Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


İnformasiya mübadiləsi və onun ünsiyyətdə yeri



Yüklə 181,46 Kb.
səhifə19/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   15   16   17   18   19   20   21   22   ...   52
Mühazirə Psixologiya

2. İnformasiya mübadiləsi və onun ünsiyyətdə yeri. İnsanların bir-biri ilə informasiya mübadiləsi ünsiyyətin daha geniş yayılmış tərəfi, cəhəti olmaqla psixoloji ədəbiyyatda ünsiyyətin kommunikativ tərəfi adlanır. İnformasiya mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri, ideyaları, hissləri, istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə insanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsini həyata keçirirlər. Bu cür informasiya mübadiləsi olmadan insanların birgə yaşayışı və fəaliyyəti çətinləşər, mümkün olmazdı.
Ünsiyyət zamanı həyata keçirilən informasiya mübadiləsində iki tərəf iştirak edir: məlumatı, informasiyanı verən və məlumatı qəbul edən. Birinci tərəf – informasiyanı verən kommunikator, ikinci tərəf – informasiyanı qəbul edən isə resipient adlandırılır. Beləliklə hər cür informasiya mübadiləsi K – İ – R (kommunikator- informasiya- resipient) sxemi üzrə həyata keçir. Kommunikasiya vasitələri.
İnsanlar arasında informasiya mübadiləsini təmin edə biləcək vasitələr çox və müxtəlifdir. Psixoloji ədəbiyyatda bu cür kommunikasiya vasitələrini iki qrupda birləşdirirlər. Birinci qrup kommunikasiya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir. Bu cür kommunikasiya vasitələrini verbal kommunikasiya vasitələri adlandırırlar. Burada hansı dil qrupuna aid olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları və həmin dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət vasitəsi kimi istifadə edirlər. Dil vasitəsilə insanlar arasındakı bu cür ünsiyyət prosesi nitq adlanır.
İkinci qrup kommunikasiya vasitələri dildən, nitqdən kənar vasitələrdir. Bu cür vasitələr qeyri-verbal kommunikasiya vasitələri adlandırılır. Onlara müxtəlif ifadəli hərəkətləri, mimikanı, pantomimikanı, işarələr sistemini və s. aid etmək olar. Hər iki kommunikasiya vasitələrini ayrı-ayrılıqda nəzərdən keçirək.
Verbal ünsiyyət. Nitq verbal ünsiyyətdir. İnsanların birgəyaşayış zərurətinin meydana gəlməsi onların ünsiyyət tələbatının da yaranmasına səbəb olmuşdur. Tarixən insanların dil vasitəsilə ünsiyyət forması meydana gəlmişdir. Nəticədə dildən istifadə edərək öz fikirlərini, istək və arzularını birbirinə çatdırmaq imkanına malik olmuşlar. Bu proses nitq prosesi adlandırılmışdır. Buradan da verbal ünsiyyət prosesi olan nitqə belə tərif vermək mümkün olmuşdur: insanlar arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesinə nitq deyilir. Tərifdən göründüyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq isə həmin prosesin özüdür. İnsanlar dilə yiyələnməklə onun vasitəsilə ünsiyyət saxlaya bilirlər. Başqa sözlə onlar nitqə yiyələnmiş olurlar. Hər hansı bir xarici dildə danışa bilmək həmin dili başa düşmək, başqa sözlə verbal ünsiyyətə girə bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacarmaq lazımdır.
Psixologiyada «dili» və «nitqi» fərqləndirən digər cəhətlərə də diqqət yetirilir. Adətən, dili şərti danışıq işarələri sistemi kimi qəbul edirlər. Onun köməyi ilə insanlar üçün müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə olunur. Dil cəmiyyət tərəfindən yaradılır. Dil ümumxalqa məxsus olduğu üçün həmin dilin ölməsi xalqın ölməsi deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir.
Dil olduqca mürəkkəb quruluşa malikdir. Hər cür dil, hər şeydən əvvəl, özünün müəyyən mənalı söz sistemindən ibarət olan lüğət tərkibinə malikdir. Bu, həmin dilin leksikasını təşkil edir. Bundan başqa, dildə müxtəlif formalı söz və söz birləşmələri sistemi də vardır ki, bu dilin qrammatikasını təşkil edir. Bunlarla yanaşı olaraq hər bir konkret dilin özü üçün xarakterik olan səs və ya fonetik tərkibi də mövcuddur. Dil həcm etibarilə nitqdən çox genişdir. Çünki dil ümumxalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə işlədilən sözlərin yalnız müəyyən bir qismi fərdin ünsiyyət prosesində istifadə edilir.
Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab edirlər. Bu proses məlumat, göstəriş, sual, əmr və s. şəklində həyata keçir. Hər bir söz ümumiləşdirmə mahiyyətinə malikdir. Ona görə də nitq prosesində hər bir söz özünün müvafiq mənasında çatdırılmalıdır. Buna isə sözü müvafiq kontekstdə işlətməklə nail olmaq mümkündür. Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu çatdırmaqla yanaşı danışdığımıza öz emosional münasibətimizi də bildiririk.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə