Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə14/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

  27 

-  Восстановление  системы-  Sistemin  əvvəlki  vəziyyətinə  bərpası.  Bu  əmr  verildikdən  sonra 

yeni açılan pəncərənin sağ hissəsində iki rejim verilir. Bunlardan biri kompüter tərəfindən qeyd olunmuş 

və hansısa dəyişikliyə və  ya proqram təminatının əlavəsinə uyğun bərpa nöqtələrinə keçidə imkan verir. 

İkinci  isə  istifadəçinin  özü  tərəfindən  bərpa  nöqtəsinin  yaradılması  imkanını  yaradır.  Birinci  imkan 

seçildikdə növbəti addımda ekrana təqvim verilir. Həmin təqvimdə  xüsusi rənglənmiş  xanada olan tarix 

bərpa  tarixləridir.  Təqvim  pəncərəsinin  başlığında  verilən  hərəkətetdiricilərlə  daha  əvvəlki  bərpa 

nöqtələrinə keçmək mümkündür. Bu nöqtə seçildikdən sonra kompüter sistemi həmin tarixdəki vəziyyətə 

qaytarır. 

-  Дефрагментация  диска-  Diskin  defraqmentləşdirilməsi.  Adətən  faylları  diskə  yazdıqda 

kompüter fayl verilənlərini diskin sektorlarında qalan boş yerlərə hissələr-fraqmentlər şəklində yazmaqla 

disk  həcminə  qənaət  edir.  lakin  iri  həcmli  fayllarla  işlədikdə  bu  cür  fraqmentlərlə  yazılış  işin  sürətini 

aşağı  salır. Bunu aradan qaldırmaq məqsədilə disklərin defraqmentləşməsini aparmaq olar. Yəni  fayllar 

bütöv  şəkildə  disk  hissəsində  yerləşdirilir.  Qeyd  edək  ki,  bu  halda  diskin  tutumundan  optimal  istifadə 

edilməsə  də  disklə  işin  sürəti  artır.  Əmrin  yerinə  yetirilməsi  zamanı  açılmış  pəncərədə  yerinə  yetirilən 

proses (təhlil gedir, defraqmentləşmə gedir və s.) haqqında, prosesin nəticəsi haqqında məlumat verilir. 

- Мастер переноса файлов и параметров- Mənbə rolunu oynayan kompüterin parametrlərini və 

onda yerləşmiş faylların digər kompüterə keçirilməsi təmin olunur

-  Назначенные  задания-  Seçilmiş  tapşırığın  kompüter  tərəfindən  avtomatik  yerinə  yetirilməsini 

təmin edir. Əmr verildikdən sonra açılan pəncərədən «Добавить задания» rejimiminin üzərində düyməni 

sıxaraq yeni pəncərəyə keçirik və lazımi proqram seçilir. Növbəti addıma keçilir. Bu addımda tapşırığa ad 

verilir.  Bu  ad  proqramın  öz  adı  da  ola  bilər.  Həmin  pəncərədə  tapşırığın  yerinə  yetirilməsi  və  ya 

proqramın  işə  salınması  parametri  seçilir  (hər  gün,  hər  həftə,  kompüter  yüklənən  kimi  və  s.)  sonra 

«Готова»  düyməsi  ilə  prosesin  başa  çatdığı  bildirilir.  Sonrakı  mərhələlərdə  tapşırıqla  əlaqədar 

parametrlər sorğulara cavab şəklində müəyyənləşdirilir. 

- Очистка диска- Seçilmiş diskin təmizlənməsi. Bu rejim verildikdən sonra ekranda açılmış yeni 

pəncərədə  təmizlənəcək  disk  seçilir.  Növbəti  addımda  açılan  pəncərədə  adətən  silinməsi  lazım  olan 

qovluqlar  və  onlardakı  məlumatların  həcmi  göstərilir.  Əgər  təmizləmədə  əlavə  imkanlardan  istifadə 

etmək  istəyirsinizsə  onda  pəncərənin  yuxarısında  olan  «Дополнительно»  əmrini  verməklə  yeni  açılan 

pəncərədə,  lazımi  rejimi  (az  istifadə  olunan  komponenetlərin  silinməsi,  lazımsız  proqramların  silinməsi 

və  s.)  seçib  yeni  mərhələyə  keşmək  olar.  Lakin  ilkin  variant  seçilibsə  istifadəçi  təmizləyəcəyi  qovluğu 

müəyyəmləşdirir, lazımdırsa onun məzmununa baxır və yalnız təmizləmək gərək olan faylları seçir. Əks 

halda seçilmiş qovluqda olan bütün fayllar silinir. Bu əməliyyatın vaxtaşırı aparılması kompüterdə əlavə, 

lazımsış fayl və qovluqların olmamasına və iş üşün daha münbit şəraitin yaranmasına kömək edir. 

-  Сведения  о  системе-  Sistem  haqqında  məlumatları  verir.  Bu  əmrin  köməyi  ilə  kompüterin 

apparat  resursları,  müxtəlif  komponentlər,  qurğular,  proqramlar  haqqında  məlumat  və  onlrın  mövcud 

vəziyyətlərinin səciyyəsini əldə etmək olar. 

- Таблица символов- Kompüterdə olan sistemin malik olduğu simvolların cədvəlini ekrana verir 

və klaviaturada olmayan simvolların əlavə edilməsinə imkan yaradır. 

- Центр обеспечения безопасности- Kompüterin təhlükəsizliyinin təmin olunması məqsədilə üç 

parametrin  Brandmauerin  (kompüterə  daxil  olma  imkanlarının  istifadəçinin  müəyyənləşdirdiyi  qaydaya 

uyğunluğun),  avtomatik  yeniləmənin  və  viruslardan  qorunma  üçün  antivirus  proqramlarının  fəallığının 

müəyyənləşdirilməsini təmin edir. 

4. Xüsusi imkanlar. İstifadəçiyə xüsusi imkanlar verir. 

- Диспетчер служебных программ- Xüsusi imkanları təmin edən proqramların işə salınması və 

sazlanmasını təmin edir; 

- Мастер специальных возможностей- eşitmə, görmə və hərəkət qabliyyətində çatışmamazlıqlar 

olanlar üçün inkanların sazlanmasını təmin edir. 

-  Экранная  клавиатура-  Ekrana  klaviaturanın  təsvirini  çıxaraq  MOUS-dan  və  ya  digər  düyməli 

qurğudan istifadə edərək klaviatura düymələri ilə işləməni təmin edir. 

- Экранная лупа- Ekranın götürülmüş fraqmentinin böyüdülməsini təmin edir. 



5. Paint- rəngli təsvirlərin və qrafiklərin hazırlanması proqramıdır. Burada hazırlanmış təsvirlər 

Windowsun  digər  proqramlarında  da  istifadə  oluna  bilər.  Bu  məqsədlə  mübadilə  buferindən  istifadə 

etmək lazımdır. 


  28 

6.  WordPad-kiçik  qeydlər  və  sənədlərin  hazırlanması  üçün  nəzərdə  tutlmuş  proqramdır.Bu 

mətn proqramı  Windows əməliyyatlar sistemində işləyə bilən digər mətn proqramlarının imkanlarından 

daha  aşağı  imkanlara  malikdir.  Lakin  hər  halda  burada  istənilən  uzunluqda  mürəkkəb  obyektləri 

olmayan sənədi hazırlamaq olar. 

7.  Адресная  книга-Kompüter  vasitəsilə  xidməti  kataloqlardan  istifadə  etməklə  şəxsi  əlaqədar 

olduğunuz tərəfdaşları və müxtəlif insanlarla əlaqələrin idarə olunmasını  təmin edir.  

8. Блокнот- Sadə formatlı mətn fayllarının yaradılması və redaktəsini təmin edir; 

9.  Знакомство  с  Windows-  Windows  əməliyyatlar  sisteminin  imkanları  və  onlarla  işləmə 

qaydalar ilə tanış olmağa imkan verir

10. Калькулятор- Adi kalkulyatoru əvəz edərək onun yerinə yetirə bildiyi əməliyyatları aparmağa 

imkan verir.Burada kalkulyatorun sadə və bir çox mürəkkəb hesablama funksiyalarına malik olan qismən 

mürəkkəb variantları mövcuddur

11.  Командная  строка-  Hazır  proqramların  yerinə  yetirilməsi  sətridir  (MS  DOS  əməliyyatlar 

sistemində olduğu kimi); 

12.  Мастер  совместимости  программ-  Köhnə  proqramların  Windows-da  işləməsi  üçün 

uyğunluq yaradır; 

13. Проводник-Kompüterdə olan fayl və qovluqların siyahısını verir və onlarla işləyərkən bələdçi 

rolunu oynayır; 

14. Синхронизация-Avtonom rejimdə yenilənənverilənlərin (sənədlərin, təqvimlərin, elektron poçt 

məlumatlarının şəbəkə surətlərini yeniləyir (kompüter şəbəkəyə qoşuludursa); 

15.  Мастер  работы  со  сканером  или  цифровой  камерой-  Təsvirlərin  ckaner  və  ya  kamera 

vasitəsilə götürülməsini təmin edir. 

 

MÖVZU 4. MƏTN REDAKTORLARI. WORD MƏTN REDAKTORU. ƏSAS MENYULARI:  

                    ФАЙЛ, ПРАВКА, ВИД. 



 

EHM-larının  yarandığı  ilkin  dövrlərdə  başlayaraq  digər  məsələlərin  həlli  ilə  bərabər  hər  bir 

müəssisənin  fəaliyyətində  mühüm  əhəmiyyətə  malik  sənədləşmə  ilə  əlaqədar  mətnlərin  yığılmasının 

proqram  vasitələrinin  yaradılması  üzərində  iş  aparılırdı.  MS  DOS  əməliyyatlar  sistemində  bu  məqsədlə 

ABV və ya TEXT proqramlarından sonralar isə ChiWriter redaktorundan istifadə edilirdi. Bu redaktorlar 

adi yazının yığılması və çapına imkan versə də. mətnə müxtəlif obyektlərin əlavəsi və qrafik imkanlardan 

istifadədə  problemlər  yaradırdı.  Eyni  zamanda  müxtəlif  əlifbalar,  şriftlər  və  işarələrin  (hərf,  rəqəm  və 

digər  işarələrin)  müxtəlif  parametrlərinin  təyin  olunması  imkanlarına  malik  deyildi.  Məhz  bunu  nəzərə 

alaraq    Windows  proqram  örtüyü  yarandığı  vaxtdan  mətnlərin  yığılması,  onlar  üzərində  müxtəlif 

əməliyyatların aparılması üçün mətn redaktoru olan Word mətn redaktoru istifadəyə verildi. Bu redaktor 

Windows  əməliyyatlar  sisteminin  inkişafına  və  yeni  versiyalarının  yaradılmasına  uyğun  olaraq  yeni 

imkanların  əlavəsi  ilə  təkmilləşdirildi.  Eyni  zamnda  Word  mətn  redaktoru  Windows  əməliyyatlar 

sisteminin offis proqramı kimi mübadilə. Müxtəlif proqramların əlaqəli işləməsi, müasir tələbatlara uyğun 

xüsusiyyətləri də özündə cəmləşdirdi. 

Word  mətn  redaktorunu  yükləmək  üçün  işçi  stolun  “Пуск”  düyməsini  basdıqdan  sonra  açılan 

pəncərədən  “Программы”  bəndindən  Microsoft  Word  seçərək  yerinə  yeti-rilmə  verilir.  Yükləməni  işçi 

stoldakı proqrama uyğun piktoqramdan və Word sənədinin işarəsindən də yükləmək olar. 

Yüklənmədən  sonra  redaktorun  işçi  pəncərəsi  aşılır.  Pəncərənin  birinci  sətrində  redaktorun  və 

aktiv faylın adı verilir. Əgər fayl qçılmayıbsa onda onun əvəzinə Document1 göstərilir. Sonrakı sətirdə 

redaktorun əsas menyuları verilir. Daha sonra standart və formatlaşdırma alətlər panellərinin işçi lentləri 

verilir. Bu işçi lentlərdən sonra redaktorun işçi oblastı yerləşir. Bu hissənin yuxarı və sol hissəsində ölçü 

xətkeşləri, sağ və aşağı hissəsində isə işçi oblastda hərəkət düymələri yerləşir. İşçi oblastdan sonra sənəd 

görünüşü və sənəd haqqında məlumatlar sətirləri yerləşir. Burada səhifə, sətir, səhifələrin sayı, sütun və 

yerinə yetirilən əməliyyat haqqında məlumat verilir. 



Redaktorun menyuları və onlrın ümumi təyinatı belədir: 

Файл – faylın  yaradılması,  açılması, bağlanması,  yadda saxlanması,  çapı,  sənədə baxış,  sənədin 

göndərilməsi, xüsusiyyətləri, səhifə parametrləri təyin edilə bilər. 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə