borland İnternational şirkəti tərəfindən yaradılmışdır. Dilin Turbo Paskal 5.0 variantı 1988-ci ildə, Turbo Paskal 7.0 variantı isə 1992-ci ildən istifadə edilir.



Turbo Paskal dilinin əlifbası:

İndi isə Turbo Paskal 7.0 dilinin əlifbası ilə tanış olaq. Turbo Paskal dilinin əlifbasına hərflər, onluq say sisteminin rəqəmləri, onaltılıq say sisteminin rəqəmləri, xüsusi simvollar, ehtiyat sözlər və s. daxildir.

Əlifbanın tərkib hissəsi aşağıdakı kimidir:


  1. 0-dan 9-a qədər ərəb rəqəmləri;

  2. 0...9, A, B, C, D, E, F –onaltılıq say sisteminin rəqəmləri və onlardan düzəldilmiş ədədlər;

  3. Xüsusi işarələr: +, -, *, /, =, ., ,, ;, :, <, >, [ ], ( ), { }, ^, @, $, #, &, (* *), (. .).

  4. Münasibət işarələri:

< - <

> - >


<= - 

>= - 


= - =

: = - mənimsətmə operatoru.



  1. Hesabi əməllər:

+ - +

- - -


*- x

/ - :

div – tam bölmə


  1. Məntiqi əməllər:

and- və

or – və ya

not – inkar

xor – ləğvedici və ya

Turbo Paskal dilinin əlifbasında bir çox ehtiyat sözlər də mövcuddur. Bu sözlərdən dəyişən və ya sabitlərin adlandırılmasında istifadə edilməməlidir. Bu sözlərdən bəzilərini qeyd edək: absolute, begin, case, const, div, do, downto, else, end, external, file, for, forward, function, goto, if, in, implemation, inline, interface, interrupt, label, mod, nil, not, of, packed, procedure, program, record, repeat, set, shl, shr, string, then, to, type, unit, until, uses, var, while, with, və s.

Turbo Paskal dilində sabit, dəyişən, nişan, tip, prosedur, funksiya, modul, proqram və yazı sahələrinin adlandırılması məqsədilə identfikatorlardan istifadə edilir. İdentifikator ixtiyari uzunluğa malik, ilk simvolu hərf olan simvollar ardıcıllığıdır. Proqram daxilində identifikatorun yalnız ilk 63 simvolu nəzərə alınır.



Turbo Paskal dilinin sabit və dəyişənləri və onların tipləri:

Turbo Paskal dilində sabit və dəyişənlərin proqramda istifadəyə qədər tipləri müəyyən olunmalıdır. Verilənlərin, başqa sözlə sabit və dəyişənlərin tipləri 5 əsas tipə bölünürlər:

1.sadə tiplər; 2.struktur tipi; 3. göstərici tipi; 4. sətir tipi; 5. prosedura tipi.

Öz növbəsində sadə tiplər: nizami tiplərə və həqiqi tipə bölünürlər.

Nizami tiplər aşağıdakılardır:

tam tip; məntiqi tip; simvol tipi; sadalanan tip; diapazon tipi.

Struktur tipli verilənlərin isə aşağıdakı növləri mövcuddur:

massivlər; yazılar; çoxluqlar; fayllar.



Tam tipli sabit və dəyişənlərin qiymətləri diapazonu ( qiymətlərin yerləşmə aralığı) onların tutduğu yaddaş hissəsinin həcmindən asılıdır. Aşağıdakı cədvəldə tam tipli sabit və dəyişənlərin yaddaşda tutduğu hissənin baytlarla ölçüsü və qiymətləri diapazonu verilmişdir:


Yaddaşda tutduğu yer,

baytla


Tipin adı

Qiymətlər diapazonu

1

byte

0 ... 255

1

shortint

-128 ... 127

2

word

0 ... 65535

2

integer

-32768 ... 32767

4

lonqint

-2147483648 ... 2147483647

Məsələn, A, B, C, D dəyişənləri



Var

A, B: integer;

C, D : byte:

kimi elan edilibsə onda A və B dəyişənləri yaddaşda 2 baytlıq yer tutaraq -32768-dən +32768-ə qədərki aralöqda qiymət ala bilərlər, C və D dəyişənləri isə yaddaşda 1 baytlıq yer tutaraq 0-dan 255-ə qədərki aralıqda qiymət ala bilərlər.



Məntiqi tipli verilənlər BOOLEAN kimi elan edilir və onların ala biləcəyi qiymətlər FALSE (yalan) və ya TRUE (doğru) ola bilər.

Sadalanan tip elan edilərkən dəyişənin ala biləcəyi qiymətlər mötərizədə göstərilməlidir. Məsələn,



Type

İxtisaslar= (menecment, marketinq, mühasibat uçotu, informasiya sistemləri, iqtisadçı-mühəndis);

Bu o deməkdir ki, ay adlı identfikator proqram daxilində mötərizədəki 5 ixtisasın adlarından birini ala bilər.



Simvol tipli verilənlər CHAR tipi kimi göstərilir. Bu tipə aid olan sabit və dəyişənlərin qiymətləri dürnaq arasında verilir: məsələn X=’a’. Qeyd etmək lazımdır ki, hər bir simvola 0 ...255 arasında bir ədəd kod kimi uyğundur. 0...31 arasındakı kodlar xidməti kodlardır. Əsas simvollara (klaviaturaya uyğun simvollara) uyğun kodlar 32 ... 127 arasılığında yerləşir. Məcələn 4 rəqəminin simvol kodu 52, A hərfinin simvol kodu 65, a hərfinin (kiçik və baş hərflərin kodları fərqlidir) simvol kodu 97- dir.

Həqiqi tipli verilənlər üç hissədən ədədin işarə dərəcəsindən, eksponensial hissədən və mantissadan ibarət olur. Həqiqi tipli sabit və dəyişənlərin növləri aşağıdakı cədvəldə verilmişdir:

Qeyd edək ki, COMP tipindən böyük tam ədədlərlə işləmək məqsədilə də istifadə etmək mümkündür.

Turbo Paskal dilində riyazi funksiyalarla işlədikdə ən çox tam tipli verilənlər üçün İNTEGER, həqiqi tipli verilənlər üçün isə REAL tipləri istifadə edilir.

Qeyd edək ki, istifadəçi özü də yeni tiplər müəyyənləşdirə bilər. Yəni əvvəldə tipi verilən sabit və ya dəyişəni sonra yeni dəyişənin tipi kimi göstərə bilər. Bu halda mütləq TYPE sözü yazılır sonra isə dəyişənlərin siyahısı və tip kimi qəbul edilən artıq elan olunmuş dəyişən ümumi qaydalara uyğun verilir.




Yaddaşda tutduğu yer,

baytlla


Tipin adı

Rəqəmlərin sayı

Onluq tərtibin diapazonu

4

single

7 ...8

-45 ... +38

6

real

11 ...12

-39 ... +38

8

double

15 ... 16

-324 ... +308

10

extended

19 ... 20

-4951 ... 4932

8

comp

19 ... 20

-263+1 ... +263+1


MÖVZU 9: ALQORITMIK DILIN STANDART FUNKSIYALARI. PROQRAM QURULUŞU

VƏ ALQORITMIK DILIN OPERATORLARI: SADƏ OPERATORLAR.


Turbo Paskal dilinin standart funksiyaları:

Turbo Paskal dilində digər alqoritmik dillərdə olduğu kimi standart funksiyalar da mövcuddur. Bu standart funksiyalar aşağıdakılardır:




Riyazi yazılış

Alqoritmik dildə yazılış

Yerinə yetirilən hərəkət

çx ç

ABS(x)

x-in mütləq qiyməti



SQRT(x)

x-in hesabi kökü

x2

SQR(x)

x-in kvadratı

[x]

İNT(x)

x-in tam qiyməti

{x}

FRAC(x)

x-in kəsr hissəsi

ex

EXP(x)

x-in eksponensialı

sinx

SİN(x)

x-in sinusu (x- radianla verilir)

cosx

COS(x)

x-in kosinusu (x- radianla verilir)

arctanx

ARCTAN(x)

x-in arktangensi (x- radianla verilir)

lnx

LN(x)

x-in natural loqarifmi

p



p ədədi, p=3,141592653...

verilmiş aralıqda təsadüfi ədədlər generatoru

RANDOM(x)

0 £ i < x aralığından təsadüfi ədədi seçib nəticə kimi verir

təsadüfi ədədlər generatoru

RANDOMİZE

təsadüfi seçilmiş ixtiyari ədədi seçib nəticə kimi verir




DEC(x,i)

x-in qiymətini i qədər azaldır (x və i tam ədədlər olmalıdırlar). Əgər i verilməyibsə onda x-in qiyməti 1 vahid azaldılır




İNC (x,i)

x-in qiymətini i qədər artırır (x və i tam ədədlər olmalıdırlar). Əgər i verilməyibsə onda x-in qiyməti 1 vahid artırılır.




ODD(x)

əgər x ədədi tək ədəddirsə TRUE, cütdürsə FALSE məntiqi qiymətini qaytarır ( X tam ədəd olmalıdır.




CHR(x)

x tam ədədinə uyğun simvolu verir.

Digər riyazi funksiyaların hesablanması məqsədilə riyazi çevirmələrdən istifadə edilir. Bunlardan bir neçəsini göstərək:



, , , Xn- exp(n*ln(x)),

Turbo Paskal dilində Proqram tərtibinin qaydaları və standart modullar:

Turbo Paskal dilində tərtib edilən proqramın ümumi quruluşu aşağıdakı kimi olmalıdır:

PROQRAM proqramın adı;

USES standart modulların adları;

CONST

Sabitlrin elan edilməsi və tiplərinin göstərilməsi;

VAR


Dəyişənlərin elanı və tiplərinin göstərilməsi;

BEGİN


Operator və funksiyalarla proqramın yazılmış əsas gövdəsi;

END.


Proqramın hər bir sətrinin sonunda “;” qoyulmalıdır. Eyni zamanda ifadələrin yazılışında əgər sətirin uzunluğu kifayət etmirsə və yeni sətrə keçilirsə yeni sətirdə sonuncu işarənin təkrarən yazılması düzgün deyil. Proqramın adı kimi ixtiyari identifikator istifadə edilə bilər, lakin ad hərflə başlamalı və adın tərkibində probeldən istifadə edilməməlidir. Proqram tərtibində eyni simvol və ya identifikatordan həm dəyişən, həm də sabit kimi istifadə etmək olmaz. Proqramın əsas hissəsi mütləq BEGİN operatoru ilə başlayaraq END ilə qurtarmalıdır. Proqram daxilindəki END operatorlarının yalnız sonuncusunun axırında nöqtə qoyulur, qalanlardan sonra isə nöqtəli vergül qoyulmalıdır. Eyni tipli sabit və dəyişənləri bir sətirdə vergüllə ayırmaqla göstərmək olar.

Əgər istifadəçi proqram daxilində müəyyən şərhlər vermək istəyirsə onda (* *), { }işarələrindən istəfadə etməlidir. Məsələn:



(* Bu proqram Turbo Paskal dilində tərtib edilib!*)

və ya


{Mənim birinci proqramım}

Proqram daxilində dəyişənlərin qiymətlərini birbaşa və klaviaturadan verməklə daxil etmək mümkündür. Birbaşa daxil etmədə mənimsəmə operatorundan istifadə edilir. Məsələn Y dəyişəninə 3 qiymətini mənimsətmək istəyiriksə bunu aşağıdakıkimi yazırıq:



Y3;

Əgər dəyişənin qiymətini klaviaturadan daxil edəcəyiksə onda



READ (Y);

və ya


READLN(Y);

yazırıq. READ standart prosedurasından istifadə etdikdə dəyişən daxil edildikdən sonra yeni dəyişənin daxil edilməsi həmin sətirdə gözlənilir, READLN istifadə edildikdə isə yeni dəyişənin qiyməti növbəti sətirdə, yəni yeni sətirdən daxil edilməlidir. Bu proseduranın ümumi yazılışı aşağıdakı kimidir:



READ (daxil ediləcək dəyişənlərin adlarının siyahısı);

READLN (daxil ediləcək dəyişənlərin adlarının siyahısı);

Əgər bu proseduraların yazılışı aşağıdakı şəkildədirsə



READ (fayl dəyişəni, daxil ediləcək dəyişənlərin adlarının siyahısı);

READLN (fayl dəyişəni, daxil ediləcək dəyişənlərin adlarının siyahısı);

onda dəyişənin qiyməti fayl dəyişəni ilə adlandırılmış fayldan və ya məntiqi qyrğudan daxil edilir.

Proqramın nəticələrini, eləcə də sabit və dəyişənlərin qiymətlərini ekrana çıxarmaq məqsədilə aşağıdakı standart proseduralardan istifadə edilir:

WRİTE (sabit və dəyişənlərin siyahısı);

WRİTELN (sabit və dəyişənlərin siyahısı);

Bunlarda fərq ondan ibarətdir ki, birincidə siyahıdakı sabit və dəyişənlərə uyğun qiymətlər bir sətrə çıxarılır və növbəti dəfə bu proseduraya müraciətdə də yeni qiymətlər də həmin sətrə çıxarılacaq. İkinci prosedura yerinə yetirildikdə isə göstərilən sabit və dəyişənlərə uyğun qiymətlər ekrana verildikdən sonra, növbəti müraciətdə nəticələr avtomatik olaraq yeni sətrə keçilərək verilir.

Əgər nəticələrin hər hansı fayl və ya məntiqi qurğuya (diskə, printerə və s.) çıxarılması nəzərdə tutulubsa onda qaydalar eyni ilə qalmaqla aşağıdakı yazılışdan istifadə edilir:

WRİTE (fayl dəyişəni, sabit və dəyişənlərin siyahısı);

WRİTELN (fayl dəyişəni, sabit və dəyişənlərin siyahısı);

Qeyd edək ki, proqramın yerinə yetirilməsində proqram dilinin imkanları və daxili ehtiyatlarından yararlanmaq məqsədilə dilin standart modullarından istifadə edilir. Bu istifadə edilən modulların adları USES sözündən sonra aralarında vergül qoyulmaqla göstərilir. Turbo Paskal dilinin standart modulları aşağıdakılardır:

SYSTEM- Turbo Paskalın bütün standart funksiya və proseduralarını özündə saxlayır. Bu modulu göstərmək lazım deyil, çünki o avtomatik yüklənir.;

CRT- Bu modulun köməyi ilə ekranın mətn rejiminin idarə edilməsinin standart funksiya və proseduraları işçi vəziyyətə gətirilir, adətən bu bütün proqramlarda göstərilir:

PRİNTER- printerə çıxışı təmin edir. Printerə çıxış üçün modul göstərildikdən sonra çıxış proseduru olan WRITE və ya WRİTELN daxilində LST fayl dəyişəni göstərilməlidir. Məsələn x dəyişənini qiymətini çap etmək üçün

WRİTELN (LST, X:8:2);

yazılır. Burada x- həqiqi tiplidir, onun qiymətindəki ümumi rəqəmlərin sayı 8, vergüldən sonrakı rəqəmlərin sayı isə 2-dir.

GRAPH- Ekranın qrafik rejiminin standart prosedura və funksiyalarını özündə saxlayır və qrafik rejimdə işləyərkən onon göstərilməsi məcburidir;

TURBO3 və GRAPH3- Turbo Paskalın əvvəlki versiyaları ilə uyğunlaşmanı təmin edir (uyğun olaraq adi proqram və qrafik rejimlərdə):

DOS- PS DOS (MS DOS) sisteminin proqramlarına çıxışı təmin edir;

OVERLAY- Bu modul proqramlaşdırmada overleylərdən istifadəyə imkan verir. Adətən overleylər iri həcmli proqramlarla işləyərkən lazım olur. Proqram həcmcə iri olduqda yaddaş çatışmamazlığı problemi ilə qarşılaşmaq olar. Əgər OVERLAY modulunun imkanlarından istifadə olunsa proqram yerinə yetirilərkən yalnız əməli yaddaşa proqram daxilində olan və cari vaxtda istifadəsi tələb olunan proqram cağrılır. Ona müraciət qurtardıqda avtomatik olaraq geriyə qaytarılaraq yeni cağrilan funksiya və ya prosedura əməli yaddaşa yüklənir. Beləliklə yaddaş çatışmamazlığı aradan qaldırılır.



Turbo Paskal dilinin mənimsəmə, şərti və şərtsiz keçid, seçmə operatorları:

Turbo Paskal dilində dəyişənlərə qiymətlərin mənimsədilməsi məqsədilə mənimsəmə (mənsubetmə) operatorundan istifadə edilir. Operatorun ümumi yazılışı aşağıdakı kimidir:



Dəyişənin adı  qiymət və ya qiyməti mənimsədiləcək ifadə;

Burad dəyişənin adı- dilin düzgün identifikatorudur; sağ tərəfdə isə həmin dəyişənə mənimsədiləcək məlum qiymət və ya qiyməti hesablanacaq ifadə durur.

Turbo Paskal dilində budaqlanan strukturalı alqoritmlərin proqramlaşdırılması zamanı hər hansı şərtdən asılı olaraq hesablama və ya yerinə yetirilmə prosesi şaxələnir. Başqa sözlə şərtdən asılı olaraq proqram daxilində keçidin yerinə yetirilməsi baş verir. Bu keçidin həyata keçirilməsi dilin şərti keçid operatorları vasitəsilə yerinə yetirilir. Şərti keçid operatorunun ümumi şəkli aşağıdakı kimidir:

İF şərt THEN operator1 ELSE operator2

Burada: İF, THEN, ELSE ( əgər, onda, əks halda) dilin ehtiyat sözləri olub operatoru müəyyən edirlər;



Şərt- məsələnin qoyuluşundan asılı məntiqi tipli ifadə olan şərtdir;

Operator1 və operator2 Turbo Paskalın ixtiyari operatoplarıdır.

Əvvəlcə şərti ifadə hesablanır, əgər şərt ödənilirsə onda operator1 yerinə yetirilir və operator2 buraxılaraq yerinə yetirmə davam etdirilir, əks halda idarəetmə operator2-yə verilir və operator2 yerinə yetirilir. Burada operator2 verilməyə də bilər. Belə halda şərt ödənmədikdə yerinə yetirmə növbəti mərhələyə keçir. Qeyd edək ki, operator2 əvəzinə şərtsiz keçid operatorunun öxü də iştirak edə bilər, yəni



.....................................

İF A >B THEN Y:=2 ELSE IF A=B THEN Y:=5 ELSE Y:=3;

.....................................

və ya


...................................

IF A>B THEN IF C

IF R< D THEN Y:=1 ELSE Y:=0;

.....................................

yazılışları doğrudur.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə