Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə3/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   46

  5 

Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar:  

1) verilənlərin emalı texnologiyası;  

2) idarəetmənin informasiya təminatı texnologiyası. 

 Verilənlərin  emalı  texnologiyası  lazımi  ilkin  verilənlərə  malik  olan,  emal  üçün  alqoritmlər  və 

digər  standart  prosedurlar  olan  yaxşı  strukturlaşdırılmış  məsələlərin  həlli  üçün  nəzərdə  tutulur.  Bu 

səviyyədə  informasiya  texnologiyalarının  və  sistem-lərinin  tətbiqi  əmək  məhsuldarlığını  artırır,  onu 

hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır. 

İdarəetmənin  informasiya  təminatı  texnologiyasının  əsas  məqsədi  təşkilatın  qərar  qəbuletmə  ilə 

bağlı  olan  bütün  həmkarlarının  informasiya  tələbatını  ödəməkdir.  Həmin  texnologiya  idarəetmənin 

istənilən səviyyəsində faydalı ola bilər. 

Müasir  kompüterlərdə  informasiyanın  işlənməsi  aşağıdakı  ardıcıllıqla  yerinə  yetirilir.  Əvvəlcə 

tədqiq  olunan  obyekt  və  ya  proses  ətraflı  olaraq  araşdırıldıqdan  sonra  əsas  təsiredici  amillər  seçilərək 

toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil edilir. Daxil edilmiş məlumatlar ümumi qanunlar 

əsasında sistemləşdirilir və emala göndərilir. Emal prosesindən sonra alınmış nəticələr çıxış qurğularına 

və  ya  informasiya  daşıyıcılarına  göndərilir.  Göründüyü  kimi  ümumilikdə  informasiyanın  müasir 

kompüterlərdə  işlənməsi  vahid  proses  olmaqla  bərabər,  ayrı-ayrı  yerinə  yetirilə  bilən  və  özünəməxsus 

xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir. Bu vahid prosesi sxematik olaraq şəkildə aşağıdakı kimi 

təsvir etmək olar: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sxem 1. İnformasiyanın işlənməsinin ümumi sxemi. 



 

İnformasiya adərtən tədqiq edilən proses və ya obyektə uyğun ilkin sənədlərdən və təcrübələrdən 

əldə edilərək toplanır. Toplanmış  informasiyanın saxlanılması və ötürülməsi  məqsədilə kodlaşdırmadan 

istifadə edilir.  

Ümumiyyətlə,  əsas  informasiya  proseslərtnə  məlumatlarn  yığılması,  onların  qeyd  edilməsi  və 

kodlaşdırılması,  çoxaldılması,  bir  yerdən  başqa  yerə  ötürülməsi,  saxlanması,  axtarılması,  təhlili  və 

istifadə edilməsi aiddir. Bu informasiya prosesləri içərisində məlumatların yığdmasının texniki səviyyəsi 

xeyli  aşağı,  əməliyyatların  həcmi  isə  yüksək  olur.  İnformasiyarın  yığdmasının  ardınca  onun  müxtəlif 

sənədlərdə, məlumat daşıyıalarında qeyd edilməsi ilə yanaşı əks etdirilməsi əməliyyatları da baş verir. 

İlkin  informasiyanın  qeydiyyatı  ilə  nəticə  informasıyanın  qeydiyyatını  bır

-

-biriindən 



forqləndirmək lazımdır. İlkin informasiyanın toplanması və qeydiyyatı adətən eyni zamanda baş verdiyi 

üçün onlar əlaqəli surətdə nəzərdən keçirilir. Çox zaman informasiyanın növbəti qeyd edilməsi ilə onun 

kodlaşdırılması prosesi birgə yerinə yetirilir. Məlumatların kodlaşdmlması onların daha yığcam və tez əks 

etdirilməsini,  fərdi  kompüterlərin  köməyi  ilə  təhlilinin  həyata  keçirilməsini,  ötürülməsi  ilə  yanaşı 

saxlanılmasını asanlaşdırır. Bu zaman sözlər və informasiya elementləri şərti rəqəm və ya hərf işarələri- 

kodlarla  olunur.  Müasir  kompüterlərdə  informasiyanın  kodlaşdırılması  məqsədilə  ikilik  say  sisteminin 

rəqəmlərindən istifadə edilir.  

İnformasiyamn  saxlanması  və  axtarışı  prosesi  onun  uzun  müddət  öz  əhəmiyyətini  itirməməsi, 

dövri xüsusiyyət daşıması, təkrar işlənməsi məqsədləri üçün istifadə olunmasından və sairədən irəli gəlir. 

İstər  ilkin,  istərsə  də  törəmə  informasiya  müxtəlif  müddətli  saxlanmaya  və  axtarışa  məruz  qalır.  Elmi-

Информасийанын  

ютцрцлмяси

 

вя йа  верилмяси



 

 

 



информасийа

нын


 

Нятижялярин 

алынмасы

 

мярщяляси



 

Идаряетм


я обйекти

 

(истифадя



чи) 

Информасийаны

н топланмасы 

просесинин 

щяйата 

кечирилмяси



 

Информасийаны

н сахланмасы, 

ахтарышы, 

емалы

 

ютцрцлмяси



 


  6 

texniki tərəqqi ilə əlaqədar olaraq informasiyanın saxlanmasının və axtarişimn forma və üsulları, texniki 

vasitələri ildən-ilə təkmilləşdirilir. 

Əslində informasiya daşıyıcısı kimi insan beynini, kağızı, kitabları, jurnal və qəzetləri, audio və 

video  kasetləri,  maqnit  diskləri  və  lentlərini,  compakt  diskləri,  DVD  diskləri,  fleş  diskləri  və  s.  hesab 

etmək  olar.  Lakin  müasir  kompüterlər  bu  qurğulardan  daha  çox  tutma  və  sürətlə  işləmə  qabliyyətinə 

malik olanlardan istifadə edir.  

İnformasiyanin  saxlanması  məqsədilə  fayllardan  istifadə  olunur.  Fayl  diskin  və  ya  informasiya 

daşıyıcısınin  adlandırılmış  hissəsidir.  Hər  bir  fayl  özündə  eyni  ad  altında  birləşdirilmiş  müəyyən 

informasiyanı saxlayır. Fayllar ada malik olurlar. Eyni bir informasiya daşıyıcısında eyni adlı iki fayl ola 

bilməz.  Belə  halda  birinci  məzmun  silinərək  ikinci  yeni  məzmun  saxlanılır.  Faylin  adı  MS  DOS 

əməliyyatlar sistemində maksimum 11, Windows əməliyyatlar sistemində isə 256 simvol ola bilər. Faylın 

adı  iki  hissədən  :  xüsusi  ad  və  tipdən  ibarət  olur.  Faylın  tipi  üçün  maksimum  3  simvol  ayrılır.  Faylın 

xüsusi adı və ya tipi verilməyə də bilər. Adətən fayla verilən ad elə seçilir ki, o istifadəçiyə ilk baxışda 

fayl  və  ya  onun  məzmunu  haqqında  müəyyən  məlumat  versin.  Faylların  bir  çox  tipləri  onlar  haqqında 

əlavə məlumatın alınmasını təmin edir. Beləki, bu tiplər onda olan mılumatların növü, faylın yaradıldığı 

redaktor və ya proqram vasitəsi haqqında məlumatın əldə olunmasına imkan yarada bilər. 

Bəzi tez-tez rast gəlinən fayl tiplərini göstərək: 

SYS – sistem faylları; 

COM - əmrlər faylları; 

DOC – Word mətn faylı; 

XLS – Excel faylı; 

PAS – Paskal dilinin mətn faylı; 

BAS – Basic dilinin mətn faylı və sair. 

Fayllarla işləməni asanlaşdırmaq məqsədilə hər hansı oxşar əlamətə görə onlarə kataloqlarda və ya 

qovluqlarda  birləşdirirlər.  Bu  həm  axtarış  ,  həm  də  fayllar  üzərində  əməliyyatların  daha  asan  və  sürətlə 

yerinə yetirilməsini təmin edir. Kataloq və qovluqların yaradılmasında da fayllar üzərinə qoyulan şərtlər 

yerinə yetirilməlidir. 

Adətən  yaddaş  qurğularında  saxlanan  faylların  yaradılma  tarixləri,  onların  yaddaıda  tutduqları 

yaddaşın  həcmi, fayl  üzərində edilən dəyişikliklər haqqında məlumatları almaq müasir kompüterlərdəki 

sistemlərlə mümkündür. 

İnformasiyanın emalı prosesi aşağıdakı ümumi sxem üzrə aparılır: 

 

  

 



Sxem 2. İnformasiya emalının ümumi sxemi. 

 

Giriş informasiya ilkin sənəd və mənbələrdən toplanır. Toplanmış informasiya texniki qurğularla 



emal edilir. Bu qurğular icəricində böyük həcmli informasiyaları emal edən kompüterlər xüsusi yer tutur. 

Çıxış informasiya insan yaxud qurğu tərəfindən emal nəticəsində alınan informasiyadır. 

İnformasiyanın  çoxaldılmasının  başlıca  vəzifəsi  idarəetmə  məqsədləri  üçün  yayılmasını  təmin 

etməkdən ibarətdir. Xüsusilə nəticə informasiyası artırılaraq çoxlu ünvanlara göndərilir.  

İnformasiyanın  ötürülməsinin  zəruriliyi  ayn-ayrı  informasiya  proseslərinin  müxtəlif  yerdə  baş 

verməsi,  onlar  arasında  sıx  əlaqənin  və  asılılığın  olması  ilə  bağlıdır.  İnformasiyanın  ötürülməsi  onun 

ötürülmə  üsullarııtdan,  istiqamətindən,  informasiyanın  hansı  daşıyıcı  formasında  olmasından, 

məzmunundan asıhdır. 

Qeyd  etmək  lazımdır  ki,  informasiyanm  ötürülməsi  iqtisadi  informasiyanın  məruz  qaldığı 

çevrilmələrin  biri  ktmi  nəzərdən  keçirilməlidir.  Hazırda  bu  mərhələ  əsasən  avtomatlaşdırma 

elementiərinin  və  müasir  telekommunikasiya  vasitələrinin  geniş  istifadə  edilməsi  ilə  səciyyələnir.  Təbii 

ki,  bu  halda  informasiyanın  avtomatlaşdırılaraq  işlənməsi  imkanlari  xeyli  artır.  Burada  ən  perspektivli 

istiqamət  rabitənin  avtomatlaşdırılmış  sisteminin  yaradılması,  "intellektual"  terminalların  və  mütərəqqi 

kommunikasiya vasitələrinin tətbiq edilməsidir. 

İnformasiyanın ötürülməsi aşağıdakı sxem üzrə aparılır: 

 

Giriş 



informasiya 

 

Emal 



 

Çıxış 


informasiya 


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə