Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

  17 

-

 



öyrədici proqramlar, kompüter oyunları, tərcümə proqramları və s. (Polyqlot, PROMT). 

TPP  hər  hansı  məsələ  və  ya  məsələlər  sinfi,  həmçinin  istifadəçilər  üçün  nəzərdə  tutulan  proqram 

vasitələrinin toplusu və ya kompleksidir.  

TPP aşağıdakı əlamətlərə görə təsnif olunurlar: 

-tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə; 

-informasiyanın işlənməsi üsullarına görə; 

-paketlərin reallaşmasına görə. 

TPP tətbiq sahələri üzrə aşağıdakı kimi tənif olunurlar: 

-əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən TPP; 

-ümumi təyinatlı TPP; 

-mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan TPP. 

İnformasiyanın işlənməsi üzrə TPP üç qrupa bölünürlər: 

-üsulyönlü TPP; 

-problemyönlü və ya problemlə bağlı TPP; 

-texnologiyayönlü TPP. 

Üsulyönlü  TPP  hər  hansı  üsullla  (məsələn  simpleks  üsulla  xətti  proqramlaşdırma  məsələlərinin 

həlli) məsələlərin həlli üçün istifadə edilir. 



Problemyönlü TPP hər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə 

edilir. Texnologiyayönümlü TPP informasiyaların və məlumatların icrası üçün nəzərdə tutulur. 



TPP-lərini  əməliyyatyönümlü  və  problemyönümlü  proqramlara  da  bölmək  mümkündür. 

Əməliyyatyönümlü TPP öz növbəsində iki yerə bölünür: 

-məlumatların işlənməsini təmin edən paketlər

-məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər. 

Tətbiqi  proqramlar  ixtisaslaşmış  və  İnteqrasiya  olunmuş  proqram  paketlərinə  bölünürlər. 

İxtisaslaşmış  tətbiqi  proqramlar  paketi  ayrıca  sahə  və  ya  ayrıca  götürülmüş  məsələnin  həlli  üçün  təyin 

olunmuş  və  istifadə  edilən  proqram  paketidir.  İnteqrasiya  olunmuş  proqram  paketləri  ümumi  təyinatlı 

TPP-ni  funksiyalarına  görə  fərqləndirən,  müxtəlif  proqram  paketlərini  özündə  birləşdirən  tətbiqi 

proqramlar  paketidir.  Müasir  inteqrasiya  olunmuş  TPP  tərkibinə  mətn  redaktorları,  elektron  cədvəllər, 

qrafiki  redaktorlar,  informasiya  bazalarını  idarəetmə  sistemləri  və  kommunikasiya  sistemləri  daxildir. 

Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi 

imkanlarını genişləndirir.  

 

MÖVZU 3. ƏMƏLIYYATLAR SISTEMLƏRI. WINDOWS ƏMƏLIYYATLAR SISTEMI. İŞÇI 

                    STOL, ONUN ELEMENTLƏRI, TƏRTIBI QAYDALARI. İDARƏETMƏ PANELI.  

                    STANDART VƏ XIDMƏTEDICI PROQRAMLARLA IŞIN TƏŞKILI 

 

Əməliyyat sisteminin köməyilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları 

iş  prosesinə  qoşulur,  kompüter  idarə  edilir  və  istənilən  proqram  işə  düşür.  Beləliklə,  ƏS-nin  əsas 

funksiyası  kompüterlərin  ehtiyatlarının  (fiziki  ehtiyatlar  (mikroprosessor,  monitor,  disklər)  və  məntiqi 

ehtiyatlar  (proqramlar.  Fayllar  və  s.))  və    və  hesablama  sistemləri  proseslərinin  idarə  olunmasıdır. 

Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar. 

ƏS-ləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər: 

1.

 



birməsələli (bir istifadəçidən ibarət) ƏS; 

2.

 



çoxməsələli (çox istifadəçidən ibarət) ƏS; 

3.

 



Şəbəkə əməliyyatlar sistemləri. 

Birməsələli ƏS bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. 

Belə sistemlərə MS-DOS ƏS göstərmək olar. 



Çoxməsələli  ƏS  fərdi  kompüterlərdən  istifadəçilərin  multiproqrm  vaxt  bölgüsü  rejimində  kollektiv 

istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor 

kompüterin  resurslarını  onlar  arasında  bölüşdürür.  Belə  ƏS  UNİX,  OS/2,  Windows,  Windows  NT-ni 

göstərmək olar. 



Şəbəkə  ƏS  lokal  və  qlobal  kompüter  şəbəkələrinin  meydana  gəlməsilə  əlaqədar  istifadəçinin 

hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir. 

Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlat sistemi geniş istifadə olunur: 



  18 

-MS-DOS və onunla uzlaşan PC-DOS və Novell Dos əməliyyat sistemləri

-  Windows  3.1,  Windows  3.11,    Windows  95,    Windows  98,  Windows  2000/NT,  Windows  XP, 

Windows Vista. 

-UNİX, LUNİX. 

Bu  əməliyyat  sistemləri  8,  16,  32  mərtəbəli  mikroprosessorlar  üzərində  qurulmuş  FK-lar  üçün 

yaradılmışdır. 

MS-DOS əməmliyyat sistemi 

MS-DOS  ƏS-i  İBM  PC  kompüterləri  ilə  eyni  vaxta  yaradılmış  və  16  mərtəbəli  mikroprossesorlar 

üzərində qurulmuş FK-larda istifadə edilir. 

MS-DOS ƏS-inin 1981-ci ildə ilk versiyası yaradılıb. 1987-ci ildə bu ƏS-nin 3.3 versiyası yaradılır 

və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MS-DOS ƏS-nin 5.0 

və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 KB-dan çox  tutuma, maqnit disklərinin 

isə  32  MB-dən  artıq  tutuma  malik  olmasına  imkan  verdi.  6.0  versiyası  rezerv  proqramlar  yaratmağa 

diskdəki  sıxılmış  informasiylardan  və  antivirus  proqramlarından  istifadəyə  imkan  verdi.  Hazırda  MS-

DOS 6.20 versiyası istifadə edilir. 

MS-DOS ƏS-i ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS ƏS-lərinin 6.0 və 7.0 

versiyalarından  istifadə  edilir.  Onların  çatışmayan  cəhəti  diskdəki  informasiyanın  bir-biri  ilə 

uzlaşmamasıdır.  

MS-DOS    ƏS  kompüterin  daimi  yaddaşında  saxlanan  əsas  idarəetmə  proqramı  olub,  yaddaşın 

proqramlar  üçün  bölünməsini,  faylların  diskdə  yerləşdirilməsini,  kompüter  avadanlıq  və  qurğularının 

(klaviatura,  displey,  sərt  disk,  disk  sürücüləri)  daxil  olan  siqnallara  və  işləyən  proqramlara  xidmətini 

həyata keçirir. 

MS-DOS  ƏS-i  minimal  funksiyalar  yığımından  ibarət  olmaqla  bir  nəfərin  vahid  proqramla 

işləməsinə imkan yaradırdı. 

Bu sistemi hazırlauyarkən iki prinsipə üstünlük verilmişdir: 

-

 



MS-DOS-un  ilkin  və  sonrakı  versiyaları  üçün  tərtib  edilmiş  proqramlar  arasında  uzlaşma 

olmalıdır; 

-

 

MS-DOS-un  istənilən  versiyası  İBM  və  onunla  uzlaşan  istənilən  kompüterlər  ilə  işləmə 



imkanına malik olmalıdır. 

Hazırda  əməliyyatlar sistemindən geniş istifadə MS-DOS ƏS-nin əhəmiyyətini heçə endirmir. Belə 

ki: 

-çoxlu  sayda  yaradıcı  sahələrə  aid  MS-DOS-da  tərtib  edilən  proqramlar  müvəffəqiyyətlə  istifadə 



edilir. Onların yenidən işlənməsinə və lazımi effektin alınması həmişə mümkün deyil

- Windows ƏS və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında  MS-

DOS-dan istifadə edilir. 

MS-DOS ƏS-nin üstün cəhətləri bunlardır: 

-geniş imkanlı əmrlər sisteminə malikdir; 

-fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü

-çoxsəviyyəli kataloqların təşkil olunma imkanları; 

-  əlavə  qurğuları  qoşarkən  onların  idarəedici  proqramlarının,  drayverlərinin  sistemə  qoşulması 

imkanı; 

-istifadəçilərlə dialoqla məsələlərin həlli; 



MS-DOS ƏS-i modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır: 

-Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm 

də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə ilə 

əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir.O, həmçinin yaddaşın işini yoxlayır, ƏS-

nin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır; 

-ƏS-nin  yükləyicisi,  ilkin  yükləmə  proqramı  (boot  record)-  bu  qısa  proram  olub  sistem  diskinin 

birinci  sektorunda  yerləşir.  Onun  vəzifəsi  DOS  və  onun  digər  iki  modulunun  yaddaşa  yüklənməsi 

prosesini tamamlamaqdır; 

-Disk  faylları-  İO,SYS  və  MSDOS,SYS.  Disk  faylları  ƏS-nin  yükləyicisi  tərəfindən  yüklənir  və 

kompüter yaddaşında daimi qalırlar; 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə