Mövzu 12. LogiSTİk sistemləRDƏ ehtiyatlarin idarə ediLMƏSİ Plan: Ehtiyatların mahiyyəti



Yüklə 222,99 Kb.
tarix16.11.2017
ölçüsü222,99 Kb.
#10592

Mövzu 12. LOGİSTİK SİSTEMLƏRDƏ EHTİYATLARIN İDARƏ EDİLMƏSİ

Plan:

  • Ehtiyatların mahiyyəti

  • Material ehtiyatlarının təsnifləşdirilməsi

  • Ehtiyatların idarə edilməsinini qiymətləndirilməsi

  • Texnoloji ehtiyatlar

1.Ehtiyatların mahiyyəti

İstehsal vasitələrindən maddi ehtiyatlari hər bir cəmiyyətin məhsuldar qüvvələrindən səmərəli istifadə olunmasına təsir göstərən amillərdən biri olmaqla, bu gəmiyyətin iqtisadi və hərbi - strateji təhlükəsizliyinin bir hissəsidir. Təkrar istehsal prosesində tutduqları yerdən asılı laraq maddi ehtiyatlar iki hissəyə ayrılır:

a) istehsal sferasındakı maddi ehtiyatlar – istehsal ehtiyatları;

b) tədavül sferasındakı maddi ehtiyatlar – əmtəə ehtiyatları (bəzən bu ehtiyata satış ehtiyatı da deyilir).

İstehlakçının anbarında , hazırlıq sexində və habelə iş yerlərində olan və texnoloci proesdə iştirak etməli, bütün xammala. Materila, (əsas və köməkçi, satın alınmış məlumat və yarımfabrikatlara), yanacağa və s. istehsal ehtiyatları deyilir. Əmtəə ehtiyatlarının tərkibinə isə materialı hazırlamış müəssisənin anbarındakı istehsal-texniki təyinatlı hazır məhsul ehtiyatı. İstehsal vasitələrinin topdansatış mağazalarında , təchizat və satış bazarlarında və bir də yolda olan istehsal-texniki təyinatlı məhsul ehtiyatı daxil edilir.

Qeyd etmək lazımdır ki. Əmtəə və istehsal ehtiyatı vahid məqsədə (təkrar istehsala) xidmət etdikləindən onlar üzvi surətdə bir-birindən asılıdır və qarşılıqlı əlaqədədir.

Maddi-texniki təchizatın səmərəli təşkili bütünlükdə xalq təsərrüfatında və habelə ayrı-ayrı iqtisadi regionlarda istehsal vasitələri ehtiyatının səviyyəsi və quruluşundan. Əmtəə və istehsal ehtiyatlarının optimal nisbətindən xeyli asılıdır.

Maddi ehtiyat növlərinin optimallığı hər şeydən qabaq o deməkdir ki, ehtiyatların zəruri səviyyəsi mümkün qədər dəqiq müəyyən edilmiş olsun. Bu bir tərəfdən istehsal fəaliyyətinin fasiləsizliyini təmin edir. Digər tərfdən isə istehsal vədədavül sferalarındakı maddi ehtiyatların elmi cəhətdən əsaslandırılmış nisbətini müəyyənləşdirir.

İstehsalçıların səmərəli təchizat formalarını düzgün seçmələri hər bir iqtisadi regionda ümumi maddi ehtiyatın (istehsal və mətəə) optimallaşdırılması tədbirlənrindədir. Anbar təchizat formasının üstünlük təşkil etməsi əmtəə ehtiyatlarının həcminə nisbətən artırır və istehsalçı müəssisələrdə toplanan maddi ehtiyatların həcmini azaldır. Təzhizatın tranzit formasının üstünlüyü şəraitində əmtəə ehtiyatının təchizat təşkilatlarında toplanan hissəi azalır, istehsal ehtiyatları isə artır.

Təzhizatın anbar formasının inkişaf etdirilməsi anbar meydançalarının genişləndirilməsi üçün birdəfəlik xərclər əsaslı vəsait qoyuluşu tələb edir. Əmtəə ehtiyatının həcmi çoxalır. Materialların qorunması, dəstləşdirilməsi və saxlanması ilə əlaqədar olaraq tədavül xərcləri artır. Baza və anbarlardan materialların istehlakçılara avtomibillə daşınması da əlavə xərclərə səbəb olur.

Təchizatın anbar fomasının genişləndirilməsinin və bununla əlaqədar olaraq əmtəə ehtiyatının həcmcə çoxalmasının məqsədəuyğunluğu yalnız bir yolla – həmin təchiazt formasının verdiyi səmərə və əlaqədar xərclərin müqayisə edilməsi yolu ilə müəyyən oluna bilər.

Maddi-texniki təchizatın digər mütərrəqi forması olan təmnatlı kompleks təchizatın genişləndirilməsi də istehsal və mətəə ehtiyatları araasındakı nisbəti sonuncunun xeyrinə dəyişdirir. Kompleks təchizat istehsal ehtiyatlarını azaldır, əmtəə ehtiyatının həcminiisə çoxaldır və bununla əlaq7ədar olaraq anbar meydançalarının genişləndirilməsi ehtiyaçını müəssəsdcən təchizat təşkilatlarında keçirir. Bu halda da kompleks təchiaztın tətbiqi ilə əldə edilən səmərə onun həyata keçirilməsindən irəli gələn xərclərlə müqayisə edilməlidir.

Maddi ehtiyatların ayrı-ayrı növləri (istehsal və əmtəə) səfərbər olunma dərcəsi baxımından fərqlənir.Belə ki. Əmtəə ehtiyatları istehsal ehtiyatlarından daha çox səfərbər olunma xarakterinə malikdir.

Maddi ehtiyatlar müxtəlif amillərin təsiri ilə yaranır. Məsələn. İstehsal ehtiyatlarının yaranmasına və onun hıəcminə aşağıdakı amillər təsir göstərir:

- ayrı-ayrı xammal və material növünə tələbatın həcmi;

- istehlakçıda materialın istehlak edilməsinin birqərarlıq dərəcəsi;

- materialın istehsalçı müəssisə tərəfindən hazırlanması və buraxılmasının dövriliyi;

- materialın tranzit və sifariş normalarının həcmi;

- istehlakçının istehsalçıya təhkim edilməsinin sabitliyi və material göndərilməsinin dövriyliyi;

- tranzit və anbar təchizatı formalarının nisbəti və anbar üsulu ilə təchizatın genişləndirilməsi imkanı;

- istehlakçı müəssisə və ya tikinti obyektinin təchizat bazasından məsafəsi;

- istifadə olunan nəqliyyat növü;

- məhsul göndərənin etibarlılığı və onun intizamı gözləmə dərcəsi və s.

Əmtəə ehtiyatlarının həcmi də həmin amillərdən asılıdr. Maddi ehtiyatların formalaşmasına və onların həcminə habelə məhsuldar qüvvələrin inkşrafı və xüsusilə ixtisaslaşmanın dərinləşməsi giddi təsir göstərir. Lakin bu təsir birtərəfli deyil, qarşılıqlıdır. Belə Ki, istehsalın miqyası və müəssisələr arasındakı təsərrüfat əlaqələri genişləndikcə (əmək bölgüsü əsasında) və deməli, mürəkkəbləşdikcə, istehsal ehtiyatlarının kütləsi mütləq mənada çoxalır, onların geniş təkrar istehsal üçün rolu və əhəmiyyəti daha da artır.

Ehtiyatların həcmi mütləq, həm dəyər və həm də nisbi ölçülərdə göstərilə bilər. Ehtiyatın həcminin mütləq ölçüsü natural şəkildə ton, sentner, metr, ədəd, başqa sözlə materialın ölçülə biləcəyi fiziki vahidlərlə müəyyən edilir. Ehtiyatın həcminin mütləq ölçülərlə verilməsinin əhəmiyyəti ondadır ki, bundan anbar təsərrüfatının səmərəli təşkili (anbar meydançalarının hesablanması ilə), xüsusilə maddi-texniki təchizatın planlaşdırılması işində istifadə olunur.

Maddi ehtiyatın mütləq ölçüsü, hər şeydən əvvəl, bu və ya digər materila növünün gündəlik məsrəf normasından bilavasitə asılıdır. Materialın gündəlik məsrəf norması da istehsalın həcmindən. Müəssisənin tipindən və s. buk imi amillərdən asılıdır və az. Yaxud çox olabilər.

Ehtiyatların normativ həcminin müəyyən edilməsi, onların səviyyəsin6ə nəzarət. Elmi cəhətdən əsaslandırılmış normaların köməyilə maddi resurslara. Anbar meydançalarına və avadanlıvqlarına tələbatı və habelə dövriyyə vəsaitlərinin dövr sürətini hesablamaq kimi işlərdə istifadə olunur. Göstərilən işlərin hər biri üçün müxtəlif növ normalar tətbiq edilir. Onların arasında maddi resurslara tələbatın planlaşdırılması üçün istifadə olunan normalar: a) operativ normalar: b) toplu plan normaları xüsusi yer tutur.

Operativ normalar konkret məhsul istehsalı və realizasiyası şəraitinə nəzarət olunması məqsədilə işlənib hazırlanır. Bu normalar cari operativ-təqvim planlaşdırılmasında tətbiq olunur. İstehsal və realizə olunan məhsulun hər bir növü ayrıca müəyyən edilir.

İllik və perspektiv planların tərtibində və habelə məhsulların mərkəzləşdirilmiş qaydada bölünməsinəd toplu-plan normalarından istifadə olunur. Toplu-plan normaları xalq təsərrüfatının maddi-texniki təchizat planının tərtibində qəbul edilmiş məhsul nomenklaturası qrupuna uyğun olaraq işlənib hazırlanmalıdır. Lakin iriləşdirilmiş hər bir maddi resurs qruppu onlarla. Yüzlərlə və hətta minlərlə tip-növ ölçü materialı özündə birləşdirir. Bu tiplərin növlərin və ölçülərin hər biri yalnız fiziki-kimyəvi xüsusiyyətləri ilə deyil; habelə təchiazt və istehlak baxımından da bir-birindən fərqlənir.

Beləliklə. Keçici ehtiyatlar normasını müəyyən etmək üçün iriləşdirilmiş materiallar nomenklaturası qrupunu hər bir tip-növ-ölçü material üzrə ehtiyatının yaradılması məqsədilə təfsilləşdirmək (öz tərkib hissələrinə ayrılmaq) lazımdır.

Materialdan istehsal ehtiyatı norması dedikdə, müəssisə və ya təşkilatlarda 1aradılan. İstehsal prosesinin normal getməsini təmin edə bilən, maddi resursların minimum miqdarı başa düşülür.

Maddi ehtiyatların səciyyəvi xüsusiyyətlərindən biri onların6 əsas hissəsinin yəni cari ehtiyatın dəyişkən (maksimum, minimum və orta həddə) olmasıdır.

Maddi resursların ehtiyat norması iriləşdirmə dərəcəsinə görə təfsilləşdirilmiş qrupp və növ normalarına bölünür. Bu normalardan maddi-texniki təchizatın planlaşdırılması və fondların təfsilləşdirilməsi prosesində istifadə olunur.

Xalq təsərrüfatının sahə qruruluşndan asılı olaraq ehtiyat sex, zavod, sahə, nazirlik və ölkə normalarına bölünür. Bu normalardan da aşağı vəsilənin planı əsasında yuxarı vəsiləni planının tərtibi işində istifadə olunur.

Ərazi bölgüsünə görə normalar ilkin, rayon, vilayət (diyar),respublika və beynəlxalq normalarına (standartlara uyğun) aylırılr. Onlardan material balanslarının və bölgü planlarının işlənib hazırlanması zamanı istiafdə edilir.

Fəaliyyət müddətinə görə aylıq,rüblük, illik və perspektiv ehtiyat normaları vardır Ki, onlar da müxtəlif növ (əhatə müddətinə görə) planların işlənib hazırlanması ilə əlaqədardırlar.

Materialların təyintanıdan asılı olaraq ehtiyat normaları xammal, əsas materila, yarımfabrikat, yanacaq, tara, avadanlıq, Alət ehtiyatı və s. n6ormalarına böloünür. Bu normalardan uçot işlərində və statistikada geniş istifadə edilir.
2. Material ehtiyatlarının təsnifləşdirilməsi

İsehsal ehtiyatlarının təiynatı və yaranması şəraiti onları normalaşdırarkən aşağıdakı kimi tərkib hissələrinə ayırmağı tələb edir: a) cari ehtiyat, b) hazırlıq ehtiyatı v) sığorta ehitaytı q) mövsümi ehtiyat.

Cari ehtiayt. İstehsal ehtiyatının bir hissəsi olan cari ehtiayt iki məhsulgöndərmə (alma) arasındakı vaxt intervalında müəssisənin normal, fasiləsiz işləməsini təmin etmək üçündür. Cari ehtiyat dəyişkəndir. O, müəssisəyə material daxil olan anda özünün maksimum həddində,yeni partiya material qəbulu anında isə minimum (sıfır) həddində olur. Cari ehtiyatın orta həddi onun maksimum hədlərinin cəminin yarsına bərabərdir. Cari ehtiyat özünün minumum həddində sıfra bərabər olduğundan həmin ehtiyatın maksimum həddini yarıya bölməklə onun orta həddini tapırlar.

Öz-özlüyündə aydındır ki, buraxılış norması az olarsa (başqa şərtlər eyni qaldıqda) həmin materialı tez-tez gətirtmək lazım gələcək və deməli , cari ehtiyatın həcmi də az olacaqdır.

Material buraxılışı norması məhsulgöndərmə haqqında istehsalçı və istehlakçı müəssisələrin bağladıqları müqavilələrdə qeyd edilir.

İki məhsulgöndərmə arasındakı vaxt intervalını bəzən nəqliyyatın yükgötürmə qabiliyyətinə görə də müəyyən edirlər. Nəqliyyatın yükgötürmə qabiliyyəti nə qədər çox olarsa, gətirilən materialın həcmi də və deməli. iki məhsulgöndərmə arasındakı vaxt intervalı da bir o qədər çox olar.

Nəqliyyatın yükgötürmə qabiliyyətinə əsasən iki məhsulgöndərmə arasındakı vaxt intervalı aşağıdakı düstur vasitəsilə hesablınır:

Burada Q-nəqliyyatın yükgötürmə qabiliyyətidir. Əgər vaxt intervalının bu qiymətini 1-ci düsturda yerinə yazsaq. Cari ehtiyatın maksimum həddi qədər başqa sözlə, nəqliyyatın yükgötürmə qabiliyyəti qədər olacaqdır.

Fərz edək ki, istehlakçı müəssisə satış bazasından 5 ton təbəqə polad almalıdır. Həmin növ materialı yükgötürmə qabiliyyəti 2,5 ton olan avtomobilə iki dəfəyə gətirmək mümkündür. Bu halda həmin materialın orta məsrfə normasını 50 kq qəbul etsək-iki məhsulgətirmə arasındakı vaxt intervalı 50 günə (2500:50=50) bərabər olacaqdır. Əgər müəssisə həmin materialı yükgötürmə qabiliyyəti 5 ton olan avtomobilə gətirsə . onda vaxt intervalı 100 günə (5000:50=100) bərabərləşəcəkdir.

Bir çox hallarda iki məhsulgöndərmə arasındakı vaxt intervalını istehsalçı müəssisədə material istehsalının vaxtaşırılığı ilə də müəyyən edirlər.

İki məhsulgöndərmə arasındakı vaxt intervalının müəyyən edilməsi konkret şəraitdən bilvasitə asılıdır.

Yuxarıda göstərilən üsulların heç birindən istifadə etmək mümkün olmadıqda keçmiş dövrdəki məhsulgöndərmənin fakstik vaxt intervalları təhlil edilir və bunun əsasında plan ilində məhsulgöndərmələr arasında orta çəkili vaxt intervalı müəyyən olunur. Təhlil və hesablama zamanı mümkün qədər uzun dövrü əhatə etmək və səciyyəvi olmayan halları (fasilə vaxtı və gətirilən materialın miqdarı) hesablama zamanı istisna etmək lazımdır.

Sığorta ehtiyatının həcminin tapılmasının elmi cəhətdən əsaslandırılmış üsulu məhsulgöndərmələrin faktiki vaxt intervalının orta çəkili vaxt intervalından kənarlaşmasına görə hesablanması üsuludur. Bu üsulun mahiyyəti ondadır ki. Keçmiş dövrdə məhsulgöndərmələr arasındakı faktik vaxt intervalları sığorta ehtiyağtının hesablanmasınada istifadə edilir:

Ehtiyatların normalaşdırılması metodlarından biri də normativə görə hesablama metodudur. Normativlər ehtiyatların səviyyəsinə təsir edən əsas amillərin dəqiq təhlili əsasında işlənib hazırlanır. Ehtiyat normativləri tranzit və anbar təchizat formaları üzrə ayrıca cədvəl şəklində tərtib edilir. Bu cədvəllərdə istehsal ehtiyatları onun ayrı-ayrı hissələri üzrə göstərilir. Ehtiyat norması məhsulgöndərmənin tezliyindən asılı olaraq hər bir növ material üzrə müəyyənləşdirilir.

Məhsulgöndərmənin sayı müəssisənin rüblük tələbatına görə təyin edilir. Ümumi ehtiyatların normativi iki səviyyədə (orta və maksimum) göstərlir. Bir qayda olaraq cədvəllərdə hazırlıq ehtiyatı göstərilmir.

Məlum olduğu kimi, istehsal vasitələrinin əmtəə ehtiyatının tərkibin6ə material istehsalçılarının anbarlarındakı istehsal-texniki təyinatlı hazır məhsul ehtiyatı, təchizat-satış bazarlarında toplanmış istehsal-texniki təyinatlı material ehtiyatı istehsal vasitələrinin topdansatış mağazalarındakı ehtiyat və bir də yolda olan ehtiyat daxildir.


3. Ehtiyatların idarə edilməsinin qiymətləndirilməsi

Təchizat və satış bazasında olan istehsal-texniki təyinatlı məhsul ehtiyatının (əmtəə ehtiyatının) həcmi aşağıdakı amillərdən asılıdır:

a) bazanın realizə etdiyi maddi resursun həcmi və çeşidindən;

b) məhsulgöndərmə vaxtından və məhsulgöndərmənin vaxtaşırlığından;

v) məhsulgöndərmənin tranzit və sifariş normalarının həcmindən;

q)bazanın məhsulgöndərənlərə təhkim olunması sabitliyindən (nisbətən uzun dövrü əhatə etməsindən);

ğ) bazayaməhsulgöndərmənin vaxt nöqteyi-nəzərindən etibarlı olmasından;

d) nəqliyyat vasitələrinin yükgötürmə qabiliyyəti və iş recimindən və s.

İstehsalçı müəssisələrdə istehsal-texniki təyinatlı hazır məhsul həcmi də müəyyən amillərdən asılıdır və onların təsirilə artıb azala bilər. Bu amillər aşağıdakılardır:


  1. Realizə edilən məhsulun və istehsalatdan satış anbarına (hazır məhsul anbarına) daxil olan partiyanın həcmi;

  2. Məhsulun satış anbarına qəbuluna və onun realizasiyasına sərf edilən vaxt;

  3. Hazır məhsulun nəqliyyat vasitəsinə yüklənməsinə və onun magitsral nəqliyyata təhvil verilməsinə sərf olunan vaxt və s.

Yolda olan ehtiyatların həcmi isə qət ediləcək məsafədən, yükün nəql edilmə sürətindən və miqdarından həm də göndərmə tezliyindən asılıdır.

Qeyd etmək lazımdır ki. Təchizat-satış bazasında olan əmtəə ehtiyatı da cari ehtiyata, hazırlıq və sığorta ehtiyatlarına bölünür.

Təchizat satış bazalarında ehtiyatın yaradılması onların fəaliyyətinin xüsusiyyəti ilə bilvasitə əlaqədardır. Məlum olduğu kimi, baza müxtəlif və çox sayda istehsalçı müəssisələrdən material almaqla və digər tərəfdən onları çox sayda istehlakçı müəssisələrə buraxmaqla məşğuldur.

Məhsul almaq nöqteyi-nəzərindən təchizat bazası ilə istehlakçı müəssisə arasında prinsipial fərq yoxdur. Bu o deməkdir ki. İstehlakçı müəssisədə istehsal ehtiyatlarının formalaşmasına təsir edən amillər təchiazt-satış bazalarındakı əmtəə ehtiyatının formalaşmasına da təsir göstərir və onun normalaşdırılmasında həmin amillər nəzərə alınmalıdır. Lakin bazalarda əmtəə ehtiyatının həcmi əsasən materialın istehlakçı müəssisələrə buraxılması şərtindən asılıdır.

Bazalardan istehlakçılara material, ayrılmış fonda əsasən onların əvvəlcədən təqdim etmiş olduqları təfsilləşdirilmiş tələbnamələr. Habelə birdəfəlik tələbnamələr ilə, ya da təlabat yarandıqca azad ticarət yolu ilə burxıla bilər.

Birinci halda təchizat bazası məhsulu qəbul etdikdən, çeşidlədikdən sonra dərhal ya onun müəyyən hissəinin ya da alınmış bütün partiyanı istehsalçıya göndərir. Qəbul edilmiş və buraxılmış məhsul partiyalarının həcmləri və bir də məhsul almalar ilə buraxılma intervalları nə qədər yaxın olarsa, bazada materialın həm qalma müddəti, həm də qədəri (ehtiyat norması) bir o qədər az olar.

Əgər gətirilən hər hansı tip, ölçü növ material bazaya qəbul olan kimi bütünlükdə istehsalçıya buraxılarsa (ikinci hal) on7da həmin partiya material onun qəbulan göndərilməsinin sənədləşməsinə və nəqliyyat vasitəsinə yüklənməsinə sərf olnun müddət ərzində bazada ehtiyat formasında qalacaqdır.

Əgər bazaya daxil olan material istehsalçıya nisbətən uzun dövr ərzində və kiçik partiyalarla (hissə-hissə) buraxılarsa, təbiidir ki. Bazada həmin növ materialdan əmtəə ehtiyatının həcmi də nisbətən çox olacaqdır. Deməli, təchizat-satış bazalarında yaranan əmtəə ehtiyatının normalaşdırarkən məhsul buraxlışının vaxtaşırlığını və buraxılan materialın orta həcmini nəzərə almamaq olmaz.

Təchizat bazasında hazırlıq ehtiyatı müəyyən edilərkən aşağıdakı prinsip nəzərdən qaçırılmamalıdır: baza məhsul-göndərən müəssisədən materialın kəmiyyət, keyfiyyət və dəyəri haqqında sənədləri alana qədər onu (materialı) hazırlıq əməliyyatlarına daxil edə bilməz. Sənədlərin istehsalçı müəssisədən təchizat bazasına hərəkət müddəti yüklərin bazaya çatdırılması üçün müəyyən edilmiş vaxtdan artıq olan hallarda sənədlərin kegikmə vaxtının hazırlıq ehtiyatı normasınının hesablanmasında nəzərə alıvnması vacibdir.

Materialın istehsal olunan müəssisədə , istehsal-texniki təyinatlı hazır məhsul ehtiyatının həcmi hesablanarkən məhsulun qəbuluna, qablaşdırılmasına, göndəriləgək partiyanın dəstləşdirilməsinə və onun nəqliyyat vasiətsinə yüklənməsinə sərf edmilən vaxt hesaba alınmalıdır.

İstehsal ehtiyatlarının növləri üzrə ayrılıqda aparılan hesablamalardan sonra bu və ya digər mateialdan istehsal ehtiyatlarının ümumi normativi müəyyən edilir.

Yuxarıda qeyd edildiyi kimi. Cari dəyişkəndir, yəni o, maksimum orta və minimum səviyyədə ola bilir. Buna görə də istehsal ehtiyatının ümumi həcmi də sabit qalmır və deməli. o da maksimum. Orta və minimum səviyyələrdə olur.İstehsal ehtiyatının maksimum səviyyəsi cari ehtiyatın maksimum həcmi ilə sığorta və hazırlıq ehtiyatlarının cəminə bərabərdir:



Lakin bütünlükdə müəssisə üzrə (geniş nomenklatura material olduğundan) eyni vaxtda müxtəlif material növlərindən istehsal ehtiyatları müxtəlif miqdarda olduğundan onların ümumi normativi orta bir səviyyəyə yaxınlaşacaqdır ki, bu da cari ehtiyatın orta kəmiyyəti ilə hazərlıq və sığorta ehtiyatlarının cəminə bərabər olur.



Əgər istehsal şəraiti hazırlıq ehtiyatı yaratmağı tələb etmirsə, onda ümumi istehsal ehtiyatı orta cari ehtiyatla sığorta ehtiyatının cəminə bərabər olacaqdır.

Mövsümi ehtiyatın yaradıldığı şəraitdə cari ehtiyat yaradılmasına ehtiyac qalmır. Ona görə də istehsal ehtiyatının həcmi müəyyən müddət üçün (məsələn, yanvarın, aprelin, sentyabrın 1-nə) mövsümi və sığorta ehtiyatlarının cəmlənməsi yolu ilə müəyyən edilir.

Material ehtiyatlarının mütləq həcminin getdikcə artması ölkə iqtisadiyyatında baş verən keyfiyyət və kəmiyyət dəyişiklikləri il əvə həm də xeyli miqdar istehsal vasitələrinin müvəqqəti olsa da, istehsal prosesindən bilvasitə kənarda qalması ilə əlaqadrdır. Eləbuna görə də maddi ehtiyatlar iqtisadiyyatının mühüm problemlərindən biri onların optimallaşdırılması yəni minimum həcmdə ehtiyatla istehsalın fasiləsizliyinin təmin edilməsidir.

Bütünlükdə xalq təsərrüfatı miqyasında məcmu ehtiyatların (istehsal və satış) səviyyəsinə dövlət hesabat məlumatlarının köməyilə nəzarət olunur. Bu məqsədlə isteshal-istismar ehtiyacları üçün material qalığı həmin təyinatlı materialın gətirilməsi və istehlak olunması (forma №1-SN) tikinti üçün gətirilən material. Onun istehlakı və qalığı (forma №2-SN) və habelə baza və anbarlarda material qalığı (forma №3-SN) haqqında məlumatlardan istifadə olunur. Lakin haqqında bəhs edilən hesabatlar ilin hər rübündə bir dəfə çeşid qrupları üzrə tərtib olunduğundan ehtiyatlara operativ nəzarətə imkan vermir. Material ehtiaytlarının vəziyyətinə nəzarət etməkdən ötrü əsas material növlərinin hər il yanvar ayının 1-nə olan qalığı müəyyənləşdirilir (siyahıyaalma yolu ilə) Siyahıyaalma məlumatlarıfndan (qalığın haqqında məlumatdan) illik bölgü planlarının təshih edilməsi istifadə olunur. Lakin bütün bu tədbirlərlə yanaşı material ehiyatlarına, xüsusilə hər bir konkret növ material ehtiyatının səviyyəsinə bilavasitə müəssisə və təchizat satış təşkilatlarında operativ nəzarət edilir.

İstehsal ehtiyatalırın ümumi normativi müəyyən edildikdən sonra təchizat işçilərinin mühüm vəzifəsi məhsulgöndərməni tənzimləmək, istehsal ehtiyatlarının operativ planlaşdırma, nəzarət və fasiləsiz yolu ilə optimal səviyyədə saxlamaqdır.



Bu məsələnin həllinin çətin tərəfi istehsal ehtiyatlarının mütəhhərrik olmsındadır.Praktikada istehsal ehtiyatlarının faktik səviyyəsi. Demək olar ki,hər gün dəyişir. Faktik məsrəf normasının artması. Materialın planda nəzərdə tutulduğundan az alınması istehsal ehtiyatlarının səviyyəsini normativdən aşağı salır. Əksinə, materialın planda nəzərdə tutulduğundan az istehlak edilməsi onların lazım olduğundan çox göndərilməsi istehsal ehtiyatlarının həcmini artırır. Təchizat işçilərninin vəziflərindən biri də materialın faktik məsrəfini və daxil olmasını. Müəyyən qaydada tənzimləməkdən ibarətdir.
YOXLAMA SUALLAR:


  1. Ehtiyatların mahiyyəti nədən ibarətdir?

  2. Ehtiyatları necə təsnifləşdirmək olar?

  3. Ehtiyatların hansı növləri var?

  4. Texnoloji ehtiyatlar hansı ehtiyatlara deyilir?

  5. Mövsümi ehtiyatlar nə zaman yaradılır?


Yüklə 222,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə