Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

  15 

Програм  –  машынын  аддым  –  аддым  йериня  йетиряжяйи  тялиматлар    вя 

йахуд  ямрляр  сийащысыдыр.  Kompüterdən  istifadə  etmək  və  onun  tətbiq  sahəsini 

genişləndirmək  o.  üçün  proqram  təminatına  malik  olmalıdır.  Proqram  təminatı  elə  proqramlar 

kompleksidir  ki,  onsuz  kompüterin  işini  təsəvvür  etmək  olmaz.  Proqram  təkcə  konkret  məsələni  həll 

etmək  üçün  deyil,  istifadəçi  ilə  kompüter  arasında  ünsiyyət  yaratmaq,  informasiya  emalı  prsesini  idarə 

etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşlayıb ona çatdırmaq və s. üçün lazımdır. 



Proqram  təminatı  kompüter  istifadəçisinin  araşdırdığı  problem  və  məsələlərin  həllini  təşkil  edən 

proqramlar yığımıdır. 



Proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər: 

1.

 



Sistem  proqramları-  bu  proqramalr  həmişə  işə  hazır  vəziyyətdə  olub  yaddaşda  saxlanılırlar. 

Onların  əsas  vəzifəsi  kompüterin  qurğuları  və  aparat  hissəsi  ilə  iş  prosesində  istifadə  edilən  digər 

proqramlar arasında əlaqə yaratmaqdır (məsələn BİOS proqramı)ı 

2.

 



Qeyri-rezident  (adi)  proqramlar-  ən  geniş  yayılmış  kateqoriyalı  proqramlardır.  Bu  proqramlar 

vasitəsilə  istənilən növ məsələni  kompüterdə  həll  etmək mümkündür. Bu proqramlar işlərini  bitirdikdən 

sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir. 

3.

 



Rezident  proqramlar-  Belə  proqramlar  adi  proqramlardan  fərqli  olaraq  idarəetməni  digər 

proqramlara  ötürdükdə  əməli  yaddaşdan  silinmirlər  və  onlar  proqramların  icrası  qurtardıqdan  sonra 

idarəetməni öz üzərinə götürürlər. 

Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə də üç qrupa bölünürlər: 

1.

 

İdarəetmə  və  müxtəlif  köməkçi  funksiyaları  yerinə  yetirən  sistem  proqram  təminatı.  Məsələn 



informasiyanın surətinin çıxarılması, kompüterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s. 

2.

 



Kompüterdə  yeni  proqramların  yaradılmasını  təmin  edən  proqramlaşdırma  sistemləri  və  ya 

instrumental sistemlər; 

3.

 

İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar, Məsələn mətn redaktorları, şəkil 



və qrafiklərin çəkilməsi və s.  

Sistem proqram təminatı: 

Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir: Sistem proqramları 



aşağıdakılardır: 

1.

 



Əməliyyat sistemləri

2.

 



Şəbəkə sistemləri; 

3.

 



Xidməti proqramlar və s. 

Sistem  proqramlarının  vasitəsilə  diskləri  formatlaşdırmaq,  kompüterə  qoşulan  xarici  qurğuların 

parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək. çapı təşkil etmək, lokal və 

qlobal şəkələrlə əlaqə yaratmaq mümkündür. 



Əməliyyat  sistemləri  sistem  proqram  təminatının  əsasşnı  təşkil  edib.  Onun  vacib  elementlərindən 

biridir.  Əməliyyatlar  sistemi  kompüter  işə  düşərkən  yerinə  yetirilməyə  başlayır.  Kompüterin  bütün 

hissələrinin işləməsini təmin edir, informasiyanı idarə edir. əməliyyat sistemi məlumatların saxlanması və 

onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir. 



Şəbəkə  ƏS  lokal  və  qlobal  kompüter  şəbəkələrinin  meydana  gəlməsilə  əlaqədar  istifadəçinin 

hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir. 



Şəbəkə  proqram  təminatı  paylanmış  hesablama  şəbəkəsinin  resurslarını  idarə  edir.  Ümumi 

ehtiyatlara  yaddaş  qurğuları,  periferiya  qurğuları,  ortaq  proqram  təminatı  və  s.,  şəbəkə  proqram 

təminatına isə  Windows 2000, Windows NT Server, Netware,  Windows for Workgroup və s. aiddir. 

ƏS-nin  tərkibinə  bir  sıra  işləri  yerinə  yetirən  xidməti  proqramlar  daxildir.  Bu  proqramlar 

kompüterdən  istifadəni  və  onun  texniki  xarakteristikalarını  yaxşılaşdırır.  Bu  proqramlar  kompüterin 

aparat  hissəsinin  işinə  nəzarət  etməyə.  nasazlıqları  aşkarlamağa,  onların  harada  baş  verdiyini 

müəyyənləşdirməyə,  ƏS-nin  nüvəsinə  müraciət  etməyə,  proqramların  xarici  yaddaş  qurğularından 

(disklərdən və viçesterdən) əməli yaddaşa yükləməyə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları 

arasında əlaqə yaratmağa, diskləri formatlaşdırmağa və s. imkan verir 

Xidməti proqramlara aşağıdakılar aiddir: 

-antiviruslar; 

-interfeys proqramları; 

-fayl, kataloq və qovluqlarla işləmə proqramları; 

- arxivləşdirmə proqramları; 



  16 

- proqram örtükləri

- qurğuların iş qabliyyətini yoxlayan proqramlar

-qurğuları idarə edən proqramlar- drayverlər

-köməkçi proqramlar. 

Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir: 

-kompüteri diaqnostika edərək nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır; 

-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP? WINRAR); 

-antivirus  proqramlar  kompüterin  viruslrla  yoxlanmasının  qarşısını  alır  və  əmələ  gələn  virusları 

arada götürür (NOD32, Антивирус Касперского və s.). 



İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri): 

İnstrumental  proqramlar  və  ya  proqramlaşdırma  sistemləri  yeni  proqram  vasitələri  (sistem  və 

tətbiqi)  yaratmaq  üçün  istifadə  edilir.  Proqramlaşdırma  sistemləri  maşın  dilində  deyil,  istifadəçi  üçün 

daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir. 

 Maşın dilləri çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla 

işləyir.  

Təbii dilə yaxın olan daha sadə dillər proqramlaşdırma dilləridir. Proqramlaşdırma dilində yazılan 

proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir. 

Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən 

kompüterdə  işləyir  və  onlarla  işləmək  əlverişli  və  asandır.  Çatışmayan  cəhətləri  kompüterin  texniki 

xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasın adaha çox vaxtın sərf edilməsidir. 

Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar

-məntiqi məsələlərin həlli üçün

-elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün; 

texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqramlaşdırılması üçün. 

Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar 

kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər. 



Translyatorlar  iki  üsulla  təşkil  oluna  bilərlər:  interpretasiya  və  kompilyasiya  yolu  ilə.  Məhz  buna 

görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar. 



İnterpretator  proqramın  operatorlarını  bir-bir  təhlil  edir  və  onu  bütövlükdə  yaddaşa  yükləyir.  Bu 

səbəbdəndə proqramın işləmə vaxtı uzanır. 



Kompilyator  bütün  proqramı  maşın  koduna  çevirərək  səhvlər  haqqında  məlumatları  vaxtında 

istifadəçiyə çatdırır. Beləliklə operatorpların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik aparılır. Buna 

görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur, proqram əməli yaddaşa 

yüklənməsinə ehtiyac duyulmur və yaddaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır. 



Tətbiqi proqramlar 

Fəaliyyətin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına 

tətbiqi proqramlar deyilir. Təbiqi proqramlar iki hissədən ibarətdir:  

-tətbiqi proqramlar paketi (TPP); 

-standart proqramlar kitabxanası. 

TPP  müəyyən  sinif  məsələləri  həll  etmək  üçün  nəzərdə  nəzərdə  tutulmuş  elə  proqramlar 

kompleksidir  ki,  kompleksin  komponentlərindən  biri  idarəedici  rolunu  oynayaraq,  istifadə  edilən  bütün 

proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur. 

Standart  proqramlar  kitabxanası  isə    riyazi  funksiyaların  hesablanması,  standart  məsələlərin 

həllini,  və  sair  bu  kimi  işləri  yerinə  yetirən  proqramlardır.  Bu  proqramlar  əvvəlcədən  hazırlanaraq 

istifadə üçün kompüterin yaddaşına yazılır. 

Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır: 

-

 



mətn redaktorları- kompüterdə mətnlərin nhazırlanması üçün (WordPad, Microsoft Word); 

-

 



cədvəl prosessorları- cədvəl verilənləriri emalı üçün (Lotus 1-2-3, Microsoft Excel); 

-

 



nəşriyyat sistemləri- nəşriyyat sənədlərinin hazırlanması üçün (PageMarker? QuarkXpress); 

-

 



verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS) (Microsoft Access); 

-

 



təqdimatların (prezentasiyaların) hazırlanması üçün (Microsoft Power Point); 

-

 



iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Финэксперт, Бухгалтерия 1С); 

-

 



qrafik sistemlər- şəkillərin, animasiyaların, videofilmlərin hazırlanması üçün (Presto! Mr. Photo); 

-

 



verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika); 


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə