Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   46

  13 

 

-DVD- DVD (4-16 QB) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-



lərlə işləyə bilir; 

-flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 QB); 

Printerlər 

Printerlər bir-birindən: çapetmə üsuluna, sıxlığma, sürətinə və çap rənginə görə fərqlənirlər. 

1980-90-a  illərdə  kompüterlər  üçün  ən  çox  yayılmış  printerlər  matrisli  printerlər  idi.  Matrisli 

printerlər  ixtiyari  simvolları  və  qrafik  təsvirləri  ağ-qara  və  rəngli  (istifadə  edilən  lentin  rəngindən  asılı 

olaraq)  çap  edə  bilirlər.  Matrisli  printerlərin  qiyməti  ucuz,  cəldliyi  isə  yüksəkdir  (mətn  rejimində  bir 

dəqiqədə  1  -6  səhifə,  qrafik  rejimdə  isə  hər  səhifəyə  5  dəqiqə  vaxt  sərf  olunur).  Mənfi  cəhəti  ayrı-ayrı 

nöqtələrdən formalaşan şəkil və simvolların diskret quruluşlu olması, çap keyfiyyətinin aşağı olması, iş 

zamanı  səs  salması  və  rəngli  çap  üçün  az  əlverişli  olmasıdır.  Printerin  əsas  aktiv  elementi  xırda 

iynələrdir. Sadə modellərdə iynələrin sayı 9-12 arasında, mürəkkəb modellərdə isə 18-24 arasında olur. 

Hər  iynə  ayrıca  çəkic  rolunu  oynayır.  Müxtəlif  düzümlü  iynələrin  eyni  vaxtda  lenti  döyəcləməsi 

nəticəsində kağız üzərində istənilən formalı təsviri almaq mümkündür. Belə printerlərin çapetmə sıxlığı 

300 dpi-yə bərabərdir. İndiki zamanda praktiki olaraq matrisli printerlərdən istifadə azalıb. 

Axınlı  printerlərdən  kompüterlərdə  geniş  istifadə  edirlər.  Belə  printerlərdə  çap  mexanizmi 

müxtəlif  sayda  rəng  püskürtücülərindən  ibarət  olur.  Printerin  daxilindəki  mikroprosessorun  müəyyən 

etdiyi  ardıcülıqla  püskürücülər  çox  nazik  şırnaqlarla  rəngli  boyaru  kağızrn  üzərinə  püskürürlər. 

Şırnaqların istiqamətini dəyişdirməklə müxtəlif növ təsvirləri almaq müıhkündür. 

Axınla işləyən printerlər iki növdə olur. ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara rejim 

üçün səhifəyə 15-100 saniyə, rəngli rejim üçün isə 7 dəqiqəyə kimidir. Printerdə yüksək dəqiqliklə təsvir 

almaq üçün ötəri yüksək keyfiyyətli kağızdan istifadə etmək lazımdır (keyfiyyətsiz kağızda rənglərin bir-

birinə  qarışması  baş  verir).  Müasir  axınlı  printerlər  üçün  çapetmə  sıxhğı  700-720  dpi-dir  (bir  düymə 

düşən nöqtələrin sayı). 

Lazer printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşa malik olub, istər ağ-qara, istərsə də 

rəngli çapın (tipoqrafik çapa uyğun) yüksək keyfiyyətlə əldə olunmasını tənün edir (dəqiqədə 4-12 səhifə 

və  daha  çox).  Printerin  daxilində  olan  yanmkeçiricilərdən  hazırlanmış  silindrik  səth  yüksək  gərginlikli 

elektrik  mənbəyindən  yüklənir.  Təsvirə  uyğun  olaraq  silindrik  səthin  müəyyən  hissələri  lazer  şüası  ilə 

elektrik  yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsilə silindrin üzərinə səpilir. 

Lazer şüasınm düşmədiyi, yəni elektrik yükünün qaldığı yerlərdə boya tozları silindrin səthinə yapışır və 

silindrin  fırlanması  nəticəsində  kağız  üzərinə  hopdurulur.  Beləliklə,  kağız  üzərində  lazım  olan  təsvir 

alınır. 

Müasir  lazer  printerləri  üçün  çapetmə  sıxhğı  600-1200  dpi-dir.  Bu  printerlərin  müsbət  cəhətləri 

səhifəni sətir-sətir deyil, bütövlükdə çap etməsidir. Mənfi cəhəti isə qiymətiərinin baha olmasıdır. 

Modem 

Müasir dövrdə qlobal problemlərin həll edilməsində istifadəçilər İnternet elektron şəbəkələrindən 

istifadə  etməyə  böyük  üstünlük  verirlər.  Belə  dövrələrin  köməyi  ilə  istifadəçi  elektron  poçtu  ilə  işləyə 

bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı ya göndərir, ya da lazımi səviyyədə 

əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya 

faks-modem  (informasiya  dəyişməsini  təsvirlər  formasında  yerinə  yetirən  elektron  qurğu)  qurğusu 

istifadəçinin ixtiyarında olmalıdır. 

 Hal-hazırda   adi   modemlər   istehsal   olunmur,   «modem» dedikdə, sadəcə olaraq faks-modem 

nəzərdə tutulur. 

Modem - kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və 

ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə 

işlədiyi  halda,  telefon  xətləri  ancaq  analoq  siqnallan  vasitəsilə  işləyir.  Texnikada  rəqəmli  siqnalların 

analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir. 

Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir. 

Müasir  modemlərdə  hər  üç  xüsusiyyətdən  istifadə  edilir.  Modem  iş  prosesində  kompüterdən  üç 

bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə 

fazaya  uyğun  analoji  siqnalı  xəttə  göndərir.  Göndərilmiş  siqnallar  modem-qəbuledici  tərəfindən  qəbul 

edilərək istifadəçiyə lazım olan şəkildə çatdırıhr. 

12 



  14 

Modemin buraxma qabiliyyəti iki parametr:  informasiyanın  ötürülmə  sürəti və  informasiyanın 

tutumu  ilə  səciyyələndirilir.  İnformasiyamn  ötürülmə  sürəti  bod  ilə  ölçülür.  Yəni  əgər  modem  saniyə 

ərzində analoq siqnalının xarakteristikasım 2400 dəfə dəyişirsə, deməli onun informasiyam xəttə ötürmə 

sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir. 

Əgər  iki  modem  arasında  əlaqə  yaratmaq  lazımdırsa,  hər  iki  modemin  düzgün  işləməsi  üçün 

modemlərin  səciyyəvi  xüsusiyyətləri  eyni  olmalıdır.  Əks  halda,  informasiya  dəyişməsi  modemlər 

arasında baş verməyəcəkdir. 

Qeyd  edək  ki,  telefon  xətlərinin  keyfiyyətsiz  olması  və  ötürülən  siqnallarm  maneələrə  rast 

gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir. 

Kompüterə qoşulan modem göstərilən iki iş rejimindən birində ola bilər: verilənlərin ötürülməsi 

və  əmrlər  rejimi.  Birinci  rejimdə  kompüterin  modemə  ötürdüyü  siqnal  analoq  siqnalına  çevrilərək 

telefon  xətti  ilə  ötürülür.  Ddnci  rejimdə  isə  kompüter  tərəfindən  xüsusi  əmrlərin  verilməsinə 

baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcdhğını əmrə çevirir. 

Modexnlər istifadə olunan kompüterlərin tiplərindən asdı olaraq daxili (elektron lövhə şəkilində 

kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompüterə ayrıca qurgu kimi qoşulur) olurlar. 



Səs kartı (səs adapteri) 

Səs  məlumatlarını  (musiqi,  danışıq  və  s.)  canlandırmaq  üçün  kompüterə  akustik  sistemlər  (səs 

ucaldanlar) və səs  kartları quraşdırılır. Səs  kartı  kompüterin imkanlarını  genişləndirərək ona musiqi ifa 

etməyə,  danışmağa  (xüsusi  proqramlardan  istifadə  etməklə)  və  məhdud  şəkildə  danışığı  qəbul  etməyə 

şərait yaradır. 

Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri multimediyah 

adlandırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər. 

Şəbəkə kartı 

Şəbəkə  kartı  (və  ya  şəbəkə  adapteri)  kompüterin  lokal  dövrəyə  qoşulmasına  imkan  verir.  Əgər 

firma  və  ya  təşkilatda  müəyyən  sayda  kompüterlərdən  istifadə  edilirsə,  şəbəkə  lövhəsi  vasitəsilə  ilə 

kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür. 



DVD (digital vidio disk) 

DVD  kompakt  diskləri  oxuyan  qurğunu  (CD-ROM)  əvəz  edəcək  qurğu  kimi  yaxın  zamanlarda 

istehsal olunmağa başlanıb. Müxtəlif tutumlarda (təxminən 4.7 Hbayt-dan 17 Hbayt-a kimi) olan disklər 

adi kompakt disklərə çox oxşayırlar. 



Strimmer 

Strimmer (stream - uzun lent) informasiyaru maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. 

Ondan  sərt  maqnit  diskində  olan  informasiyanın  ehtiyatda  saxlanılması  üçün  istifadə  edirlər.  Əgər 

həddindən  artıq  vacib  olan  informasiya  sərt  maqnit  diskindədirsə,  onu  strimmerdə  saxlamaq  məsləhət 

görülür. Strimmerin kassetləri böyük tutuma (120 Mbaytdan 5 Hbayta qədər) malikdir. 

Skaner 

Mətn  və  qrafiki  informasiyanın  surətini  çıxarıb  kompüterə  daxil  etmək  üçün  skaner  (Scaner) 

qurğusundan istifadə  edilir. Skaner fotoşəkil, rəsm,  əl  yazması, qəzet  və jurnal  surətlərinin kompüterdə 

təkrar istifadə edilməsini təmin edir. 

Fərdi  skanerin  əl  ilə  işləyən,  planşet  və  baraban  növlərindən  istifadə  olunur.  Skanerin  əsas 

elementi yarımkeçirici lazer və yarımkeçirici işıqqəbuledicidir. Skaner mətn və ya təsvir üzərində hərəkət 

etdikdə  kağız  üzərində  hərəkət  edən  lazer  şüası  mətni  və  ya  təsviri  skanerləyir  və  təsvirə  uyğun 

informasiyam  işığa  həssas  yanmkeçiricilərdə  əks  etdirir.  Nəticədə  alınmış  işıq  siqnah  elektrik  siqnalına 

çevrilir  və  naqil  vasitəsi  ilə  kompüterə  ötürülür.  Kompüterə  ötürülən  siqnal  özündə  təsvirə  uyğun  olan 

nöqtələrin  sayını  və  təsvirin  rəngini  təzahür  etdirir.  Kompüter  tərəfindən  alınan  siqnal  kompüterin 

daxilində  rəqəm  siqnalına  çevrilir.  Ahnmış  məlumat  istifadəçi  tərəfindən  lazım  gəldikdə  fayl  şəklində 

diskə yazılır. 



Plotter 

Plotter kağız üzərində müxtəlif çertyojların çəkilməsini təmin edir. Əsasən kompüterdə mühəndis 

məsələlərini həll etmək üçün istif adə edilir. 

Rəqəmsal kamera 

Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır. 

Kompüter  digər  qurğulardan  fərqli  olaraq  onun  üçün  əvvəlcədən  hazırlanmış  proqrama  uyğun 

işləyən  və  ona  daxil  olan  informasiyanın  təhlilinə  aid  istənilən  əməliyyatları  yerinə  yetirən  qurğudur. 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə